CəlaləDDİn suyutiNİn təSNİFİNDƏn həDİSLƏr axirzaman mehdiSİNİN



Yüklə 499,13 Kb.
Pdf görüntüsü
səhifə15/21
tarix01.02.2018
ölçüsü499,13 Kb.
#23313
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

Həzim  qəbiləsindən  bir  adamın  olduğu  və  Süfyaniyə  beyət  etmiş  Məkkəli 

qruplara qarşı gedər. 

Hz.  Mehdi  yanındakılarını  arxasınca  gətirərək  üzərində  bir  kostyum  və 

cübbə  olduğu  halda  çıxar  və  Həzimə  gələr.  Burada  da  beyətləri  qəbul  edər. 

Ancaq Kelp qəbiləsi onların beyətlərinə qəzəblənərək bir ordu hazırlayar, lakin 

hz.  Mehdi  onları  məğlub  edərək  yox  edər  və  Allah  romalılarla  da  onun  əliylə 

məğlubiyyətə uğradar. Allah onun əliylə kasıblığı aradan qaldırar və Mehdi Şama 

enər. 


 

• Hz. Mehdinin əmioğlu Həsəni ilə görüşməsi  

1.15---  Əmirəlmöminin  hz.  Əli  ibn  Əbu  Talib  (r.ə.)-dən  buyurdu  ki:  Biri 

Qərbdə, biri Əl-Cəzirədə, biri də Şamda olmaqla üç qrup bayraq sancılar. Fitnə 

bunların arasında bir il davam etdikdən sonra Süfyaninin çıxışı və etdiyi zülm və 

fücuru  xatırlanar.  Sonra  Mehdi  (ə.s.)-ın  zühuru  və  insanların  Rükn  ilə  Mövqe 

arasında ona beyətləri xatırlanar. Və hz. Mehdi hazırladığı əsgəriylə yavaşca və 

səssiz  qura  vadisinə  qədər  gedər.  Burada  özünə  on  iki  min  nəfər  ordusuyla 

əmioğlusu  Həsəni  (hz.  Həsənin  soyundan)  yetişər  və  ona  belə  deyər:  "Ey 

əmioğlu,  bu  ordunun  başına  mən  daha  layiqəm,  çünki  Həsən  (r.ə.)-ın  oğlu 

mənəm,  Mehdi  də  mənəm"  deyər.  Əsl  Mehdi  də  "Xeyr,  həqiqi  olan  Mənəm" 

deyər. Belə olduqda Həsən ona: "O halda səndəki əlamətlər nədir? Varsa beyət 

edərəm" -cavabını verər. Bu zaman Mehdi (ə.s.) bir quşa işarə edər, quş əlinə 

düşər,  bir  yerə  quru  bir  budaq  əkər  və  budaq  yarpaqlanıb  yaşıllanar.  Beləcə 

Həsəni ona deyər ki: "Ey əmioğlu, bu əmrlik sənindir." 

1.14--- Əmirəlmöminin Əli ibn Əbu Talib (r.ə.)-dən buyurdu ki: “Mehdi bir 

quşa  işarə  edər,  quş  əllərinə  düşər.  Bir  yerə  quru  bir  budaq  əkər,  budaq 

yaşıllaşar və yarpaqlanar. “ 

 

• Hz. Mehdinin qarşısında Cəbrayıl (ə.s), arxasında isə Mikayıl (ə.s.) ilə 



birlikdə Şama doğru yola çıxacağı 

1.16---  Huzeyfə  ibn  Yamanidən,  Mehdi  hekayəsi  haqqında  Rəsulullah 

(s.ə.v)-dən buyurur ki: Onun çıxışı və ONA beyətləşmə, Rükn və Mövqe arasında 

olar  və  Mehdi  qarşısında  Cəbrayıl  və  arxasında  Mikayıl  olduğu  halda  Şama 

doğru yola çıxar, səma və ərz əhli, quşlar və vəhşi heyvanlar, hətta dənizdəki 

balıqlar belə Onun xilafətiylə sevinəcəklər.  

(İmam Əbu Ömər və Osman da, Səid əl-Mukarrinin Sünən adlı kitabında bu 

hədisi eynilə rəvayət etmişlər.) 

 

 

 



• Hz. Mehdi və yoldaşlarının hər zalıma qarşı qalib gələcəkləri 

4.46--- Tabarani Evsad da Ümmü Sələmədən təxric etdi. Rəsulullah (s.ə.v) 

buyurdu: Şərqin hakimi qərb məliyinə gedər və onu öldürər. Sonra qərb məliyi 

də  Şərqə  gedər  onu  öldürər.  Ondan  sonra  qərb  məliyi Mədinəyə  bir  ordu 

göndərər, ancaq bu ordu yerə batırılar. Sonra ikinci bir ordu göndərər. Bu vaxt 



Mədinə  xalqından  bir  qisim  insanlar  bir  araya  gələrlər,  Hərəmdən  çıxan  bir 

kimsənin  ətrafında,  dağınıq  olaraq  quşlar  kimi  toplanarlar.  Belə  ki  aralarında 

qadınlarında  olduğu  üç  yüz  on  dörd  nəfər  bir  qrup  meydana  gətirərlər.  Onlar 

hər zalıma və Cabbar oğlu Cabbara qalib gələr. Onun dövründə ölülərin dirilərə 

qibtə edəcəyi bir ədalət görülər. O yeddi il qalar. (Hz. İsanın qırx illik dövründə) 

sonra isə yerin altı üstündən daha xeyirli olar.) 

 

 

2-HZ. MEHDİNİN SÜFYANİ İLƏ DÖYÜŞÜ 



 

• Hz. Mehdi ilə Süyfani ordusu qarşılaşdıqlarında səmadan gələcək bir səs 

4.46---  Keza  (N.  ibn  Hammad)  Zühridən  təxric  etdi,  o  dedi ki: Ordunun 

Beydada  batmasından  sonra,  Bədr  əhli  sayda  insanla  hz.  Mehdi  çıxar.  O  və 

Süfyani  ordusu  qarşı-qarşıya  gələr.  Mehdinin  əsgərlərinin  dəbilqələri  zirehdən 

olar.  Və  o  gün  səmadan  bir  səs  "Ey  insanlar,  Allahın  yer  üzündəki  dostları 

Mehdiyə  tabe  olanlardır."  deyər.  Süfyani  və  ordusu  məğlubiyyətə  uğrayar.  Və 

özlərindən  döyüşə  girməyən  kiçik  bir  qrup  qalar.  Bunlar  qaçaraq  Süfyaniyə 

xəbər  apararlar.  Mehdi  Şama  gəldiyində  Süfyani  də  daxil  xeyli  insan  beyət 

etmək üçün ona üz tutarlar. Yer üzü də ədalətlə dolar.  

1.12--- Həmçinin, (N. ibn Hammad) Zühridən təxric etdi, Buyurdu: Süfyani 

və  Mehdi  döyüş  üçün  qarşı-qarşıya  gəldikləri  gündə  səmadan  belə  bir  səs 

eşidilər: "Allahın övliyası filankəsin səhabələridir." (Yəni Mehdi (ə.s.)-ı nəzərdə 

tutur.) 


Əsma  bindi  Umeys  dedi  ki,  o  günün  əlaməti  səmadan  uzadılmış  və 

insanların ona baxdığı bir əldir. 

 

• Süfyaninin əsir alınaraq öldürülməsi 



4.61---  Keza  (Nəim  ibn  Hammad),  Vəlid  ibn  Müslimdən  təxric  etdi.  Vəlid 

belə dedi, Məhəmməd ibn Əlidən belə eşitdim: Süfyani və Kelp qəbiləsi ilə hz. 

Mehdi  Beytül  Makdisdə  (Qüdsdə)  döyüşər  və  Süfyani  əsir  olaraq  gətirilər 

Mehdinin əmriylə Rəhmət qapısında öldürülər. Onların qənimətləri və qadınları 

da Şam küçələrində satılar. 

 

• Hz. Mehdi ilə Süfyani arasındakı döyüşə aid müxtəlif rəvayətlər 



Hz. Ümmü Sələmədən gələn bir rəvayət  

4.43--- İbn Əbu Şeybə, Əhməd və Əbu Davud, Əbu Yala və Tabarani, Ümmü 

Sələmədən  təxric  etdilər,  Peyğəmbər  (s.ə.v.)  belə  buyurdu:  “Bir  xəlifənin 

ölümündən ixtilaf olar. Məkkəyə getməklə, Mədinə əhlindən bir adam çıxar və 

Məkkə  xalqından  bir  qisim  insanlar  Onu  meydana  çıxarar  və  Rükn  ilə  Mövqe 

arasında  Ona  beyət edərlər.  Şamdan  Ona  qarşı  bir  ordu  göndərilər,  ancaq  bu 

ordu  Beydada  torpağa  batırılar.  İnsanlar  bunu  görüncə,  Şam  ebdalları  (övliya 

zümrəsindən bir camaat) və İraq əhlinin qabaqda gələnləri Ona üz tutub beyət 

edərlər.  O  zaman  ətrafında  Kelb  qəbiləsindən  insanlar  olan  Qureyşli  bir  adam 

çıxar  və  (Mehdi)  onların  üzərinə  bir  ordu  göndərər  və  bu  ordu  onlara  qalib 




Yüklə 499,13 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə