CəlaləDDİn suyutiNİn təSNİFİNDƏn həDİSLƏr axirzaman mehdiSİNİN



Yüklə 499,13 Kb.
Pdf görüntüsü
səhifə17/21
tarix01.02.2018
ölçüsü499,13 Kb.
#23313
1   ...   13   14   15   16   17   18   19   20   21

oradakı  malları  bölər.  Tam  bu  sırada  isə  "Dəccal  sizin  evinizə  girmiş  və 

uşaqlarınızı əsir almışdır." şəklində bir səs eşidəcəklər. 

(Burada  bəhsi  keçən  döyüş  Amik  ovalığında  romalılarla,  (yəni  xristianlarla) 

ediləcək döyüş olub, digər hədis kitablarında "Məlhamə-i Kübra" deyə bəhsi 

keçən döyüşdür.) 

 

• Yeddi Bayraq əhli ilə döyüş 



4.12--- Nəim ibn 

Hammad və Hakim səhih deyərək, hz. Əli ibn Əbu Talib 

(r.ə.)-dən  təxric  etdilər.  Buyurdu  ki:  “Elə  bir  fitnə  olacaq  ki,  insan  o  fitnəyə, 

qızılın  cövhərdə  olması  kimi  qarışmış  olacaq.  Siz,  zalımlar  xaric  Şam  əhli 

haqqında  pis  söz  söyləməyin.  Çünki  onların  arasında  ebdallar  (övliyalar 

zümrəsindən bir camaat) vardır. Allah Təala onları darma-dağın edəcək şiddətli 

bir  yağışı  səmadan  endirəcək,  beləki  döyüşsələr  tülkülər  belə  onlara  qalib 

gələcəkdir. Bu zaman Allah Rəsulullah (s.ə.v)-in soyundan bir adamı, az olsa on 

iki, çox olsalar on beşdən ibarət üç bayraq olmaqla bir ordu arasında göndərər. 

Şüarları


 

"Emit,  emit"  (öldür,  öldür)  dür.  Və  bunlar  yeddi  bayraq  əhli ilə 

döyüşərlər.  (Bu  yeddi  bayraqdan)  hər  birinin  sahibi  mülkün  özünün  olacağına 

tamah  edərək  vuruşarkən  məğlubiyyətə  uğrayacaq.  Sonra  Haşimi  (hz.  Mehdi) 

zəfər  qazanar  və  Allah  Təala  müsəlmanlara  onun  ülfət və  məhəbbətini 

yerləşdirər. Bu hal Dəccal çıxana qədər davam edər. 

 

• Hindistanın fəth ediləcəyi 



1.45--- Nəim ibn 

Hammad Fitən adlı kitabında Kaabül Ahbardan təxric etdi, 

O  dedi  ki:  “Beytül-Makdisin  (Qüds)  Məliyi  (Mehdi)  Hindistana  əsgər  göndərər. 

Fəth edər və xəzinələrini alar və onun zinətləri ilə Beytül-Makdisi bəzəyər. Ona 

Hind məlikləri bağlanaraq gətirilər. Onun üçün Şərq-Qərb arası fəth olunar. 

 

• Konstantinopol və Deyləmin fəth ediləcəyi 



8.5---  İbn  Macə  və  Əbu  Nəim  Əbu  Hureyrədən  təxric  etdilər.  O  dedi, 

Peyğəmbər  (s.ə.v.)  buyurdu:  “Əgər  dünyadan  bir  gün  qalsa belə,  Allah  o  günü 

uzadar, Əhli-beytimdən birini çıxarar və dünyaya Malik edər. O Konstantinopol 

və Deyləm dağlarını fəth edər.” 

(Deyləm dağları Xəzər dənizinin cənub-qərbindədir.) 

 

• Rumiyyənin (Romanın) və Qati diyarının beldesinin fəthi 



8.1--- Huzeyfə ibn Yamanı  

Mehdi  hekayəsi  və  Romanın  fəthi  haqqında  Rəsulullah  (s.ə.v)-dən  rəvayət 

etdi. O belə buyurdu: “Mehdinin əsgərləri dörd təkbir gətirdiyi zaman, Romanın 

divarları yerlə-yeksan olacaq. Burada altı yüz min adam öldürülər. Və xəzinələri 

də Beyt-ül Makdisə aparılmaq üçün alınar. Bundan əlavə, içində səkinə və İsrail 

oğullarının  süfrəsi,  əsl  Tövrat  lövhələri,  hz.  Musanın  əsası  və  hz.  Süleymanın 

minbəri  ilə  Allahın  İsrailə  oğullarına  göndərdiyi  süd  kimi  ağ  rəngli  məndən 



(qüdrət  helvasından)  iki  ölçək  olan  tabut  da  Beytül-Makdisə  gətirərlər.  Sonra 

onlar Tahinə adındakı bir şəhəri də fəth edər və, nəhayət, Qati

 

diyarına gəlirlər: 



Qati:  Bu  diyar  gəmiləri  daşımayan  bir  dəniz  üzərindədir.  Deyildi  ki:  "Ya 

Rəsulullah,  nə  üçün  o  gəmiləri  daşımaz"-buyurduq  ki:  “O  dənizin  dərinliyi 

yoxdur. İnsanlar ona ancaq kiçik gəmilərlə keçə bilərlər.” 

Hz. Mehdi və ordusu o dənizin kənarından keçərlər.  

Allah orada Adəm övladları üçün mənfəətlər yaratmışdır. Qati diyarının 360 

qapısı olar və hər qapıdan da 1000 döyüşçü çıxar. Mehdi və ordusu 4 təkbirlə 

şəhərin  divarlarını  yerlə-yeksan  edər.  İçindəki  xəzinələri  götürər  və  burada 

yeddi il qaldıqdan sonra Beytül-Makdisə keçərlər. Dəccalın İsfahan yəhudiləri ilə 

birlikdə çıxdığı xəbəri bu sırada onlara çatar.  

(Bu hədisi Əbu Ömər ət-Dani Sünəndə zikr edir.) 

 

• Hz. Mehdinin dünyanın hər yerinə üz tutacağı



 

və Zülqərneynin girdiyi hər 

şəhərə girəcəyi 

8.3---  Əmirəlmöminin  hz.  Əli  İbni  Əbu  Talib  (r.ə.)-dən  Mehdi  hekayəsi 

haqqında  rəvayət edildi. Dedi ki: “O  (Mehdi)  dünyanın  hər  yerinə  üzünü  tutar

 

edər  və  hər  zalımı  yox  edər.  Allah  Onunla  İslam  əhlinin  ürəyini  canlandırar. 



Xəzinələri Beytül-Makdisdə toplayar. İçində bir bazarın hər bir bazarda da min 

dükanın olduğu bir şəhərə gələr, oranı fəth etdikdən sonra dünyanı əhatə edən 

yaşıl  dəniz  üzərindəki  Qati  şəhərinə  gələr.  Bu  dənizin  arxasında  Allahdan 

başqasının bilmədiyi şeylər vardır. Qatinin uzunluğu min mil, genişliyi isə beş 

yüz  mildir.  Mehdinin  əsgərləri  üç  təkbirlə  şəhərin  divarlarını  yerlə-yeksan 

etdikdən sonra bir milyon insanı öldürərək buranı fəth edərlər. Hz. Mehdi daha 

sonra min miniklə buradan Beytül-Makdisə geri dönər. Fələstin də Tripoli, Akka,

 

Sur,  Qəzzə  və  Askalanı  da  alaraq  buradakı  xəzinələri  Qüdsü-şərifə  gətirər. 



Dəccal çıxana qədər burada iqamət edər. Daha sonra da hz. İsa (ə.s.) nüzul edər 

və Dəccalı öldürər. 

(Bu mövzuda "İkduddurərdə daha geniş məlumat vardır.) 

 

Yenə "İkdiddurər"də izah edildiyinə görə: 



Konstantinopol: 

Konstantinopol onu inşa edən Konstantinopolun adından qaynaqlanır. Kral 

Konstantinopol xristianlığı ilk ortaya çıxaran kəsdir. Bu şəhərin yeddi suru var. 

Digər  altı  suru  da  əhatə  edən  ən  böyük  Surun  genişliyi  9  m.  qədərdir  və  100 

qapısı vardır. Ən son və şəhəri əhatələyən Surun genişliyi isə 4.5 m-ə qədərdir. 

Şəhər  bir  körfəz  üzərindədir.  Və  o,  Roma  diyarları  və  Əndəlüsə  (Avropaya) 

bitişikdir. 

 

 



Rumiyyə (Roma):  

Roma


 

şəhərlərinin anasıdır. Oranın hakiminə Papa deyilir. Papa 

müsəlmanların xəlifəsinə bənzəyir. Yəni dini liderdir.  Heç bir Romanın bu 

Rumiyyə şəhəri kimi qeyri-adiliklər olan bir başqa yerə rast gəlmək mümkün 

deyil.  



Yüklə 499,13 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə