Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə59/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   55   56   57   58   59   60   61   62   ...   114

______________Milli Kitabxana_______________ 
186 
     - Vəlişka, mənim dəlixanaya getməyə ehtiyacım yoxdur... Çünki mən 
düz yeddi il dəliynən bir evdə yaşamışam. Nə lazımdısa, onu da 
götürmüşəm...”
150
  
     “Yağışdan çıxdıq, yağmura düşdük” komediyası ilə Barat 
və Mehdi sərgüzəşti, Barat və Mehdi əfsanəsi sona yetirdi, 
tamamlanırdı. 1951-ci ildən onlar ayrı yaşayırdılar: öz içində o 
bunu günahlandırırdı, bu onu. Baratla Mehdinin sənətdəki 
birgə ömrü, birgə  səhnə  fəaliyyətisə 1955-ci ildə qurtardı. 
1955-ci ildə Mehdi Barata, - “Yetər”, - dedi və onların 
münasibətlərinin tarixçəsi və boxçası düyünləndi. Mehdi bir də 
üzünü Barata sarı çevirməyəcək. Hətta ömrünün ahıl çağlarında 
1983-cü ildə Hökümə Qurbanova haqqında Mehdi bir kitab 
yazacaq, Barat xanıma isə adi bir məqalə belə həsr etməyəcək. 
Təəssüf ki, bu müəmmaları artıq heç kim çözə bilməyəcək, 
onların mənasını, məntiqini anlamayacaq. Mehdi müəmmaları 
sirrini heç kəsə açmır!!! Lakin bununla belə... Barat və 
Mehdinin  şəxsi münasibətlərinin çox maraqlı kartoqrafiyası 
var. Yetər Barat xanımın Mehdi tamaşalarında sonuncu 
roludur. Hərçənd indiyəcən qaranlıqdır ki, kim kimə “yetər!” 
deyib. Mehdinin tamaşalarında Baratın oynadığı rolların 
sırasından onların münasibətlərinin qəribə bir inkişaf 
konsepsiyası boylanır. Bu konsepsiya sanki Mehdi ilə Barat 
sevgisinin dramaturgiyasını  cızır. Siz də bir fikir verin: “Nə 
yardan doyur, nə əldən qoyur” (Gəncə, tanışlıq, qızğın servgi, 
elçilik); “On ikinci gecə” (Bakı, nisbi rahatlıq, 12 xoşbəxtlik 
dolu gecə  və tanrıdan oğul payı), “Rəqs müəllimi” (ərköyün, 
qısqanc münasibətlər, xarakterlərin üz-üzə 
gəlməsi, 
istedadların qarşıdurumu), “Mehmanxana sahibəsi” (Baratdan 
Barata  şikayət, umu-küsü; və, sadəcə, danlaq, məzəmmət: 
müvəqqəti sığınacaq yerində işgüzar qadın), “Yağışdan çıxdıq, 
yağmura düşdük” (Mehdinin yeni ailəsi, Barata “yetər” deməsi 
və ayrılıq). Mən indi dramatik bir eşq macərasını düzüb 
qoşdum. Bir az abstrakt olsa da, assosativ gücü böyük. Barat və 
Mehdi münasibətlərinin “Hacı  Qəmbər”lə yekunlaşan finalı 
adama Hollivud aktyoru Maykl Duqlasın iştirakı ilə  çəkilmiş 


______________Milli Kitabxana_______________ 
187 
qara komediyaların invariantını xatırladır. Hərçənd bu məqam 
Mehdi Məmmədovun oğlu Elçinlə ünsiyyətinə heç vaxt kölgə 
salmayacaq. 
                                             *** 
     
Mehdi Məmmədov balaca Elçinin bütün nazı ilə oynayır, 
onun dəcəlliyinə dözür, şıltaqlığını normal qəbul eləyir. 
Respublikanın tanınmış  sənətkarı  uşağın qayğısına qalır, onun 
məktublarını  dərhal və  həvəslə cavablandırır: ata - oğul 
münasibətləri son dərəcə  səmimidir. Hətta belə  də demək 
mümkündür ki, Elçin Mehdinin, Mehdi Elçinin sevimli 
əyləncəsidir, oyuncağıdır. Düzdür, rejissorun işi çox olduğundan 
hər deyəndə o, Elçinlə birgə vaxt keçirməyə macal tapammır.  
Ona görə də Elçin tez-tez nənəsi Sayalı xanımı özünə həmsöhbət 
eləyir. Mehdi müəllim üçün sənəti ailə-məişət hüdudlarının 
fövqündədir, əlçatmaz bir yüksəklikdədir. 
 
                                             *** 
1956-cı il fevralın 17-də Mehdi Məmmədov Milli Teatrda 
“Uzaq sahillərdə” tamaşasını  təhvil verəcək və  qısa bir 
müddətdən sonra Sov. İKP-nin üzvlüyünə  qəbul ediləcək, 
cibində partiya bileti daşıyacaq; nəticədə bu olacaq ki, onu 
tezliklə Opera və Balet Teatrına baş rejissor qoyacaqlar. Yəni 
“vəzifəyə keçmək istəyirsənsə, partiya sıralarında ol” həmişə 
toplumda aktual olub. 1956-cı il avqustun düz 30-da həmin 
teatrın direktoru Fikrət  Əmirov onun təyinatı ilə bağlı  əmri 
imzalayacaq. Mehdi Milli Teatrdan müvəqqəti uzaq düşəcək
dram səhnəsindən nisbi uzaq sahillərə təşrif aparacaq. Ona görə 
də mən Mehdinin Milli Teatrda sonuncu tamaşasını xüsusi bir 
eyham, işarə kimi yozmağa meyllənirəm. Mehdi “Uzaq 
sahillərdə” tamaşası ilə Milli Teatrın səhnəsinə sanki vida 
deyirdi. Hərçənd bu məsələni yalnız lirik-romantik tonallığa, 
duyğusal ovqata köklənib çözmək heç də düzgün olmaz. Nədən 
ki, Opera və Balet Teatrına baş rejissor keçməkdə Mehdinin 
şəxsi marağı da vardı. Belə ki,  burada onun maaşı avtomatik 
surətdə xeyli artırdı. Yəni Opera və Balet Teatrında baş rejissor 
işləmək Mehdi üçün hər barədə çox sərfəli idi. Güman etmək 


______________Milli Kitabxana_______________ 
188 
ki, Mehdi Milli Teatrdan Opera və Balet Teatrına gedəcəyini 
bilmirdi və bu təyinat qəfil oldu, yanlışlıqdır. Mehdi bunu 
bilirdi də, gözləyirdi də. Mümkün ki, elə bu vəziyyət “Uzaq 
sahillərdə” tamaşasının bədii-estetik mükəmməlliyinə  mənfi 
təsir göstərmişdi.  
     Yazıçılar Həsən Seyidbəyli və  İmran Qasımovun Sovet 
İttifaqı 
qəhrəmanı Mehdi Hüseynzadənin müharibə 
sərgüzəştləri, igidlikləri, dostluğu, sevgisi və ölümü haqqında 
dərc elətdirdikləri “Uzaq sahillərdə” romanı 50-ci illər 
Azərbaycanında çox isti qarşılanmışdı. Odur ki, müəlliflər 
romanı  səhnələşdirdilər. Alınmadı. Süjet hadisələrlə yükləndi
bir maraqlı epizod digərini sürətlə  əvəzlədi: amma nəticədə, 
istək görünmədi, iradi cəhd görünmədi, xarakter aşkarlanmadı, 
qəhrəmanların daxili aləmi mexaniki davranış arxasında 
kölgələndi. Mehdi çalışdı ki, məşq prosesində səhnələşdirməni 
yeni  əlavələrin, yeni epizodların, replikaların hesabına 
gücləndirsin, partizan Hüseynzadənin qəhrəman obrazının 
təcəssümünü versin: onun üçün döyüşçü Mehdi əsl faciə 
qəhrəmanı idi. Öz tamaşasını Mehdi Məmmədov məhz 
romantik faciə müstəvisində görürdü. Lakin rejissor fikirlərinin 
heç birini səhnədə gerçəkləşdirə bilməmişdi.  Əgər burada biz 
səhnələşdirmənin zəifliyini yeganə  səbəb kimi göstürsək, 
hökmən səhv edərik. Rejissor Mehdi bu dəfə rol bölgüsündə də 
qədərincə  sərrast və  dəqiq olmamışdı. Partizan Mehdinin 
obrazını Möhsün Sənaniyə tapşırmışdı. 1956-cı ilin iyununda 
bu aktyorun düz 56 yaşı tamam olacaqdı. Fərqi duydunuzmu? 
M.Sənani öz qəhrəmanından az qala iki dəfə böyükdür. 56 
yaşlı oturuşmuş bir kişi yalnız qoca partizanı oynamağa yararlı; 
rolun sentimental məqamlarını görükdürməyə qabil. O ki qaldı 
partizan Mehdinin çevikliyinə, mobil, cəld davranışına və 
plastikasına, bu, 56 yaşlı aktyor üçün çətin bir iş. Mən şəxsən 
belə düşünürəm: vaxtilə isə  tənqidçilər bu məsələni açıb-
ağartmamışdılar. Görünür, səhnə  şərtiliyini sözsüz qəbul 
etmişdilər. M.Sənani cavan partizan obrazını imitasiya eləyə 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə