Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə40/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   34   35   36   37   38   39   40   41   42

Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   163
  َﻚ ِﺴْﻔَﻨِﺑ يِﺮْﻐُﺗ َﻚﱠﻧِﺎَﻓ َءاﺮِﻤْﻟاَو َكﺎّﻳِا ! ُﻞْﻴَﻤُﻛ ﺎﻳ :(ع)َينِﻨِﻣْﺆُﻤْﻟا ِيرِﻣَا ْﻦَﻋ
َءﺎﺧِ ْﻻا ُﺪ ِﺴْﻔُﺗ َو  َﺖْﻠَﻌَﻓ اذِا َءﺎﻬَﻔ ﱡﺴﻟا
5.  İmam  Əli (ə) Kumeylə buyurmuşdur:  “Ey 
Kumeyl! Mücadilə  və faydasız deyişmədən uzaq ol ki, öz 
əlinlə nadanları əleyhinə qaldırar və qardaşlığı pozarsan.”
6
Bu hədislərə əsasən, mücadilə və çəkişmələrə bais 
olan mübahisələr, adətən,  əks təsirlərə malikdir ki, 
onların bir neçəsini aşağıda qeyd edirik:
1. Bəhs zamanı mücadilə heç bir tərəfə faydalı deyil 
və çox vaxt qarşı tərəflərin müqavimətinə səbəb olur.
2. Mücadilə imanın təkamülünə mane olur.
3. Mücadilə hissləri təhrik edir, ədavət və 
düşmənçiliyə səbəb olur.
4. Mücadilə azğınlığa yol açır. Çünki o, inadkarlıq, 
xudbinlik və təəssübkeşlik hisslərini oyadaraq haqqın 
üstünü örtür.
5. Nadanlarla mücadilə insanı  şəxsiyyət və 
hörmətdən salır.
İslam insanın şəxsiyyəti və imanın qiymətini nəzərə 
alaraq hər hansı  çəkişmə, mücadilə  və qalmaqaldan 
uzaq olmağı təklif edir və hətta haqqın isbatı naminə 
olsa belə, ona qətiyyən icazə vermir.
b) Xudbinlikdən uzaqlaşmaq:  Cəmiyyətlə gözəl 
münasibət yaratmaq, onlarda xoş  təsir qoymaq 
istəyənlər hər hansı mövzudan danışarkən onu 
özünə mənsub edərək özünü bu ideyanın sahibi kimi 
göstərməməli, obyektivliyə riayət edərək haqq sözü 
qarşı tərəflə bölüşməli, bəzən onun fikirləri tərkibində 
mövzunu aydınlaşdırmalıdır. Çünki hər bir insana 
6 . “Biharul-ənvar”, 77-ci cild, səh.270, hədis: 1.


164                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
fikirləri doğma övladı kimi əziz olur, onları varlığının 
bir hissəsi sayır, məhəbbət bəsləyir və onlarla yaşayır. 
Eynilə ona əks olaraq, başqalarının fikir və düşüncələri 
insana yad övladlar kimi ögeydir. Bəzən insan qarşı 
tərəfin məhəbbətini özünə  cəlb edə bilmədikdə, onu 
özünə  rəqib edir. Amma insanın hər hansı  həqiqəti 
öz düşüncəsi və başa düşdüyü formada anlaması çox 
asandır. Çünki o zaman şüur və hisslər üst-üstə düşür. 
Buna  əks olaraq, hər hansı yad fikir onun varlığına 
daxil olduqda, şüur və hissləri arasında ziddiyyət baş 
verir ki, adətən, çoxlarında hisslər  şüura qalib gəlir. 
Halbuki  əql doğru  fikri qəbul etmək istəsə  də, rəqib 
duyğular onu yad hesab edərək imtina edirlər. Bəs, 
əgər mübahisədə  məqsədimiz, doğrudan da, qələbə 
deyil, həqiqəti araşdırmaqdırsa, onda yaxşı olar ki, 
qarşı  tərəfdə mövzu və ideyanın  əsasının, yaxud 
nəticəsinin onun özününkü olduğu haqda təsəvvür 
yaradaq! Əgər məqsəd həqiqəti yetirməkdirsə, nə üçün 
onun məhz “bizim fikrimiz” olduğunu israr etməliyik?! 
Aparılan bir çox təcrübi sınaqlar göstərir ki, belə üsul 
və metodlar, adətən, daha uğurlu təsirə malikdir. 
Demək, istənilən ideyanın reallığı üçün aşağıdakı üsul 
və metodları nəzərə almaq zəruridir:
1. Mübahisə zamanı mövzu açıqlandıqca, onun 
bütövlükdə qavranılması üçün qarşı  tərəfə  şərait 
yaratmaq lazımdır. Yəni həqiqətdə danışan  fikirlərini 
birbaşa onun beyninə yeritməməli, dərki üçün zəmin 
hazırlayaraq daxili istedadını dirçəltməlidir.
2. Yaxşı olar, mübahisə sual-cavab formasında 
aparılsın və son nəticə qarşı  tərəfin özünə  həvalə 
edilsin.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   165
3. Özünə istinadı bildirən “məndən qabaq heç kim 
bunu deməyib!” – kimi ifadələrdən çəkinməliyik.
4. Qarşı  tərəfin söhbətlərində mövzuya uyğun bir 
fikir və ya ideya vardırsa, hökmən xatırlanılsın. Hətta 
onun öz sözü də olmasa, atası, ustadı, tayfasının 
ağsaqqalı, səmimi dostu və ya hər hansı ehtiram və 
məhəbbət bəslədiyi  şəxsin ifadələrinə bir fakt kimi 
əsaslanmaq lazımdır.
Qeyri-adi ecazkarlığı ilə hamını valeh edən Qurani-
Kərim çox vaxt həmin üsullarla öz müxaliflərini və ona 
şübhə ilə yanaşanları sorğu-suala çəkir. Buna aşağıdakı 
ayələri misal göstərmək olar:
{ِﻪﱠﻠﻟا َﻊﱠﻣ ٌﻪَﻟِإَأ}
“Məgər Allahla yanaşı bir tanrımı var?”
1
{ِﻪﱠﻠﻟا ُ ْيرَﻏ ٌﻪَﻟِإ ْﻦَﻣ}
“Allahdan başqa tanrı varmı?”
2
{ِﻪﱠﻠﻟا ُ ْيرَﻏ  ٍﻖِﻟﺎَﺧ ْﻦِﻣ  ْﻞَﻫ}
“Allahdan başqa xaliq varmı?”
3
{ﺎَﻬِﺑ َنﻮُﻠِﻘْﻌَﻳ  ٌبﻮُﻠُﻗ ْﻢُﻬَﻟ َنﻮُﻜَﺘَﻓ  ِضْرَ ْﻷا  ِﰲ اوُير ِﺴَﻳ ْﻢَﻠَﻓَأ}
“Niyə onlar yer üzündə  gəzib dolanmırlar ki, 
düşünən qəlbləri olsun?”
4
Bəli, Qurani-Kərim hər hansı həqiqəti açıqlayarkən 
son hökmü və düzgün nəticə çıxarmağı müqabil tərəfin 
1 . “Nəml” surəsi, ayə 61.
2 . “Qəsəs” surəsi, ayə 72.
3 . “Fatir” surəsi, ayə 3.
4 . “Həcc” surəsi, ayə 46.


166                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
vicdanına tapşırır.
c) Etik qaydalara riayət: Ötən bəhslərdə deyildi ki, 
gərək danışıq və ifadələrimizdə  şüur və duyğuların 
bir-birinə zidd olmasına zəmin yaratmayaq. Əksinə, 
mövzunun təsirini daha da artırmaq üçün hiss və 
duyğulara xüsusi əhəmiyyət verilməlidir. Burada da 
bir sıra üsullara diqqət yetirmək lazımdır:
1.  Hər kəsin adı özünə sevimli olduğundan, 
müraciət formalarında onu xüsusi ehtiramla qeyd 
etməli, onu cəlb edə bilən adı, soyadı və təxəllüsündən 
birini seçməliyik. Hədislərdə  də buyurulur ki, insanı 
“künyə”si ilə çağırmaq daha layiqdir.
1
 (“Künyə” 
ərəblər üçün ən hörmətli addır.) Peyğəmbəri-Əkrəm 
(s) hər kəsi  ən yaxşı adı ilə çağırar və  hətta künyəsi 
olmayanlara münasib künyə seçərmiş.
2.  Əvvəl sözü qarşı  tərəfə verməklə onu diqqətlə 
dinləmək lazımdır. Bu özü insan üçün doğrudan da 
həqiqətin  əhəmiyyət daşıdığını  və müqabil tərəfin 
fikirlərinə hörmətlə yanaşıldığını göstərir. Belə nəzakətli 
rəftar istər-istəməz onun hisslərində öz müsbət təsirini 
qoyacaqdır.
Adətən, mübahisələrdə hər kəs bütün qüvvəsini öz 
əqidə, təfəkkür, dəlil və fikirlərinin açıqlanmasına sərf 
edir və belə vaxtda başqasının sözlərini tam mənası 
ilə  eşitməyə hazır olmur. O zaman irəli sürülən hər 
hansı doğru dəlil biyabana düşən toxuma bənzəyir. 
Birdə ki, dil açıb danışdıqda, içləri boşalır və bundan 
sonra onlarda haqqı  eşitmək qabiliyyəti yaranır. 
Rəvayətlərdə  nəql olunur ki, Peyğəmbəri-Əkrəm (s) 
və  Əhli-beyt (ə) də qarşılaşdığı adamları hövsələ  və 
1 . “Vəsailüş-şiə”, 8-ci cild, “əhkamul-əşərə”, 5-ci bölüm.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə