Айятуллащ ял-цзма Мякарим Ширази 109
qarışmışdır ki, onları bir-birindən ayırmaq
çətindir
və fərdi şəkildə, sanki öz məfhumunu itirir. Məsələn,
vacib namazlara giriş sayılan “azan və iqamə”
müsəlmanları bir yerə toplaşmağa, onu kütləvi şəkildə
yerinə yetirməyə dəvət edir. Bu əməl fərdi şəkildə
həmin vacib sünnəni qoruyub-saxlamaq və ona bir növ
ruhi hazırlıqdan başqa bir məfhum daşımır.
Namazın həqiqi dua və raz-niyaz sayılan “Həmd”
surəsinin (“nə`budu” (ibadət edirik), “nəstəin” (kömək
diləyirik), “ihdina” (bizi hidayət et kimi)) və namazın
sonunda “cəm” formasında işlənən “salam”ın ibarələri
fərdi
icra olunduqda, demək olar, öz əsl məfhumlarını
əldən verir. Bunlar bütünlükdə həmin vacib əməlin
mahiyyətinin kütlə üzərində qurulduğunu göstərir.
Bundan əlavə, onun camaatla qılınması haqda olduqca
çoxlu tövsiyələr vardır. İslam ibadətləri içərisində
“həcc”in ictimai əhəmiyyəti digər əməllərdən üstün,
“keçirilmə forması” və təsirləri
bütün ibadətlərdən
güclüdür.
2. İslamda ictimai əlaqələr qiymətləndirilərək Allah-
Taalanın ayələri və tövhidin nişanələrindən sayılır.
Qurani-Kərimdə buyurulur:
َﻞَﻌَﺟَو ﺎَﻬْﻴَﻟِإ اﻮُﻨُﻜ ْﺴَﺘﱢﻟ ﺎًﺟاَوْزَأ ْﻢُﻜ ِﺴُﻔﻧَأ ْﻦﱢﻣ ﻢُﻜَﻟ َﻖَﻠَﺧ ْنَأ ِﻪِﺗﺎَﻳآ ْﻦِﻣَو}
{ًﺔَﻤْﺣَرَو ًةﱠدَﻮﱠﻣ ﻢُﻜَﻨْﻴَﺑ
“Sizin ünsiyyət yaratmağınız üçün öz cinsinizdən
zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət
yaratması da Onun qüdrət əlamətlərindəndir!”
1
3. Qurani-Kərimdə aydın göstərilir ki,
Peyğəmbəri-
1 . “Rum” surəsi, ayə 21.
110 Яхлаг сайясиндя саьлам щяйат
Əkrəmin (s) qeyri-adi işlərindən biri insanlar arasında
ülfət və mehribanlıq yaratmasıdır:
ِﻩِ ْﴫَﻨِﺑ َكَﺪﱠﻳَأ َيِﺬﱠﻟا َﻮُﻫ ُﻪّﻠﻟا َﻚَﺒ ْﺴَﺣ ﱠنِﺈَﻓ َكﻮُﻋَﺪْﺨَﻳ نَأ ْاوُﺪﻳِﺮُﻳ نِإَو}
{ْﻢِﻬِﺑﻮُﻠُﻗ َ ْينَﺑ َﻒﱠﻟَأَو َينِﻨِﻣْﺆُﻤْﻟﺎِﺑَو
“O Allah səni Öz köməyi və möminlərlə müdafiə
edib möhkəmlətdi, onların ürəklərini ülfət, dostluqla
birləşdirdi.”
1
Ayədə göstərilir ki, sərvət və dünya malı ürəklər
arasında ülfət və dostluq yarada bilməz və hətta onun
özü ixtilaf və təfriqə, ədavət
və kin-küdurət amilinə
çevrilir. İman və mənəviyyat isə belə deyildir. Diqqəti
cəlb edən digər məsələ odur ki, bu ayədə möminlərin
müdafiəsi bilafasilə Allahın köməyindən sonra qeyd
edilir. Bu da həmin məsələyə bir daha əhəmiyyət verir.
4. Qurani-Kərimdə ixtilaf, nifaq və ayrılıq səmavi
əzaba bais olan amil sayılır:
ِﺖْﺤَﺗ ﻦِﻣ ْوَأ ْﻢُﻜِﻗْﻮَﻓ ﻦﱢﻣ ﺎًﺑاَﺬَﻋ ْﻢُﻜْﻴَﻠَﻋ َﺚَﻌْﺒَﻳ نَأ َﲆَﻋ ُرِدﺎَﻘْﻟا َﻮُﻫ ْﻞُﻗ}
{ ٍﺾْﻌَﺑ َسْﺄَﺑ ﻢُﻜ َﻀْﻌَﺑ َﻖﻳِﺬُﻳَو ًﺎﻌَﻴِﺷ ْﻢُﻜ َﺴِﺒْﻠَﻳ ْوَأ ْﻢُﻜِﻠُﺟْرَأ
“De: Allah başınızın üstündən və ayaqlarınızın
altından sizə əzab göndərməyə, yaxud sizi dəstələr
halında qarışdırmağa və birinizə digərinin qorxusunu
(müharibəni sizin hər birinizə) daddırmağa qadirdir!”
2
5. Qurani-Kərim möminlər arasında əlaqəni
“qardaşlıq” kimi yad edir və beləliklə, onları sıx vəhdətə
dəvət edir.
6. Camaat arasında ədavət, ixtilaf və təfriqə
1 . “Ənfal” surəsi, ayə 62-63.
2 . “Ənam” surəsi, ayə 65.
Айятуллащ ял-цзма Мякарим Ширази 111
İslamda
böyük günahlardan, onların arasında
ülfət və
mehribanlıq isə ən yaxşı əməllərdən sayılır. “Ehticac”
kitabında imam Sadiqdən (ə) belə nəql olunur:
ُةَواﺪَﻌْﻟا ُﺐَﻠْﺠُﻳ َو َينﱢﺑﺎﺤَﺘُﻤْﻟا َ ْينَﺑ ﺎﻬِﺑ ُقﱠﺮَﻔُﻳ ُﺔَﻤﻴِﻤﱠﻨﻟا ِﺮْﺤ ﱢﺴﻟا ِ َﱪْﻛَا ْﻦِﻣ ﱠنِا
،ُرﻮُﺘ ﱡﺴﻟا ﺎَﻬِﺑ ُﻒ َﺸْﻜُﻳَو ُروﱡﺪﻟا ﺎَﻬِﺑ ُمَﺪْﻫُيَو ُءﺎﻣﱢﺪﻟا ﺎَﻬِﺑ ُﻚَﻔ ْﺴُﻳَو َينِﻓﺎﺼَﺘُﻤْﻟا َﲆَﻋ
ٍمَﺪَﻘِﺑ َضْرَ ْﻻا َءﻰِﻃَو ْﻦَﻣ ﱡ َﴍَا ُم ﱠماﱠﻨﻟاَو
“Xəbərçilik həqiqətən, dostlar arasında təfriqə və ədavət
yaradan ən böyük sehrdir. Onunla qanlar axıdılır, evlər
dağılır, camaatın sirləri faş edilir. Xəbərçi yer üzündə addım
atan ən pis adamdır!”
1
Yeri gəlmişkən, bəzi hədislərdə sehr küfrlə eyni
sayılmışdır.
7. İslam müstəsna hallardan başqa müsəlmanların
bir-birləri ilə küsülü qalmalarına, aralarında ülfət və
sevginin azalmasına və dostluqda soyuqluğa icazə
vermir. Bir çox hədislərdə bunlar şiddətlə qadağan
edilmiş və çarəsiz qarşıya çıxan hallarda isə üç gündən
artıq küsülü qalmağa icazə verilməmişdir. Peyğəmbəri-
Əkrəm (s) buyurmuşdur:
ٍمﺎّﻳَا ِﺔَﺛﻼَﺛ َقْﻮَﻓ ُهﺎﺧَا َﺮُﺠْﻬَﻳ ْنَا ٍﻢِﻠ ْﺴُﻤِﻟ ﱡﻞِﺤَﻳ ﻻ
“Müsəlmanın din qardaşı ilə üç gündən artıq küsülü
qalması caiz deyil!”
2
Başqa bir hədisdə isə belə buyurmuşdur:
ِﺔَﺛﻼَﺛ ْﻦِﻣ َ َثرْﻛَا ُهﺎﺧَا ﺮُﺠْﻬَﻳ ﻼَﻓ ًﻼِﻋﺎﻓ ﱠﺪُﺑﻻ َنﺎﻛ ْﻦَﻤَﻓ ،ِناﺮْﺠِﻬْﻟا ِﻦَﻋ َﻲِﻬُﻧ
1 . “Ehticac”, Təbərsi, 2-ci cild, səh.82.
2 . “Biharul-ənvar”, 75-ci cild, səh.189.
112 Яхлаг сайясиндя саьлам щяйат
ِﻪِﺑ ﱃْوَا ُرﺎّﻨﻟا ِﺖَﻧﺎﻛ َﻚِﻟاذ ْﻦِﻣ َ َثرْﻛَا ِﻪِﻴِﺧَ ِﻻ ًاﺮِﺟﺎﻫ َنﺎﻛ ْﻦَﻤَﻓ ، ٍمﺎّﻳَا
“(Başqasından) küsmək qadağan olunub. Çarəsizlikdən
bu işi görənlər üç gündən artıq öz qardaşından küsülü
qalmasın. Ondan çox küsülü qalana isə cəhənnəm odu
layiqdir!”
1
Bu hədislərdə küsülülüyü
davam etdirənin
İslamdan çıxmasının və barışığa razılıq verənin isə
behiştə daxil olması da qeydə alınıb.
8. İslamda məhəbbət, dostluq, ülfət, həmkarlıq və
yardım hər müsəlmanın qəti vəzifəsi və hamının bu
üsullara riayəti vacib sayılır. İmam Sadiq (ə) bir hədisdə
buyurur:
، ِﻒُﻃﺎﻌﱠﺘﻟا َﲆَﻋ ُنُوﺎﻌﱠﺘﻟاَو ،ِﻞ ُﺻاﻮﱠﺘﻟا ِﰲ ُدﺎﻬِﺘْﺟِ ْﻻا َينِﻤِﻠ ْﺴُﻤْﻟا َﲆَﻋ ﱡﻖِﺤَﻳ
ماَﻛ اﻮُﻧﻮُﻜَﺗ ﻰّﺘَﺣ ، ٍﺾْﻌَﺑ ﲆَﻋ ْﻢِﻬ ِﻀْﻌَﺑ ُﻒُﻃﺎﻌَﺗَو ،ِﺔَﺟﺎﺤْﻟا ِﻞْﻫَ ِﻻ ُةﺎﺳاﻮُﻤْﻟاَو
ْﻢُﻬَﻨْﻴَﺑ ُءماَﺣُر ﱠﻞَﺟَو ﱠﺰَﻋ ُﻪﻠﻟا ُﻢُﻛَﺮَﻣَا
“Müsəlmanların öz aralarında xoş münasibətlərin
qurulması üçün çalışmaları, məhəbbətlə davranmaları,
möhtaclarla mehriban dolanmaları, bir-birlərinə qarşı
səmimi olmaları lazımdır ki, Allah-Taalanın (Quranda)
“Bir-birlərinə qarşı mehribandırlar!” –
buyruğunu
qazana bilsinlər.”
2
9. İslam dostluq, məhəbbət, ictimai həmkarlıq və
bərabərliyi yalnız bir vəzifə hesab etmir və onların
gerçəkliyi üçün də tədbirlər nəzərdə tutur.
Bir tərəfdən
qeybət, xəbərçilik, qürur, haqqı geri almaqda qarşı tərəfi
sıxıntıya salmaq, bədbinlik, insanları pis ləqəblərlə
1 . “Vəsailüş-şiə”, Hürr Amuli, 8-ci cild, səh.586, hədis: 8.
2 . Yenə orada, səh.552, hədis: 2.