Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   15   16   17   18   19   20   21   22   ...   100

 
56 
v
ə  “Axırkələk  ağısı”,  4  bəndi tam, sonuncu bəndindən  yalnız  2  misrası  verilən 
“Axıska”  rədifli  qoşma;  “Qaldı  Moskofa  (Moskvaya)  Axıska”,  Axıskadakı  məşhur 
Əhmədiyyə  camesi  haqqında  “Ağlasana gözəl came” gəraylılar  öz  əksini  tapmışdır 
[177, 95-
103]. R.Bayrakdarın bu kitabına daxil etdiyi şeirlər Qars vilayəti haqqındakı 
n
əşrlərdən  götürülmüşdür.  Şeirlərin məzmunu və  poetik  üslubu  Ağbaba-Çıldır  aşıq 
mühitin
ə məxsus səciyyəvi xüsusiyyətləri özündə mühafizə etməsi ilə seçilir. 
Anadolunun tarixind
ən, onun görkəmli  şəxsiyyətlərindən bəhs edən türk 
aliml
əri bir qayda olaraq aşıq poeziyasına da münasibət bildirir, saz-söz ustalarının 
türkl
ərin mədəni tarixində  oynadığı  rolu,  tutduğu  yeri  yüksək qiymətləndirilir. Bu 
baxımdan  “Anadoluyu  aytınlatanlar”  [222]  kitabının  müəllifi M.Öndərin  Aşıq 
Əmraha həsr etdiyi “Ərzurumlu Əmrah” məqaləsi maraq doğurur. M.Öndər görkəmli 
aşığı “arı-duru türkcənin ölümsüz ozanı” kimi səciyyələndirərək aşıq sənəti haqqında 
fikirl
ərini bu cür ifadə  edir: “Yüz illər boyu çiyinlərində  saz  şəhər mənim, bu oba 
s
ənin demədən Anadolunun yaz-qış qarış-qarış gəzən xalq ozanlarımızın Anadolunu 
nurlandıran araşında xüsusi bir yeri var” [222, 173]. 
M
əqalədə türk xalqlarının tarixi-mədəni, etik-estetik fikir tarixində yüksək yer 
tutan D
ədə  Qorqud,  Mövlana,  Yunus  Əmrə, Qazi Bürhanəddin,  Memar Sinan, 
Qaracaoğlan  kimi  şəxsiyyətlərlə  bir  sırada  Aşıq  Əmrahın  da  xüsusi  qeyd  olunması 
Ağbaba-Çıldır  aşıqlığının  Azərbaycan və  ümumtürk  aşıq  sənəti kontekstindəki 
əhəmiyyətli mövqeyini göstərir. 
Aşıq poeziyasının toplanması, nəşri və tədqiqi sahəsində Əhməd Kabaklının  
f
əaliyyəti  olmuşdur.  Onun  1300  illik  böyük  bir  tarixi  dövrü  əhatə  edən  beş  cildlik 
“Türk 
ədəbiyyatı”, “Təsəvvüf. Təriqət. Ədəbiyyat”, “Aşıq ədəbiyyatı” və s. əsərləri 
çoxşaxəli  yaradıcılığının  məhsuludur.  Adlarını  çəkdiyimiz ilk iki əsərdə  alim  aşıq 
yaradıcılığı  ilə  bağlı  müəyyən nəzəri fikirlər söyləmiş,  müxtəlif dövrlərdə  yaşayıb-
yaratmış  aşıqların  əsərlərindən örnəklər  vermişdir.  “Aşıq  ədəbiyyatı”  kitabında 
yetmişə  yaxın  aşıq  haqqında  xronoloji  ardıcıllıqla  qısa  bioqrafik  məlumat, onların 
poetik irsind
ən seçmə nümunələr və alimin aşıq sənətinə dair nəzəri fikirləri öz əksini 
tapmışdır. 


 
57 
Ə.Kabaklı nəzəri fikirlərini əsasən aşıq sənətinin qaynaqları, bu sənətin tarixi, 
özün
əməxsus cəhətləri və sair məsələlər üzərində cəmləşdirmişdir. F.Köprülü kimi, 
Ə.Kabaklı da “saz və ya xalq şairləri” [197, 13] adlandırdığı aşıqları iki qrupa bölür: 
q
ələm şairləri və meydan şairləri. 
“Q
ələm  şairləri” dedikdə  müəllif  aşıq  şeirinin  müxtəlif  janrlarında  yazıb-
yaradan, lakin saz çalmayan el şairlərini nəzərdə tutur. 
“Saz  şairi,  çoğur  şairi,  aşıq,  meydan  şairi”  adlandırdığı  sənətkarın  xalq 
arasında sazı ilə tanındığını xüsusi vurğulayan Ə.Kabaklı sazı və sözü aşıq sənətinin 
iki 
əsas cəhəti kimi dəyərləndirir. “Kəramət sazda, yoxsa sözdədirmi?”-sualını qoyan 
t
ədqiqatçı “aşıq sazına gözü kimi baxar”, “Kəl başından qorxar, aşıq sazından” [197, 
13] deyiml
ərini nümunə gətirməklə fikirlərini təsdiq etməyə çalışır. Bu cəhəti başlıca 
meyar sayan Ə.Kabaklı aşığı ozan sənətinin davamçısı kimi səciyyələndirir. Aşıqlar 
“ö
z şeirləri ilə birlikdə başqa şairlərin parçalarını da söyləyərlər. Bu baxımdan əski 
ozanlara b
ənzərlər” [197, 13].
 

əllif aşıq sənətinin bəzi özünəməxsus cəhətlərinə toxunaraq “ər badəsi və 
pir bad
əsi” içən sənətkarlar haqqında maraqlı mülahizələr irəli sürür. Qanlı savaşlarda 
igidlik göst
ərən, sərhədlərdə  dövlət  uğrunda  vuruşan  Koroğlu,  Dadaloğlu,  Qul 
Mustafa kimi aşıqları ər badəsi içənlər sırasına daxil edir.  
Pir, m
ənəvi yüksəliş badəsi içib haqq aşığı statusu qazanan Aşıq Qəribi, Dədə 
K
ərəmi “xalq ədəbiyyatının, eyni zamanda təsəvvüfün qəhrəmanları, övliyalar” [197, 
17] kimi s
əciyyələndirir. 
Bölgü bir q
ədər qeyri-dəqiq olsa da, etno-milli  yaddaşda,  türkün  mifik 
düşüncəsində  aşığın  mövqeyini  müəyyənləşdirən faktor kimi qiymətlidir.  Aşıq 
s
ənətinin sufi təriqətləri ilə  inteqrasiyasına,  daha  sonrakı  mərhələlərdə  baş  verən 
differensasial prosesl
ərə nəzər yetirsək  Ağbaba-Çıldır  aşıqları arasında  “pir  badəsi” 

ən sənətkarların (Aşıq Əmrah, Summanı, Aşıq Şenlik və b.) olduğunu, lakin onların 
ovliya, t
əsəvvüf  qəhrəmanları  səviyyəsinə  yüksəlmədiyini görərik.  Ə.Kabaklının 
t
əsnifatı bu baxımdan natamamdır. “Pir badəsi” içib lakin əfsanələşməyən, təsəvvüf 
q
əhrəmanına çevrilməyən saz-söz sənətkarları həm Azərbaycan, həm də Anadolu aşıq 
mühitl
ərində kifayət qədərdir. 


 
58 
Aşıqların  yetişdiyi  sosial-mədəni mühit və  bu mühitin nümayəndələri 
haqqında  Ə.Kabaklının  təsnifatı  maraq  doğurur.  Alimin  fikrincə,  aşıqların  yetişib 
formalaşdığı sosial-mədəni mühitin üç tipi mövcuddur: a) kənd və oymaqlar; b) əskər 
ocaqları; c) qəsəbə və şəhərlər. 
Ə.Kabaklı bu üç mühitin hər biri üzərində ayrıca dayanaraq yazır ki, kənd və 
oymaqlarda  yetişən  aşıqlar  ozan,  baxşı,  qam  adları  ilə  tanınan  xalq  sənətkarlarının 
ənənələrindən bəhrələnərək aşıq şeirinin ən gözəl örnəklərini yaradanlardır [197, 19]. 
Alimin q
ənaətinə görə, bu tip aşıqlar doğma kəndinə olduqca sıx bağlıdır, dumanlı 
dağlar təbiət gözəllikləri, müxtəlif macəralar, qız-gəlinlərin tərənnümü və s. onların 
poetik  yaradıcılığının  başlıca  məzmununu təşkil  edir.  Müəyyən elmi arqumentlərə 
əsaslanaraq fikirlərini davam etdirən müəllif  bu  tip  aşıqların  “Anadolunun  hər 
bucağından,  xüsusən də,  doğu  və  güneydoğu  bölgələrində  çıxdıqlarını  [197, 20] 
göst
ərir. 
H.İsmayılov  Göyçə  aşıq  mühitindən bəhs edərkən Göyçə  aşıqlarının 
“t
ərəkəmə, el aşığı” tipinə uyğunluğunun müşahidə olunduğunu bildirir [94, 31]. 
Göründüyü kimi, ayrı-ayrı aşıq mühitləri haqqında hər iki alimin mülahizələri 
üst-üst
ə düşür. Bu da həm Göyçənin, həm da Şərqi Anadolunun, o cümlədən onun bir 
hiss
əsi  olan  Ağbaba-Çıldır  bölgəsinin sosial-mədəni  şəraiti, milli-  etnik  düşüncə 
t
ərzini,  əski türk ənənələrini özündə  mühafizə  edib  saxlaması  ilə  əlaqədardır. 
Doğrudur,  Ağbaba-Çıldır  aşıqları  arasında  da  divan  ədəbiyyatının  müxtəlif 
janrlarında  yazıb-yaradan sənətkarlar  olmuşdur.  Məsələn,  Aşıq  Əmrahın,  Aşıq 
Nöqsaninin,  Aşıq  Ərbabinin  və  başqalarının  əruz vəznində  şeirlər  yazdıqları,  hətta 
Aşıq Əmrahın divanının çap olunduğu (1916) məlumdur [223, 359]. Lakin Ağbaba-
Çıldır  aşıq  mühiti  bütövlükdə  “tərəkəmə,  el  aşığı”  statusunun  xüsusiyyətlərini 
mühafiz
ə  edən  mühit  kimi  seçilir.  Adı  çəkilən  aşıqların  klassik  poeziya  janrlarında 
əsərlər yaratması isə aşıq sənətinin şəhər mühiti ilə ədəbi əlaqələri, xalq şeiri ilə yazılı 
şeirin qarşılıqlı təsirinin spesifikasından doğan özünəməxsusluqla şərtlənir. 
Bu probleml
ə əlaqədar folklorşünas Q.Namazov klassik poeziya ilə xalq şeiri 
arasındakı təsir və əks-təsirdən söhbət açarkən göstərir ki, saz ustalarına “şəhər aşığı” 
v
ə  “tərəkəmə  el  aşığı”  kimi  adların  verilməsi, XVII-XVIII  əsrlərdə  aşıq  yaradıcı-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə