Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   27   28   29   30   31   32   33   34   ...   100

 
93 
g
əraylıda da müasirlik ruhu türk-müsəlman düşüncəsi ilə vəhdət təşkil edərək şeirin 
poetik m
əzmunundakı milli koloriti daha da gücləndirir: 
C
əfa çəkdi din yolunda, 
Altın həmayıl qolunda, 
M
ələklər sağ və solunda, 
Yaşa, Kazım Paşa, yaşa. 
 
Z
əmzəm sularından içdi, 
Sirat körpüsünd
ən keçdi. 
İdris-Nəbi hüllə biçdi, 
Yaşa, Xalid Paşa, yaşa. [168, 311] 
“Əsgərin önündə durub, hesabsız küffarı qıran” Kazım Paşa ilə Xalid Paşanın 
v
ətənpərvərliyini tərənnüm edən bu şeir həm məzmun, həm də qəhrəmanlıq duyğuları 
il
ə  dini motivlərin vəhdəti  baxımından  “Dədə  Qorqud”  ənənələrini  yada  salır. 
Dastanda Qazan xanın bir söyləməsinə diqqət yetirək: 
Asmanlu gögd
ə qara buluk oluban, 
Kafirin üz
ərinə gurlayayım 
Ağ yıldırım olub şaqıyayım. 
Kafiri qamış kimi od oluban yandırayım. 
Doquzunı bir yerinə saydırayım, 
Uruşumdan, dögüşümdən aləmləri doldurayım. 
Yaradan Allahdan m
ədəd! [100, 91] 
“Kitabi D
ədə  Qorqud”  dastanında  olduğu  kimi,  Ağbaba-Çıldır  aşıqlarının 
yaradıcılığında da düşmən “kafir” adı ilə lənətlənir, “hökmü dağa-daşa işləyən” türk 
oğlunun qəhrəmanlığı tərənnüm olunur: 
Erm
əni top atıb muziyi sökdü, 
Z
ənn etdi ki, türklər qovğadan bıkdı. 
Əlinə keçəni həp yaxdı, yıxdı, 
Kafirin çox-
çox üzqarası gəldi. [168, 312] 


 
94 
Nam
əlum bir el sənətkarının “Gəldi” rədifli qoşmasındakı örnək gətirdiyimiz 
bu b
ənd fikrimizi bir daha təsdiqləyir. Şeirdə poetik səciyyə qazanan Ağcaqala, Oltu, 
Tortum v
ə sair toponimlər Ağbaba-Çıldır aşıq mühitinin Dədə Qorqud dünyası ilə nə 
q
ədər yaxından bağlı olduğunu göstərir. 
Qarsın  dönə-dönə  müharibə  meydanına  çevrilməsi və  qanlı  savaşlarda 
türkl
ərin misilsiz qəhrəmanlıqları  Ağbaba-Çıldır  aşıq  mühitində  bədii-xronoloji bir 
salnam
ə  təşkil  edir.  Altıncı  (1806-1812), yeddinci (1828-1829), səkkizinci (1853-
1856), doqquzuncu (1817-1878) Türk-Rus müharib
ələrində  qazanılan  qələbələr, 
veril
ən itkilər,  şəhidlik, qazilik XIX əsr  Ağbaba-Çıldır  aşıqları  üçün  zəngin 
yaradıcılıq mənbəyi olmuşdur. Qarslı el şairi İbrahim Babanın “72 Qars dastanı”nda, 
nam
əlum xalq sənətkarının “Moskof” (Moskva) rədifli üç bəndlik qoşmasında dini-
əxlaqi motivlər, milli döyüşkənlik ruhu, sarsılmazlıq, ən ağrılı maddi-mənəvi itkilərə 
dözümlülük hissl
əri  olduqca  güclüdür.  El  şairi  İbrahim  Baba  adı  çəkilən  əsərində 
Qarsın  çətin günlərini,  rusların  xalqa  tutduğu  divanı  kiçik  detallarına qədər təsvir 
etmişdir.  Canlı  danışıq  dilindən  alınmış  obrazlı  ifadələr, dini-əxlaqi  düşüncəni  əks 
etdir
ən sözlər,  aşıq  poeziyasından  gələn  ovqat,  dastanşılıq  təhkiyəsi el sənətkarının 
istedadlı  bir  şəxs  olduğunu  göstərir.  Şeirdəki hadisələrin  ardıcıllığı, təsvirlərin 
d
əqiqliyi müharibənin dəhşətli görüntülərini sanki rəssam fırçası ilə canlandırır. Aşıq 
poeziyasına məxsus bir sıra klassik obrazlar yeni poetik məzmun qazanır: 
Dill
ər vəsf edəməz o dayanmağı, 
Öyr
əndi lalələr al boyanmağı, 
B
əllədi pərvanə oda yanmağı, 
Anladı aşıqlar varmaya yara. [213, 216] 
Milli-m
ənəvi qürur, “yeddidən  yetmişə  qəzaya girənlərin” fədakarlığı, 
amansız  düşmənə  nifrət  hissi  şeirin  səciyyəvi xüsusiyyətləridir.  İşğalçılara  qarşı 
vuruşanların vətənpərvərliyini müəllif kövrək duyğularla qələmə alır: 
Kiçik qazılər də cəngə girişir, 
“Babamın qanını alacam” der. 
Analar, bacılar cəbhanə daşır, 
Bu hal qeyr
ət verir cümlə əsgərə. [213, 216] 


 
95 
Türkçülüyün, v
ətən məhəbbətinin tükənməzliyinin parlaq ifadəsi olan bu 
şeirdə  “kafirlərin islama tuzaq  qurması”,  “əkilməyən  əkinlərdə  heriklərin  qalması”, 
“südü  quruyan  anaların  fəryadı”,  aclıq  və  qırğından  “küçələrə  xəzəl kimi tökülən 
yavruların ərşə çıxan naləsi” həmin dövrdə real gerçəkliklərin tükürpədən təsviridir. 
İbrahim  Baba  yalnız  bir  sənətkar kimi bu hadisələri  yaşamamışdı,  həm də 
müharib
ənin  günahsız  qurbanına  çevrilmişdi.  İki  yeniyetmə  oğlu  və  bir  qızı  şəhid 
olan bu el s
ənətkarının  ailəsinin iki üzvü də  1855-ci il müharibəsində  vəba 
x
əstəliyindən ölmüşdü. “72 Qars dastanı”ndakı ağır kədər və bədbinlik hissləri həm 
d
ə onun şəxsi həyatı ilə bağlıdır. 
Qeyd  etdiyimiz  kimi,  Ağbaba-Çıldır  aşıq  mühitində  “Moskva” sözü 
işğalçılığı, müharibələri əks etdirən bir məfhum kimi sıx-sıx işlənmişdir. Həm də bu 
dövrün  aşıq  poeziyasında  təsvir olunan müharibələr qədim  türk  torpaqlarını  istila 
etm
əyə  çalışan  düşmənlərin qəsbkarlığı  kimi  mənalandırılmır,  eyni  zamanda 
Moskvanın  hücumları  dini-əxlaqi dəyərlərə, türk-islam mənəviyyatına  qarşı  qəsd 
kimi qiym
ətləndirilir.  “Sabah  namazında  iki  məzhəbin bir-birinə  qatılması”,  Qarsın 
m
əğlubedilməzliyi naməlum bir el sənətkarının şeirində yığcam və dolğun boyalarla 
t
əsvir olunur. Dini-mənəvi duyğular şeirin məzmununa hopmuş qələbəyə inam hissini 
daha da gücl
əndirir: 
Ərənlər yatağı bu Qars alınmaz, 
Çalarlar qılıncı, gözə görünməz, 
Neç
ə min vəlidir gəldi, bilinməz, 
H
əsir kimi yerə sərildi Moskof. [213, 218]  
Şeirdə  işlənmiş  Həzrəti Ömər,  ərən, vəli kimi dini sözlərlə  el sənətkarı  bu 
savaşların  haqq  işi,  dini-mənəvi dəyərlər  uğrunda  aparıldığını,  müqəddəslərin 
vuruşlarda türklərin pənahı olduğunu ifadə etmək istəmişdir. 
XIX 
əsr  aşıq  lirikasının  ictimai  mahiyyətindən bəhs edən bir çox 
folklorşünaslar  bu  cür  şeirlədə  əsasən, xan-bəy zülmünü, saz-söz sənətkarlarının 
f
əhlə-kəndli həyatına  münasibətini qabartmaqla əslində  birtərəfli və  qüsurlu təhlil 
aparmışlar. Qeyd etdiyimiz kimi, XIX əsr aşıq yaradıcılığında, o cümlədən Ağbaba-
Çıldır aşıq mühitində daha böyük sosial-siyasi problemlər, qlobal məsələlər, müxtəlif 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə