Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə60/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   56   57   58   59   60   61   62   63   ...   114

______________Milli Kitabxana_______________ 
189 
bilərdi,  əfsanəvi bir Mixaylonu öz aktyor ştampları hesabına 
ortaya çıxara bilərdi, amma onun yaşantıları ilə səhnədə yaşaya 
bilməzdi.  Ən azı ona görə ki, Möhsün Sənani ilə Mehdi 
Hüseynzadə tamam ayrı-ayrı dövrlərdə, ayrı-ayrı sosial 
mühitlərdə böyüyüb başa çatmışdılar. Düzdür, M.Sənani 
enerjili, temperamentli və oyun tərzinə görə bir qədər qaba 
aktyor idi, səhnədə aqressiv oyun sərgiləyən aktyor idi. Bu 
parametrlər də qəhrəman Mehdinin obrazı ilə yalnız 50-nin 50-
yə nisbətində uyuşurdu. Teatrşünas C.Cəfərov Moskva 
tənqidçisi Q.Şerbinanın M.Sənani barəsində dediyi fikirləri 
sitatlaşdırıb onunla razılaşırdı: “Mixaylo ayamalı  əfsanəvi 
partizan kəşfiyyatçısını yaxşı aktyor oynayır, M.Sənani 
oynayır, isti və  cəzbedici oynayır; amma bundan artıq heç nə 
deyə bilməzsən: çünki xarakter yoxdur. Ona görə ki, xarakterin 
açılmasına kömək edəcək psixoloji fəaliyyət zənciri 
yoxdur”.
151
 Ol səbəbdən M.Sənani konkret partizan Mehdinin 
əvəzinə  səhnədə bir azacıq romantik və sentimental, qanı 
qaynayan cənublu epos qəhrəmanını oynayırdı ki, bu da “Uzaq 
sahillərdə”nin psixoloji dramatizmindən çox-çox uzaq idi. 
Quruluşçu rejissor romanın və  səhnələşdirmənin digər  əsas 
qəhrəmanı, partizan Mehdinin silahdaşı  və dostu roluna da 
qədərincə münasib aktyor seçə bilməmişdi. Bu obraz haradasa 
Sanço Pansonun ciddi faciəvi variantı, partizan Mehdinin 
dublikatı kimi də qavranılır. Tamaşada Veselin surətinin birinci 
ifaçısı  Məlik Dadaşov idi. Onun tükənməz enerji potensialı, 
geniş aktyor imkanları vardı. Di gəl ki, bu aktyorun fakturası, 
cazibəsi elə bil özündən neqativ enerji buraxırdı. Busa öz 
növbəsində Veselin kimi cavan, sədaqətli və ürəyiyumşaq bir 
döyüşçünün nəcibliyilə uyuşmurdu. Veselin rolunun ikinci 
ifaçısı da vardı: gənc aktyor Mahmud Allahverdiyev. 
Teatrşünas Adilə  İsmayılovanın xatirələrinə  əsasən mənə 
məlumdur ki, Veselin onun təqdimatında tamaşanın ən səmimi, 
ən canlı obrazına çevrilirmiş. Lakin teatrda 50-ci illərdə məxfi 
və aşkar coğalarla (qruplarla) keçən çəkişmələr bu rolda uzun 


______________Milli Kitabxana_______________ 
190 
müddət çıxış etmək imkanını Mahmud Allahverdiyevin əlindən 
alır.  
     Mehdi  Məmmədov sanki  “Uzaq sahillərdə” tamaşasının 
rejissor partiturasını axıradək işləməmişdi, məşqləri sonacan 
aparmamışdı. Ona görə də C.Cəfərovun sözü olmasın, tamaşa 
pis detektivi xatırladırdı, səhnədə  cəmi bir dəfə özü də  cəmi 
bircə  kərə görünən epizodik personajların sayı isə yol veriləsi 
həddi qat-qat aşmışdı, faşistlərsə primitiv cansız müqəvvalar 
kimi göstərilmişdi. Mehdi Məmmədova, əgər yadınıza gəlirsə, 
1948-ci ildə “Gənc qvardiya” tamaşasıyla bağlı da belə bir irad 
tutulmuşdu. Bu istiqamətdə Mehdi hələ bir də büdrəyəcək 
1974-cü ildə. Amma hələ ki, bu hadisəyə çox var. 
                                             *** 
     Biz 
Mehdinin 
həyatının yeni səhifəsini çeviririk. 
Azərbaycanın istedadlı rejissoru Mehdi Məmmədov 
M.F.Axundzadə adına Opera və Balet Teatrına baş rejissor təyin 
edilmişdir. Bu təyinat onun məsuliyyətini xeyli artırmışdır. 
Mehdi Məmmədov daha əzmlə çalışmağa başlamışdır. Çünki o, 
ideal harmoniya dünyasına, - musiqi dünyasına, - qədəm 
qoymuşdur. Bu gündən etibarən Mehdi Məmmədov nadir və 
gözəl səslər əhatəsində öz yaradıcı fəaliyyətini davam etdirəcək. 
                                             *** 
     1957-ci il sentyabrın 19-da premyerası keçirilmiş “Lakme” 
operası Mehdi Məmmədovun Opera və Balet Teatrında baş 
rejissor kimi debütüdür. Və elə buradaca öyrəndiyim bir 
informasiya məni azacıq  şoka saldı. Məlum oldu ki, fransız 
bəstəçisi Leo Delibin “Lakme” operası  hələ XX əsrin 20-ci 
illərində Azərbaycan səhnəsində qismən ifa edilibmiş. Özü də 
maraqlısı budur ki, opera həmin dövrdə azəri türkcəsində 
oxunub. 1957-ci ildə isə Mehdi Məmmədovun tamaşası rusca 
oynanılıb. Maşallah-namxuda, rus dilinə sayğımız həmişə o 
qədər böyük olub ki! Seyid Əzimdən bu yana inkişaf etdirə-
etdirə gedirik... Bilmirəm, sevinim, ya qəhərlənim?! Amma 
milli duyğularımda “sarı sim”ə  dəydi bu fakt. Birdən-birə 
incidim, küsdüm... hamıdan və özümdən... 


______________Milli Kitabxana_______________ 
191 
     Beləliklə, Azərbaycan səhnəsində “Lakme” rus dilində... 
Get, get, ay millət, feyz anla!!! Azərbaycan ziyalıları bu 
millətdən qabağa düşüb, təbii ki, feyz anladılar və Mehdi 
Məmmədovun quruluşunda “Lakme”ni təriflədilər. Məhz  
bundan ötrü Mehdi əlindən gələni  əsirgəməmişdi və millətin 
ziyalıları üçün müəyyən ideyalar şifrələmişdi. Rejissor 
dünyalarca məşhur “Lakme” operasına tamam yeni sosial “don 
geydirmişdi”, məhəbbət dramının kontekstini məhəbbət 
dramının özündən önə  çəkmişdi, ictimai motivləri 
gücləndirmişdi. Mehdi Məmmədov operanın rejissor 
partiturasında belə bir fikri aktuallaşdırırdı ki, hind qızı 
Lakmenin ingilis Ceralda olan pak sevgisi, alicənab sevgisi 
belə xalqın, millətin qəzəbinə, üsyanına, mübarizəsinə sipər ola 
bilməz. Rejissor xalqı tamaşanın potensial qəhrəmanına 
çevirməklə Azərbaycan səhnəsində “Lakme” operasını 
maksimal dərəcədə dastan poetikasına yaxınlaşdırmışdı. Bu 
heç də  əbəs deyildi. Çünki fransız L.Delibin “Lakme” 
operasının güclü milli koloriti vardı. Nədən ki, hadisələr 
avropalılar üçün həmişə ekzotik bir aləm kimi qavranılan 
Hindistanda yaşanırdı  və bu məqam, təbii ki, effektiv təsir 
qüvvəsinə malik idi. Vaxtilə C.Cəfərov birbaşa söyləmişdi ki, 
“Lakme” operasının dramaturji əsası  Əbdül Həmidin “Hind 
qızı” pyesini xatırladır.
152
 Ancaq rəhmətlik Cəfər bunu yumşaq 
demişdi. Mənsə güman eləyirəm ki, bu, birbaşa plagiatdır. 
Nəsə... olan olub, ötən ötüb: mənim bir kimsəni mühakimə 
eləməyə  nə haqqım var, nə hövsələm. Hər zaman yalnız  
Allahın bildiyi məsləhət görülür hamıya... 
     Mehdinin  tamaşasının qəhrəmanlarından biri, və  bəlkə  də 
birincisi, Lakmenin atası Nilakanta idi. Rejissor bu obrazı hər 
vəchlə qüvvətləndirmişdi və  hətta onun naminə Delibin 
operasına xas “əlverişli” ekzotikadan qismən imtina etmişdi.
153
 
Operanın finalı bütövlükdə Nilakantaya, onun monoloquna 
verilmişdi. Lakme hind qızı deyil, Hindistanın özüdür, hind 
həyat tərzinə xas harmoniyanın lokal təzahürüdür və bu 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə