CəlaləDDİn suyutiNİn təSNİFİNDƏn həDİSLƏr axirzaman mehdiSİNİN



Yüklə 499,13 Kb.
Pdf görüntüsü
səhifə13/21
tarix01.02.2018
ölçüsü499,13 Kb.
#23313
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

tərəfə göndərər. Zülmü və zalımların hamısını yox edər. Diyarlar onun əmrinə 

girər. Allah Təala onun əlindəki Konstanopol fəthini gerçəkləşdirər. 

 

 

 



VI HİSSƏ 

 

HZ. MEHDİNİN KÖMƏKÇİLƏRİ 



 

 

1-MÜXTƏLİF KÖMƏKÇİLƏR 



 

• Hz. Mehdinin ətrafında toplananların xüsusiyyətləri 

6.8---  Məhəmməd  ibn  Hənəfi  (r.ə.)-dən  rəvayət edildi ki: Bir  gün  biz  hz. 

Əlinin  yanındaykən  biri  hz.  Mehdidən  sual  verdi.  Əli  (r.ə.)  "Əfsus"  dedi.  Sonra 

əliylə  bir  doqquz  işarəsi  etdi və  “o  Axırzamanda  adama  "Allahdan  qorx, 

Allahdan qorx" deyildiyi zamana çıxar”-  dedi. (və belə davam etdi): Buludların 

səmada  toplandığı  kimi,  Allah  onun  ətrafına  bir  qövm  toplayar.  Onların 

ürəklərini  uzlaşdırar.  Onlar  içlərindən  şəhid  olana  kədərlənməz,  özlərinə 

qatılana  da  sevinməzlər.  Sayları  Bədr  səhabələri  qədərdir.  Əvvəlkilər  onları 

keçmədiyi kimi, sonrakılar da onlara çata bilməzlər və onların sayları Talut ilə 

çayı keçənlər qədərdir.” 

7.6--- İbn Cərir, Tehzib-il Asar da belə təxric etdi: “Məhəmməd ümmətinin 

ən  xeyirlisi  və  sizin  çətinlikləri  aradan  qaldıran  vəliniz  olan  kəsə  qatılın.  O 

Məkkədədir.  O  Mehdidir  və  adı  Məhəmməd  ibn  Abdullahdır.  Şam  Əbdalları  və 

Şərqin  öndə  gedənləri  ona  qatılar  ki,  onların  ürəkləri  dəmir  kimidir  və  onlar 

gündüz aslan gecə də abiddirlər. 

 

• Kufə, Yəmən və Şam əbdalları ilə Cəbrayıl və Mikayıl (ə.s.)-ın özünün 



köməkçilərindən olacaqları 

1.17---  Nəim  ibn 

Hammad,  Kabdan  təhric  etdi,  buyurdu  ki:  Katadenin 

söylədiyi kimi Mehdi, (zamanındakı) insanların ən xeyirlisidir. Onun köməkçiləri 

və  ona  beyət edənlər,  Kufə,  Yəmən  və  Şam  əbdallarından  olacaq.  Cəbrayıl 

onların  qarşısında,  Mikayıl  da  arxalarında  olar.  O  məxluqat  arasında  sevilər. 

Allah,  kor  fitnələri  onun  vasitəsiylə  söndürər.  Hər  yer  əmin-amanlıq  olar. 

Yanında  bir  adam  olmadan,  bir  qadın  beş  qadın  yoldaşıyla  birlikdə  Allahdan 

başqa kimsəyə güvənmədən rahatlıqla Həccə gedə biləcək, onun zamanında yer 

və göy bərəkət yağdıracaq. 

 



• Kufə əhlinin Məsud insanlardan olduğu 

7.7--- İbn Səid və Ebni Əbi Şeybə ibn Ömərdən təxric etdilər. O belə dedi: 

“Ey Kufə əhli, siz Mehdiyə görə insanların ən xoşbəxtisiniz.” 

 

• Başlarında Kində qəbiləsindən topal bir adamın olduğu bayraqlılar 



7.13--- Kəza (N. ibn 

Hammad) Kaabdan təxric etdi. O belə dedi: “Mehdinin 

çıxış  əlamətlərindən  biri  də  Qərbdən  başlarında  Kində  qəbiləsindən  topal  bir 

adamın


 

olduğu bayraqların çıxmasıdır.“ 

 

• Afrikadan gələcək əsmər bir adamın da köməkçilərindən olacağı 



7.9---  Kəza  (N.  ibn  Hammad)  Əbu  Kubeyldən  təxric  etdi.  O  belə  dedi: 

“Afrikada  bir  əmir  on  iki  il  hökm  sürdükdən  sonra  bir  fitnə  çıxar.  Və  oranı 

ədalətlə  dolduran  əsmər  bir  adam  başa  keçər  və  sonra  Mehdi  çıxdığında  ona 

beyət edərək onun lehində döyüşər.” 

 

• Şamda görüləcək kiçik qarabayraqlı bir adam 



7.8--- Nəim ibn 

Hammad Kaabdan təxric etdi. O belə dedi: Bir adam Şama, 

bir adam da Misirə malik olduqlarında, Şamlı ilə Misirli döyüşüb, Şam əhli Misir 

qəbilələrini  əsir  etdiyində  və  yenə  Şamdan  kiçik  qarabayraqlı  bir  adam 

görüldüyündə məhz o Mehdinin itaətinə girər. 

 

• Taliqandan (Əfqanıstan) gələcək köməkçilər 



7.14--- Əbu Qanem Kufi, Fitendə hz. Əli ibn Əbi Talibdən təxric etdi. O belə 

dedi:  “Taliqana  yazıq  oldu.  Şübhəsiz,  Allah  Təalanın  orada  qızıl  və  gümüş 

olmayan  xəzinələri  vardır.  Orada  Allahı  haqqıyla  bilən  insanlar  vardır.  Onlar 

Axırzaman Mehdisinin köməkçiləridir. 

 

• Əshabı-Kəhfin köməkçilərindən olması 



7.15--- İbni Mərdüyə təfsirində ibn Abbas hədisini təxric etdi. O belə dedi: 

“Əshabı-Kəhf, Mehdinin köməkçiləri olacaq.”  

1.42--- İmam Əbu İshak Səhləbi Quran təfsirinin Kəhf əhli hekayəsini izah 

edərkən deyir ki, Mehdi çıxdığı zaman, Kəhf əhlinə gedib salam verdikdə, Allah 

onları dirildəcək və Mehdinin yanında olacaqlar. Daha sonra yatdıqları yerə geri 

qayıdıb qiyamətə qədər də qalxmazlar. 

 

• İmam Suyuti və ibn Həcərin fikirləri 



İmamı Suyuti deyir ki: Əshabı-Kəhfin yuxusunun bu zamana qədər təxirinin 

səbəbi Allahın onlara bir lütfkarlığıdır. Çünki onlar Mehdiyə köməkçi olacaq və 

beləcə, Məhəmməd ümmətinə daxil olma şərəfi qazanacaqlar. 



İbn  Həcəri  Məkki  də  belə  dedi:  “Mehdiyə  kömək edənlərin  şərq  tərəfindən 

gələcəyi  rəvayəti ilə,  İraq  tərəfindən  gələcəyi  rəvayəti  arasında  bir  ziddiyyət  

yoxdur, çünki bir çox nəqldən də aydın olduğu kimi onlar Şam əhlindən olacaq. 

 

 



 

2-ŞƏRQDƏN GƏLƏCƏK QARABAYRAQLILAR  

 

• Şərqdən hz. Mehdiyə kömək edən bir camaat çıxacağı 



7.2--- İbn Macə və Tabarani, Abdullah ibn Həris ibn Cüz Zebididən təxric 

etdi.  O  belə  dedi,  Rəsulullah  (s.ə.v.)  buyurdu:  “Şərqdən  bir  camaat  çıxar  və 

Mehdinin səltənətinə kömək edərlər.” 

 

• Hz. Həsən övladından birinin Şərq tərəfindən çıxacağı 



2.14--- Tamman Fevaid adlı əsərində və ibn Asakir, Abdullah ibn Əmrdən 

təxric etdilər. Buyurdu ki: “Həsənin övladından biri Şərq tərəfindən çıxacaq, əgər 

ona  dağlar  qarşı  gəlsə  belə  onları  əzəcək və  özünə  o  dağlarda  yollar 

düzəldəcək.” 

4.4---  Nəim  ibn 

Hammad  hz.  Əli  ibn  Əbu  Talibdən  təxric  etdi.  Buyurdu: 

Mehdidən  əvvəl  onun  Əhli-beytindən  Şərqdə  bir  şəxs  çıxar,  hədəfi  Beytül-

Makdis  (Qüds)  olaraq  on  səkkiz  ay  çiyinində  qılınc  daşıyar, öldürər,  yaralayar, 

ancaq oraya çata bilmədən ölər. 

 

• Mavərənəhrdən Həris və Mənsur adlı iki şəxsin çıxacağı 



7.1--- Əbu Davud hz. Əli (r.ə.)-dən təxric etdi. Dedi ki, Peyğəmbər (s.ə.v) 

belə  buyurdu:  “Mavərənəhrdən  bir  adam  çıxar,  adına  "Həris"  deyilər,  o  çox 

döyüşkəndir. Onun qarşısında isə "Mənsur" adlı biri olar və Qüreyşlilər Rəsullah 

(s.ə.v)-ə  necə  kömək  etmişlərsə,  o  da  Ali-Məhəmmədə  elə  kömək edər.  Hər 

möminə ona kömək etmək vacib olar. Yaxud da onu qəbul etmək vacib olar.”  

 

• Xorasandan çıxacaq qarabayraqlıların Qüdsə girəcəyi 



7.3--- Əhməd, Tirmizi və Nəim ibn Hammad Əbu Hureyrədən təxric etdilər. 

O belə dedi: “Rəsulullah (s.ə.v.) buyurdu: “Xorasandan qarabayraqlılar çıxar və 

İlyata (Qüdsə) bayraqlarını sancana qədər, onları kimsə dayandıra bilməz.” 

 

• Xorasandan çıxacaq qarabayraqlıların Kufəyə enəcəkləri 



7.12--- Keza (Nəim ibn Hammad) Əbu Cəfərdən təxric etdi. O belə dedi: 

“Xorasandan çıxan qarabayraqlılar Kufəyə enər və Mehdi Məkkədə ortaya 

çıxdıqdan sonra, ona beyət üçün elçi göndərərlər.” 



Yüklə 499,13 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə