Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə21/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   17   18   19   20   21   22   23   24   ...   42

84                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
getdiyindən xəbərdardır.
2. Günaha qarışıq qeybətlər: Qeybət bəzən digər 
günahlarla yanaşı olur, yaxud həqiqətini tamamilə 
əldən verir, yaxud xoşməramlı görünür. Məsələn, 
bəziləri qeybəti yazaraq “qorxuram ki, əlavə izahat 
versəm, qeybət olar”, yaxud “təəssüf ki, şəriət dilimizi 
bağlayıb”, yaxud da “şəriət icazə vermir, yoxsa 
deyərdim...” – kimi ifadələrə əl atır. Belələri qeybətdən 
qorunduqlarını güman edərək, həm qeybətə düşür, 
həm də  məsələni aydınlaşdırmadan qarşı  tərəfi 
hər hansı hadisə  və sözügedən  şəxsə qarşı  bədbin 
edirlər. Mövzunu daha da şişirtdikdə isə, riyakarlığa 
düçar olaraq, eyni vaxtda iki çirkin əmələ batırlar. 
Bəzən ürəkyananlıqla belə deyənlər olur: “Yazıq 
filankəs, ayağı büdrədiyi üçün filan bəlaya düşdü. 
Allah günahından keçsin!” Burada “qeybət” “riya”ya 
qarışmışdır. Bəzən də “Allaha şükür olsun ki, filankəs 
kimi şərab içmirəm, narkomanlıq etmirəm! Doğrudan 
da, əgər Allah bizi qorumasa, işlər çox çətin olar. Adam 
gərək özü başa düşsün, Allah Özü adamın dadına 
çatsın!...” – kimi kinayələrlə  həm qeybət və  həm riya 
edir, həm də özünü öyərək əlavə günahlara düşürlər. 
Bəziləri hiddətlənərək “Mən bunu onun öz yanında da 
deyə bilərəm!” – kimi ifadələri ilə sözügedən möminin 
əməlini doğru yerə yozmağın yolunu da bağlayır və 
dediyi sözü ilə qeybətə bir qədər də artıq hökm verir.
3. Qeybət “həqqün-nas”dır: Bəhsimizin əvvəlində 
qeyd etdiyimiz kimi, qeybət “həqqün-nas”a (camaatın 
haqqı) aid hüquqların sırasındadır. Dedik ki, əvvəla, 
qeybət insanın ehtiramı,  şəxsiyyəti və abır-həyasını 
aradan aparır və sözsüz, bu məsələ  əqli və  şəri 


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   85
baxımdan maddi dəyərlərdən qat-qat üstündür. 
İkincisi, “Hücurat” surəsində qeybətin mömin qardaşın 
ətinin yeyilməsinə  bənzədilməsindən belə  məlum 
olur ki, bu əməl zülmün növlərindəndir və insanın 
boynuna haqq qoyur. Üçüncüsü isə, bunu müxtəlif 
rəvayətlərdən, o cümlədən, öncə qeybətin vasitəsilə 
yaxşı əməllərin məhvi və pis əməllərin qeybət edənin 
əməllərinə  əlavə edilməsi ilə bağlı qeyd etdiyimiz, 
eləcə  də  aşağıdakı  hədislərdən də başa düşə bilərik. 
Məsələn, bir rəvayətdə buyurulur:
ُﻪُﺒِﺣﺎﺻ ُﻪَﻟ َﺮِﻔْﻐَﻳ ﻰّﺘَﺣ ُﻪَﻟ ُﺮَﻔْﻐُﻳ ﻻ ِﺔَﺒْﻴِﻐْﻟا  َﺐِﺣﺎﺻ ﱠنِا
“Qeybət olunan qeybət edəni bağışlamayınca, (qeybət 
edən) bağışlanılmaz.”
1
Peyğəmbəri-Əkrəm (s) buyurur:
ُﻪَﻟ َﺮِﻔْﻐَﺘ ْﺴَﺗ ْنَا ُﻪَﺘْﺒَﺘْﻏا ِﻦَﻣ ُةَرﺎّﻔَﻛ
“Qeybətin kəffarəsi (cəriməsi) Allahdan qeybət olunan 
kəsin bağışlanmasını diləməkdir.”
2
Göründüyü kimi, qeybətdə zülm və haqsızlığın 
aşkar nişanələri vardır ki, haqqı tapdalananın razılığı 
olmadan qeybət edənin bağışlanması çətin məsələdir. 
Buradan belə  nəticə  də almamalıyıq ki, qeybətin 
kəffarəsini təkcə istiğfar və tövbə ilə  bərpa etmək 
olar. Bəli,  əgər halallıq üçün heç bir yol qalmayıbsa 
və yaxud qeybət olunanın abır-heysiyyətinə bir zərər 
toxunmayıbsa, istiğfar və tövbə ilə kifayətlənməyi 
mümkün saymaq olar.
1 . “Məhəccətül-beyza”, 5-ci cild, səh.251.
2 . “Biharul-ənvar”, 75-ci cild, səh.242; “Məhəccətül-beyza”, 5-ci 
cild, səh.273.


86                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
Qeybətin müstəsna halları
Fiqh və  əxlaq alimləri arasında qeybətin bəzən 
caizliyi ilə bağlı yekdil nəzər olsa da, onun hansı 
hallara aidliyi barədə  fikir ayrılığı vardır. Bəzən bu 
mübahisələr yalnız misallarda, bəzən də mövzunun 
öz  ətrafında müşahidə olunur. Lakin bir çox dəlil və 
mənbələrə əsasən, iki yerdə qeybətin caiz olduğu başa 
düşülür:
1. Mühüm məsləhət zamanı qeybət doğuran 
danışıqlar günah sayılmır və ona dair misallar da 
müxtəlifdir:
a) Məşvərət zamanı; məsələn, bir kəs bir nəfərlə, 
yaxud bir şirkətlə al-ver, yaxud evlənmə işində başqası 
ilə məşvərət etdikdə, şübhəsiz, nəzərdə tutulan şəxsin 
zəif cəhətləri və s. eyibləri açıqlanmalı olacaq. O vaxt 
bu barədə  məlumat verməyin heç bir eybi yoxdur 
və  əslində, bununla həmin  şəxsi – düz və ya səhv 
addımı barədə məlumatlandırmalıyıq (lazım olmayan 
hüdudları aşmamaq şərtilə).
b) “Nəhy  əz münkər” (çirkinlikdən çəkindirmək) 
zamanı;
c) Pis yol seçənin əməlini aradan qaldırmaq zamanı;
ç) Bir müsəlmanın gözlənilən zərər və təhlükələrdən 
xəbərdarlığı zamanı (qarşı tərəflə məsləhətləşməmiş).
Bütün bu hallarda şəriət müəyyən hadisələri aradan 
qaldırmaq üçün nəzərdə tutulan fərdin eyiblərini faş 
etməyi məqsədəuyğun görür. Bu halların müstəsna 
olması da aydındır. Burada tez-tez qarşıya sürülən 
“mühüm” və “daha mühüm” qayda və  əqli dəlilə 
istinad edilir. Ayə  və  rəvayətlərdən də bu məsələyə 
dair misalları (o cümlədən, pis adət, zülmü aradan 


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   87
qaldırma və s.) əldə edə bilərik.
Burada (əxlaq elmi baxımından) bir məsələni 
də qeyd etməliyik ki, mümkündür, insan müstəsna 
halların həddi-hüdudunu aşıb, əyri yola əl atsın, yaxud 
səhv və qəflətə yol versin. Adətən, insan aşkar şəkildə 
qanunları pozmaq, günaha düşmək istəmir, bir çox 
məqsədlərində qeydlər və müstəsna hallardan öz 
mənafeyi üçün istifadə edir, hətta çox vaxt öz vicdanını 
belə aldadır, vicdan əzabından qurtulmaq, şəxsiyyətinə 
xələl yetirməmək üçün həmin qeyd və müstəsna hallara 
sığınır. Bu isə yatmış vicdanla oyaq vicdan arasındakı 
təzadların kəsişdiyi, birincinin ikincisinə qalib gəldiyi 
yerlərdir. Demək, olduqca son diqqətlə yuxarıdakı 
halların bütün yönləri və xüsusiyyətlərini nəzərə almalı, 
hər növ təəssübkeşlik,  ədavət və digər qərəzlərdən 
uzaq olmaqla məsləhətdən kənar izahlardan tamamilə 
çəkinməli və  nəfsi qıcıqlandıran qeybətin qorxulu və 
təhlükəli hiylələrindən yayınmamalıdır.
2. Heç bir məsləhət olmayan zaman: bu isə yalnız 
aşkarda günah edənlərə aiddir. (Bəziləri zalımın 
qeybətini də bu qismə aid bilsələr də, bu, şəriətdə 
mühüm məsləhətin daha mühüm məsləhətlə  əvəzi 
zamanına, yəni zalımdan məzlumun haqqının tələbi 
və məzlumun haqqının müdafiəsinə aiddir.)
Bu qismin müstəsna hal kimi sayılmasının  əqli 
dəlilindən əlavə, onu şiə və əhli-sünnədən nəql olunan 
müxtəlif hədislər də təsdiq edir. O cümlədən:
 ،ٌعِﺪَﺘْﺒُﻣ ًىﻮَﻫ  ُﺐِﺣﺎﺻ :ٌﺔَﻣْﺮُﺣ ْﻢُﻬَﻟ  ْﺖ َﺴْﻴَﻟ ٌﺔَﺛﻼَﺛ : َلﺎﻗ ِﻪِﻴِﺑَا ْﻦَﻋ ٍﺮَﻔْﻌَﺟ ْﻦَﻋ
َﻖ ْﺴِﻔْﻟا ُﻦِﻠْﻌُﻤْﻟا  ُﻖِﺳﺎﻔْﻟا َو ،ُﺮِﺋﺎﺠْﻟا ُمﺎﻣِ ْﻻاَو


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə