Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   28   29   30   31   32   33   34   35   ...   100

 
96 
tarixi hadis
ələr  dolğun  şəkildə  öz  inikasını  tapmışdır.  Bu  da  aşıq  ədəbiyyatının 
özün
əməxsus spesifikasından doğan təbii bir sənət hadisəsidir. Çünki bütün dövrlərdə 
aşıq el anası olmuş, doğma xalqının, yurdunun tarixində baş vermiş heç bir hadisəyə 
bigan
ə münasibət bəsləməmişdir. Q.Vəkilov haqlı olaraq yazır ki, “doğma el-obaya 
bağlılıq,  vətənpərvərlik hissi XIX əsr  aşıq  lirikasında  müqayisəedilməz dərəcədə 
güclüdür. Bu motiv h
əm məhəbbət  lirikasında,  həm də  ictimai-siyasi  şeirlərin 
əksəriyyətində özünü bariz şəkildə göstərir. Aşıqların bir mütəfəkkir, ictimai xadim 
kimi böyük mür
əkkəb siyasi hadisələrə müdrikcəsinə müdaxilə edə bilməsi oxucuda, 
dinl
əyicidə heyrətamiz dərəcədə maraq doğurur” [155, 51].  
Qanunların  aliliyinə  hörmət, cəmiyyətdə  ədalət, yüksək  humanizm,  şərə 
nifr
ət,  haqqın  keşiyində  dayanmaq  mütamadi  olaraq  Ağbaba-Çıldır  aşıqlarının 
poeziyasında əks olunmuşdur. Bu nəcib keyfiyyətlərin tərənnümü türkçülüyün, milli 
v
ə bəşəri duyğuların tərbiyəsinə xidmət etmişdir. “Səadətin təməli ədalətdədir”- deyə 
Aşıq  Sabit  Müdami  doğma  vətənin  istiqbalını  bu  nəcib keyfiyyətlərdə  gördüyü və 
bel
ə bir humanist, bəşəri təməllər üzərində qurulub çiçəkləndiyi üçün fəxr edir: 
Verm
ə yad əllərə cənnət vətəni, 
H
əşrədək söylənsin türklərin şanı. [17, 119] 
Başqa  bir  qoşmada  Aşıq  Müdami  türkçülük  məfkurəsini, milli-etnik 
duyğularını böyük ehtiras və ilhamla ifadə etmişdir: 
Sizd
ən zühur edən neçə xanlar var, 
Yurd uğrunda fəda qəhrəmanlar var, 
Oğuz, Yavuz, Fateh, Alp Arslanlar var, 
Arslan yetişdirən türk anasıdır. [17, 117] 
Görk
əmli sənətkarın  içdən gələn  bu  duyğuları  heç  də  millətçilik təsiri 
bağışlamır,  əksinə  hər  cür  şovinist  duyğudan,  milli  məhdudiyyətdən  uzaq  olduğu 
üçün oxucuda v
ə dinləyicidə xoş ovqat yaradır. 
“Bizim”, “Yaraşır”, “Arpaçayı” və s. kimi qoşma və gəraylılarında Aşıq Sabit 
Müdami tarixi bilgil
əri etnoqrafik detallar və  peyzaj cizgiləri ilə  sənətkarcasına 
uzlaşdıraraq milli, dini, qəhrəmanlıq hisslərini, türkün etnogenezisinin, məskunlaşdığı 
tarixi-
coğrafi ərazilərin poetik ifadəsini verir: 


 
97 
Qoç igidl
ər din yolunda ar etməz
Düşməni yurdunda payidar etməz. 
Ət sanarsan, amma güllə kar etməz, 
Qatı poladdandır yapımız bizim. [17, 126] 
Z
əngin epitet və  mübaliğələr, təşbeh  və  təzadlar  qoşmanın  poetik 
strukturundakı  başlıca  qayəni-türkçülük  ideyasını  daha  qabarıq  şəkildə  ifadə  edir. 
Qeyd ed
ək ki, bu cür şeirlər “Dədə Qorqud” qəhrəmanlarının monoloqunu xatırladır. 
Milli m
ənliyin, etno-milli  duyğuların,  türkçülüyün  obrazlı  ifadəsi  yazılı 
ədəbiyyatda, folklorun müxtəlif  janrlarında  da  parlaq  əksini  tapmışdır.  Axiskada 
geniş yayılmış türkülərin birində bu duyğular səmimi və qürur dolu misralara hoparaq 
poetikl
əşmişdir: 
M
ən bir türkəm, əkən-biçən əlim var, 
Qüvv
ətim var, adətim var, dilim var, 
Haqq yolunda hey çalışan elim var. [12, 122] 
“Axıska savaşına qoçaqlama” adlı şeirdə Koroğlu dəlilərinin cəngavərlik ruhu 
duyulur. Mü
əllifi məlum olmayan bu qoçaqlamada rus qoşunlarını Axıskada məğlub 
ed
ən türklərin qəhrəmanlığı və şücaəti tərənnüm olunmuşdur: 
Qazil
ər baxmaz geriyə, 
Sanki qurd girmiş sürüyə, 
Aldı Moskofu araya, 
Vurdu Moskofu Axıska.  [12, 188] 
Türkçülük,  doğma  vətənə  sonsuz məhəbbət,  Osmanlı  dövlətinin qüdrətinə 
inam, yüks
ək vətənpərvərlik Aşıq Şenliyin yaradıcılığının əsas qayəsinin təşkil edir. 
Heç bir t
əhsil görməyən, şifahi yolla dərin bilik qazanan, islam dininin sirlərinə bələd 
olan  Aşıq  Şenliyin  sənətkar cəsarəti, milli qürur hissi, mübarizlik  əzmi bədii 
detallarla,  obrazlı  deyimlərlə  poetikləşir.  Aşığın  “bütün  Qars  və  Ərdahan 
sancaqlarında  xalq  arasında  geniş  yayılan  məşhur  “Könüllülər türküsü” [213, 38] 
yalnız yüksək poetikası ilə deyil, həm də dolğun və kəsərli vətənpərvərlik məzmunu 
il
ə diqqəti cəlb edir. Aşıq ədəbiyyatında “93 qoçaqlaması” adı ilə dillər əzbəri olan 
yeddi b
əndlik  bu  qoşmanın  hər  misrasında  türkün  yenilməz  ruhu,  düşmənə  sonsuz 


 
98 
nifr
əti, etno-milli iftixar hissi, əzmkarlıq və mübarizəyə çağırış nidası türk millətinin 
q
əhrəmanlıq ənənələrinin, gələcəyə bəslədiyi sonsuz inamın obrazlı ifadəsidir: 
Əhli islam olan eşitsin, bilsin, 
Can sağ ikən yurd verməniz düşmənə. 
İstərsə Uruset nəki var gəlsin
Can sağ ikən yurd verməniz düşmənə. [164, 165] 
H
əm  yazılı, həm də aşıq poeziyasının bir çox örnəklərində olduğu kimi, bu 
şeirdə də Qars qalası türkçülüyün yenilməzlik simvolu kimi tərənnüm olunur. Şeirin 
yazıldığı  ildə  (1877-ci  il)  Çar  Rusiyası  Şərqi  Anadolunun  bir  sıra  ərazilərini  işğal 
etmişdi  və  bu  işğalın  hüdudlarını  daha  da  genişləndirməyə  cəhd göstərirdi. Rus 
qoşunlarının  ermənilərlə  əlbir olub törətdikləri  qanlı  cinayətlər, fəlakət və  qırğınlar 
xalqın  mübariz  əzmini  qıra  bilməmişdi.  Doğma  xalqının  milli  psixologiyasını 
d
ərindən bilən, onun yenilməzliyinə və azadlığını hər şeydən üstün tutmasına bütün 
varlığı  ilə  inanan  Aşıq  Şenlik  oğuz  türklərinin  döyüş  meydanında  göstərdiyi 
igidlikl
əri qədim qəhrəmanlıq  ənənələrinin  başlıca  əlamətləri ilə  çox  ustalıqla 
əlaqələndirmiş  və  beləliklə, millətin  gen  yaddaşından  gələn  duyğular 
poetikl
əşdirilmişdir. Qoşmada əslində XIX əsrin deyil, odlu silah hələ olmadığı orta 
əsrlərin  döyüş  səhnəsi  canlandırılır.  Bu  səhnə  “at  çapmaq,  qılınc  qurşanmaq,  qoç 
igidl
ər” və  sair ifadələr vasitəsilə  bədii gerçəklik  qazanır.  Bu  cəhət özlüyündə 
türkl
ərin ozan-aşıq  sənəti  ənənələrindən, qəhrəmanlıq  dastanlarının  mübarizlik 
motivl
ərindən gələn xüsusiyyət kimi səciyyələnir.  Amansız  düşmənə  qarşı 
mübariz
əyə  çağırış  misradan  misraya,  bənddən bəndə  keçdikcə  etno-milli və  dini 
hissl
ərin poetik məzmununu yeni ötkəm boyalarla zənginləşdirir, onun təsir gücünü 
daha da artırır: 
Qurşanın qılıncı, geyinin donu, 
Qovğa buludları sardı hər yanı. 
Doğdu qoç igidin şan alma günü, 
Can sağ ikən yurd verməniz düşmənə. [164, 166] 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə