CəlaləDDİn suyutiNİn təSNİFİNDƏn həDİSLƏr axirzaman mehdiSİNİN



Yüklə 499,13 Kb.
Pdf görüntüsü
səhifə16/21
tarix01.02.2018
ölçüsü499,13 Kb.
#23313
1   ...   13   14   15   16   17   18   19   20   21

gələr.  Məğlub  olan  Kelp  ordusudur.  Cənnət  Kelb  qənimətlərində  hazır  onlara 

olsun. Mehdi malı paylaşdırar, insanlar arasında Peyğəmbər (s.ə.v)-in sünnəsinə 

görə  əməl edər  və  İslamı  hakim  edər,  yeddi  il  qalar,  sonra  vəfat  edər. 

Müsəlmanlar onunla namaz qılarlar. 

 

 

 



• Süfyani ilə ediləcək döyüşlər haqqında hz. Huzeyfə (r.ə.)-dən gələn 

rəvayət 


4.66---  Dani  Huzeyfədən  təxric  etdi.  O  dedi  ki:  Rəsulullah  (s.ə.v.)  belə 

buyurdu: Zevrada bir döyüş olar, Huzeyfə isə: "Ya Rəsulullah, Zevra nədir?" dedi. 

Buyurdu:  Zevra  şərqdə  çaylar  arasında  olan  və  ümmətimin  ən  şərlilərinin 

yaşadığı  bir  şəhərdir.  Zalımlar  həmişə  orada  oturarlar.  Onlara  dörd  cür  bəla 

gələr. Qılıncdan keçirilər, yerə batırılar, tufana məruz qalar və heyvan surətinə 

düşərlər.  

Sonra  Rəsulullah  (s.ə.v.)  belə  buyurdu:  “Həbəşlilər  ərəblərlə  döyüşmək 

istəyərlər, ancaq onlar qorxub İordaniya torpağına sığınarlar. Bu vaxt Süfyani üç 

yüz altmış süvari ilə Şama çatar və bir ay içində otuz min adam onlara qoşular. 

Süfyani daha sonra ordusunu İraqa göndərər və Zevrada yüz min adamı öldürər. 

Nəhayət  Kufəyə  çatar  və  onları  əsir  edərək  daha  bir  ordu  hazırlayar  və  onu 

Mədinəyə  göndərər.  Ancaq  bu  vaxt  Şərqdə  başlarında  Şueyb  ibn  Saleh 

Təmiminin olduğu bir ordu toplanar və düşmənlərini yox edərək Kufəli əsirləri 

qurtarar. 

Süfyaninin  Mədinəyə  göndərdiyi  ordu  üç  günlük  işğaldan  sonra  Məkkəyə 

yönələr,  ancaq  Beydaya  gəldiyində  Allah  Təala  "Ya  Cəbrayıl,  onları  cəzalandır" 

əmri ilə Cəbrayıl (ə.s.)-ı göndərər və Cəbrayıl (ə.s.) bir ayağını yerə vuraraq bu 

ordunu torpağa basdırar. Yalnız Süfyaniyə xəbər gətirəcək iki adam sağ qalar. 

Bu iki adam Süfyaniyə gəlib vəziyyəti izah etdiyində o hər hansı bir qorxu hiss 

etməz.  Bu  sırada  Qüreyş  soyundan  bir  qrup  insan  Konstantinopola  (Romaya) 

qaçar. Ancaq Süfyani Roma başçısına xəbər göndərərək bunları geri istəyər. Bu 

kəslər  ona  qaytarılar.  Süfyani  də  Şam  qapısında  onların  boyunu  vurdurar. 

Huzeyfə davam edərək, o gün o qədər çirkin hadisələr olar ki, Şam qapısında 

gəzdirilən  bir  qadın  mehrabda  Süfyaninin  dizlərinə  oturdular,  bunu  görən 

müsəlmanlardan biri "Təəssüflər olsun sizə imandan sonra küfrəmi düşdünüz, 

bu  halal  deyil" deyər.  Ancaq  Süfyani  tərəfindən  boyu  vurdurular.  Bu  hadisəni 

yayan hər kəsin də boynu vurular. Məhz o zaman səmadan bu səs eşidilər: "Ey 

insanlar,  Allah  Təala  sizə  münafiq  və  zalımlara  uymağı  məhrum  etmiş  və 

Məkkədə  olan,  yer  üzündəki  insanların  ən  xeyirlisi,  adı  Əhməd,  atasının  adı 

Abdullah olan Mehdini rəisiniz etmişdir, Ona tabe olun və əmrini dinləyin." 

Bu anda İmran ibn Hüseyn "Mehdinin necə bilinəcəyini" soruşdu. Rəsulullah 

(s.ə.v.)  bu  cavabı  verdi:  “O  mənim  övladımdandır.  Rəftarı  İsrail  oğulları  dövlət 

adamı kimidir, üstündə pambıqdan (kutvani) iki cübbə olar. 

Sağ yanağında qara bir xal vardır. Üzü parlayan ulduz kimi nurludur. Qırx 

yaşındadır. Şam, Misir və Şərqin bir çox yerindən ebdallar (övliya zümrəsindən 

bir camaat) və irəli gələn insanlar Ona üz tutar və Rükn ilə Mövqe arasında Ona 

beyət edərlər. Sonra  hz. Mehdi  qarşısında  Cəbrayıl  arxasında  Mikayıl ilə  Şama 

doğru yola çıxar və Onun xilafətinə yer, göy əhli, yabanı heyvanlar, quşlar hətta 




dənizdəki  balıqlar  belə  sevinər.  Zaman  bərəkətli  olar,  çaylar  suyunu,  yer 

bərəkətini artırar, xəzinələr çıxarılıb Şama gətirilər. 

Süfyani  budaqları  Hirə  və  Taberiyəyə  doğru  uzanan  bir  ağacın  altında 

öldürülər.  Kelp  qəbiləsi  də  yox  edilər.  Orada  imkansızlıq  səbəbi  ilə  də  olsa 

tapıla  bilməyən  hüsrana  uğramışdır.  "Onlar  tövhid  əhli  olduğu  halda,  onlarla 

döyüşmək  necə  doğru  ola  bilər?"  şəklindəki  sualını  da  Rəsulullah  (s.ə.v.)  belə 

cavablandırmışdır. Onlar mürtəddirlər. Çünki şərabı halal sayarlar və namazı da 

qılmazlar." 

 

 

3-HZ. MEHDİNİN QÜDSDƏN SONRAKI DÖYÜŞ VƏ FƏTHLƏRİ 



 

• Bir çoxlarının beyət üçün Qüdsə gəlmələri 

4.63---  Keza  (Nəim  ibn  Hammad)  hz.  Əlidən  təxric  etdi.  O  dedi  ki: 

Süfyaninin Mehdi üzərinə göndərdiyi ordu Beydada batdıqda, bu xəbəri eşidən 

Şam əhli Mehdinin çıxdığını və Ona beyət edilməsi lazım olduğunu söyləyərək 

öz  xəlifələrini  ölümlə  təhdid edər.  Belə  olduqda  xəlifə,  xəzinələrini  də  özüylə 

götürərək Mehdiyə beyət üçün Beytül-Makdisə gəlir. Ərəb və Əcəm döyüşçülər 

Roma əhli və onların xaricindəki bir çox insan da beyət üçün Mehdiyə gələrlər. 

Hətta hz. Mehdi Konstantinopol və digər şəhərlərdə məscidlər tikər.  

Hz.  Mehdidən  əvvəl  onun  yaxınlarından  bir  adam  Şərqdən  çıxar  və  hədəfi 

Qüds olaraq on səkkiz ay döyüşər, ancaq oraya çata bilmədən ölər. 

 

• Şimaldan gələcək bir düşmənlə döyüş 



1.47---  Nəim  Kaabdan  təxric  etdi,  dedi  ki,  Mehdi  təşkil  etdiyi  bir  ordunu 

Türkə  (Türk  tərəfindən  gələn  bir  düşmənə)  göndərər,  onları  məğlubiyyətə 

uğradar, əsirləri və mallarını götürərək Şama gətirər. Daha sonra kölələri azad 

edərək sahiblərinə əvəzlərini ödəyər. 

 

• Məlhamə-i Kübra və ya Amik ovalığı döyüşü 



8.10--- Nəim ibn 

Hammad Kaabdan təxric etdi, dedi ki: “Mehdi romalılarla 

döyüşmək  üçün  bir  ordu  göndərər.  Onun  fiqh  məlumatı  (şəriət  biliyi)  on 

aliminkinə əvəzdir. O Tabutu-Səkinəni də Antakya mağrasından çıxarar.” 

 

• Romalıların xainliyi



 

və Amik ovalığı 

8.6--- Natiq Müttəfək və Müftərəkində Əbu Hureyrədən təxric etdi. Dedi ki, 

Rəsulullah (s.ə.v.) buyurdu: “Romalılar Mənim soyumdan və adı adıma uyğun bir 

Valiyə  (Mehdiyə)  xəyanət etdikdən  sonra  Amak  (Amik)  deyilən  yerdə  sizinlə 

döyüşəcəklər. Burada müsəlmanların üçdə biri öldürülər, sonra bir gün yenə o 

qədər  insan  öldürülər.  3  gün  (səfərdə)  isə  döyüş  romalıların  əleyhinə  dönər. 

Müsəlmanlar  döyüşə  davam  edər  və  Konstantinopolu  (Romanı)  fəth edər  və 




Yüklə 499,13 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə