CəlaləDDİn suyutiNİn təSNİFİNDƏn həDİSLƏr axirzaman mehdiSİNİN



Yüklə 499,13 Kb.
Pdf görüntüsü
səhifə14/21
tarix01.02.2018
ölçüsü499,13 Kb.
#23313
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

• Xorasandan çıxacaq qarabayraqlılara qatılma əmri 

7.4--- Nəim ibn 

Hammad Hakim və Əbu Nəim Sevbandan təxric etdilər, o 

belə  dedi. Rəsulullah  (s.ə.v.)  buyurdu:  Xorasan  tərəfindən  qarabayraqlılar 

çıxdığını  gördüyünüzdə  qar  üzərində  sürünərək də  olsa  onlara  qatılın,  çünki 

içlərində Allahın xəlifəsi Mehdi vardır. 

7.5--- Həsən ibn Süfyan və Əbu Nəim Şevbandan təxric etdilər. Belə dedilər

Rəsulullah  (s.ə.v.)  buyurdu:  “Şərqdən  qarabayraqlılar  çıxar,  onların  ürəkləri 

dəmir  kimidir.  Kim  onları  eşitsə,  qar  üzərində  sürünərək də  olsa  getsin  və 

onlara beyət etsin. 

 

• Qarabayraqlı orduya dəstək olmağın lazımlılığı 



7.10---  Keza  (Nəim  ibn  Hammad)  Həsəndən  təxric  etdi.  O  dedi  ki, 

Rəsullulah  (s.ə.v.)  Əhli-beytinin  qarşılacağı  bir  müsibətdən  bəhs  edərək  belə 

buyurdu: “Bu müsibət Şərqdən qarabayraqlı bir ordu çıxana qədər davam edər. 

Kim bu orduya dəstək olsa Allah ona kömək edər, kim mane olmağa çalışsa da 

onu pərişan edər. Sonda onlar adı mənim adım olan birinə üz tutaraq Onu başa 

keçirərlər, Allah da onları zəfərə çatdırar.” 

 

• Şərqdən gələcək qarabayraqlıların hz. Mehdinin itaətinə girəcəkləri 



7.11--- Kəza (Nəm ibn Hammad) Saib ibn Müseyyebdən təxric etdi. O belə 

dedi. Rəsullulah (s.ə.v.) buyurdu: “Şərqdən Abbas oğullarına aid qarabayraqlılar 

çıxar, onlar bir müddət davam etdikdən sonra yenə şərqdən bu dəfə kiçik qara 

bayraqlar  çıxar  və  əbu  Süfyanın  soyundan  bir  adamla  döyüşərək  Mehdinin 

itaətinə girərlər.” 

 

• İbn Kəsirin bu mövzuyla əlaqədar fikri 



Bu  qarabayraqlılar  əbu  Müslimi  Xorasanın  özü  Əməvi  dövlətini  yıxdığı 

qarabayraqlılar deyil. Bu qarabayraqlılar hz. Mehdiyə liderlik edəcəklər. 

 

• Hz. Mehdi zühur etdiyində ona qatılma və beyət əmri 



4.23--- İbn Macə və Səhih deyərək Hakim və əbu Nəim, Sevbandan təxric 

etdilər.  Rəsullulah  (s.ə.v.)  buyurdu:  “Sizin  xəzinənizin  yanında  hamısında  bir 

xəlifənin oğulları olan üç adam öldürülər və bu xəzinə heç birisinə nəsib olmaz. 

Sonra Şərq tərəfdən qarabayraqlılar çıxaraq heç bir qövmün etmədiyi bir şəkildə 

döyüş  aparar  və  ardınca  Allahın  xəlifəsi  Mehdi  gələr.  Siz  onun  adını 

eşitdiyinizdə qar üzərində sürünərək də olsa ona üz tutun və ona beyət edin. 

Çünki O Allahın xəlifəsi Mehdidir.” 

 

 



3

- QARABAYRAQLILAR VƏ HZ. MEHDİNİN BAYRAQDARI 

 



• Qarabayraqlıların qabaqcıl komandirinin Şueyb ibn Saleh Təmimi olacağı 

7.20--- Nəim ibn 

Hammad, Əbu Cəfərdən təxric etdi, o belə dedi: Haşim 

oğullarından  sağ ovucunda xal olan bir gənc, qarabayraqlılarla Xorasandan 

çıxar, onun qarşısında Şueyb ibn Saleh olar və Süfyani ordusu ilə döyüşər və 

onları məğlubiyyətə uğradar.  

7.22---  Kəza  (N.  ibn  Hammad)  hz.  Əlidən  təxric  etdi,  o  belə  dedi:  Sol 

ovucunda xal olan Haşimi bir gəncin içində olduğu qarabayraqlı bir ordu çıxar, 

Onların qarşısında Şueyb ibn Saleh Təmimi adındakı şəxs olar. Bu ordu Süfyani 

ilə döyüşər və onun ordusunu məğlubiyyətə uğradar.  

 

• Qara bayraqlıların Süfyani ordusunu məğlub etmələri 



7.26---  Keza  (N.  ibn  Hammad)  hz.  Əlidən  təxric  etdi,  o  belə  dedi: 

“Süfyaninin  qüvvəti  Kufəyə  girdiyində,  o  Xorasan  əhlini  axtarmaq  üçün  ordu 

göndərər. Xorasan əhli isə Mehdini axtarar və Haşimi  gənclə birlikdə başlarında 

Şueyb ibn Saleh Təmiminin olduğu qarabayraqlılarla birləşərlər. Bu ordu Estahir 

qapısında Süfyani ilə qarşılaşar. Böyük bir döyüş olar. Nəticədə qarabayraqlılar 

qalib gələr. Süfyani qüvvələri qaçar. Məhz o zaman insanlar Mehdini istəyərlər 

və axtararlar.” 

 

• Şueyb ibn Salehin hz. Mehdinin bayraqdarı olacağı 



7.19---  Nəim  ibn  Hammad  Ammar  ibn  Yasirdən  təxric  etdi,  o  belə  dedi: 

“Mehdidən əvvəl Şueyb ibn Saleh olacaq. 

7.16---  Tabarani,  Evsadda,  ibn  Ömər  (r.ə.)-dən  təxric  etdi,  o  belə  dedi: 

Peyğəmbər (s.ə.v.) bir gün hz. Əli (r.ə.)-ın əlindən tutaraq belə buyurdu: “Bunun 

soyundan  bir  gənc  çıxar  və  ərzi  ədalətlə  doldurar.  Siz  onu  gördüyünüzdə 

Təmimi gənci axtarın, çünki o Şərqdən çıxacaq və Mehdinin bayraqdarı olacaq.”  

7.23--- Keza (N. ibn Hammad) Ammar ibn Yasirdən təxric etdi. O belə dedi: 

“Süfyani  Kufəyə  çatdığı  və  Ali-Məhəmmədin  köməkçilərini  öldürdüyü  zaman 

Mehdi çıxar və onun bayraqdarı Şueyb ibn Saleh Təmimi olar.” 

 

• Şueyb ibn Salehin xüsusiyyətləri 



7.18--- Nəim ibn 

Hammad, Həsəndən təxric etdi, o belə dedi: “Şueyb ibn 

Saleh  Təmimi  orta  boylu,  əsmər,  az  saqqallı  olub,  paltarları  ağ  və  bayraqları 

qara  olan  dörd  min  əsgərlə  çıxar.  Bunlar  Mehdinin  qarşısında  olarlar  və 

qarşılarına çıxan hər kəsi məğlubiyyətə uğradarlar. 

 

 



 

VII HİSSƏ 

 



HZ. MEHDİNİN DÖYÜŞLƏRİ VƏ FƏTHLƏRİ 

 

 



1-QÜDSƏ GƏLMƏDƏN ƏVVƏLKİ HƏRƏKƏTLƏRİ 

 

• Hz. Mehdinin yanında Rəsullulah (s.ə.v)-in bayrağının tapılacağı 



7.24---Keza (N. ibn 

Hammad), Abdullah ibn Şureykdən təxric etdi, o belə 

dedi: “Mehdinin yanında Rəsulullah (s.ə.v)-in bayrağı tapılar.” 

 

• Hz. Mehdinin bayrağında "Beyət Allah üçündür" şəklində yazı olduğu 



7.25---  Keza  (N.  ibn 

Hammad)  İbni  Sirindən  təxric  etdi,  o  belə  dedi: 

“Mehdinin bayrağında "Beyət Allah üçündür" yazılıdır.” 

 

• Bayraqdarın xüsusiyyətləri və Qüdsə çatacağı 



7.21--- Keza (N. ibn 

Hammad) Kaab ibn Alkamedən təxric etdi, o belə dedi: 

Yaşı  kiçik,  saqqalı  az  və  sarışın  bir  gənc  çıxar,  Mehdinin  bayrağını  daşıyar  və 

qarşısına dağlar belə çıxsa onları əzərək İlyaya (Qüdsə) qədər çatar. 

 

• Hz. Mehdinin sünnə üzrə vuruşacağı 



2.21---  Keza  (N.  ibn 

Hammad)  hz.  Əli  və  hz.  Aişədən  təxric  etdi. 

Peyğəmbər (s.ə.v.) buyurdu: “Mehdi Mənim soyumdandır. Mənim vəhy əsasında 

döyüşdüyüm kimi, o da Mənim sünnəm əsasında vuruşar. 

 

• Hz. Mehdi əli ilə sünnələri canlandırılacağı 



4.71---  İbn  Münavi,  Məlahimdə  hz.  Əlidən  təxric  etdi,  o  dedi ki: Qiyamət 

yaxınlaşdığı zaman və möminlərin ürəyi, ölüm, aclıq, fitnələr, sünnənin itməsi, 

xurafatların  ortaya  çıxması,  yaxşılığı  əmr  edib  pislikdən  çəkindirmə 

imkanlarının  itməsi  kimi  səbəblərlə  zəiflədiyi  zaman,  Mənim  övladımdan 

Məhəmməd ibn Abdullah (Mehdi) ilə Cənabı Haqq sünnələri canlandırar. Onun 

ədalət və  bərəkəti ilə  möminlərin  ürəyi fərahlanar,  Əcəm  (xarici)  və  Ərəb 

millətləri  arasında  ülfət və  məhəbət  yerləşər.  Bu  vəziyyət  bir  müddət  davam 

etdikdən sonra o vəfat edər. 

 

• Hz. Mehdinin Həzim qəbiləsi üstünə getməsi 



6.4---  Keza  (N.  ibn  Hammal)  ibn  Məsuddan  təxric  etdi,  o  belə  dedi: 

“Müxtəlif diyarlardan yeddi alim bir-birlərindən xəbərsiz olaraq gəlib Məkkədə 

görüşər və hz. Mehdiyə beyət edərlər. Halbuki, bunlardan hər birinə də üç yüz 

on adam beyət etmişdir. Məkkəyə toplanan bu insanlar Mehdiyə beyət edərlər. 

Allah  Təala  onun  məhəbbətini  insanların  ürəklərinə  yerləşdirər.  O,  başlarında 



Yüklə 499,13 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə