CəlaləDDİn suyutiNİn təSNİFİNDƏn həDİSLƏr axirzaman mehdiSİNİN



Yüklə 499,13 Kb.
Pdf görüntüsü
səhifə11/21
tarix01.02.2018
ölçüsü499,13 Kb.
#23313
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

gecədə bu ordu çölə gedərkən, bir çoban fərqinə vararaq "Vay  Məkkənin başına 

gələnə"  deyərkən,  ordunun  birdən  gözünün  qarşısından  itdiyini  görüncə 

"sübhanAllah, qısa zamanda necə də yox oldular" deyərək onların batdığı yerə 

gəlib  və  yarısı  yerin  altında,  yarısı  yerin  üstündə  qalmış  bir  atlını  yaxalayaraq 

çıxarmağa  çalışır.  Lakin  çıxara  bilməz  və  o  zaman  ordunun  torpağa  batdığını 

anlayar.  Məkkə  rəisinə  bunu  müjdələmək  üçün  gedər  və  bunu  eşidən  Məkkə 

rəisi "Əlhəmdülillah, bizə ondan xəbər verilən əlamət məhz bu idi" deyər. 

 

 



 

 

• Batan ordudan yalnız iki adamın xilas olacağı 



4.70--- Keza (N. ibn Hammad) Əbu Kubeyldən təxric etdi. O dedi ki: Batan 

ordudan biri müjdələyici, digəri isə qorxuducu iki adam sağ qalar. Müjdələyici 

Mehdiyə, qorxuducu isə Süfyaniyə xəbər verər. Bunların ikisi də Kelpdəndir. 

 

• Beydada ordunun batışının hz. Mehdinin çıxış əlaməti olduğu 



4.50---  Nəim  Amr  ibn  Asidən  təxric  etdi.  O  belə dedi: “Beydada  ordunun 

yerə batırılması Mehdinin çıxış əlamətidir.” 

 

• Kəbəyə qarşı gələn ordunun Beydada yerə batacağı 



4.80--- Nəsəi, Əbu Hureyrədən təxric etdi. O dedi: Bu Beytə bir ordu gələr, 

ancaq Beydada yerə batar. 

4.79--- İmam Əhməd, Muslim, Nəsəi, ibn Macə hz. Hafsadan təxric etdilər. 

O  dedi:  Bu  Beytə  qarşı  bir  ordu  göndərilər,  ancaq  Beydaya  girdiyində  bu 

ordunun əvvəl ortası batar və başdakılar sondakılara qışqırarkən hamısı birdən 

batar. Onlardan bir neçə xəbərçi xaricində kimsə sağ qalmaz.  

4.81--- Nəsəi və Hakim, Əbu Hureyrədən təxric etdilər. O dedi ki, insanlar, 

Beydada bir ordu batana qədər Beytin fəthindən imtina etməyəcəklər. 

 

• Beydada yerə batanların qiyamətdə niyyətlərinə görə diriləcəyi 



4.77---  Buxari  və  ibn  Macə,  hz.  Aişədən  təxric  etdilər;  o  dedi  ki:  Kəbəyə 

hücum etmək üçün göndərilən bir ordu Beydada yerə batar. Qiyamət günü isə 

hər kəs niyyətinə görə dirilər. 

4.75


--- Əhməd ibn Hənbəl, Tirmizi, ibni Macə və Əbu Davud, hz. Safiyədən 

təxric etdilər. O dedi ki, insanlar bu Beytin fəthindən imtina etməzlər. Bir ordu 

döyüş üçün gələr, səhraya girdiyində baş və sonundakılar batar, ortadakılar da 

xilas  olmaz.  Deyildi  ki:  "İstəməyərək  o  orduya  qatılıb  batanların  vəziyyəti  nə 

olar?". Buyurdu: "Allah onları niyyətlərinə görə dirildər." 

4.76--- Əhməd ibn Hənbəl və Müslim, Ümmü Sələmədən təxric etdilər: O 

dedi  ki:  Mehdi  Beytə  sığındığında,  üzərinə  hər  tərəfdən  ordular  göndərilər. 

Ancaq bunlar Beydada batarlar. Peyğəmbər (s.ə.v)-dən "İstəməyərək gedənlərin 




vəziyyətinin  nə  olacağı"  soruşulduğunda,  buyurdu  ki:  "Qiyamət  günü  hər  kəs 

niyyətinə görə diriləcək." 

 

• Süfyani ordusunun Kəbədəki bir şəxsi (Mehdini) axtarışa gəlməsi 



4.78--- Tarabani, Ümmü Sələmədən təxric etdi. O dedi ki: Ümmətimdən bir 

qrup  Məkkədəki  bir  adama  qarşı  göndərilər.  Ancaq  Beydada  yerə  batarlar. 

Onların batdığı yer eyni, ancaq niyyətləri ayrıdır. 

4.47--- Tarabani, Evsadda  Ümmü Həbibədən təxric etdi. O dedi, Rəsulullah 

(s.ə.v)-dən  belə  buyururduğunu  eşitdim:  “Şərq  tərəfindən  bir  qisim  insanlar 

Beytdəki bir şəxsi axtarmaq üçün yola çıxarlar. Beyda deyilən yerə gəldiklərində 

yerə batırılarlar. 

Musannif deyir ki, 

Şeyx ibn Həcəri  Mekki (Heytəmi) də Əl Kavlul Müxtəsər fi 

əlamətil Mehdiyyil Muntazarda bu  mövzuda belə nəql edir: İraq tərəfindən bir 

ordu,  Mədinəli  bir  şəxsi  axtarmaq  üçün  yola  çıxar.  Bu  şəxs  Mehdidir.  Ancaq 

cənabı Haqq onlara mane olar və Zülhuleyfə yaxınında Beydada yerə batırılarlar. 

Belə ki, altda qalan üstdəkini, üstə qalan altdakını qiyamətə qədər görə bilməz. 

Bu  ordunun  İraq  tərəfindən  gələcəyi  rəvayəti ilə  şərqdən  gələcəyi  rəvayəti 

arasında bir ziddlik olmadığı kimi, bir çox nəqldən aydın olacağı kimi onlar Şam 

əhlindən olacaq.  

 

• Süfyaninin həlakı 



4.68--- İbni Asakir, Xalid ibn Miğdandan təxric etdi. O dedi ki, Süfyaninin 

həlakı  bir  camaatı  iki  dəfə  hüsrana  uğratdıqdan  sonra  olar.  Mehdi  də  Qota 

bölgəsində Haresta adı verilən bir kənd batmadan çıxmaz.  

4.67---  Nəim  Hakim  ibn  Nafidən  təxric  etdi.  Dedi  ki,  Süfyani  türklərlə 

döyüşdükdən sonra onun yox edilməsi vəzifəsi Mehdinin əlində olar. Mehdi ilk 

qurduğu ordunu da Türkə ( tərəfindən düşmənlərə) göndərər. 

 

 

V HİSSƏ 



 

HZ. MEHDİNİN ZÜHURU 

 

 

1-ZÜHURUNDAN ƏVVƏLKİ VƏ ZÜHURU ZAMANINDAKI  SƏSLƏR 



 

• Hacılar Mina və Ərafatda olarkən eşidiləcək səslər 

1.30--- Keza (N. ibn Hammad) Hakim ibn Nafidən təxric etdi. Buyurdu ki, 

qəbilələr  arasındakı  döyüşlərdən  sonra,  insanlar  Mina  və  Ərafatda  olarkən 

münadi: "Əmiriniz filankəsdir"-deyə səslənər və arxasınca ikinci bir nida gələr. 



"Agah  olun,  bu  münadi  qətiliklə  doğru  söylədi"  deyər.  Beləcə,  insanlar 

salehlərini  qoruyarlar,  şiddətlə  vuruşarlar.  Məhz  o  zaman  səmadan  özünü 

müəyyən  edən  bir  əl  görünər  və  döyüş  isə  şiddətlənər.  Haqq  köməkçilərinin 

sayları  Bədr  döyüşçülərinin  sayı  qədər  qalana  kimi  bu  şiddət  davam  edər  və 

onlar sahiblərinə (Mehdiyə) beyət etmək üçün tabe olarlar.  

 

• Məkkədə günahsız insanlar öldürüldüyündə eşidiləcək səs 



1.11--- Keza (N. ibn Hammad) Ammar ibn Yasirdən təxric etdi. Buyurdu ki: 

Məkkədə  heçdən  günahsız  insanlar  öldürüldüyündə,  səmadan  "Əmriniz 

filankəsdir,  məhz  bu  Mehdidir  ki,  yer  üzünü  ədalət və  bolluqla  dolduracaq" 

şəklində bir səs eşidilər.  

İkdıddurər adlı kitabda da deyilir: "Bu səs yer üzünü bürüyər və hər dilin əhli 

onu öz dilində eşidər". 

 

• Məhərrəmdə zühuru əsnasında eşidiləcək səslər 



1.10--- Keza (N. ibn Hammad) Şehr ibn Havşəbdən təxric etdi. Rəsullulah 

(s.ə.v)  buyurdu:  Məhərrəm  ayında  bir  münadi  səmadan  "Agah  olun  Allahın 

seçdiyi adam filankəsdir, onu dinləyin və itaət edin" deyəcək və bu çox şiddətli 

döyüşlərin və fitnələrin olduğu bir zaman olacaq.  

1.2---  Əbu  Nəim,  ibn  Ömərdən  təxric  etdi.  (aldı)  O  dedi  ki,  Rəsullulah 

(s.ə.v) belə buyurdu: Hz. Mehdi başı üzərində bir bulud olduğu halda çıxacaq, o 

buludda  bir  münadi:  "Bu  Allah  xəlifəsi  Mehdidir,  ona 

zabi


  olun"-deyə 

səslənəcək. 

1.3--- Əbu Nəim və Hatib, Telhisül-Mütəşabihə adlı əsərində, ibn Ömərdən 

təxric  etdilər.  Resullulah  (s.ə.v)  belə  buyurdu:  Mehdi  (ə.s)  başı  üzərində  "Bu 

Mehdidir ona tabe olun"-deyə səslənən bir mələk olduğu halda çıxacaq. 

1.4---  İbni  Əbu  Şeybə,  Asam  ibn  Ömər  Becəlidən  təxric  etdi.  Peyğəmbər 

(s.ə.v) buyurdu: Bir adam səmadan adıyla mütləq çağırılacaq və sübut onu inkar 

etməyəcək, alçaqlar ona mane olmayacaq. 

 

 

 



 

2-ZÜHUR ŞƏKLİ  

 

• Yeddi alimin hz. Mehdini axtarıb tapması və beyət almağı məcbur etməsi 



6.5--- Nəim ibn 

Hammad, ibn Məsuddan təxric etdi. O belə dedi: Ticarət və 

yolların kəsildiyi və fitnələrin çoxaldığı zaman, müxtəlif diyarlardan yeddi alim 

hər birinin bərabərində üç yüz on adam olduğu halda, bir-birlərindən xəbərsiz 

şəkildə Məkkədə bir araya gələrlər. Biri digərindən "burada nə axtarırsan?"- 

deyə soruşar. Ona belə deyərlər: "Biz o şəxsi axtarmaq üçün gəldik ki, fitnələr 

onun əliylə sönə bilər. Konstantinopol onunla fəth edilər. Biz onu adı ilə və 

anasının, atasının adıyla və ordusu ilə tanıyarıq,  Məkkədə olduğunu da bilərik". 




Yüklə 499,13 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə