CəlaləDDİn suyutiNİn təSNİFİNDƏn həDİSLƏr axirzaman mehdiSİNİN



Yüklə 499,13 Kb.
Pdf görüntüsü
səhifə12/21
tarix01.02.2018
ölçüsü499,13 Kb.
#23313
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

Bu yeddi alim bu mövzuda birləşərlər onu axtararlar və Məkkədə taparlar. Və 

özünə "Sən filankəs oğlu filankəssən" deyərlər. O isə "Mən yalnız Ənsardan 

biriyəm" deyər. Onların əlindən xilas olar. Onu tanıyan və bilənlərə izah edərlər, 

beləcə "axtardığınız sahibiniz odur və Mədinəyə getmişdir" deyilər. Bu dəfə onu 

axtararlar, halbuki, o təkrar Məkkəyə dönmüşdür. Onu təkrar Məkkədə bularaq 

yenə, "Sən filankəs oğlu filankəssən, anan da filankəs qızı filanadır, səndə bu bu 

əlamətlər vardır, birinci dəfə bizdən xilas oldun uzat əlini sənə beyət edək" 

deyərlər. Beləcə, o: "Mən axtardığınız deyiləm" -deyər və təkrar Mədinəyə 

gedər. Mədinədə yenə axtarılınca təkrar Məkkəyə geri qayıdar. Məkkədə özünü 

Rükndə taparaq belə deyərlər: "Əgər beyətlərimizi qəbul etməsən, bizi axtaran 

və başında Həddəmdən birinin olduğu Süfyani ordusuna qarşı qorumasan, 

günahlarımız sənin üzərinə və qanlarımız da boyuna olsun." deyərlər. Belə 

olduqda Mehdi Rükn ilə Mövqe arasında oturar və əlini uzadaraq beyətləri qəbul 

edər.  


Allahda  onun  məhəbbətini  insanların  sinələrinə  yerləşdirər.  O  daha  sonra 

gündüzləri aslan, gecələri isə abid olan bir qövmlə birlikdə olar.  

 

• Hz. Mehdinin əvvəl beyət almağı istəməməsi 



6.12--- Dani, Katadedən təxric etdi. O dedi ki: Fitnə içindəki insanlar qan 

axıdıldığı bir zamanda evində oturan Mehdiyə gələr və "Bizim üçün qalx artıq" 

deyər.  O  isə  qəbul  etməz,  ancaq  ölümlə  təhdid edildikdən  sonra  onlar  üçün 

qalxar. Ondan sonra artıq qan tökülməz.  

6.2--- Keza (N. ibn Hammad) Zühridən təxric etdi. O dedi ki: Hz. Fatimənin 

soyundan  gələn  Mehdi  Məkkədə  meydana  çıxarılar  və  istəmədiyi  halda  özünə 

beyət edilər. 

6.10---  Keza  (N.  ibn  Hammad)  Katadedən  təxric  etdi.  Rəsulullah  (s.ə.v) 

buyurdu: Mehdi Mədinədən Məkkəyə gələr və özü istəmədiyi halda, insanlar onu 

öz aralarından çıxarıb, Rükn ilə Mövqe arasında ona beyət edərlər. 

 

• Allah Təala hz. Mehdini bir gecədə yetkinləşdirər 



1.41---  Keza  (Nəim)  Əbu  Səid-əl  Hudridən  təxric  etdi,  Peyğəmbər  (s.ə.v) 

buyurdu: Allah Mehdini bir gecədə islah edər (yetkinləşdirər).  

 

• Hz. Mehdi məhərrəmin 10-cu gecəsi şam vaxtında zühur edər 



6.14---  Əbu  Cəfər  (r.ə.)-dən  rəvayət  edildi.  Belə  dedi:  Mehdi  aşura  günü 

zühur edər. O gün Hüseyn ibn Əli (r.ə) şəhid edilmişdir və o Məhərrəm ayının 

onuncu  gecəsi  şənbə  günü  olmuşdur.  O  Rükn  ilə  Mövqe  arasında  durar. 

Cəbrayıl  (ə.s)  onun  sağında,  Mikayıl  (ə.s.)  isə  solunda  olar.  Ərzin  müxtəlif 

yerlərindən gələn tərəfdarları toplanarlar və ona beyət edərlər. Beləcə, yer üzü, 

daha əvvəl zülm və işgəncə ilə dolduğu kimi, indi də ədalətlə dolar. 

 

• Hz. Mehdiyə Rükn ilə Mövqe arasında beyət edilər 




6.9--- Keza (Nəim ibn Hammad) Əbu Hureyrədən təxric etdi. O belə dedi: 

Rükn ilə Mövqe arasında Mehdiyə beyət edilər və (zamanında) nə yuxuda olan 

oyandırılar, nə də hər hansı bir qan axıdılar. 

 

• Hz. Mehdiyə əvvəlcə Bədr əhli qədər adam beyət edər 



4.45---  Tabarani  Evsadda  və  Hakim  Ümmü  Sələmədən  təxric  etdilər, 

Rəsulullah (s.ə.v.) buyurdu: “Mehdiyə Bədr əhli sayın tərəfindən adam, Rukn və 

Mövqe arasında beyət edər. İraq xalqının irəli gələnləri və Şam ebdalları ona üz 

tutarlar.  O  zaman  Şamdan  bir  ordu  ona  qarşı  döyüşmək  üçün  gələr,  ancaq 

Beydaya  girdiyində  yerə  batırılar.  (Beyda,  Mədinə  ilə  Məkkə  arasında  bir 

mövqedir.)  

 

• Hz. Mehdinin beyətdən sonra iki rükət namaz qılıb minbərə çıxması 



6.7---  Keza  (Nəim  ibn  Hammad)  ibn  Abbasdan  təxric  etdi.  O  belə  dedi: 

İnsanların  ümidsiz  olduğu  və  "Heç  Mehdi  filan  yoxmuş"  dediyi  bir  zamanda 

Allah  Mehdini  göndərər.  Onun  köməkçiləri  Şam  əhlindən  sayları  Bədr 

səhabələrinin  sayları  qədər  üç  yüz  on  beş  adamdır.  Bunlar  Şamdan  ona  üz 

tutarlar və onu Məkkədə Səfadakı bir evdən çıxararaq, özü istəmədiyi halda ona 

beyət edərlər. O da onlarla birlikdə Mövqenin yanında iki rükət namaz qıldıqdan 

sonra minbərə çıxar. 

6.11---  Keza  (Nəim  ibn  Hammad)  hz.  Əlidən  təxric  etdi.  O  belə  dedi: 

“Başında  Şuayb  ibn  Saleh  Təmiminin  olduğu  qarabayraqlı  ordu  Süfyaninin 

məmləkətində çıxdığı zaman insanlar Mehdini axtarar və o Resullulah (s.ə.v)-in 

bayrağı  ilə  insanların  başlarına  bəla  üstündə  bəla  yağdığı  və  onun  çıxışından 

ümid kəsildiyi bir sırada Məkkədə zühur edər. İki rükət namaz qılar. Namazdan 

qayıtdıqda belə deyər: "Ey insanlar, Məhəmməd ümməti və xüsusilə onun Əhli-

beyti çox bəlalar gördü və bizlər qəhr və haqsızlığa məruz qaldıq. " 

 

• Hz. Mehdinin beyətdən sonrakı xitabı  



6.3--- Keza (N. ibn Hammad) Cəfərdən təxric etdi. O belə dedi: Mehdi şam 

vaxtında Rəsullulah (s.ə.v)-in bayrağı, köynəyi qılıncı, Nur və bəyan kimi daha 

bir çox əlamətlər yanında olduğu halda Məkkədə zühur edər. Şam namazını 

qıldıqdan sonra ən yüksək səs ilə xitab edər: Şam namazını qıldıqdan sonra ən 

yüksək səs ilə belə xitab edər: "Ey insanlar, Mən sizə Allahı xatırladıram. Sabah 

məhşər günündə Allahın hüzurunda yerinizin nə olacağını xəbər verirəm. Allah 

Təala sizə bir çox dəlillər və peyğəmbərlər göndərmiş, Quranı endirmiş və sizə 

belə əmr etmişdir: Allaha heç bir şeyi ortaq qoşmayın, Allah və Rəsuluna itaəti 

qoruyun. Quranın əmrlərini dirildin, qadağanlarını da qadağan edin və siz 

Mehdiyə köməkçilər və dəstək olun. Çünki dünyanın pisləşməsi və zavala 

gəlməsi yaxınlaşmışdır. Və bu qətidir. Mən sizi Allaha və Rəsuluna, Onun 

Kitabıyla əməl etməyə, batili yox edib, sünnətini canlandırmağa dəvət edirəm." 

Bu xitabdan sonra yanında payız buludları kimi bir-birindən xəbərsiz toplanan, 

Bədr əhli sayı qədər, yəni üç yüz on üç nəfər insanla birlikdə zühur edər. Onun 

səhabələri gecə abid, gündüz isə aslanlar kimidir. Allah Mehdi üçün Hicaz 

torpağı fəth edərək həbsdəki Haşimilərin hamısını da qurtarar. Qarabayraqlar 

isə Kufəyə enib beyət üçün Mehdiyə adam göndərərlər. Hz. Mehdi ordusunu hər 



Yüklə 499,13 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə