Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   47   48   49   50   51   52   53   54   ...   100

 
154 
qoşmasında təbiətə filosof gözü ilə baxan lirik qəhrəman həm real, həm də sufi aşıq 
kimi  çıxış  edir.  Yeri  gəlmişkən qeyd etmək  lazımdır  ki,  Ağbaba-Çıldır  aşıqlarının 
əksəriyyətinin  yaradıcılığında  dünyəvi məhəbbətlə  ilahi sevgi, adiliklə  qeyri-adilik, 
insanla t
əbiət üzvi bir harmoniya təşkil  edir.  Aşıq  şeirinin  estetik  problemlərindən 
b
əhs edərkən O.Əfəndiyev yazır: “...Təbiətlə insanın vəhdətini, ahəngdar bağlılığını 
b
ədii-estetik mənada təsəvvür edən  aşıqlar  istəkli  sevgilsinin  ayrılığını  çəkəndə  elə 
bil t
əbiət özü də ona yabançı görünür. Aşığın nəzərində təbiət insansız öz mənasını 
itirir” [62, 59]. 
R
əcəb Hifzinin “Çiçəklər” qoşmasında bu keyfiyyət qabarıq şəkildə müşahidə 
olunur.  Aşiqin  təbiətə  hikmətli  baxışı  qoşmanın  fəlsəfi-estetik məzmununa  əlvan 
b
ədii çalarlar əlavə edir. Adi bir təbiət predmetinin-çiçəklərin poetik təsviri oxucuda 
xoş ovqat və şuxluq yaradır:  
H
ərarətdən sərxoş olmuş, bayılmış, 
Yanağına çisə düşmüş, ayılmış, 
Göyd
əki ulduzlar yerə yayılmış, 
Ziyn
ət vermiş bu məkana, çiçəklər. [17, 37] 
T
əbiətin bir parçasını poetik peyzaja köçürən incə qəlbli aşığın “yara hədiyyə 
etm
ək üçün çiçəkləri  qırmağa”  ürəyi gəlmir. Bənddən bəndə  keçdikcə  Aşıq  Hifzi 
çiç
əkləri aşiqlə məşuqu bir-birinə bağlayan vasitə kimi mənalandırır: 
Eşq nədir bilməyən çiçəyi nedər? 
Çiç
əyin qoxusu canana gedər, 
Durmaz, gec
ə-gündüz ağlar, zikr edər, 
Inanmışdır o rəhmana çiçəklər. [17, 37] 
N
əqşbəndi təriqətinin tanınmış nümayəndələrindən olan Camal Xoca dünyəvi 
m
əhəbbəti tərənnüm edən şeirlərində türk gözəlinin portretini ustalıqla yaradır: 
Sona boylum, t
ər fidanım tərlanım, 
M
ənim kimi yüz min cana dəyərsən. 
Ç
əmənim, çiçəyim, gülüm, reyhanım, 
M
ən bülbüləm, sən gülşənə dəyərsən. [17, 142] 


 
155 
Bir-birind
ən maraqlı metaforalar, epitetlər vasitəsilə Camal Xoca sevgilisinin 
obrazını  canlandırarkən etnoqrafik detallardan məharətlə  yararlanır.  Milli  kolorit, 
b
ədii təxəyyülün genişliyi “gözəlliyi yeddi iqlimə dəyən” məşuqənin portretinin zərif 
cizgil
ərinin bütövlüyünü təmin edir. 
Klassik 
ədəbiyyatda, o cümlədən aşıq şeirində ənənədən gələn motivlər kimi
vüsal h
əsrəti, sevgilisinin camalına tamaşa etmək, onun uğrunda can vermək aşiqin 
ən böyük arzusudur. Bu poetik ənənə Camal Xocanın qoşma və gəraylılarında orijinal 
bir t
ərzdə öz ifadəsini tapır: 
Azmışam eşq azarında, 
Qalmışam pir nəzərində, 
Canımı yar bazarında, 
Ver
əydim, sonra öləydim.  [17, 156] 
Aşığın  “Məni”, “Türkmən  qızı”,  “Köylü  qızları”  gəraylıları,  “Getmə”, 
“Ya
raladı”,  “Sevdiyim”  qoşmaları  etno-milli koloritin, bəşəri  duyğuların  zənginliyi 
il
ə diqqəti cəlb edir. 
X
əstə Hasanla eyni dövrdə yaşayıb-yaratmış Aşıq Ömərinin, Qul Qaraninin, 
xalq  arasında    Qara  Zülali    adı  ilə  tanınan  Aşıq  Qara  Zülalinin,  Aşıq  Ürfaninin  
şeirlərində  nikbinlik və  şuxluq,  qız-qadın  gözəlliyin məftunedici cizgiləri orijinal 
deyiml
ərlə  ifadə  olunur. Gözəllik, məhəbbətin  şirinliyi  estetik  ideal  kimi  adını 
ç
əkdiyimiz el sənətkarlarının  yaradıcılığında  aparıcı  motivdir.  Aşıq  poeziyasında 
b
əşəri məhəbbətin estetik mahiyyətindən bəhs edərkən prof. M.Həkimov haqlı olaraq 
yazır ki, “...bəşəri gözəlliyə diqqət yetirilsə, heç şübhəsiz, biz fəlsəfi bir kateqoriyaya-
göz
əllik  kateqoriyasına  gəlib  çıxırıq.  Bu  gözəllik isə,  şübhəsiz  insanı  mənən 
ruhlandıran, saflaşdıran, ürəyini günəş kimi işıqlandıran xeyirxahlıq ilə bağlıdır. Aşıq 
poeziyasında  məhəbbətin dünyəviliyi və  onun bir problem kimi həlli bədbinliyin, 
t
ərkidünyalığın  tamamilə  əksinədir. Bu mənada  aşıq  yaradıcılığında  həyat  eşqi, 
nikbinlik ön plana ç
əkilir”[85, 229]. 
Adını  “Ürfani”  saz  havasında  və  yallısında  əbədiləşdirən  Aşıq  Ürfaninin 
şeirlərində sevgisi yolunda çəkdiyi cəfalar, göstərdiyi dözüm və sədaqət emosional və 
obrazlı bir dillə ifadə olunur. Xalq arasında dolaşan rəvayətlərə görə, türkmən bəyinin 


 
156 
qızına-sevgilisi Sənəmə qovuşmaq üçün çətin maneləri aşan Ürfaninin şeirləri onun 
c
əfakeş və vəfalı bir aşiq kimi səciyyələndirməyə əsas verir. Aşığın “Qədər” rədifli 
qoşmasından  örnək gətirdiyimiz bənddə  qeyd  olunan  motiv  qabarıq  şəkildə  özünü 
göst
ərir:  
Çeşmi-yaşdan namə yazdım, gəl indi
Əgər loğman isən, dərdim bil indi, 
D
əmir çarıq geydim, o da dəlindi, 
Könül sevdiyini bulana q
ədər [12, 217]. 
Aşıq  Ürfaninin  bizə  gəlib  çatan  şeirlərindəki dərin fəlsəfi mühakimələr
s
əmimi duyğular, hicran möhnəti və s. çox güman ki, onun şəxsi həyatı ilə sıx bağlı 
motivl
ərdir. Məhz buna görədir ki,  “başına  gələn macəralar və  Ürfani təxəllüsü ilə 
söyl
ədiyi  şeirlər  xalq  arasında  dastana  dönür,  haqqında  hər yerdə  məhəbbət və 
ehtiramla danışılır” [143, 86]. 
XVIIII 
əsrin sonu XIX sərin əvvllərində yaşayıb yaratmış Qul Qaraninin bizə 
g
əlib  çatan  şeirləri onun yüksək təbə  malik  olduğunu  göstərir.  Çıldır,  Ağbaba, 
Ərdahan, Qars və digər bölgələrdə məşhur olan və bir çox ustad sənətkarlarla görüşüb 
deyişən Qul Qarani haqqında  müasirləri  böyük  ehtiramla  söz  açmışdır.  Təsadüfi 
deyildir ki, X
əstə Hasan özünü “Sözdə bir” divanisində Vaqif, Cövhəri, Aşıq Ömər 
kimi s
ənətkarlarla birgə Qul Qaraninin də adını çəkir: 
Vaqif d
ərddən xəbərdardır, Cövhərin qiyməti yox 
Qul Qarani, Qara 
Zülal, Aşıq Ömər sözdə bir [164, 30]. 
Qul  Qarani  haqqında  həm Türkiyə, həm də  Azərbaycan  folklorşünaslığında 

əyyən dərəcədə  bəhs  olunmuşdur.  Ş.Məmmədli, T.Məmmədova,V.Hacılar    və 
dig
ər alimlər  Qul  Qaranini  Borçalı  aşıq  mühitinin  yetirməsi kimi qiymətləndirirlər. 
Ş.Məmmədli Qul Qaraninin əslən  Borçalı  mahalının  Bəylər kəndindən  olduğunu 
qeyd edir. H
əm Türkiyə, həm də  Azərbaycan  folklorşünaslığında  Qul  Qarani 
haqqında  mövcud  fikirlərə  aydınlıq  gətirməyə  çalışan  Ə.Şamil  ustad  sənətkarın 
Ərdahanın Dəyirman köyündən olduğunu daha düzgün hesab edir [144, 153]. 
Qul Qaraninin “Gülg
əz” rədifli gözəlləməsində  el gözəlinin poetik portreti 
canlandırılır. Bir sıra aşıq gözəlləmələrində olduğu kimi bu qoşmada da tərif olunan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə