CəlaləDDİn suyutiNİn təSNİFİNDƏn həDİSLƏr axirzaman mehdiSİNİN



Yüklə 499,13 Kb.
Pdf görüntüsü
səhifə9/21
tarix01.02.2018
ölçüsü499,13 Kb.
#23313
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

Hərəmdə  bir  adam  çıxar.  Onun  xəbəri  Süfyaniyə  çatdıqda  Süyfani  ona  qarşı 

ordusundan bir ordu göndərər. Ancaq Mehdi bu ordunu məğlubiyyətə uğradar 

və beləcə Süfyani yanındakılardan bir ordunu ona qarşı təkrar göndərər. Ancaq 

bu  ordu  ərzdən  Beydaya  çatdıqlarında  yerə  batırılar  və  onlardan  xəbər 

gətirənlərdən başqa kimsə sağ qalmaz.  

Bu  hədisi  İbni  Abdullah  Hakim,  Müstedrekdə  təxric  etmiş  və  Buxari  və 

Müslimin  hədislərin doğruluğu  ilə  əlaqədar  şərtləri  daxilində  bu  hədisin  səhih 

olduğu ifadə etmişdir. Lakin Buxari və Müslim bu hədisi götürməmişdir. 

 

• Süfyaninin yuxusu 



4.41---  Nəim  ibn 

Hammad  Fitəndə  nəql  etdi.  Əbu  Məryəmədən,  o  da  öz 

şeyxlərindən rəvayət etdi ki: Süfyaniyə yuxusunda "Qalx və ortaya çıx" deyilər. 

Qalxar  ancaq  kimsəni  tapa  bilməz,  ikinci  bir  yuxu  ilə  eyni  şeyi  görər,  yenə 

kimsəni tapmaz, üçüncü bir yuxuda isə "qalx çıx və qapının önünə bax" deyilər. 

Qalxıb qapını açdığında əllərində bayraqlarla yeddi-doqquz adamı görər, bunlar 

Süfyaniyə  "Biz  sənin  səhabələriniz"  deyərlər.  Süfyani  onlarla  birlikdə  çıxar  və 

vadinin müxtəlif yerlərindən bir çox insan da ona tabe olar. Allah ona qarşı Şam 

sahibini çıxarar, ona qarşı gəlib döyüşər, bayrağına baxdığı zaman, Süfyani onu 

məğlubiyyətə uğradar. 

 

• Süfyaninin çıxışının, hz. Mehdinin zühur əlamətlərindən olduğu 



4.53---  Nəim  ibn 

Hammad  Kaabdan  təxric  etdi.  O,  belə  dedi:  Abbas 

oğullarının  dəyirmanı  döndüyü  zaman,  bayraq  sahibləri  atlarını  Şamda  zeytun 

ağaclarına  bağladığı  zaman  və  bu  ordu  ilə  Allahın,  "Əshəb  və  ailəsinin"  yox 

etdiyi  zaman  onlardan  qaçacaq  və  saxlanmalı  kimsənin  qalmadığı  zaman 

Cəfərilər  və  Abbasilər  düşdüyündə,  "Ciyər  yeyən  oğullarının"  (Süfyaninin)  Şam 

minbərinə  oturduğunda  Bərbəri  qövmü  də  Şama  gəldiyi  zaman,  məhz  bu 

Mehdinin çıxış əlamətidir. 

4.13--- Əbu Kubeyldən rəvayət edildi. Buyurdu ki: Haşimi oğullarından bir 

adam  Məlik  olar  və  Ümeyyəni  öldürər.  Onlardan  azca  bir  şey  qalar,  onlardan 

başqasını öldürməz. Sonra Bəni-Ümeyyədən biri çıxar və bir adama qarşılıq iki 

adamı öldürərək, qadınlardan başqasını sağ buraxmaz. Sonra isə Mehdi gələr. 

(Bu  hədisi  imam  Əbul  Həsən  və  Əhməd  ibn  Cəfər  əl-Münadi  Melahim  adlı 

kitabda təxric etmişdir.)  

 

• Süfyaninin çıxış əlamətləri 



4.51---  Nəim,  Ammar  ibn  Yasirdən  təxric  etdi,  O  belə  dedi:  (Mehdinin 

əlaməti)  Türk  sizə  hücum  etdiyi  zaman,  malı  yığan  xəlifəniz  öldüyü  zaman,  o 

xəlifədən  sonra  iki  il  ərzində  də  vəzifəsindən  uzaqlaşdırılacaq  zəif    bir  adam 

başa  keçdiyi  zaman,  Şamın  qərbində  batma  olduğu  zaman,  Şamdan  üç  adam 

çıxdığı  zaman,  Qərb  insanları  da  Misirə  çıxdığı  zaman,  bunlar  Süyfaninin 

əlamətləri olacaq. 

 

• Süfyaninin çıxış şəkli 




4.40--- Nəim ibn 

Hammad, Xalid ibn Səiddən təhric etdi. Dedi ki: Süfyani 

əlində vurduğu kimsəni öldürəcək, üç qılıncla çıxar. 

4.60--- Keza (Nəim ibn Hammad), Əbu Hureyrədən təxric etdi. O dedi ki: 

Süfyani  də  Mehdi  də  iki  yarış  atı  kimi  çıxarlar  və  arxalarından  gələnlərə  qarşı 

qalib gələrlər. 

 

 

2-SÜFYANİNİN ŞƏRQDƏKİ DÖYÜŞLƏRİ 



 

• Süfyaninin Fəratı ancaq kafir olaraq keçəcəyi 

4.42---  Kab-ül  Əkbar  (r.ə.)-dən  buyurdu  ki:  Süfyani  Fəratı  ancaq  kafir 

olduğu halda keçər.  

(Bu  hədisi  İmam  Əbu  Amr  Ed-Dani  Sünənində,  Keza  imam  Hüseyn  ibn 

Məhəmməd ibn Abdullah əl Qısaidə Qisası Ənbiyasında nəql edir.) 

 

• Süfyaninin Kufəyə girəcəyi 



4.49---  Nəim  ibn 

Hammad,  Əbi  Ertaddan  rəvayət etdi ki: Süfyani  Kufəyə 

girər və üç günlük işğaldan sonra altmış min adamı öldürər. Burada on səkkiz 

gecə  qalar.  Kufənin  mallarının  hamısını  paylaşdırar.  Ancaq  Süfyaninin  Kufəyə 

girişi  türklər  və  romalılarla  "karkısa"da  vuruşmasından  sonradır.  Sonra  onların 

aralarına fitnələr salar və onlardan bir qrup Xorasana qayıdar. Süfyani öldürər, 

qalaları yıxar, Kufəyə girər. Sonra Xorasan əhlini axtarar. Xorasandan Mehdiyə 

itaət edəcək  bir  qrup  zühur  edər.  Sonra  Süfyani  Mədinəyə  bir  ordu  göndərər, 

Peyğəmbər  (s.ə.v)-in  soyundan  bəzi  insanları  Kufəyə  gətirər.  Sonra,  Mehdi  və 

Mənsur  çıxıb  qaçar  və  Süfyanidə  onları  araşdırar.  Mehdi  və  Mənsur  Məkkəyə 

çatdığında  Süfyaninin  ordusu  da  Beydada  batmış  olar.  Sonra  Mehdi  Mədinəyə 

gələrək  Haşim  oğullarından  həbsdə  olanları  qurtarar.  Bu  vaxt  qara  bayraqlılar 

çıxaraq  bir  su  kənarına  çatarlar  və  bunu  eşidən  Süfyani  ilə  yaxınları  qaçarlar. 

Mehdi  sonra  Kufəyə  enərək  buradakı  Haşimiləri  xilas  edər.  Sonra  Kufə 

bölgəsindən özlərinə "Usub" adı verilən bir camaat çıxar ki, silahlarını fərq etmiş 

bir  qisim  Basralılar  da  olar.  Beləcə,  onlar  Kufə  xalqından  əsir  olanları 

Süfyanilərin  əlindən  qurtararlar  və  ardınca  qarabayraqlı  ordu  beyət  üçün 

Mehdiyə gələr. 

 

• Süfyaninin Kufə və Bağdaddan sonra ordularını ətrafa göndərməsi 



4.54--- Əbu Cəfər rəvayət etdi. Dedi ki: Süfyani, Kufə və Bağdada girdikdən 

sonra  ordularını  ətrafa  göndərər,  Xorasan  torpağındakı  Maveraün  çaydan 

başında  Əməvi  soyundan  birinin  olduğu  təriqət  Süfyaninin  ordusuna  qatılar. 

Onlar üçün Tunisdə bir hadisə də Şırnaqda görüldükdən sonra, sağ ovucunda 

bir xal olan Haşimi bir gəncin əmr etdiyi qarabayraqlı bir ordu çıxar. Və Allah bu 

ordunun  işlərini  və  yolunu  asanlaşdırar.  Sonra  Xorasan  sərhədində  onların 

lehinə  bir  hadisə  olar.  Haşimi  quru  yolu  ilə  irəliləyər  və  Şueyb  ibn  Saleh 

Temiminin  əmrindəki  bir  başqa  ordu  ilə  birləşərək,  Estahir  qapısındakı 

döyüşdən sonra Mehdi ilə görüşərlər. Bu döyüşlər atların ayaqlarını qan içində 



Yüklə 499,13 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə