129
YOXLAMA SUALLAR
1.Reaktiv mühərriklərin ilk konstruksiyalari neçənci ildə və kim tərəfindən yaradılmışdır?
2. Reaktiv mühərriklərin işləmə prinsipi necədir və necə təsnifatlandırılır?
3. İlk turboreaktiv mühərrikin (TRM) nə vaxt yaradılmışdır, harada tətbiq
edilmişdir və işləmə
prinsipi necədir?
4. Turbopərli mühərrikin işləmə prinsipi necədir və harada tətbiq edilir?
5. Turbovintli mühərrikin işləmə prinsipi necədir və harada tətbiq edilir?
6. Turboval mühərrikin işləmə prinsipi necədir və harada tətbiq edilir?
7. Vint-pərli mühərrikin işləmə prinsipi necədir və harada tətbiq edilir?
130
Mühazirə 22
Hava-reaktiv tipli aviasiya mühərriklərinin iş prinsipi və quruluşları haqqında məlumat.
22.1. Hava-reaktiv mühərriki (HRM).
Hava-reaktiv mühərrik (HRM) — işçi cisim kimi atmosferdən götürülən hava və yanacağın
havada olan oksigenlə oksidləşmə məhsullarının qarışığını istifadə edən istilik reaktiv mühərrikidir.
İşçi cisim oksidləşmə reaksiyası hesabına qızır və genişlənərək reaktiv dartı əmələ gətirərək böyük
sürətlə mühərrikdən çıxır.
Hava-reaktiv mühərrikləri bir qayda olaraq atmosferdə uçuş üçün nəzərdə tutulan uçuş
aparatların hərəkətə gətirilməsi üçün istifadə edilir.
Hava-reaktiv
mühərrikləri ingilis dilində airbreathing jet engine kimi tərcümə olunur.
Ümumi iş prinsipləri. HRM-nin bir-birlərindən müəyyən qədər fərqlənən konstruksiyaları,
xarakteristikaları və tətbiq sahələrinin müxtəlifliyinə baxmayaraq
bütün HRM üçün ümumi olan və
onları başqa tip istilik mühərriklərindən fərqləndirən bir sıra prinsipləri fərqləndirmək olar.
Reaktiv dartqı. Hava reaktiv mühərriki — mühərrikin ucluğundan (soplo) çıxan işçi cismin
reaktiv şırnağı hesabına dartqını yaradan reaktiv mühərrikdir. Bu nöqteyi-nəzərdən HRM raket
mühərriki (RM) kimidir, lakin onunla fərqlnir ki, o, işçi cismin çox hissəsini ətraf mühitdən, o
cümlədən HRM-də oskidləşdirici kimi istifadə edilən oksigeni də atmosferdən alır. Buna görə
HRM atmosferdə uçuş zamanı raket mühərriki ilə müqayisədə üstünlüyə malikdir. Əgər raket
mühərriki ilə təchiz olunan uçan aparat həm yanacaq, həm də növündən asılı olaraq yanacağın
çəkisindən 2-8 dəfə çox olan oksidləşdirici daşımalıdırsa, onda HRM ancaq öz bortunda yalnız
yanacaq ehtiyatına malik olmalidir.
HRM-nin işçi cismi ucluqdan çıxışda yanacağın yanma məhsulları ilə oksigenin yanmasından
sonra qalan hava fraksiyalarının qarışığıdır. Əgər 1
kq kerosinin tam oksidləşməsi üçün (HRM-nin
adi yanacağı) təqribən 3.4
kq təmiz oksigen lazım olduğu halda, onda nəzərə alsaq ki, atmosfer
havası çəki ilə yalnız 23 % oksigenə malik olduğundan, bu yanacağın tam oksidləşməsi üçün 14.8
kq hava lazımdır və deməli, işçi cisim ən azı öz çəkisinin 94 % qədəri ilkin atmosfer havasından
ibarətdir. Praktikada, bir qayda olaraq izafi hava sərfi özünü göstərir (bəzən yanacağın tam
oksidləşməsi üçün minimal lazım olanla müqayisədə bir neçə dəfə çox), məsələn, turboreaktiv
mühərriklərdə yanacağın kütlə sərfi hava sərfinin 1-2 %-ni təşkil edir. Bu, HRM-nin işinin analizi
zamanı, çox hallarda, dəqiqlik üçün çox xəta olmadan, HRM-nin işçi cismini həm çıxışda, həm də
girişdə eyni maddə ilə — atmosfer havası kimi, mühərrikin şırnağın axma hissəsinin ixtiyari
kəsiyindən keçən işçi cismin sərfini isə eyni olaraq qəbul etməyə imkan verir.
HRM-nin dinamikasını belə izah etmək olar: işçi cisim uçuş sürəti ilə mühərrikə daxil olur,
ucluqdan isə reaktiv şırnağın axma sürəti ilə tərk edir. İmpuls balansından HRM-nin reaktiv dartqısı
üçün sadə ifadə alınır:
, (22.1)
burada
P – dartqı qüvvəsi, – uçuş sürəti,
c – reaktiv şırnağın axma sürəti (mühərrikə nəzərən),
G
– mühərrikdən işçi cismin saniyəlik sərfi. Göründüyü kimi, mühərrikin ucluğundan işçi cismin
axma sürəti uçuş sürətini üstələyən zaman HRM effektivdir:
.
İstilik reaktiv mühərrikinin ucluğundan qazın axma sürəti işçi cismin kimyəvi tərkibindən,
ucluğa girişdə onun mütləq temperaturundan və mühərrikin ucluğunda işçi cismin genişlənmə
dərəcəsindən asılıdır (ucluğa girişdə təzyiqin onun kəsiyindəki təzyiqə nisbəti).
İşçi cismin kimyəvi tərkibini bütün HRM üçün eyni saymaq olar. Mühərrikin iş prosesində işçi
cismin temperatur və genişlənmə dərəcəsində isə müxtəlif tip HRM və bir tip HRM-nin müxtəlif
nümunələri üçün böyük fərqlər vardır.
RM ilə müqayisədə HRM-nin əsas çatışmazlıqlarını da göstərmək olar:
- HRM yalnız atmosferdə, RM isə istənilən mühitdə və boşluqda işləmə
qabiliyyətinə malikdir;
- HRM yalnız verilən mühərrik üçün spesifik olan, uçuş sürəti həddinə qədər effektivdir, RM-
nin dartqısı isə uçuş sürətindən asılı deyil;
v
c
G
P