CəlaləDDİn suyutiNİn təSNİFİNDƏn həDİSLƏr axirzaman mehdiSİNİN



Yüklə 499,13 Kb.
Pdf görüntüsü
səhifə8/21
tarix01.02.2018
ölçüsü499,13 Kb.
#23313
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

arasında fitnə, şiddət, həlak və qaçışlar olar. Nə vaxt bitdi deyilər, yenə də 

davam edər. Bu hadisələr o qədər şiddətlənər ki, içinə girmədikləri bir ev və 

zərəri toxunmaqdığı bir müsəlman qalmaz. Çox iti qılıncların və şiddətli 

ixtilaflarla ümumi bəlaların gəlməsi, bu hadisələrin xüsusiyyətlərindəndir. (O 

zaman) Çürümüş sümüklərə qibtə edilər.  

 

• Altmış yalançının çıxması 



5.3--- Hər birisi özünün Tək Məbud olan Allahdan, rəsul olaraq 

göndərildiyini iddia edən altmış yalançının çıxması. 

 

• Şərqdə, səmada üç gecə görünən bir atəşin çıxması 



5.2--- Şərqdə, səmada üç gecə görünən böyük bir atəşin çıxması. 

5.7--- Adətən şəfəq qırmızılığı kimi olmayan bir qırmızılığın səmada 

görünüb üfüqdə yayılması. 

 

• Ramazanın 15-ci gecəsində eşidiləcək bir səda 



5.14--- Ramazanın yarı gecəsində (15-ci gecədə) yuxuda olanı oyandıran 

və oyaqları da qorxudan bir səda. 

5.11--- Səmadan ərz əhlinə şamil olan bir səs ki, hər kəs bunu öz dili ilə 

eşidər.  

 

• Ramazanın ortasında günəşin, sonunda isə ayın tutulması 



5.20--- Xalqa ibrət olsun deyə Günəşin oruc ayının ortasında, ayın isə 

sonunda tutulması Allah Təala Adəm (s.ə.v)-i yer üzünə endirdikdən bəri bu iki 

əlamət meydana gəlməmişdir. 

 

• Şəvvalda döyüş səsləri, Zilhiccədə vuruşmalar və hacıların talana 



uğrayaraq öldürülməsi Cəmaziyül axir (şaban, ramazan) və Rəcəbdə heyrət 

oyandıran hadisələrin görülməsi. 

5.15--- Şəvvalda döyüş səsləri, Zilhiccədə hərb və müharibə olar, yenə 

Zilhiccədə Hacı talana məruz qalar, hətta küçələrdə qandan keçilməz və 

haramlara girilər. Beytül-Muazzamın yanında böyük günahlar işlənər. Yenə 

Cəmaziyül axir (şaban, ramazan) və Rəcəb aylarında da bir çox heyrətamiz 

hadisələr görünər. Hərc-mərclik çoxalaraq davam edər. Üç nəfərdən biri 

öldürülər, üç nəfərdən biri də ölər. Başçıların da hamısı zalım olar. Adam 

mömin olaraq axşamlayar, kafir olaraq səhərləyər. 

 

• Süfyaninin quru bir vadidən çıxması  



5.22--- "Ciyər yeyənlərin oğlu" olan Süfyani quru bir vadidən çıxar. Kelp 

qəbiləsindən qaşqabaqlı, sərt ürəkli adamlardan bir ordu hazırlanar və bunlar 




hər tərəfə zülm edərlər. O, mədrəsə və məscidləri yıxar, rüku və səcdəyə gedən 

hər kəsi cəzalandırar.  Zülm, fəsad və haqsızlıq çıxarar. Alim və zahidləri qətlə 

yetirər, bir çox şəhəri də işğal edər. Qan axıtmağı halal edərək, Ali-

Məhəmmədə düşmən kəsilər. Təmiz insanlara xəyanətə icazə verər.  

 

• Böyük şəhərlərin yıxılması 



5.18---  Böyük  şəhərlər,  dünən  sanki  yoxmuş  kimi  məhv  olar.  Süfyani  ilə 

ordusu çoxluq təşkil edən beş qəbiləni zəbt edər. 

 

• Kafirlərin Ərəb yarımadasına enişi, xəlifənin öldürülməsi 



5.16---  Kafirlər  Ərəb  yarımadasına  enərlər,  ordular  təşkil  edilər,  xəlifə 

öldürülər,  dərdlər  böyüyər.  Şam  surları  üzərinə  bir  münadi  "Yaxınlaşan  şərə 

görə vay ərəblərin halına" deyər.  

 

• Şamda Haresta kəndinin batması 



5.4--- Şamda Haresta deyilən bir kəndin batması. 

5.9--- Bir çox insanı yox edən bir batma olması. 

 

• Süfyani ordusunun Mədinə ilə Məkkə arasında Beydə deyilən yerdə yerə 



batması 

5.23--- Süfyaninin ordusunun və onunla olanların Beydada batması. 

 

• Rükn ilə Mövqe arasında bir Haşiminin öldürülməsi 



5.19--- Rükn ilə Mövqe arasında bir Haşimi öldürülər 

 

• Fitnələrin ən sonuncusunun günahsız Hacıların öldürülməsi olduğu  



5.24--- Bu fitnələrin ən sonuncusu "Günahsız insanların" öldürülməsidir ki, 

artıq o zaman ondan hər kəsin razı olacağı bir gedişatda olan hz. Mehdi çıxar. 

 

• İkdiddurərdə zikr edilən digər əlamətlər 



5.5---  Şərqdən  ayı  işıqlandıran  bir  ulduzun  doğulması,  sonra  bu  ulduz 

əyilər, elə ki, iki ucu bir-birinə yaxın olar və az qala birləşər. 

5.8--- Salam şəhərinin basqınçılar tərəfindən bir körpünün düzəldilməsi və 

qara bir tüstünün yüksəlməsi 

5.6---  Kufə  məscidinin,  Abdullah  İbn  Məsudun  evi  tərəfindəki  divarının 

yıxılması. 

5.10--- Fərat çayının dayandırılması və onun suyunun Kufəyə girib şəhəri 

xarab etməsi. 




5.21---  Kufə  və  Hire  arasında  da  xeyli  fitnələr,  qorxulu  vəziyyətlər  və 

cinayətlərin görülməsi. 

5.12--- Bidət əhli qövmün surətinin dəyişməsi. 

5.13--- Kölələrin, ağalarının itaətindən çıxması. 

5.17---  Kinde  soyundan  topal  bir  adamın,  qərb  tərəfindən  çıxıb  zəfər 

bayraqları ilə Misirin üzərində qalib gəlməsi.  

 

 

 



 

 

IV HİSSƏ 



 

SÜFYANİ FİTNƏSİ 

 

 

Hz.  Mehdinin  zühuruna  çox  yaxın,  fitnələrdən  bir  başqası  da,  Süfyani 



deyilən  bir  kəsin  Şamda  əmirliyi  və  bir  ordunun  Beydada  (Mədinə  ilə  Məkkə 

arasında  bir  yer)  yerə  batması  və  özünün  işin  sonunda  Mehdi  tərəfindən 

öldürülməsidir. Bu əlamətlər tevatür (qətiliklə) hüduduna yaxındır. 

 

 



1-SÜFYANİNİN ŞAMDA ÇIXIŞI 

 

• Süfyaninin Şamın ortasından çıxacağı 



4.48---  Hakim  Əbu  Hureyrədən  təxric  etdi,  Dedi  ki,  Rəsulullah  (s.ə.v) 

buyurdu:  Şamın  ortasından,  adına  Süfyani  deyilən  və  özünə  tabe  olanların 

çoxunun  Kelb  Qəbiləsindən  olacağı  biri  çıxar.  O  insanları  öldürər,  hətta 

qadınların qarınlarını deşib uşaqlarını öldürər. Sonra onunla döyüşmək üçün bir 

ordu toplanar və onu öldürər. 

 

 



• Süfyaninin xüsusiyyətləri 

4.36--- Əmirəlmöminin hz. Əli ibn Əbi Talib (r.ə.)-dən buyurdu ki: Süfyani, 

Halibi  ibn  Yezib  ibn  Əbu  Süfyanın  övladındandır.  Başı  olduqca  böyükdür. 

Üzündə  qaşınma  xəstəliyindən  (çiçək  xəstəliyindən  üzü  deşik-deşik  olmuş) 

əlamət vardır. Gözündə də ağ bir nöqtə olar. Şam şəhərindən çıxacaq. Ona tabe 

olanların çoxu Kelbdəndir. Qadınların qarınlarını deşib uşaqlarını öldürər, özünə 

qarşı  yığılmış  Kays  qəbiləsini  də  yox  edər.  (Məhz  o  zaman)  Əhli-beytimdən 



Yüklə 499,13 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə