Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə39/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   34   35   36   37   38   39   40   41   42

Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   159
səmimiyyətin aradan getdiyini, qarşı  tərəfə yersiz və 
dəlilsiz nifrət və kin-küdurətin oyandığını hiss edirik.
4. Siyasi məktəb çəkişmələrin və dini-məzhəbi 
mübahisələrin tarixi göstərir ki, bir əqidə  və ya 
məktəbin isbatı  uğrunda sərf olunan küllü miqdarda 
qüvvə, xərc və  zəhmətlərə  rəğmən, bəhrə  və  nəticəsi 
əsla bərabər deyildir.
5. Elmi müzakirə və fikri mübadilələrin çəkişmələr, 
bəzən də dava-dalaşla nəticələnməsi təəssüfləndirici 
haldır. Halbuki dava-dalaşla elmi müzakirə arasında 
heç bir əlaqə yoxdur və heç vaxt birini digəri ilə isbat 
etmək olmaz.
6. Çox vaxt qarşı tərəf güclü məntiqin müqabilində 
cavabsız qalıb sussa da, təslim olmayaraq 
inadkarlığından əl çəkmir.
Bütün bunlar elmi, ictimai, siyasi və s. mübahisələrdə 
qarşılaşdığımız hallardır. Axı nə üçün belə olmalıdır? 
Çünki çox vaxt bu bəhslərdə  həqiqətin aydınlaşması 
deyil, qarşı  tərəfə  qələbə çalmaq əhəmiyyət daşıyır. 
Halbuki həqiqəti araşdırmaqda məqsəd hər kəsi əvəzsiz 
yararlandırmaqdır. Məsələn, fərdin  şəxsiyyəti təhqir 
edilmədən ona müəyyən bir məsələ öyrədilsin. Amma 
əgər mücadilə və çəkişmələrdə elə də mühüm olmayan 
məsələyə görə qarşı  tərəflərin  şəxsiyyəti, hörməti və 
s. hissləri asanlıqla tapdanır. Belə hallarda hər hansı 
tərəfin müqavimət göstərib, nifrət hissini bildirməsi 
təəccüblü deyildir. Çünki psixoloqlar deyirlər:
1. Hərçənd, mücadilə  və  çəkişmə ilə qarşı  tərəfi 
məhkum etmək mümkün olsa da, onun səmimi razılığı 
əldə edilməyəcəkdir.
2. Heç vaxt nadan şəxsə mücadilə  və  çəkişmə ilə 


160                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
məntiq və həqiqəti anlatmaq olmaz.
3. Mübahisələrdə  qələbə üçün ən yaxşı üsul ondan 
boyun qaçırmaqdır. Adətən, çəkişmə, yaxud dava-dalaş 
hökm sürən bəhslərdə qarşı tərəfi razı salmaq çox çətin 
olur. Belə hallarda onun müqaviməti göstərir ki, özü 
və ya hər hansı məqamı təhlükə qarşısındadır. Halbuki 
insanın bilmədiyi bir şeyi öyrəndiyi halda müqavimət 
göstərməsi mənasızdır.
Mübahisələrdə insanın təhrik və müqavimətinə 
bais olan səbəblərin bir neçəsini aşağıda qeyd edirik:
1. Qarşı  tərəfin özünün, yaxud fikirlərinin təhqir 
olunduğu bəhslər. Buna “sənin nəzərin heç də məntiq 
və  ağılla uyğun gəlmir, heç kim bu fikirdə deyil, 
heç sizə belə danışmaq yaraşmaz və yaxud adam 
təəccüblənməyə bilmir!...” – kimi nümunələri misal 
çəkmək olar.
2. Qarşı  tərəfin çəkindiyi bir kəsin kənarında baş 
verən bəhs və danışıqlar.
3. Qarşı tərəfə bir növ təlimvermə məqsədli bəhslər.
4. Fikir mübadiləsi zamanı bir tərəfin üstünlüyü və 
digər tərəfin gözdəndüşmə ehtimalı verilən bəhslər.
5. Qarşı tərəfin özünün, yaxud sevdiyi şəxslərin, ya 
da dost və yaxınlarının bir sıra keçmiş və yaxud indiki 
əməllərini şübhə altına ala biləcək bəhslər.
6. Mühitin, yaxud ailənin və ya ilkin təlim-tərbiyənin 
təsiri nəticəsində insanın fikir və düşüncəsinin təməlini 
təşkil edən bəhslər.
Demək, sağlam mübahisə üçün bütün bunlar nəzərə 
alınmalı, müqabil tərəfi təhrik etməmək, dava-dalaş və 
çəkişmədən uzaq olmaq üçün adi metodlardan əsla 
istifadə edilməməlidir.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   161
Müsbət təsirli amillər
a) Mübahisə zamanı mülayim rəftar:  İslamın 
əxlaqi təlimlərində nitq və danışığın  ədəb-ərkanına 
dair kifayət qədər tövsiyə  və göstərişlər vardır ki, 
mövzumuzla  əlaqədar olaraq mücadilə  və  çəkişməyə 
bais olan bəhslərə icazə verməyən və ya bəzən onları 
tamamilə qadağan edən bir neçə nümunəni qeyd 
etmək istəyirik. Məsələn, Qurani-Kərimdə buyurulur:
{ُﻦ َﺴْﺣَأ  َﻲِﻫ ﻲِﺘﱠﻟﺎِﺑ  ﱠﻻِإ  ِبﺎَﺘِﻜْﻟا  َﻞْﻫَأ اﻮُﻟِدﺎَﺠُﺗ  َﻻَو}
“Kitab  əhli ilə yalnız  ən gözəl tərzdə mücadilə 
edin!”
1
Başqa bir ayədə belə buyurulur:
{ُﻦ َﺴْﺣَأ  َﻲِﻫ ﻲِﺘﱠﻟﺎِﺑ ﻢُﻬْﻟِدﺎَﺟَو}
“Onlarla ən gözəl tərzdə mücadilə et!”
2
Bu ayələr mübahisə zamanı  “ən gözəl tərz və 
üslub”u seçməyi tövsiyə edir. Qeyd olunan “əlləti 
hiyə  əhsən”  (ən gözəl tərz) – ifadəsinə  əsasən, 
mübahisələrimizdə hökmən səmimiyyəti, 
ədəb 
qaydalarını  nəzərə almamalıyıq. Hətta bəzən mütəal 
Allah Peyğəmbəri-Əkrəmə (s) rəsmən göstəriş verir 
ki, inadkar müxaliflərin müqabilində tamamilə sükut 
etsin, mücadilə ilə nəticələnən bəhslərdən çəkinsin:
{َنﻮُﻠَﻤْﻌَﺗ ﺎَ ِبم ُﻢَﻠْﻋَأ ُﻪﱠﻠﻟا ِﻞُﻘَﻓ َكﻮُﻟَدﺎَﺟ نِإَو}
“(Ya Rəsulum!) Əgər onlar səninlə əsassız mübahisə 
1 . “Ənkəbut” surəsi, ayə 46.
2 . “Nəhl” surəsi, ayə 125.


162                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
etsələr, de ki, Allah sizin hər bir əməlinizi yaxşı bilir.”
1
Buna dair misallar hədislərimizdə az deyildir. 
Məsələn:
ُﻪُﺘَﻨْﺘِﻓ ُﻦَﻣْﺆُﺗ ﻻ َو ُﻪُﺘَﻤْﻜِﺣ ُﻢَﻬْﻔُﺗ ﻻ ُﻪﱠﻧِﺎَﻓ َءاﺮِﻤْﻟا اوُرَذ :(ص) ﱡﻲِﺒﱠﻨﻟا  َلﺎﻗ
1. Peyğəmbər (s) buyurmuşdur:  “Mücadilədən 
çəkinin ki, nə onun faydası var, nə  də  fitnəsindən amanda 
qalmaq olar.”
2
 ْنِا َو َءاﺮِﻤْﻟا َعَﺪَﻳ ﻰّﺘَﺣ ِنﺎيمِ ْﻻا َﺔَﻘﻴِﻘَﺣ ٌﺪْﺒَﻋ  ُﻞِﻤْﻜَﺘ ْﺴَﻳ ﻻ :(ص) َلﺎﻗ َو
ًﺎّﻘِﺤُﻣ َنﺎﻛ
2. Peyğəmbər (s) buyurmuşdur:  “Haqq onunla olsa 
belə, mücadiləni tərk etməyən bəndənin imanı kamilləşməz.”
3
 ِﻪﻴِﻓ  ْﺖ َﺴْﻴَﻟ ُﻪﱠﻧِﺎَﻓ َءاﺮِﻤْﻟا َو َكﺎّﻳِا  ﱠﻲَﻨُﺑ ﺎﻳ :ِﻪِﻨْﺑِ ِﻻ َدُواد ُﻦْﺑ ُنماْﻴَﻠُﺳ  َلﺎﻗ
َةَواﺪَﻌْﻟا ِناﻮْﺧِ ْﻻا َ ْينَﺑ ُﺞﱢﻴَﻬُﻳ َﻮُﻫَو ٌﺔَﻌَﻔْﻨَﻣ
3. Süleyman ibn Davud oğluna belə buyurmuşdur: 
“Ey oğul! Mücadilədən çəkinin ki, onda heç bir fayda yoxdur 
və din qardaşları arasında da ədavət və düşmənçilik odunu 
şölələndirir!”
4
َلَﺪَﺠْﻟا اﻮُﺗوُا  ّﻻِا ِﻪْﻴَﻠَﻋ اﻮُﻧﺎﻛ ًىﺪُﻫ َﺪْﻌَﺑ ٌمْﻮَﻗ  ﱠﻞ َﺿ ﺎﻣ :(ص) ﱢﻲِﺒﱠﻨﻟا ِﻦَﻋ
4. Peyğəmbər (s) buyurmuşdur: “Mücadilə etməyincə, 
insan haqq yoldan azmaz.”
5
1 .“Həcc” surəsi, ayə 68.
2 .“Biharul-ənvar”, 2-ci cild, səh.138.
3 .Yenə orada, hədis: 53.
4 .Yenə orada, 14-cü cild, səh.134.
5 .“Sünəni-İbn Macə”, 1-ci cild, səh.47.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə