Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   63   64   65   66   67   68   69   70   ...   100

 
204 
sənətkarlardan  biridir.  Onun  “Yaralı  Yusuf”  adlı  bir  dastan  düzüb-qoşduğu  da 
məlumdur.  Şenliyin  soyundan  olan  nəvəsi  aşıq  Nuri  bu  nəslin  ən  istedadlı  saz-söz 
sənətkarı  kimi  tanınmışdır.  Qəflətən  xəstələnən  Aşıq  Nuri  gənc  ikən  həyatdan 
köçmüşdür. Güclü şairlik istedadına malik olan Aşıq Nuri haqqında indi də maraqlı 
söz-
söhbətlər danışılır. 
Araşdırmalar  göstərir  ki,  “çağdaş  olan  aşıqlardan  özəlliklə  Aşıq  Zülali  və 
Aşıq Summani üstündə təsiri olan Aşıq  Şenlik özündən sonra bir çox aşığa da təsir 
etmişdir”  [223,  233].  Folklorşünas  M.Özarslanın  bu  fikrinə  əlavə  olaraq  demək 
istəyirik ki, Şenliyin müasiri Çorlu Məhəmməd yaşca ondan böyük olsa da, el-obada 
özünü  həmişə  Aşıq  Şenliyin  şagirdi  adlandırır  və  bununla  fəxr  edirmiş.  Çorlu 
Məhəmməd kimi tanınmış bir el şairinin Şenliyi özünə mənəvi ustad sayması təsadüfi 
deyildir. Yaxud Aşıq Şenliyin sənət ənənəsini ləyaqətlə davam etdirən Aşıq Gülüstan 
ustadından  bəhs  edərkən  “Ustad  Baba  Şenlik”-deyə  böyük  ehtiramla  danışarmış. 
“Aşıq  Şenliyi  adi  sözlərlə  anmağa,  adi  xitablarla  xatırlamağa  heç  vaxt  onun  könlü 
razı  olmazmış”  [200,  17].  Bu  faktlar  Ağbaba-Çıldır  aşıq  mühitində  ustad-şagird 
ənənəsinin yüksək milli-əxlaqi köklərə malik olduğunu göstərir. 
Araşdırıcıların və saz-söz sənətkarlarının məlumatlarına görə Aşıq Şenlikdən 
sənət  dərsi  alan,  ona  qulluq  edən  on  dörd  şagirdin  olduğunu  deyə  bilərik.  Həmin 
şagirdlərin arasında Şenlik ənənəsini davam etdirən və yaradıcı biçimdə yaşadan saz-
söz ustaları olmuşdur. Əldə etdiyimiz bilgilərə görə onlardan Aşıq Gülüstanın, Aşıq 
İbrahimin,  Aşıq  Qasımın  və  Aşıq  Nəsibin  adını  çəkə  bilərik.  Ümumiyyətlə,  Aşıq 
Şenlikdən sənət dərsi alan aşıqların və onların yetişdirdikləri şagirdlərin çoxsaylılığı, 
geniş  bir  coğrafi  ərazidə  fəaliyyət  göstərməsi,  Aşıq  Şenlik  ənənəsinin  çağdaş 
dövrümüzdə  də  davam  etdirilməsi  Ağbaba-Çıldır  aşıq  mühitində  Şenlik  qolunun 
tarixi mövcud
luğunun  dinamik  inkişafını  bir  daha  təsdiqləyir.  Xəstə  Hasandan 
başlayan bu sənət şəcərəsi dediklərimizin aydın nümunəsi kimi maraq doğurur. 
Diqqət  edilsə,  Aşıq  Şenliyin  sənət  xəttini  iki  özünəməxsus  keyfiyyəti  ilə 
səciyyələndirmək  mümkündür.  Bunlardan  birincisi  onun  sənət  ardıcıllarının 
çoxsaylılığıdır.  Bu  səcərəyə  daxil  olan  əlli  bir  aşığın  on  dördünün  Aşıq  Şenliyin 
özünün, otuz  yeddisi isə yetrimələrinin şagirdi olmuşdur. 


 
205 
İkinci cəhət bu şəcərənin mədəni-coğrafi arealının genişliyidir. Başqa sözlə, 
Aşıq Şenliyin sənət xəttinin şaxələri İrəvan (Bala Məmməd), Qars (Aşıq Gülüstan), 
Ağbaba (Aşıq Nəsib), Qazaxıstan (Aşıq Murtuza), Axıska (Hikmət Arifi Ataman) və 
digər ərazilərə gedib çıxır. 
Şərqi  Anadolu  bütövlükdə  Aşıq  Şenliyin  və  Aşıq  Summaninin  sənət 
ənənəsinini  təsiri  altında  olmuşdur.  Saz-söz  sənətkarları  və  xalq  arasında  hər  iki 
sənətkar  “butalı”  aşıq  kimi  şöhrətlənmiş  və  “ustad”,  “baba”  ləqəbi  ilə  tanınıb 
sevilmişlər.  Bu  səbəbdəndir  ki,  onların haqqında  çeşidli  rəvayətlər  yaranmışdır. Bu 
rəvayətlərin  birində  deyilir  ki,  Aşıq  Şenliklə  Aşıq  Summani  qarşılaşıb  deyişirlər. 
Lakin heç biri bir-
birinə qalib gələ bilmir. Şenliyin anası Summaninin gözündən öpüb 
[bəzi söyləmələrdə köynəyindən keçirib] onu oğulluğa qəbul edir.  
Şərqi  Anadoluda,  o  cümlədən  Ağbaba-Çıldır  aşıqlıq  gələnəklərinin 
inkişafında,  Aşıq  Summaninin  də  Şenlik  qədər  böyük  rolu  olmuşdur.  Türkiyəli 
folklorşünas-alim M.Özarslan bu ustad aşıqların sənət ənənəsi arasındakı oxşarlıqları, 
genetik kökləri incələyərək öz fikrini belə ifadə edir: “Aşıq Şenlik və Aşıq Summani 
birindən baxıldığında digərinin görünə bildiyi aşıqlardandır. Başqa bir ifadə ilə, Aşıq 
Şenlik  özü  bir  az  Aşıq  Summani,  Aşıq  Summani  də  bir  az  özü,  bir  az  da  Aşıq 
Şenlikdir” [223, 65]. 
M.Özarslanın  bu  diqqətcil  müşahidəsi  həm  Aşıq  Şenliyin,  həm  də  Aşıq 
Summaninin  sənət  şəcərəsinin  eyni  ənənə  üzərində  yaranıb  formalaşdığını  göstərir. 
Xüsusilə,  Aşıq  Şenliyin  sənət  şəcərəsi  uzun  illər  dinamik  və  çoxşaxəli  xətt  üzrə 
davam etmişdir. Onun sənət şəcərəsində oğlu Qasımın yetərincə rolu olmuşdur. Aşıq 
Qasım  uzun  müddət  Çıldır  və  Qars  ətrafında  aşıqlıq  etmiş,  ondan  çox  şagird 
yetişdirmişdir. Həmin şagirdlərin arasında Nuri Şenlik, Şərəf Taşlıova, İslam Ərdənər 
kimi istadadlı saz-söz sənətkarları Şərqi Anadolu aşıqlığının Azərbaycan aşıq sənəti 
ilə qarşılıqlı sənət əlaqələrinin inkişafında səmərəli fəaliyyət göstərmişlər. Bunu Aşıq 
Şenliyin sənət şəcərəsindən əyani şəkildə görmək olar: 


 
206 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Aşıq 
Haqverdi 
 
 
Yılmaz 
Şenlik 
 
Şərəf 
Taşlıov
a
 
 
Fikr
ət 
Şenlik 
 
Dursun 
Durdağı 
 
Saleh 
Şenlik 
Şövqi 
Halıcı 
 
 
Abbas 
Seyhan 
M
əhəmməd 
Hicrani 
 
Nuru 
Şenlik 
 
İslam 
Ərdənər 
 
Nuru 
Şahinoğlu 
 
Hikm
ət Arifi 
Ataman 
 
Şah 
İsmayıl 
 
S
ədrəddin 
Ulu 
 
Aşıq Nuri 
 
X
əstə Hasan 
 
 
Aşıq  Şenlik 
 
Rüst
əm 
Alyansoğlu 
Aşıq 
Ç
ərkəz 
 
Aşıq 
İlyas 
 
Aşıq 
İsrafil 
 
Aşıq 
Hüseyn 
 
Aşıq 
Bala kişi 
 
Aşıq 
İbrahim 
 
Aşıq 
Göz
əli 
 
Aşıq 
Əli 
 
Aşıq  Bala 
M
əmməd 
 
Aşıq 
Namaz 
 
Aşıq 
Qasım 
 
Aşıq 
Əsgər 
 
Aşıq 
N
əsib 
 
Çorlu 
M
əhə
mm
əd 
 
Aşıq 
Mövlüd 
Aşıq 
Süleyman 
 
Aşıq 
Hüseyn 
 
 
Aşıq 
Gülüstan 
 
 
Yetim 
L
əvənd 
 
İsgəndər 
Ağbabalı 
 
Aşıq 
F
əxfur 
Aşıq 
Mürtuza
 
Aşıq Paşa 
G
öydağ
lı 
 
 
Aşıq 
Q
əzənfər 
Əhmədov 
 
 
Murad 
Çobanoğlu 
Murad 
Yıldız 
Nusr
ət 
Yurtma
 
Haqqı 
Baydar 
Mürs
əl 
Sinan 
Arif 
Çiftçi 
M
ətin 
B
əktaş 
Haqqı 
Virani 
Günay 
Yıldız 
İlqar 
Çiftçioğlu
 
Mahmud 
Qaradaş 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə