CəlaləDDİn suyutiNİn təSNİFİNDƏn həDİSLƏr axirzaman mehdiSİNİN



Yüklə 499,13 Kb.
Pdf görüntüsü
səhifə10/21
tarix01.02.2018
ölçüsü499,13 Kb.
#23313
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

buraxacaq  qədər  şiddətli  olar.  Yenə  Allah  Təala  başında  Adiy  oğullarından  bir 

adamın  olduğu  və  Sicistandan  gələn  bir  orduya  da  kömək edəcək.  Rəy 

hadisəsindən sonra Mədayində də böyük bir hadisə olar. Kərkükdə də xilas ola 

bilənin onu izah edəcəyi bir hadisə görülər və sonra böyük bir qırğın meydana 

gələr.  Nuseybin  bölgəsində  də  bir  hadisə  olacaq  və  Ahvazda  özlərinə  "Usub" 

deyilən hamısı da Kufə və Basralı bir birlik çıxıb Kufəli əsirləri qurtaracaqlar. 

 

• Süfyaninin şərq xalqı ilə döyüşləri 



4.55---  Keza  (Nəim  ibn  Hammad)  Demurə  bin  Həbib  və  onun 

müəllimlərindən  təxric  etdi. Dedilər  ki:  Süyfani  ordusunu,  Xorasan  və  Fars 

torpağından  şərqin  bütün  insanlarına  qarşı  göndərər.  Şərq  xalqı  ilə  dəfələrlə 

döyüşər.  Bu  döyüşlər  davam  edərkən  şərqin  ən  uc  nöqtəsində  Bəni-Haşimdən 

birinə beyət edilər. Bəni-Haşimdən olan bu gənc Xorasan əhli ilə birgə çıxar və 

başlarına Şueyb ibn Saleh Təmimi olar. Bu gənc sarışın olub azacıq saqqallıdır. 

Beş  min  nəfərlik  ordusu  vardır.  Bu  ikisi birləşərlər  və Şueyb  ibn Saleh  Təmimi 

komandir  olar.  Bunların  qarşısına  dağlar  çıxsa  əzilər.  Süfyaninin  ordusu  ilə 

döyüşərlər,  ancaq  Süfyani  qalib  gələr.  Haşimi  gənc  qaçar.  Şueyb  ibn  Saleh  də 

saxlanaraq Qüdsə gələr və hz. Mehdi Şama çatdığında onun üçün Qüdsdə bir ev 

hazırlayar. 

(Vəlid  deyir  ki:  "Bu  haşimi  Mehdinin  əmisidir.  Bəziləri  isə  onun  Mehdinin 

əmisi  oğlu  olduğunu  söyləmişlər  və  ölməyərək  məğlubiyyətdən  sonra 

Məkkəyə qaçdığını və Mehdi zühur etdiyi zaman, onun da çıxacağını ifadə 

etmişlər.) 

 

 



3-SÜFYANİ ORDUSUNUN MƏDİNƏDƏ BƏNİ-HAŞİMDƏN İNSANLARI 

ÖLDÜRMƏSİ 

 

• Süfyani ordusunun Mədinədə Haşimiləri öldürməsi 



4.59---  Keza  (Nəim  ibn  Hammad)  Əbu  Kubeyldən  təxric  etdi.  Dedi ki: 

Süfyani  bir  ordu  göndərərək,  Mədinədə  Haşimdən  kim  varsa  öldürülməsini 

istəyər. Haşimdən ələ keçirilənlər öldürülər və geridə qalanlar dağlara qaçaraq, 

Mehdi Məkkədə çıxana qədər saxlanarlar. Mehdi zühur etdiyi zaman Mədinədən 

qaçan bu insanlar Məkkədə onun ətrafında toplanarlar. 

4.57---  Keza  (N.  ibn  Hammad)  hz.  Əlidən  təxric  etdi.  Dedi ki: Mədinəyə 

göndərilən bir ordu, Haşimdən qadın və kişiləri öldürər. Hz. Məhəmməd (s.ə.v.) 

əhlindən  bir  qismini  də  əsir  götürər.  O  zaman  Mehdi  və  Mebis  Mədinədən 

Məkkəyə  qaçarlar.  Süfyani  isə  onları  tutmaq  üçün  bir  ordu  göndərər.  Ancaq 

onlar Məscid-ül Harama çatarlar. 

 

• Süfyaninin Mədinəlilərlə döyüşü 



4.58--- Keza (N. ibn Hammad) Yusuf ibn Zikarabatdan təxric etdi. Dedi ki: 

Şamda  bir  xəlifə  olar  Mədinəlilərlə  döyüşər.  Mədinə  əhli  özlərinə  qarşı  bir 




ordunun  gəldiyi  xəbərini  aldıqda  içlərindən  yeddi  adam  Məkkəyə  gedər  və 

gizlənərlər. Mədinə  rəisi  Məkkə  rəisinə  bu  yeddi  adamın  ora  çatdığında 

öldürülməsini istəyər. Bu vəziyyət Məkkə rəisinə xoş getməz və bir gecə özünə 

sığınan bu yeddi adama, əvvəl "sərbəstsiniz, təhlükəsizliklə gedin" deyər, onlar 

çıxarlar,  ancaq  sonra  ikisini  geri  çağıraraq  birini  öldürər.  Digəri  qaçaraq 

yoldaşlarına  yetişər və  hamı  birlikdə  Taifə  gedərək  dağlara sığınarlar.  İnsanlar 

onlarla əlaqə yaradar. Məkkəlilərlə döyüşərlər, lakin əsir düşərək Məkkəyə geri 

gətirərlər.  Bu  yeddi  adamın  başçısı  öldürülər  və  geridə  qalanlar  Beydada 

ordunun batma hadisəsinə qədər Məkkədə qalarlar.  

 

 



4- SÜFYANİ ORDUSUNUN BEYDADA YERƏ BATMASI 

 

• Süfyani ordusunun Beydada batması 



4.35---  Hakim  Əbu  Hureyrədən  təxric  etdi,  Rəsullulah  (s.ə.v.)  buyurdu: 

Şamın  aşağı  tərəfindən,  Süfyani  deyilən  bir  adam  çıxar  və  ona  tabe  olanların 

çoxu  Kelbdən  olar.  Süfyani  insanları  öldürər  və  hətta  qadınların  qarınlarını 

deşərək  uşaqları  məhv  edər.  Onlara  qarşı  Kays  toplanar  və  onları  da  öldürər. 

Hətta  zülmü  o  hala  gələr  ki,  qurdlar  belə  onu  lənətləyərlər.  Sonra  Əhli-

beytimdən  olan  Mehdi  Harrada  çıxar  və  bu  xəbər  Süfyaniyə  çatar  və  o  Mehdi 

üzərinə  bir  ordu  göndərər.  Ancaq  Mehdi  Süfyaninin  ordusunu  məğlubiyyətə 

uğradar. Süfyani belə olduqda yanındakı bütün əsgərlərini yığaraq onun üzərinə 

təkrar  bir  ordu  göndərər,  lakin  bu  ordu  Beydaya  çatdıqda  yerə  batırılar. 

Onlardan ancaq xəbərçi xilas olar.  

 

 

• Süfyani ordusunun bir şəxsi axtarmaq üçün Mədinəyə gəlişi 



4.44--- Bezzar hz. Enes (r.ə.)-dən təxric etdi, dedi ki, bir gün Peyğəmbər 

(s.ə.v.) Ümmü Sələmənin evində yatarkən birdən oyanaraq: "Biz Allah üçünük və 

Allaha  dönəcəyik."-dedi.  Ümmü  Sələmə  "Nə  üçün  belə  dediniz,  ya  Rəsulullah" 

dediyində, Peyğəmbər (s.ə.v.) buyurdu: “Mədinəli bir şəxsi axtarmaq üçün İraq 

tərəfindən gələn bir orduya görə ki, Allah Təala o ordudan o şəxsi qoruyar və 

onlar  Zülhuleyfdən  Beydaya  gəldiklərində  yerə  batırılarlar.  Onların  qabaqda 

olanları,  arxadakılara  yetişə  bilmədikləri  kimi,  arxadakılar  öndəkilərə  qiyamət 

gününə qədər yetişə bilməzlər. 

 

 

• Süfyani ordusundan 600 xarici şəxsin olacağı 



4.69---  Nəim  ibn 

Hammad  İbn  Abbasdan  təxric  etdi.  O  dedi  ki:  Mədinə 

rəisi,  Məkkədəki  Haşimilərə  bir  ordu  göndərər,  ancaq  Haşimilər  bu  ordunu 

məğlubiyyətə uğradar. Belə olduqda Şamın o günkü sahibi olan Süfyani altı yüz 

xarici  olan  yeni  bir  ordunu  təkrar  Haşimilərin  üzərinə  göndərər.  Aydınlıq  bir 



Yüklə 499,13 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə