CəlaləDDİn suyutiNİn təSNİFİNDƏn həDİSLƏr axirzaman mehdiSİNİN



Yüklə 499,13 Kb.
Pdf görüntüsü
səhifə1/21
tarix01.02.2018
ölçüsü499,13 Kb.
#23313
  1   2   3   4   5   6   7   8   9   ...   21


CƏLALƏDDİN SUYUTİNİN TƏSNİFİNDƏN HƏDİSLƏR 

 

AXIRZAMAN MEHDİSİNİN 



ƏLAMƏTLƏRİ 

Müəllif: Əli ibn Hüsaməddin əl Müttəki 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



MÜNDƏRİCAT 

GİRİŞ 


Müəllifin ön sözü    

 

1-Cİ HİSSƏ-HZ. MEHDİNİN GƏLİŞİ VƏ İDARƏSİ 



1.

 

Qiyamətdən əvvəl Mehdinin şübhəsiz gələcəyi 



2.

 

Hz. Mehdinin yer üzünü ədalətlə dolduracağı 



3.

 

Hz. Mehdi zamanındakı bolluq 



2-Cİ HİSSƏ-HZ. MEHDİNİN SOYU VƏ XÜSUSİYYƏTLƏRİ 

1.

 



Hz. Mehdinin soyu 

2.

 



Hz. Mehdinin xüsusiyyətləri 

3-CÜ HİSSƏ-HZ. MEHDİNİN ZÜHURUNDAN ƏVVƏLKİ ƏLAMƏTLƏR 

1.

 

Görüləcək fitnələr 



2.

 

Fərat çayının altından bir dağın çıxması 



3.

 

Hz. Mehdinin zühur zamanını verən əlamətlər 



4.

 

İkdiddurər adlı kitabdakı əlamətlər 



4-CÜ HİSSƏ-SÜFYANİ FİTNƏSİ 

1.

 



Süfyaninin Şamda çıxışı 

2.

 



Süfyaninin Şərqdəki müharibəsi 

3.

 



Süfyani ordusunun Mədinədə Haşım oğullarından

 

insanları öldürməsi 



4.

 

Süfyani ordusunun Beyda da yerə batması 



 

5-Cİ HİSSƏ-HZ. MEHDİNİN ZÜHURU  

1.

 

Zühurundan əvvəlki və zühuru ərzində olan nidalar 



2.

 

Zühur forması 



6-CI HİSSƏ-HZ. MEHDNİN KÖMƏKÇİLƏRİ  


1.

 

Müxtəlif köməkçiləri 



2.

 

Şərqdən gələcək qara bayraqlılar 



3.

 

Qara bayraqlılar və hz. Mehdinin bayraqdarı 



7-Cİ HİSSƏ-HZ. MEHDİNİN MÜHARİBƏLƏRİ  VƏ FƏTHLƏRİ 

1.

 



Qüdsə gəlmədən əvvəlki hərəkətləri 

2.

 



Hz. Mehdinin Süfyani ilə döyüşü 

3.

 



Hz. Mehdinin Qüdsdən sonrakı döyüş və fəthləri 

8-Cİ HİSSƏ-HZ. MEHDİNİN HZ. İSA (Ə.S) İLƏ GÖRÜŞMƏSİ 

1.

 

Hz. Mehdinin hz. İsa (ə.s)-a imamlıq etməsi 



 

9-CU HİSSƏ-HZ. MEHDİDƏN SONRA GƏLƏCƏK XƏLİFƏLƏR 

1.

 

Hz. Mehdinin hökmünün vaxtı 



2.

 

Hz. Mehdidən sonra gələcək xəlifələr 



 

10-CU HİSSƏ-XATİMƏ

 

 

1.



 

Dünyanın ömrü 

2.

 

Hz. İsa (ə.s)-ın dünyada 40 il qalması 



 

Müəllifin son sözü 

 

 

 



 

 

 




2.13

 

Həsən ibn Süfyan Əbu Nəim 

  Əbu Hureyrədən təxric etdilər ki: 

"Əgər dünyada bir gecə belə qalsa, 

Allah onu uzadar və əhli- 

beytimdən birini Məlik qılar. 

 

 

                                 GİRİŞ 



 

Bismillahir-Rahmənir-Rahim 

Həmd aləmlərin Rəbbi olan Allaha və saysız salat-ü salam da Üstün-əl Bəşər 

olan peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-ə və onun Ali-səhabələrinə olsun. 

Əhməd İbn Həcər-i Məkki həzrətlərinin "Gözlənilən Mehdinin əlamətləri" adlı 

əsərindan sonra, Əli ibn Hüsaməddin əl-Muttakinin təxminən dörd yüz il əvvəl 

qələmə aldığı "Kitab-ül Burhan fi Əlamət-el Mehdiyy-il Axırzaman" adlı kitabını 

da tərcümə edərək nəşr edirik. 

Bu əsər müəllifinin ön sözündə də ifadə etdiyi kimi, əsrinin müctəhidi, böyük 

İslam alimi "Cəlaləddin əs-Suyuti" həzrətlərinin "Kitab-ül Arfil Mehdi" və "Cemül 

Cəvami" adındakı kitabları ilə, "İkdıddurer fi Ahbar-il Mehdiyyil Muntazar" 

adındakı digər bir əsərdən alınmış hədisi-şərif təsnif edilmişdir. Həmçinin, 

"Xatimə" qismi isə yenə Cəlaləddin əs-Suyutinin "Kitabül-Kəşf ən Mücavezeti 

Hazihil Ümməti əl-Elf" risaləsində alınmışdır.  

Bütün bu əsərləri toplayan "Axırzaman Mehdisinin əlamətləri" adıyla nəşr 

etdiyimiz bu kitab, zənnimizcə, hz. Mehdi barəsində aparılmış ən geniş 

araşdırma və qaynaq əsərdir. Buna görə də imam Suyuti həzrətlərinin "Kitab-ül 

Arfil Verdi fi Ahbaril Mehdi" adlı əsərini ayrıca nəşr etməyə ehtiyac duymadıq. 

Əsərin orijinalı İstanbul-Süleymaniyyə kitabxanasında əlyazması olaraq 

"Carullah 1494/3 səhifə 76-133" qeydində var, həmçinin yenə əlyazması bir 

nüsxəsi də Konya kitabxanasında var. 

Əsas etibarilə kitab 13 fəsildən və bir xatimdən təşəkkül etmişdir. Lakin biz 

kitabdakı hədisiləri yenidən təsnif edərək, xatimə daxil 10 hissədə topladıq. Bu 

şəkildə, eyni mövzudakı hədisiləri toplayaraq, mövzunun daha yaxşı başa 

düşülməsinə kömək etdiyimizi düşünürük. Bu vaxt hədisləri nömrələmək surəti 

ilə köhnə bölüm və o hissədəki sıralarını bildirdik. Yalnız, keçmişdə mehdilik 




iddiasında olanları və onların səhvini ifadə edən fətvaları ehtiva edən 12-ci və 

13-cü hissələri bu tərcüməyə daxil etmədik. 

Bu gün, bir çoxları artıq qiyamətin kiçik əlamətlərinin demək olar ki, baş 

verdiyini və böyük əlamətlərinin isə gələcəyi qənaətindədir. Bilindiyi kimi 

bunların başlama işarəsi də əsas adı Abdullah oğlu Məhəmməd olan və özünə 

qısaca "Mehdi" deyilən şəxsin zühurudur. 

Peyğəmbər (s.ə.v) tərəfindən, insanlıq tarixinin ən böyük fitnəsi olaraq 

göstərilən və allahlıq iddiasında olacaq Dəccalın çıxışı və ardınca hz. İsa (ə.s)-ın 

nüzul edib Qüds ətrafında onu öldürməsi və sonra Yəcüc-Məcüc zəbti kimi 

böyük hadisələr həmişə, ondan sonra və ard-arda baş verir. 

İndiyə qədər çox istifadə edilmiş bu mövzuda səhvə yol vermək, özünü yaxşı 

tanımaq, saxtalarından və fitnələrindən qorunmaq və lazımi tədbirləri görərək 

Allah və Elçisi (s.ə.v)-in yolunda olmaq, ancaq Allahın izni və qoruması ilə və bu 

xüsusdakı ən doğru və dəqiq məlumatları öyrənməklə mümkünlüyünü 

düşünürük. 

Məhz içində təqribən bu mövzuda 300 hədisi-şərifi olan "Axırzaman 

Mehdisisinin əlamətləri" kitabını tərcümə edib, müsəlman qardaşlarımızın 

istifadəsinə təqdim edərkən, bizlərə bu işi nəsib edən Allah Təalaya şükürlər 

edir və bizləri hər cür fitnələrdən qorumasını və doğrularla və Haqq yolçuları ilə 

birlikdə qılması üçün dua edirik. 

Dr. Suat Arusan  

aprel 1986-Manisa 

 

Müəllifin ön sözü 



Allahım, Sən hz. Məhəmməd (s.ə.v) və Onun Əhli-beytinə mərhəmət et. Bizə 

haqqı haqq olaraq göstər və ona tabe olmağı nasib et. Batili da batil olaraq 

göstər və ondan çəkinməyi bizə nasib et. 

Həmd yalnız Allah (c.c.)-adır. Yalnız Ona həmd edir, Ondan yardım diləyirik. 

Ona iman edirik. Təvəkkül Onadır. Şəhadət edirik ki, Birdir, Ondan başqa ilah 

yoxdur. Eşi və bənzəri yoxdur. Yenə şəhadət edirik ki, hz. Məhəmməd (s.ə.v.) 

Onun qulu və elçisidir. Allah (c.c)-in salam və rəhməti onun Ali və səhabələri ilə 

peyğəmbərlərinin üzərinə olsun. 




Yüklə 499,13 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə