CəlaləDDİn suyutiNİn təSNİFİNDƏn həDİSLƏr axirzaman mehdiSİNİN



Yüklə 499,13 Kb.
Pdf görüntüsü
səhifə19/21
tarix01.02.2018
ölçüsü499,13 Kb.
#23313
1   ...   13   14   15   16   17   18   19   20   21

HZ. MEHDİDƏN SONRA GƏLƏCƏK XƏLİFƏLƏR 

 

 



1- HZ. MEHDİNİN HÖKMÜNÜN MÜDDƏTİ 

 

• Hz. Mehdinin zühurundan hz. İsa (ə.s) enənə qədər hökmünün 



müddətinin yeddi il olduğu 

10.6--- Keza (N. ibn Hammad) Muhammad ibn Cubeyrdən, o da atasından 

təxric etdi, atası belə dedi: Mehdi yeddi il iki ay bir neçə gün hökm edəcək. 

10.1--- Əbu Yala Əbu Hureyrədən təxric etdi. Dedi ki, dostum Əbu Qasım 

(s.ə.v)  mənə  belə  buyurdu:  “Əhli-beytimdən  biri  çıxıb  insanları  Haqqa  dönənə 

qədər  mübarizə  aparmadıqca  qiyamət  qopmaz.  Mən  dedim:  "Onun  hökmü  nə 

qədər davam edər?" Buyurdu: "Beş və iki" (Yeddi il).  

10.3---  Əhməd və  Əbu  Nəim  Əbu  Səiddən  təxric  etdilər.  Dedi  Peyğəmbər 

(s.ə.v.)  buyurdu:  “Əhli-beytimdən  biri  yeddi  il  hökm  edib,  daha  əvvəl  zülmlə 

dolu olan ərzi ədalətlə doldurmadıqca bu dünya bitməz. 

11.2--- Tabarani Evsadında və Əbu Nəim Əbu Səid-ül Hudridən təxric etdi. 

Dedi ki, Rəsulullah (s.ə.v.) belə buyurdu: “Əhli-beytimdən biri çıxar və sünnəmi 

söyləyər. Allah Ona yağış endirər və yer üzü Ona bərəkətini çıxarar. Daha əvvəl 

zülm və cəfa ilə dolu olan dünya ədalət və gözəlliklə dolar. Yeddi il bu ümmətə 

hökm edər və Beytül-Makdisə enər. 

10.2---  Əbu  Nəim  Əbu  Səiddən  təxric  etdi.  Dedi  Peyğəmbər  (s.ə.v.) 

buyurdu: “Mənim soyumdan bir insan gələr və daha əvvəl zülm və cəfa ilə dolu 

olan dünyanı ədalətlə doldurar. Hökmü yeddi və ya doqquz il davam edər.” 

 

• Hz. Mehdinin hz. İsa (ə.s.) ilə birlikdə hökm edə biləcəyi zamanlar 



10.8--- Keza (N. ibn Hammad) Bukayyə ibn Vəliddən təxric etdi. O dedi ki: 

“Mehdinin həyatı 30 ildir.”  

10.9--- Keza (N. ibn 

Hammad) Hz. Əli (r.ə.)-dən təxric etdi. Dedi ki: “Mehdi 

insanların işlərini otuz ilə qırx il üzərinə götürəcək.”  

10.4---  Nəim  ibn  Hammad  Ertahdan  təxric  etdi,  dedi:  “Mehdi  qırx  il  baqi 

qalar.” 

10.7---  Keza  (N.  ibn  Hammad)  Dinar  ibn  Dinardan  təxric  etdi,  dedi  ki: 

“Mehdinin müddəti qırx ildir.” 

 

• Şeyx Əhməd ibn Həcərin fikri: 



Hz. Mehdinin yeddi il hökm sürəcəyi rəvayəti həm çox, həm də məşhurdur. 

Ancaq  bütün  rəvayətlərin  səhih  olmaqla  belə  əlaqələndirmək  mümkündür: 

Yeddi  il  (təkbaşına)  təsirli  müddətidir.  (Hz.  İsa  ilə  birgə  qalacağı  müddətlə 

birlikdə) bu müddət təxmini iyirmi il çəkə bilər. Yaxud 40 ilə qədər uzana bilər. 

 



2- HZ. MEHDİDƏN SONRA GƏLƏCƏK XƏLİFƏLƏR 

 

QEYD: Hz. Mehdinin yeddi illik öz idarəsindən sonra, dəccal çıxdığı zaman 



hz. İsa (ə.s.)-ın nüzul edib dəccalı öldürəcəyi və qırx il dünyada hökm sürəcəyi 

Allahın icazəsi ilə qətidir. Bu zamanın bir qismində də hz. Mehdi ilə birgə ola 

biləcəyi yuxarıda açıqlandı. 

Aşağıdakı  hədisi  şəriflərdə  adı  keçən  və  hz.  Mehdidən  sonra  gələcəyi 

bildirilən  şəxslərin  isə  ya  hz.  İsa  (ə.s.)-ın  vəziri  olaraq  və  ya  ondan  sonra 

müstəqil olaraq hökm sürmələri ola biləcəkdir. 

 

• Hz. Mehdidən sonra "Kahtani" deyilən bir kimsənin gələcəyi 



11.3---  Tabarani  Kəbirin  ibn  Mündə  Əbu  Nəim,  ibn  Asakir,  Kays  ibn 

Cabirdən, o da atasıdan, atası da babasından təxric etdilər, o dedi ki, Rəsulullah 

(s.ə.v.) belə buyurdu: “Məndən sonra xəlifələr olar. Xəlifələrdən sonra əmirlər, 

əmirlərdən  sonrada  zalım  məliklər  gələr.  Son  olaraq  da  Əhli-beytimdən  biri 

çıxar,  daha  əvvəl  zülmlə  dolu  olan  dünyanı  ədalətlə  doldurar.  Sonra  o  gedər 

Kahtani gələr. Haqq olaraq göndərən Allaha and içirəm ki, o digərindən keçmiş

 

deyil.  


11.10---Keza  (N.  ibn 

Hammad)  Qeys  ibn  Cabir  əs-Sadəfidən  təxric  etdi, 

dedi ki: “Rəsullulah (s.ə.v.) buyurdu: “Əhli-beytimdən bir adam olacaq və daha 

əvvəl  zülmlə  dolu  olan  dünyanı  ədalətlə  dolduracaq.  Ondan  sonra  Kahtanidir. 

Nəfsim yədi-i qüdrətində olana and içərəm ki, o onun kimi zalım deyil.  

 

• Kahtaninin hz. Mehdidən keçmiş olmayacağı 



11.7--- Keza (N. ibn 

Hammad), Vəliddən, o da Mamerdən təxric etdi, dedi 

ki, Rəsulullah (s.ə.v.) buyurdu: Mehdidən sonra Kahtanidir. O, onun kimi zalım 

deyil. 


 

• Kahtaninin hz. Mehdinin yolu ilə gedəcəyi 

11.12---  Keza  (N.  ibn 

Hammad)  Kaabdan  təxric  etdi.  O  dedi  ki;  “Məndən 

sonra Yəmən əhlindən Mehdinin dində qardaşı olan, Kahtandan bir xəlifə olar. 

Və o, (Mehdinin) yolu ilə gedər. Roma şəhərini fəth edən odur və qənimətlərini 

də alar. 

 

• Kahtaninin iyirmi il qaldıqdan sonra silahla öldürüləcəyi 



11.15--- Keza (N. ibn 

Hammad) Ərtaddan təxric etdi, dedi mənə çatdı ki: 

“Mehdi  qırx  il  yaşadıqdan  sonra  döşəyində  vəfat  edər.  Sonra  Kahtandan  iki 

qulağı deşik olan bir adam çıxar və Mehdinin yolu ilə gedər. İyirmi il qaldıqdan 

sonra  silahla  öldürülər.  Peyğəmbər  (s.ə.v)-in  Əhli-beytindən  olan  Mehdi  gözəl 

rəftarlıdır. Kayzer şəhərinə qəza (İslam dinini qorumaq və yaymaq məqsədiylə 

müsəlman  olmayanlara  qarşı  aparılan  döyüş)  edər.  O  Məhəmməd  ümmətinin 

əmirlərinin sonuncusudur. Sonra onun zamanında dəccal çıxar.  

 



• Kahtaninin adının Mənsur ola biləcəyi xüsusu  

11.9---  Keza  (N.  ibn 

Hammad)  ibn  Əmrdən  təxric  etdi,  o  dedi ki: Ey 

Yəmənin birliyi, Mənsurun sizdən olduğunu söyləyirsiniz. Nəfsim qüdrət əlində 

olan Allaha and içirəm ki, onun atası Qureyşidir. İstəsəm onu son cəddinə qədər 

sayardım. 

!.1---  Nəim  ibn 

Hammad,  Süleyman  ibn  İsadan  təxric  etdi,  dedi  ki:  Mənə 

çatan bir xəbərə görə, hz. Mehdi on dörd il Beytül-Makdisdə qalar, ardınca ölər. 

Özündən  sonra  arxasından  öz  qövmündən  Mənsur  adında  bir  adam  gələr. 

Beytül-Makdisdə  iyirmi  bir  il  qalar.  Sonra  öldürülər,  daha  sonra  Mövla  adında 

biri gələr və üç il qaldıqdan sonra o da öldürülər. Və sonra Həşimül-Mehdi gəlib 

üç il dörd ay on gün qalar. 

11.5---  Keza  (N.  ibn 

Hammad)  Zühridən  təxric  etdi,  dedi  ki:  Mehdi  ölər, 

sonra insanlar fitnələrə düşər və özlərinə Məhzum qəbiləsindən bir adam gələr, 

Ona beyət olunar. Bir müddət qalar, sonra səmadan ins və cinə aid olmayan bir 

münadi  belə  nida  edər:  "Filankəsə  beyət  edin  və  hicrətdən  sonra  geriyə 

dönməyin."  İnsanlar  dərhal  baxarlar,  ancaq  (beyət edəcək  kimsə)  görməzlər. 

Sonra bu səs üç dəfə eşidilər. Bilaharə Mənsura beyət edilər, Mənsur Məhzumi 

üzərinə gedər. Allah da Ona nüsrət (üstünlük, zəfər) verər, onu və yanındakıları 

öldürər. 

 

• Hz. Mehdidən sonra gələn digər kəslər Mənsur, Salam və Əmirəl Usub 



11.13--- Keza (N. ibn 

Hammad) Ertaddan təxric etdi, o dedi ki: Mehdi ilə 

romalılarla  arasıda  bir  andlaşma  olar,  sonra  Mehdi  vəfat  edər,  sonra  Əhli- 

beytindən bir adam işləri üzərinə götürər. Dalələtə düşər, sonra öldürülər. 

11.18--- Əbu Hüseyn ibn Münadi, Salam ibn əbu Caddan Məlahimin təxric 

etdi.  O  dedi  ki:  Mehdi  iyirmi  bir  il  qalar,  özündən  sonra  bir  başqası  gələr  və 

Onun  kimi  olar,  o  da  salehdir,  on  dörd il  qalar. Sonra  bir  başqası  gələr,  o  da 

onun kimidir, o da salehdir, doqquz il qalar. 

11.8---  Keza  (N.  ibn 

Hammad)  Abdullah  ibn  Əmrdən  təxric  etdi  dedi  ki: 

“Zalımlardan sonra Cabir gələr, sonra Mehdi, sonra Mənsur, sonra Salam və ən 

sonda da Əmirəl Usub gələr.” 

11.17--- Nəim Abdullah ibn Əmrdən təxric etdi. Dedi ki: Zalımlardan sonra 

Cabir çıxar. Belə ki, Allah Məhəmməd (s.ə.v)-in ümmətini ona tabe edər. Sonra 

Mehdi,  sonra  Mənsur,  sonra  Salam  və  sonra  da  Əmirəl-Usub.  Bundan  sonra 

ölməyə müqtədir olan ölsün. 

11.11--- Keza (N. ibn 

Hammad) Abdullah ibn Əmrdən təxric etdi, dedi ki: 

“Üç əmir ard-arda gələr. Allah onlara yer üzünün hamısının fəthini nəsib edər. 

Əvvəlində  saleh  Cabir,  sonra  Müfərrəc,  sonra  da  Zulusub.  Qırx  il  qalarlar. 

Onlardan sonra dünyada heç xeyir yoxdur. 

 

 



X HİSSƏ 

XATİMƏ 



Yüklə 499,13 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə