Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   24   25   26   27   28   29   30   31   ...   100

 
83 
Ağbaba-Çıldır  aşıq  mühitinin  tarixi-  mədəni özünəməxsusluğunu,  lokal 
coğrafi  arealını,  etno-genetik köklərini mühitin regional xüsusuiyyətlərini  ətraflı 
şəkildə  öyrənməklə  müəyyənləşdirmək olar. Problemin bu yönümdən  araşdırılması 
ümumtürk  aşıq  yaradıcılığı  kontekstində  Ağbaba-Çıldır  aşıq  mühitinin  tədqiqi 
tarixin
ə konkret elmi tezislərlə yanaşmağa imkan yarada bilər. 


 
84 
AĞBABA-ÇILDIR AŞIQ POEZİYASINDA TARİXİ YADDAŞ 
PROBLEMİ 
 
Azərbaycan  aşıq  sənəti  bütün  dövrlərdə  xalqın  həyatında  baş  verən  mühüm 
sosial-
siyasi  və  tarixi  hadisələrin  poetik  salnaməsi  olmuşdur.  Zülm  və  haqsızlığa, 
hərc-mərcliyə  və  özbaşınalığa,  ictimai  ədalətsizliyə  qarşı  həmişə  barışmaz  mövqe 
tutan  xalqımızın  mübarizlik  əzmi,  milli-etnik  duyğuları,  gücü  və  qüdrəti  aşıq 
yaradıcılığında  xüsusi  kəsər,  dolğun  məzmun  və  əlvan  bədii  boyalarda  öz  əksini 
tapmışdır.  Mürəkkəb  ictimai-siyasi  və  tarixi-mədəni  şəraitdə  təşəkkül  tapıb 
formalaşan  Ağbaba-Çıldır  aşıq  mühitinin  sosial  sənətkar  statusu  türkün  azadlıq 
ideallarının,  milli-mənəvi  qüdrətinin,  türkçülük  məfkurəsinin  poetik  ifadəsində 
müəyyənləşir.  Bu  mühitin  elə  bir  saz-söz  sənətkarı  yoxdur  ki,  yaşayıb-yaratdığı 
dövrün  hadisələrinə,  cəmiyyətdə  baş  verən  dəyişikliklərə,  ictimai  ağrılara  öz 
münasibətini  bildirməsin.  Bu  da  tamamilə  təbiidir.  Çünki  “həyatın,  zamanın  bütün 
hadisələrini dərk etmək, qavramaq və onu əks etdirmək yazılı ədəbiyyat üçün zəruri 
olduğu kimi, şifahi ədəbiyyat üçün də zəruruidir. Bu mənada klassik Azərbaycan aşıq 
poeziyasının gücü və ölməzliyi ondadır ki, o, həmişə öz zəmanəsinin ictimai-siyasi 
hadisələrini  əks  etdirmiş,  onu  dildə-dodaqda  nəğmələrə  çevirərək  tarixin  salnaməsi 
kimi dövrümüzə qədər yaşatmışdır" [85, 244].
 
Türkün q
əhrəmanlıq  ənənələri,  yaşam  tərzinin qədimdən bəri özgürlüyü
sosial 
ədaləti həyatının  ən böyük və  ali prinsipinə  çevirməsi, həqiqəti  başlıca  amal 
hesab etm
əsi Xəstə Hasanın, Həsən Şirəklinin, Aşıq Qaraninin, Aşıq Şenliyin, Aşıq 
Zülalinin, Koravelli Kamil Erdoğanın, Aşıq Nəsibin, Aşıq İsgəndərin və başqalarının 
yaradıcılığında poetik biçimli şeirlərin axarında sonsuz milli qürur və iftixar hissi ilə 
ifad
ə olunmuşdur. 
 
Poeziyada mil
li kimlik düşüncəsi 
Mühitin tarixi-
coğrafi  hüdudlarında  baş  verən  bir  sıra  hadisələr,  qanlı 
qovğalar,  işğalçılara  və  əsarətə  qarşı  mübarizə, xüsusilə  çar  Rusiyası  ilə  aparılan 
müharib
ələr bölgə aşıqlarının yaradıcılığında ictimai- siyasi lirikanın inkişafına güclü 


 
85 
t
əsir göstərmişdir.  Digər tərəfdən,  əsarət və  məhkumluğun  türkün  milli 
psixoloğiyasına,  türk  düşüncəsinə  tamamilə  yabançı  olması  Azərbaycan  aşıq 
ədəbiyyatında ictimai motivləri, türkçülük məfkurəsini müəyyənləşdirən başlıca amil 
kimi d
əyərləndirilməlidir. Xüsusi olaraq qeyd etmək istərdik ki, bu cəhət mühitin aşıq 
poeziyasında  ayrıca  bir  istiqaməti təşkil  edir.  Bu  cür  şeirlərdə  bir tərəfdən türkün 
yenilm
əzliyi, fədakarlığı və şücaəti tərənnüm olununrsa, ikinci bir tərəfdən yağıların 
işğal  etdiyi  Vətən  torpaqlarının  ayrılığı,  bu  ayrılıqdan  doğan  həsrət və  iztirablar, 
amansız  düşmənə  nifrət hissi poetik çalarlarla ifadə  edilir.  Qarsın,  Axıskanın, 
Axırkələyin, Ərdahanın və digər türk torpaqlarının düşmən əlinə keçməsi və bu işğala 
döz
ə bilməyən xalqın yurd sevgisi, əzmkarlığı və mübarizliyi XIX əsrdə yaranmış bir 
sıra  şeirlərin  başlıca  mövzusudur.  Türkün  qəhrəmanlıq  simvolu,  “Anadolunun  bel 
sümüyü  sayılan  Qars”  bu  şeirlərin mərkəzində  dayanır,  türk  xalqının  mənəvi 
qüdr
ətinin poetik səciyyəsi kimi səciyyələnir. Xüsusilə  rus  imperiyasının  bölgədə 
yürütdüyü  işğalçılıq siyasəti, bu siyasət nəticəsində  baş verən qanlı  müharibələr və 
f
əlakətlər bəzən bədbin boyalarla əks olunsa da, bütövlükdə  türkün  şücaəti və 
mübarizliyi h
əmin şeirlərdə üsyankar bir ruhla ifadə edilir. Bu poetik ifadəni təkcə 
ədəbi  ənənə  ilə  bağlamaq,  dövrün  ictimai  həyatından  yaranan  hadisələrin bədii 
m
ənzərəsi kimi səciyyələndirmək yanlış olardı. Bu, min illərdən bəri türkün qanında, 
iliyind
ə yaşayan qəhrəmanlığın, azadlıq ehtirasının ifadəsidir: 
G
əlmə, Moskov, gəlmə Qarsa, 
C
ənnət küfrə mal olurmu? 
Cahan biz
ə qarşı dursa, 
Əsla burdan yol olurmu? [168, 92]
 
Etno-
milli  yaddaşı,  milli-mənəvi  duyğuları  qabarıq  şəkildə  əks etdirən bu 
misralarda türkün özgürlüyü, hürr v
ə azad yaşamaq istəyi ifadə olunur. 
Qars v
ə qarslıların qəhrəmanlıq ənənələrinin, çar Rusiyası ilə aparılan qanlı 
müharib
ələrdə göstərdikləri şücaət və fədakarlığın yazılı və şifahi xalq ədəbiyyatında, 
o cüml
ədən  aşıq  yaradıcılığında  geniş  səpkidə  təsvirinin, dərin məhəbbətlə  tərən-
nümünün özün
əməxsus ictimai-siyasi səbəblərinə  ayrıca  diqqət yetirmək gərəkdir. 
Çünki  bunsuz  Ağbaba-Çıldır  aşıq  mühitində  Qars mövzusunun ətraflı  elmi  şərhi 


 
86 
mümkün deyildir. M
əhz  bu  baxımdan  “üç  il  sürən 1853-1855 Türk-Rus müharibə-
l
ərinin  ən  qanlısı  və  bizim üçün də  ən  şanslısı  olan  bu  Qars  zəfəri,  əhəmiyyəti ilə 
müt
ənasib olaraq ədəbiyyatımızda da dərin izlər buraxmışdır.” [213, 208].
 
Dig
ər tərəfdən tarixdən bəllidir ki, ermənilərin xəyanətkarlığından  istifadə 
ed
ən  çar  Rusiyası  Qarsı  ələ  keçirmək üçün məkrli təbliğatlar  aparır,  əhali  arasında 
çaxnaşma yaratmağa çalışırdı. Bu cəhətə diqqət yetirən və onu incələyən F.Kırzıoğlu 
yazır:  “Bu  kimi  təbliğatlar  o  qədər  çoxalmışdı  ki,  bir-birindən  ayrı  yerdə  bulunan 
Qarslı  xalq  şairlərimiz,  bu  kimi  düşmən hay-küyünə  mənzum cavablar verərək, 
toyda-düyünd
ə  və  məclislərdə  sazları  ilə  tərənnümə  başladıqları  bu  milli 
qocaqlamalarla qonşuları oyandırmaq lüzumunu duydular” [213, 56].
 
Aşıq Şenliyin, Şörəyelli Aşıq Qulunun, Qarslı Aşıq Bəhrinin və bir çox saz-
söz s
ənətkarlarınını  poeziyası  coşqun  vətənpərvərlik hisslərinin, milli qürur və 
döyüşkənlik duyğularınını obrazlı ifadəsi ilə diqqəti çəkir: 
Çox da t
ərif etmə sarı Moskofu, 
Dayansın üstünə Al-Osman gəlir. 
S
əksən min atlıdır, səksən min yayan, 
S
əksən min də sərhəng, balaman gəlir. 
 
Sıpqız ilan kimi elatımız var, 
Niz
əli, cidalı həm köhlən süvar, 
S
əksən min atlıdır əlində təbər, 
Şikar etmiş qaynağında qan gəlir. 
 
Qulu dey
ər badə içdim Pirimdən, 
Xorasanda qurşanmışam belimdən, 
Neç
ə komandanlar qalxıb yerindən, 
Ankara, İstanbul, külli Van gəlir. [213, 56]
 
Türkiy
ə folkorşünaslığında qoçaqlama adlanan bu cür şeirlər döyüşkən ruhu, 
mübariz m
əzmunu ilə  seçilir.  Şörəyelli  Aşıq  Qulunun  “Gəlir” rədifli  bu  qoşması 
türkün yenilm
əzliyini, azadlıq duyğularını poetik şəkildə əks etdirir. F.Kırzıoğlunun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə