Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   19   20   21   22   23   24   25   26   ...   100

 
68 
Şörəyel yolu dağdı, 
Dövr
əsi bağça-bağdı. 
Ağlama, gözəl yarım, 
H
əsən ölməyib, sağdı. [56] 
Az
ərbaycan  şifahi  xalq  ədəbiyyatına  yaxından  bələd  olan  şair  Məmməd 
Aslanın  tərtib  etdiyi  “Türk  xalq  şeirindən seçmələr” [154]  kitabında  Ağbaba-Çıldır 
aşıqlarından Aşıq Şenliyin, Aşıq Əmrahın, Aşıq Summaninin poetik irsindən örnəklər 
verilmişdir.  Kitabda  digər  aşıqlarla  yanaşı,  adı  çəkilən sənətkarlar  haqqında  qısa 
m
əlumatlar da öz əksini tapmışdır. 1980-cı ildə nəşr edilən bu kitab Ağbaba-Çıldır 
aşıqlarının yaradıcılığından müəyyən nümunələri əks etdirən ilk kitablardan biri kimi 
qiym
ətlidir.  
Tanınmış dilçi alim Kamil Vəliyev (Kamil Vəli Nərimanoğlu) “Elin yaddaşı, 
dilin yaddaşı” kitabında bir sıra görkəmli saz-söz ustaları ilə bərabər, Ağbaba-Çıldır 
aşıqlarından  Xəstə  Hasanın,  Aşıq  Nəsibin,  Aşıq  İsgəndərin  adlarını  da  çəkmiş, 
Çıldırlı  Aşıq  Şenlikdən  ayrıca  bəhs  etmişdir.  “Onun  yaradıcılığı  Azərbaycan  aşıq 
mühitind
ə dərin izlər qoymuşdur. Aşıq Şenliyin həyatı və yaradıcılığı Qars, Axıska, 
Ağbaba, Borçalı bölgələrində yaşayan Azərbaycan elatı, onun günü-güzəranı, şadlığı, 
sevinci il
ə bağlıdır” [158, 265]. 
Alim  Aşıq  Şenliyin  “Könül”  və  “Olub” rədifli  qoşmalarını  da  kitaba  daxil 
etmişdir. 
Ağbaba-Çıldır aşıq mühitinin öyrənilməsində ilk geniş tədqiqat işlərindən biri 
şübhəsiz ki, mərhum  folklorşünas  Q.Vəliyevə  məxsusdur. O, 1992-ci ildə  “Aşıq 
Şenliyin həyatı, mühiti və poetik yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası 
müdafi
ə etmiş, Aşıq Şenlik, dolayısı ilə Ağbaba-Çıldır aşıq mühiti haqqında sistemli 
t
ədqiqat  işi  aparmaq  ilk  dəfə  olaraq ona nəsib  olmuşdur.  Mərhum  folklorşünas 
dissertasiya işində Aşıq Şenliyin həyatı və mühiti, poetik irsinin toplanması, nəşri və 
t
ədqiqi tarixinə  ayrıca  fəsil həsr  etmiş,  bir  sıra  mübahisəli məsələlərə  aydınlıq 
g
ətirməyə  çalışmışdır.  Q.Vəliyev  Aşıq  Şenliyin  yaşayıb-yaratdığı  dövrün,  sosial-
siyasi v
ə  tarixi-mədəni  mühitin  başlıca  cəhətlərinə  xüsusi diqqət  yetirmiş,  onun 
Az
ərbaycan  aşıq  sənətində  tutduğu  mövqeyi  müəyyənləşdirməyə  səy göstərmişdir. 


 
69 
Alimin araşdırmasının üstün cəhətlərindən biri də Türkiyə folklorşünaslığında Aşıq 
Şenliyə  aid edilən  bir  sıra  şeirlərin müəlliflərinin düzgün göstərilməsidir. Müəllif 
türkiy
əli folklorşünas E.Aslanın “Çıldırlı Aşıq Şenlik. Həyatı, şeirləri və hekayələri” 
(1875) adlı kitabındakı mübahisəli məsələlərə, müşahidə etdiyi nöqsanlara münasibət 
bildir
ərək  yazır  ki,  “kitabda  Xəstə  Qasımın  “Yaxşıdı”,  “Aşnalığı”  qoşmaları,  Aşıq 
Hüseyn Şəmkirlinin “Yaxşıdı” qoşması, xalq şairi O.Sarıvəllinin 1942-ci ildə yazdığı 
“Yaşamaq istər” şeiri səhvən Aşıq Şenliyin qoşmaları kimi verilmişdir” [159, 50]. 
Dissertasiyada  Aşıq  Şenliyin  repertuarına  və  dastan  yaradıcılığına  diqqəti 
ç
əkən müəllif ustad aşığın yaratdığı dastanların ideya-məzmun xüsusiyətlərini təhlil 
ed
ərək, “Lətif şah” dastanının klassik dastanlarımızla bir səviyyədə durduğunu xüsusi 
vurğulayır. 
Bir  sıra  məziyyətlərinə  və  elmi yeniliyinə  baxmayaraq Q.Vəliyev öz 
t
ədqiqatında müəyyən yanlışlıqlara da yol vermişdir. Hər şeydən əvvəl Çıldırlı Aşıq 
Şenliyi  Borçalı  aşıq mühitinin  yetirməsi kimi təqdim etmək  doğru deyildir.  Sadəcə 
olaraq, Aşıq Şenlik Borçalı aşıq mühiti ilə sıx qarşılıqlı sənət əlaqələri saxlamışdır. 
Ustad s
ənətkarın Borçalı mahalına sıx-sıx səfərlərinə, Borçalı aşıqları və el şairləri ilə 

rüşüb deyişməsinə, Azərbaycan folklor arealında məşhur olmasına və s. faktorlara 
istinad ed
ən  folklorçu  alim  onu  Borçalı  aşıq  mühitinin  nümayəndəsi kimi təqdim 
etmişdir. Əlbəttə, bu özlüyündə düzgün deyildir. 
Dissertasiyada Aşıq Şenliyin mükəmməl mədrəsə təhsili görməsi, olum-ölüm 
tarixi (1853-1912; 
əslində  1850-1913) və  s. faktlar da təsdiqini  tapmayıb.  Onu  da 
qeyd etm
ək  lazımdır  ki,  Azərbaycan  folklorşünaslığında  Aşıq  Şenliyin  doğum  və 
ölüm tarixl
əri  haqqında  müxtəlif rəqəmlər göstərilir.  Ə.Şamil  Aşıq  Şenliyin 1853-
1914;  M.Hacıyeva  1850-1914; M.Aslan 1850-1913-cü illər  arasında  yaşayıb-
yaratdığını qeyd edirlər.  
Ağbaba-Çıldır  aşıq  mühitinin  ardıcıl  və  cəfakeş  tədqiqatçılarından  biri  Əli 
Şamildir. Hələ keçən əsrin 80-ci illərindən başlayaraq o, dövri mətbuatda, müxtəlif 
m
əcmuə və jurnallarda maraqlı və yeni faktlara əsaslanan məqalələrlə çıxış etmişdir. 
Onun “X
əstə  Həsən” (1984), “Xəstə  Hasan və  müasirləri” (1986),  “Dastanlaşmış 
ömürl
ər”  (2001),  “Aşıq  Ürfaninin  ömür  yolu  və  şeirləri”  (2006),  Aşıq  İsgəndər 


 
70 
Ağbabalı”  (2006;  Əzizə  Şamillə  şərikli), “Sözdə  birincilərdən  olan  Aşıq  Qarani” 
(2007) v
ə  s məqalə və kitabları  Ağbaba-Çıldır  aşıqları, bölgədə  yayılan dastançılıq 
ənənələri  haqqında  dəyərli  araşdırmalar  kimi  qiymətlidir. Bu sahədə  o, indi də 
s
əmərəli xidmət göstərir.  
Ağbaba-Çıldır  aşıqlarının  ədəbi  irsinin  toplanması  və  nəşri  istiqamətində 
münt
əzəm fəaliyyət göstərən folklorşünaslardan biri də Tacir Səmimidir. O, Ağbaba-
Çıldır  aşıq  mühiti  və  ümumiyyətlə  bölgənin folkloru ilə  bağlı  bir  neçə  kitab nəşr 
etdirm
işdir.  Əslən  Ağbabanın  İbiş  kəndindən olan T.Səmimi  topladığı  materialları 
“Duman  dağı  bürüdü”  (2000),  “Ayırdılar  Ağbabadan”  (1998),  “Ağbabadan  köç 
g
əldi” (1998) və s kitablarda cəmləşdirmişdir. Onun “Duman dağı bürüdü” kitabında 
bayatı,  mif,  holavar,  düzgü, nanay və  sair  ağız  ədəbiyyatı  janrlarından  əlavə,  Aşıq 
Şenliyin,  Aşıq  Qərib  Hasanın,  Çorlu  Məhəmmədin,  Aşıq  Nəsibin,  Aşıq  İsgəndər 
Ağbabalının  və  digər saz-söz sənətkarlarının  yaradıcılığından  poetik  örnəklər öz 
əksini tapmışdır. 
Ağbabalı  aşıqlardan  Çorlu Məhəmmədin,  Tomaroğlunun,  Aşıq  Məhərrəmin 
v
ə başqalarının şeirlərini ilk dəfə tapıb üzə çıxaran T.Səmimi olmuşdur. Xəstə Hasan 
ocağının  sonuncu  qüdrətli nümayəndəsi  Aşıq  İsgəndər  Ağbabalının,  onun  şagirdi 
Paşa  Göydağlının  yaradıcılığının  T.Səmiminin tərtibində  ayrıca  kitab  şəklində  işıq 
üzü görm
əsi  Ağbaba-Çılıdır  aşıq  mühiti  barədə  mövcud təsəvvürləri daha da 
genişləndirmişdir. 
Daha  çox  toplama  işləri ilə  məşğul  olan  T.Səmimi  Aşıq  İsgəndərin poetik 
irsini “Ayırdılar Ağbabadan” [24] kitabında toplayıb nəşr etdirmişdir. Kitabda aşığın 
bayatı, gəraylı, qoşma, divani, təcnis və s. janrlarda yazdığı şeirləri, bölgə sənətkarları 
il
ə deyişmələri, müxtəlif dastan-rəvayətlər, aşığın xatirələri və s. toplanmışdır.  
Aşıq  Paşa  Göydağlının  “Ağbabadan  köç  gəldi”  [26]  kitabı  da  eyni  prinsip 
əsasında tərtib olunmuşdur. Aşıq poeziyasının müxtəlif janrlarını əhatə edən kitabda 
el s
ənətkarının 8 gəraylısı, 49 qoşması, 4 divanisi, 3 təcnisi, 1 müxəmməsi, bayatıları, 
deyişmələri, (bu deyişmələr arasında Xındı Məmmədlə də deyişməsi vardır) müxtəlif 
dastan-r
əvayətlər öz əksini tapmışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə