CəlaləDDİn suyutiNİn təSNİFİNDƏn həDİSLƏr axirzaman mehdiSİNİN



Yüklə 499,13 Kb.
Pdf görüntüsü
səhifə18/21
tarix01.02.2018
ölçüsü499,13 Kb.
#23313
1   ...   13   14   15   16   17   18   19   20   21

• İbni Cəririn Təfsirində romalılar haqqında fikirləri 

8.4--- İbni Cərir Təfsirində Sudiydən təxric etdi. Allah Təalanın "Məscidlərin 

içində  insanları  Allahın  adını  zikr  etməkdən  məhrum  edən  və  onlara  maneə 

törətməyə çalışan kimsədən daha zalım kim ola bilər? Tərcüməsindəki ayəsinin 

təfsirində  dedi ki: “Burada  zalım  insanlarda  Allahın  qəsdi  Roma  əhlidir.  Çünki 

onlar Beyt-ül Makdisin təxribi üçün Buhtannasra kömək etmişlər. Yenə Allahın 

"Məscidlərinə  qorxuyla  girənlər  onlardır"  tərcüməsindəki  ayəsində  nəzərdə 

tutduğu da Roma əhlidir. Çünki yer üzündəki hər Roma ya boyunun vurulacağı 

narahatlığı  ilə,  ya  da  cizyə  vermək  qorxusu  ilə  Allahın  məscidinə  girər,  ancaq 

yenə  də  cizyəni  verər.  Yenə  Allah  Təalanın  "Onlar  üçün  dünyada  zillət  var" 

tərcüməsindəki  ayəsi  haqqında  dedi  ki:  "Onların  dünyadakı  zilləti,  Mehdinin 

çıxıb Konstantinopolu (Romanı) fəth etməsi və romalıları məğlub etməsidir." 

 

 

 



• Yəhudilərdən böyük bir camaatın müsəlaman olması 

8.9---  Nəim,  Səlman  ibn  İsadan  təxric  etdi,  o  dedi  ki:  Eşitdiyimə  görə 

Mehdinin əlində (zamanında) səkinə olan tabut Tabəriyyə gölündən çıxarılar və 

Beyt-ül Makdisdə (Qüdsdə) Onun önünə gətirilər. Yəhudilər bunu görüncə çox 

azı istisna olmaqla çoxu müsəlman olarlar.  

 

• Hz. Mehdiyə "Mehdi" deyilməsinin səbəbi 



8.8--- Əbu Əmr Dani, Sünənində ibn Şevzəbdən təxric etdi. O dedi ki: Ona 

Mehdi  deyilməsinin  səbəbi  budur.  O,  yəhudilərin  həcc  etdiyi  Şam  dağlarından 

bir dağın içindəki Tövrata dair kitabları çıxarar və yəhudilərdən bir camaat Onun 

(Mehdinin) əlində müsəlman olar. 

8.11--- Keza (N. ibn Hammad) Kaabdan təxric etdi, o dedi ki: O kimsənin 

bilmədiyi  gizli  bir  vəziyyətə  yol  göstərən,  rəhbər  olduğu  üçün  özünə  "Mehdi" 

deyilmişdir. O, Tabutu Tündünəni Antakya mağarasından çıxarar. 

 

• Hz. Mehdi və Əhli-beytinin Qüdsdə uzun müddət qalacağı 



8.7---  Nəim  ibn 

Hammad  Ertahdan  təxric  etdi,  dedi:  Hz.  Mehdi  Beytül- 

Makdisə  (Qüdsə)  enər  və  millət  Onun  Əhli-beytindən  gələnlərlə  uzun  bir 

müddət  yaşayar.  Daha  sonra  zalımlar  görünər  və  Abbas  oğulları  rəhmətlə 

axtarılar.  

 

 



 

VIII HİSSƏ 

HZ. MEHDİNİN HZ. İSA (Ə.S.)-A İMAMLIQ ETMƏSİ 



1-HZ. MEHDİNİN HZ. İSA (Ə.S.)-A İMAMLIQ ETMƏSİ 

 

• Hz. Mehdinin ümmətin ortasında olduğu 



9.5---  Əbu  Nəim,  ibn  Abbasdan  təxric  etdi,  dedi  ki:  Rəsulullah  (s.ə.v.) 

buyurdu: Bir ümmət necə həlak olar ki, əvvəlində Mən, sonunda Məryəm oğlu 

İsa (ə.s.) və ortasında da Əhli-beytimdən Mehdi vardır.  

 

• İbni Həcəri Məkkinin bu xüsusdakı bir izahı 



Şeyx İbni Həcəri Mekkidə Əl Kavlul Müxtəsər fi Əlamətil Mehdiyy-il Muntazar 

adlı kitabında bunları söyləyir:  

“Həzrəti Mehdinin orta (ortada) olmağında məqsəd axıra yaxın olmasını izah 

üçün  olub,  Mehdinin  bu  ümmətin  axırı  olacağını  bildirən  səhih  rəvayətlərlə 

əkslik təşkil etmir. Vasat (orta) ifadəsi Mehdinin hz. İsadan çox az bir müddət 

əvvəl (Yeddi il iki ay bir neçə gün) gələcəyini ifadə etmək üçün istifadə edilmiş 

və hz. İsa (ə.s.) ondan (Mehdidən) qısa bir zaman sonra göydən enəcəyi içində 

axır olaraq səciyyələndirilmişdir.  

 

• Hz. Mehdinin hz. İsa (ə.s.)-a imamlıq edəcəyi 



9.1--- Nəim əbu Səiddən təxric etdi, dedi Rəsulullah (s.ə.v.) buyurur: “İsa 

ibn Məryəmin arxasında namaz qılacağı adam bizdəndir”. 

9.7--- İbn Əbi Şeybə Musannef də İbni Şirindən təxric etdi. Dedi ki: “Mehdi 

bu ümmətdəndir və hz. İsaya imam olacaq”. 

9.8--- Nəim ibn 

Hammad Abdullah ibn Əmrdən təxric etdi, dedi ki: “Mehdi 

İsa ibn Məryəmin üzərinə enəcəyi və arxasında namaz qılacağı kimsədir. 

9.4---  Buxari  və  Müslim  əbu  Hureyrədən  təxric  etdi,  buyurdu:  “Məryəm  

oğlu  İsa  (ə.s.)  aranıza  endiyində  və  imamınız  sizdən  olduğunda,  baxaq  nə 

edəcəksiniz?” 

 

• Hz. İsa (ə.s.) göydən enincə, hz. Mehdinin ona namazı qıldırmasını təklif 



etməsi 

9.2--- Əbu Nəim, Cabirdən təxric etdi, dedi Rəsulullah (s.ə.v.) buyurdu: İsa 

ibn Məryəm göydən enər, onların (möminləri) Əmri olan Mehdi, özünə "Gəl bizə 

namaz  qıldır"  deyər.  O  (Hz. İsa  ə.s.)  isə,  bu  ümmətə  Allahın  bir  ikramı  olaraq 

"Xeyr, sizin bəziniz bəzilərinizin Əmridir" deyər. 

 

• Hz. İsa (ə.s.)-ın göydən səhər vaxtı enəcəyi 



9.6---  İbn  Macə,  Ravyanı,  ibn  Huzeymə,  əbu Ovanə,  Hakim  və  əbu  Nəim, 

əbu İmamadan təxric etdilər. Dedi ki, rəsulullah (s.ə.v.) bizə xitab etdi. Dəccalı 

xatırlayaraq  belə  buyurdu:  “Mədinə  körüyün  dəmirin  pasını  aradan  qaldırdığı 

kimi,  içindəki  pisliyi  aradan  qaldırar,  O  günə  "qurtuluş  günü"  deyilir.  Ümmü 

Şüreyk: "Ya Rəsulullah (s.ə.v.), o gün ərəblər haradadır?"- dedi. Buyurdu: Onlar 



o  gün  az  olarlar,  imamları  saleh  bir  insan  olan  Mehdi  olduğu  halda,  Beytül  -

Makdisə sığınarlar. Orada imamları özlərinə səhər namazını qıldırmaq üçün önə 

keçdiyi vaxtda, birdə baxarlar ki, İsa İbni Məryəm (ə.s.) səhər vaxtında enmişdir. 

Bu imam (Mehdi) hz. İsanı önə keçirmək üçün arxaya çəkilər. Hz. İsa (ə.s.) onun 

çiyinlərinə əlinə qoyar və Ona deyər ki: "Keç önə namazı qıldır. Çünki səs

 

sənin 



üçün verilmişdir", belə olduqda imamları (Mehdi) onlara namazı qıldırar. 

 

• Hz. İsa (ə.s.)-ın saçlarından su damır kimi olması 



9.9---  Əbu  Əmr  və  Dani  Sünənin,  Huzeyfə  (r.ə.)-dən  təxric  etdilər,  dedi 

Rəsulullah (s.ə.v.) buyurdu: “Mehdi baxar ki, hz. İsa ibn Məryəm enmişdir, sanki 

saçlarından  su  damır  kimidir.  Mehdi  Ona  deyər  ki,  "Önə  keç  insanlara  namaz 

qıldır". Hz. İsa isə deyər ki, "namaz sənin üçün iqamə olundu.". Belə olduqda O, 

mənim övladımdan bir yetkin bir adamın arxasında namazı qıldırar. 

 

• Hz. İsa (ə.s.) enənə qədər Haqq üçün vuruşan bir tayfanın olacağı 



9.10--- Əbu Əmr və Dani Sünənində Cabir ibn Abdullahdan təxric etdilər, 

dedi ki, Rəsulullah (s.ə.v.) buyurdu: “Taki İsa İbni Məryəm, Fəcrin tuluu (səhər 

namazı) əsnasında, Beytül-Makdisdə Mehdi üzərinə nüzul edənə qədər Mənim 

ümmətimdən bir tayfa Haqq üçün vuruşacaq. Mehdi o zaman deyər: "Ey Allahın 

Peyğəmbəri  keç  önə  bizə  namazı  qıldır"-  O  (hz.  İsa)  isə,  "Bu  ümmətin  biri 

digərlərinə əmirdir" deyər. 

9.3---  Əhməd,  Müslim,  ibn  Cüreyr  və  ibn  Hıbban,  Cabir  ibn  Abdullahdan 

təxric  etdilər,  buyurdu:  “Qiyamətə  (Dəccal  ilə  döyüşə)  qədər  Mənim 

ümmətimdən  bir  qrup  Haqq  uğrunda  qalib  olaraq  vuruşacaq.  İsa  ibn  Məryəm 

göydən nüzul etdiyində onların Əmiri ona "Gəl bizə namazı qıldır" deyər. Ancaq 

O,  bu  ümmətə  Allahın  bir  ikramı  olaraq  "Sizin  Biriniz  digərlərinizə  əmirdir" 

cavabını  verər.  (Yəni  imamınız  Mehdi  aranızdadır.  Yəni  namazı  o  qıldırmalıdır 

demək istəyər.) 

 

• Hz. Mehdinin ilk namazdan sonra imamlığı hz. İsa (ə.s.)-a verməsi  



9.11---  Nəim  Kaabdan  təxric  etdi.  Dedi  ki:  “Dəccal  Beytül-Makdisdə 

möminləri  mühasirə  altına  alar  və  onlara  (möminlərə)  elə  şiddətli  bir  aclıq  üz 

verər ki, aclıqdan yaylarının tirini belə yemək məcburiyyətində qalarlar. 

Onlar bu halda ikən, birdən qaranlığın içindən bir səs eşidərlər və "Bu tox 

adamın  səsidir"  deyərlər.  Bir  də  baxarlar  ki,  O,  İsa  ibn  Məryəmdir.  Namaza 

qalxarlar, müsəlmanların imamı Mehdi geri çəkilər. Belə olduqda hz. İsa deyər 

ki:  "Önə  keç  Namaz  sənin  üçün  iqamə  olundu.".  Hz.  Mehdi də  onlara  namaz 

qıldırar və bundan sonra hz. İsa (ə.s.) imam olar. 

9.12---  Nəim 

ibn  Hammad  ibn  Abbasdan  təxric  etdi,  dedi  ki:  Mehdi 

bizdəndir. İmamlığı hz. İsa ibn Məryəmə verər. 

 

 



IX HİSSƏ 


Yüklə 499,13 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə