CəlaləDDİn suyutiNİn təSNİFİNDƏn həDİSLƏr axirzaman mehdiSİNİN



Yüklə 499,13 Kb.
Pdf görüntüsü
səhifə2/21
tarix01.02.2018
ölçüsü499,13 Kb.
#23313
1   2   3   4   5   6   7   8   9   ...   21

Pis nəfsimiz və pis əməllərimizdən Allah (c.c)-a sığınırıq. Allah (c.c) kimə 

hidayət etsə onu kimsə azdıra bilməz, Onun yoldan çıxartdıqlarına da kimsə 

hidayət edə bilməz.  

Əsrin müctəhidi olan Şeyxülislam Cəlaləddin Es-Suyutinin Kitab-əl Arfil Verdi fi 

ahbaril Mehdi adındakı əsərini oxudum. Bu kitab hz. Mehdi haqqındakı hədisləri 

yığıb bir yerə gətirmişdir ... Ancaq hissə-hissə ayırmamışdır. Mən bu hədisləri 

hissələrə ayıraraq təsnif etdim. Və yenə imam Suyutinin Cemül Cəvami adındakı 

kitabından bəzi hədislərlə, İkdıddurer fi Ahbaril Mehdiyy-il Muntazar adındakı 

digər bir əsərdən aldığım fərqli hədisləri də kitabıma əlavə etdim.  

Bu kitabım bir müqəddimə, 13 fəsil və bir xatimdən ibarətdir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



I HİSSƏ            

HZ.MEHDİNİN GƏLMƏSİ VƏ İDARƏSİ 

1-QİYAMƏTDƏN QABAQ HZ. MEHDİNİN MÜTLƏQ GƏLƏCƏYİ 

 



Hz. Mehdinin mütləq gələcəyi 

1.28--- 


Əbu Nəim Səiddən təxric etdi, o dedi, Peyğəmbər (s.ə.v) buyurdu: 

Ümmətim arasına Mehdi gələcəkdir. Ömrü qısa olarsa yeddi, yoxsa səkkiz, 

yoxsa doqquz il. Ümmətim onun zamanında yaxşı və pisin bənzəri ilə 

nemətlənmədiyi bir nemətlə nemətlənəcək, səmadan bol yağış yağdıracaq, ərş 

nəbatatından bir şey gizlətməyəcəkdir. 

1.37 --- İbni Əbu Şeybə Musannəf adlı kitabında Əbu Səid-il Hudridən təxric 

etdi, o dedi, Rəsulullah (s.ə.v) buyurdu: “Mənim ümmətimdən Mehdi gələcəkdir. 

Əgər ömrü uzansa da, qısalsa da, yeddi, səkkiz, il və ya doqquz il mülk sürəcək. 

Daha əvvəl zülmlə dolu olan dünyanı ədalətlə dolduracaq. Səma yağışını 

yağdıracaq , yer bərəkətini çıxaracaq, daha əvvəl görülməmiş bir şəkildə 

ümmətim onun zamanında rahatlığa çatacaq. 

• Dünyadan bir gün belə qalsa hz. Mehdinin idarəni ələ alacağı 

1.5 --- Tirmizi səhih deyərək Əbu Hureyrədən təxric etdi, buyurdu ki: Əgər 

dünyadan bir gün belə qalsa, Allah o, idarəni ələ alana qədər, o günü uzadar.  

1.13 --- Həsən ibn Süfyan və Əbu Hüreyrədən təxric etdil ki: “Əgər dünyadan 

bir gecə belə qalsa, Allah onu uzadar və Əhli-beytimdən birini Məlik qılar”.  

1.46 --- İbni Macə və Əbu Nəim Əbu Hüreyrədən təxric etdilər. O dedi, 

Peyğəmbər (s.ə.v) buyurdu: “Əgər dünyadan bir gün qalsa, Allah o günü uzadar 

və Əhli-beytimdən birini Məlik edər, O Kostantinopolu və Deyləm dağlarını da 

fəth edər.  

• Hz. Mehdinin beşinci olaraq, yer üzünə hakim olacağı  

1.44 --- İbn Cevzi “Tarix” adlı əsərində ibn Abbasdan təxriz etdi, o dedi, 

Peyğəmbər (s.ə.v) buyurdu: Yer üzünə dörd adam məlik olmuşdur. İkisi mömin, 



ikisi kafirdir. Möminlər Zülqərneyn və Süleyman (ə.s), kafirlər isə Nəmrud və 

Buhtunnasrdır. Beşinci olaraq Əhli-beytimdən biri gələcək və O da dünyaya 

məlik olacaq.  

1.32 --- Əbu Nəim ibn Məsuddan təxric etdi, O dedi, Rəsulullah (s.ə.v) 

buyurdu: Dünyadan bir gecə belə qalsa, Allah o gecəni uzadar və Əhli-

beytimdən biri gələrək dünyaya hakim olardı. Onun adı adıma, atasının adı 

atamın adına uyğundur. Daha əvvəl, Yer üzü necə zülmlə doludursa, O, onu 

ədalətlə doldurar. Malı səviyyə üzrə bölünər və Allah bu ümmətin qəlblərində 

zənginlik verir. Yeddi və ya doqquz il qalar. Mehdidən sonra, (hz. İsa (ə.s)-ın 

qırx illik dövründən sonra) artıq həyatda yaşamaqda bir xeyir yoxdur. 

 

 

2-HZ. MEHDİNİN YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAĞI  



• Hz. Mehdinin əvvəl zülmlə dolu olan dünyanı ədalətlə dolduracağı  

2.10 --- Haris ibn Əbu Usamə və Əbu Nəim, Əbu Səid-il Hudridən təxric etdilər. 

O dediki, Rəsulullah (s.ə.v) buyurdu: Yer üzü zülm və düşmənliklə dolduqdan 

sonra, mütləq Mənim Əhli-beytimdən biri çıxar. Necə daha əvvəl zülm və 

düşmənliklə dolmuşdursa, O dünyanı ədalətlə doldurar.  

1.19 --- Nəim ibn Hammad, Əbu Səid-il Hudridən təxric etdi. O dedi 

Peyğəmbər (s.ə.v) buyurdu ki: Ümmət bal arılarının bəyləri ətrafında toplanması 

kimi Mehdiyə sığınarlar. O daha əvvəl zülmlə dolu olan dünyanı ədalətlə 

doldurar, insanlar Əsri-səadət dövrünə sanki geri dönər, yuxuda olan 

oyandırılmaz və bir damla belə qan axıdılmaz.  

 

• Hz. Mehdinin yer üzünün zülm və fitnələrlə dolu olduğu bir zamanda gələcəyi  



2.26 --- İbn Əbu Şeybə, ibn Abbasdan təxric etdi, buyurdu ki: Fitnənin qarşısını 

almağın özünə çətin gəlməyəcəyi və öldürməyin də onu azdırmayacağını Əhli-

beytimə mənsub biri sahib olmadan günlər və gecələr bitməyəcək. Ey Abbasın 



oğlu, sizin qocalarınız ona çata bilməyəcək, gəncləriniz çatacaq. Bu Allahın 

əmridir, dilədiyi insanlara verir.  

1.33 --- Hakim Əbu Səiddən təxric etdi, Rəsulullah (s.ə.v) buyurdu: 

Axırzamanda ümmətimin başına, sultanlarından şiddətli bəlalar gəlir, belə ki, 

yerlər müsəlmanlara dar gəlir. O zaman Allah daha əvvəl zülmlə dolu olan 

dünyanı ədalətlə dolduran Mənim soyumdan birini göndərəcək. O zaman göy 

heç bir yağış damlasını əsirgəməyəcək və yer də bərəkətlənəcək. O dünyada 

yeddi və ya səkkiz il qalacaq, əgər çox olarsa doqquz.  

2.19 --- Tabarani Kəbir adlı əsərində, Əbu Nəim isə Əli Hilaldan təxric etdilər. 

Rəsulullah (s.ə.v.) hz. Fatiməyə belə buyurdu: Məni Haqq ilə başçı edən Allaha 

and içərəm ki, bu ümmətin Mehdisi Həsən və Hüseyindəndir. Dünya hərc-

mərclik içində qaldığında, fitnələr zühur etdiyində, yollar kəsildiyində, bəziləri 

bəzisinə hücum etdiyində, böyük kiçiyə mərhəmət etmədiyi, böyük böyüyə 

təmkinli davranmadığında Allah bu sırada, onlardan ədavət kökünü qazıyaraq 

dəlalət qalalarını fəth edəcək və əvvəlcə mənim ayaqda tutduğum kimi, 

Axırzamanda, dini ayaqda tutacaq, əvvəldən zülmlə dolu olan dünyanı ədalətlə 

dolduracaq birini göndərəcək. 

• İslamın hz. Mehdi əliylə açıqlanacağı  

2.12 --- Əbu Nəim Huzeyfedən təxric etdi, O dedi ki, Rəsulullah (s.ə.v) 

buyurdu: o öldürən zalım məliklərə görə vay bu ümmətə. Bu zalımlar, özlərinə 

itaət edənlər xaric, səssiz mütiləri belə qorxudarlar. Müttəqi mömin diliylə 

tərəfdar kimi görünsə də, ürəyi ilə onlara nifrət edər. Allah Təala İslamı əziz 

olaraq qaytarmaq istədikdə, hər inadkar zalımı həlak edəcək. O, bir ümməti 

istədiyində fəsadından sonra islah etməyə qadirdir. Ya Huzeyfə, əgər dünyadan 

bir gün belə qalsa, Allah o günü uzadar, Mənim Əhli-beytimdən bir kimsəni 

Məlik etsin və onun əli ilə qanlı müharibə etsin və İslamı açıqlasın. O vədindən 

dönməz və hesablar ardıcıl olaraq görəndir.  

 

• Peyğəmbər (s.ə.v)-in "Mehdi ilə müjdələnin" xitabı  



1.20 --- İbn Əbu Şeybə və Tabarani İfrad da, Əbu Nəim və Hakim İbn Məsuddan 

təxric etdilər, O dedi ki: Rəsulullah (s.ə.v) belə buyurdu: Mehdi ilə müjdələnin. O 




Yüklə 499,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə