106
çoxc
əhətli, çoxmənalı bir anlayışdır. Onun məzmununun əsas qayəsini doğma təbiətə
bağlılıq təşkil edir. Ona görə təbiətin tərənnümü, təbiət gözəlliklərinə pərəstiş
motivl
əri aşıq poeziyasında diqqətəlayiq bir yer tutur” [62, 71]. O.Əfəndiyevin bu
mülahiz
əsi, göründüyü kimi, birtərəfli səciyyə daşıyır. Digər tərəfdən, bu fikir
folklorşünaslığımızda az qala bir ənənə şəklini almışdır. Halbuki Vətən və
v
ətənpərvərlik mövzusunda yaranmış aşıq şeirlərini təbiətin tərənnümü ilə bağlı dar
bir elmi çevr
ədə araşdırmaq qətiyyən düzgün deyildir.
Türkçülük v
ə islamçılığa, dövlətçilik ənənələrinə və soykökə bağlılıq, genetik
yaddaşdan süzülüb gələn milli-etnik duyğular, kəskin sosial-siyasi ruh, milli azadlıq
ideyaları və sair motivlər Azarbaycan aşıqlarının, o cümlədən Zülalinin poetik
yaradıcılığında əhəmiyyətli yer tutur.
Qeyd etm
ək lazımdır ki, Aşıq Zülali bir sənətkar kimi gənc nəsildə milli-
azadlıq duyğularının tərbiyəsinə xüsusi fikir vermiş, özünün müəllimlik fəaliyyətində
bu c
əhətə böyük diqqət yetirmişdir. Həm ədəbi, həm də əməli fəaliyyətində
türkçülüyü, azadlıq və mübarizlik ideyalarını təbliğ etdiyinə görə o, çar hökuməti
t
ərəfindən siyasi cəhətdən şübhəli şəxs kimi təqib va təzyiqlərə məruz qalmışdır.
Folklorşünas M.Karsaklı Qars vilayətinin rus işğalı altında olduğu dövrdə Zülalinin
bir müdd
ət müəllimlik etdiyini göstərərək yazır ki, “bu sırada (1904-cü ildən sonra-
A.M.) Karsdakı nüfuzlu şəxslərlə məktublaşaraq şəhər mərkəzində də bir “Türk
Üsuli-C
ədid məktəbi” açılmasını və milliyyətçi ideyaları təlqin və təbliğ etdiyinə
gör
ə rus casusları Zülalini məhkum etdirmək üçün əsassız bəhanəlar axtarırlar” [188,
69-70].
Mü
əyyən obyektiv və subyektiv səbəblər üzündən doğma yurdunu tərk edən
Zülali harada yaşamasından asılı olmayaraq Vətənin, millətin dərdlərini öz dərdi
bilmiş, daim Türkiyənin taleyini düşünmüşdür. “Əmirlər, babalar, pirlər, ərənlər”-
dey
ə xitab etdiyi türk xalqını milli birliyə səsləmişdir. Bədii xitab va təkrirlər bu
çağırışın emosionallığını daha da gücləndirir, ona poetik çalarlar və effekt əlavə edir:
Der Zülali, g
əl sizinlə birləşək,
Hicr
ət edək, bir vadidə yerləşək,
G
əlin, Vətən xalqı, gəlin dərdləşək,
107
Sizinl
ə bir uzun söhbətə gəldim. [17, 63]
Aşıq Zülalinin şeirləri içdən gələn səmimi duyğuların poetik ifadəsidir. Bu
poetik ifad
ə birdən-birə yaranmamış, babalarımızın əski düşüncə tərzindən, həyata,
dünyaya v
ə cəmiyyətə baxışından və ətraf mühiti incə müşahidəsindən doğmuşdur.
M
əhz buna görədir ki, özünün poetik düşüncələrində Aşıq Zülali təbiiliyin və
orijinallığın gözəl örnəklərini yaradır.
Milli özünüd
ərkin, etno-milli duyğuların, dövlətçiliyin tərənnümü həmişə
olduğu kimi, çağdaş dövrümüzdə də Ağbaba-Çıldır aşıqlarının yaradıcılığında
çoxçeşidli janr və formalarda bədii inikasını tapmışdır. Zaman və cəmiyyət
d
əyişdikcə sosial-siyasi, tarixi-mədəni proseslərə aşıqlar münasibət bildirmiş, milli
d
əyərləri, dövlətçilik ənənələrini, özgürlüyü və türkçülüyü geniş xalq kütlələri
arasında təbliğ və tərənnüm etmişlər. Folklorşünas M.Özarslan aşıq sənətində gedən
bu yenil
əşməni nəzərdə tutaraq yazır: “Aşıqların özəlliklə cumhuriyyət, ordu,
əsgərlik, ölkə bütünlüyü, Kipr məsələsi, zaman dəyişməsi kimi fərdi mövzuları dilə
g
ətirmələri və bu mövzularda söylədiklərini geniş kütlələrə duyurmaları onları
yaşadan xüsusiyyətləridir” [223, 171-172]. Bu baxımdan Aşıq Reyhaninin, Aşıq
Mövlud İhsaninin, Aşiq Murad Çobanoğlunun, Aşıq Faxfurun, Aşıq İsrafilin
poeziyasında dərin məzmunlu əsərlər orijinal səciyyə daşıyır. Mustafa Atatürkün
mill
ət və Türkiyə qarşısındakı xidmətləri, imperialist qüvvələrə qarşı göstərdiyi
f
ədakarlıq, xalq və dövlətin birliyi səmimi və poetik deyimlərlə, milli iftixar hissi ilə
ifad
ə olunur:
Atatürkün şərəfindən, şanından,
Pay umanlar keçdi dadlı canından.
Bayraq yapdıq şəhidlərin qanından,
Mustafa Kamalın xatirələri.
Z
əfərdə əsgərlik, dinclikdə xidmət,
Reyhaninin eşqi budur nəhayət,
Böyük-kiçik, saz-söz, sevgi-m
əhəbbət,
Mustafa Kamalın xatirələri. [223, 172]
108
Eyni hiss v
ə duyğuları Aşıq Mövlud İhsani “Cümhuriyyət yazılı” rədifli
qoşmasında tarixi-bədii xronologiya şəklində dinləyiciyə təqdim edir:
Eşitlik, söz haqqı hər vətəndaşa,
Türk oğlu, sənindir yurd başdan-başa,
Dil
ədiyin yerdə rahatca yaşa,
V
ətənində cümhuriyyət yazılı. [223, 173]
Aşıq Mövlud İhsani Türkiyədə gedən böyük quruculuq işlərini, türk xalqının
qurub-
yaratmaq eşqini, türkçülüyün mənəvi qüdrətini ilhamla tərənnüm edir. Bəzən
t
əsvirçiliyə yol verilsə də, bu tip şeirlər xalqın milli hisslərinin, etno-psixologiyasının,
milli şüurun formalaşmasına güclü təsir göstərmişdir:
Sözü ged
ən mövzuda Aşıq Reyhaninin ədəbi fəaliyyəti daha çox diqqəti cəlb
edir. Onun Türk Ordusununu gücü v
ə qüdrəti, milli birlik, milli özünüdərk və sair
kimi keyfiyy
ətlər haqqında duyğu və düşüncələri poetik misralrın axarında
gerç
əkləşir, türk və türkçülük haqqında fikirləri yalnız bədii təsiri ilə deyil, həm də
sosial-siyasi v
ə məzmun dolğunluğu ilə seçilir. “Aslan kimi kükrəyən” Türk
Ordusunun
əzəməti “qələm aciz qalır, mürəkkəb yetməz” kimi klassik bir mübaliğə
il
ə tərənnüm olunur, folklordan gələn bu ifadə obrazlı fikrə yeni effekt əlavə edir:
Kükr
ədi Mehmetcik sel kimi axar,
Havadan tökül
ər, dənizdən çıxar,
Alnı cizgi-cizgi, dişini sıxar,
İrəli deyincə komandanları. [223, 174]
H
ərbi qüvvələrin qüdrətinin, ordunun döyüşkənliyinin tərənnümünə həsr
olunmuş şeirlərin ümumtürk aşıq sənətində, o cümlədən Ağbaba-Çıldır aşıq
mühitind
ə geniş yer tutmasının tarixi-mədəni və milli-genetik kökləri vardır.
Professor F.Körpülü bu m
əsələdən bəhs edərkən yazır: “Türklərin xalq şair-
musiqişünasları haqqındakı ilk tarixi məlumat Atilla dövrünə, yəni miladi tarixinin V
əsrinin ilk yarısına aiddir. Qərb qaynaqlarının verdiyi bu bilgiyə görə, Atillanın
ordusunda şairlər və musiqiçilər vardı; onun ziyafətlərində bu şairlər Atillanın
q
əhrəmanlıqlarına, zəfərlərinə dair düzüb-qoşduqları şeirləri oxuyardılar” [217, 157].
Dostları ilə paylaş: |