CəlaləDDİn suyutiNİn təSNİFİNDƏn həDİSLƏr axirzaman mehdiSİNİN



Yüklə 499,13 Kb.
Pdf görüntüsü
səhifə20/21
tarix01.02.2018
ölçüsü499,13 Kb.
#23313
1   ...   13   14   15   16   17   18   19   20   21

1-DÜNYANIN ÖMRÜ 

(Burada insanlıq tarixinin ömrü nəzərdə tutulur.) 

 

• Dünya ömrünün yeddi min il olduğu 



H. 2---  İbn  Asakir  deyir  ki:  “Əbu  Səid  Əhməd  ibn  Məhəmməd  Bağdadi 

(aradakı  ravi  silsiləsi  ilə)  rəvayət  etdi.  Ənəs  ibn  Malik  (r.ə.)-dən  dedi  ki, 

Rəsulullah (s.ə.v.) buyurdu: Kim bir din qardaşının Allah yolunda bir ehtiyacını 

ödəsə,  Allah  Təala  onun  üçün  gündüzlərini  orucla,  gecələrini  də  ibadətlə 

keçirmişcəsinə  bu  dünyanın  yeddi  min  illik  ömrü  müddətin  tərəfindən  savab 

yazar. 


H. 3--- İbn Adiyy deyir ki: “Əbu İshaq İbrahim ibn Abdullah Nebti, (aradakı 

ravi silsiləsi ilə) rəvayət etdi. Ənəs ibn Malik (r.ə.)-dən dedi ki, Rəsulullah (s.ə.v.) 

buyurdu: “Dünyanın ömrü axirət günlərindən yeddi gündür. Allah Təala buyurdu 

ki: "Sənin Rəbbinin yanındakı bir gün, sizin saydığınız min il kimidir."  

H. 7---  İbn  Əbi  Dünya,  Zemmil  Emelin  deyir  ki,  Əli  ibn  Səid,  Həmzə  ibn 

Hişandan, o da Səid ibn Cubeyrdən rəvayət etdilər ki, dünya axirət həftələrindən 

bir həftədir. 

H. 5---  İbn  Əbi  Xatəm,  Təfsirində  ibn  Abbasdan  rəvayət etdi ki: “Dünya 

axirət həftələrindən bir həftə olub, yeddi min ildir və bunun altı mini keçmişdir. 

H. 6---  İbn  Abbasdan  səhih  olaraq  nəql  edilən  belə  bir  rəvayət  vardır.  O 

dedi ki: “Dünya yeddi gündür. Hər bir gün min il kimidir. Və Rəsulullah (s.ə.v) də 

onun sonunda göndərildi.” 

 

• Əshabı-Kiramın gördüyü bir yuxu 



H. 4--- Tabarani “Kəbir”ində deyir ki, Əhməd  ibn Nadr əl-Əsgəri və Cəfər 

ibn Məhəmməd-ül Fəryabi nəql etmişlər ki; (Ravi silsiləsi ilə) Dakkak ibn Zeydi 

Cühenidən  rəvayət etdilər.  O  dedi  ki:  “Mən  gördüyüm  bir  yuxunu  Rəsulullah 

(s.ə.v)-ə izah etdim. Bu yuxuda Peyğəmbər (s.ə.v.) yeddi pilləli bir minbərin ən 

üst  pilləsində  idi.  O  buyurdu  ki:  Yeddi  pilləli  gördüyün  minbər  bu  dünyanın 

ömrü olan yeddi min ildir, Mən də Onun son minilliyində olacağam. 

H. 8---  İbni  Abd-il Hamid  təfsirin  deyir  ki;  Məhəmməd  ibn  Fəzl  Hammad 

ibn  Zeyddən,  o  da  Yəhya  ibn  Cəlddən,  o  da  Məhəmməd  ibn  Sirindən,  o  da 

müsəlman olmuş Kitab əhli birindən rəvayət etdilər ki:“Allah göyləri və yerləri 

altı  gündə  yaratmışdır.  Rəbbimin  yanında  bir  gün  sizin  dünya  həyatında 

saydığınız min il kimidir. Və dünyanın əcəli altı gündür, yeddinci gündə qiyamət 

qopacaq. Altı gün getmişdir və siz yeddinci gündəsiniz. 

 

• Peyğəmbər (s.ə.v) zamanında Adəm (ə.s.)-dan bəri 5600 il keçməsi 



H. 28---  Əhməd  ibn  Hənbəl  İlelin  nəql  etdi.  İsmayıl  ibn  Abdulkərim, 

Abdussaməddən,  o  da  Vehbdən  rəvayət  etdi:  Dünyadan  beş  min  altı  yüz  il 

keçmişdir. 

Müəllifin fikiri: Bu hədisi-şərifdə göstərir ki, Məhəmməd üməti ömrü ən az 

1400 il olacaq. 



 

• Yəhudilərin cəhənnəmdə qalma müddətləri haqqındakı zənnləri 

H. 9--- Əbu İshaq deyir ki: Məhəmməd ibn Əbu Məhəmməd İkrimədən, o da 

Səid ibn Cübeyrdən, o da ibn Abbasdan yəhudilərin belə dediyini rəvayət etdilər: 

"Dünyanın  müddəti  yeddi  min  ildir.  Ona  görə  biz  dünyanın  hər  min  ili 

qarşılığında  bir  gün  cəhənnəmdə  qalacağıq  ki,  hamısı  yeddi  gündür,  sonra 

bizdən  əzab  kəsiləcək."  Allah  məhz  bu  tərcümədəki  ayəni  onlar  haqqında 

buyurdu:  "Yəhudilər  atəş  bizə  ancaq  sayılı  günlər  toxunacaq  deyərlər.  Siz 

Allahla sözləşməmi etdiniz? Allah Təala heç bir zaman sözünə müxalif çıxmaz. 

Yoxsa  siz  Allaha  qarışı  bilmədiklərinizimi  söyləyirsiniz?  Xeyr,  kim  ki  günah 

işləyib  günahı  onu  bürüyərsə,  o  cəhənnəm  əhlinin  özüdür  və  orada  əbədi 

qalacaq."  

Bu hədisi ibn Cüreyr, ibn Munzir, ibn Əbu Xatəm rəvayət etmişdir. Bundan 

başqa  Abd  ibn  Humeyd,  Sebbadedən,  o  da  Varaka  ibn  Əbu  Nechdən,  o  da 

Mücahiddən hədisin bənzərini eynilə rəvayət etmişlər. 

 

 



2-HZ. İSA (Ə.S.)-IN DÜNYADA 40 İL QALMASI 

 

• Dəccalın hicri əsrin əvvəllərində çıxacağı 



H. 10--- İbn Əbu Xatəm Təfsirində, Yəhya ibn Abdullah əl- Kazvunidən (ravi 

silsiləsi  ilə)  Abdullah  ibn  Əmr  ibn  Asdan  rəvayət etdilər  ki,  Peyğəmbər  (s.ə.v.) 

buyurdu: “Dünya qurulduğundan bəri hər əsrin əvvəlində əhəmiyyətli bir hadisə 

baş  vermişdir.  Bir  əsrin  əvvəllərində  da  dəccal  çıxar  və  İsa  ibn  Məryəm  (ə.s.) 

nüzul edərək onu öldürər. 

 

• Hz. İsa (ə.s.)-ın dəccalı öldürdükdən sonra yer üzündə qırx il qalacağı 



H. 13---  İmam  Əhməd  Müsnədində  hz.  Aişədən  təxric  etdi.  Dedi  ki; 

Rəsulullah (s.ə.v.) buyurdu: Dəccal çıxar, hz. İsa İbni Məryəm onu öldürər. İsa 

(ə.s.) ədalətli bir imam və hakim olaraq yer üzündə qırx il qalar. 

H. 11---  Tabarani  Abdullah  ibn  Salamdan  təxric  etdi,  o  dedi ki: “İnsanlar 

dəccaldan sonra qırx il qalar, bu dövrdə bazarlar düzəldilər və xurma ağacları 

əkilər. 


H. 12--- Tabarani Əbu Hureyrədən təxric etdi, dedi ki; “Rəsulullah (s.ə.v.) 

buyurdu: “Məryəm oğlu İsa (ə.s.) enər və insanlar arasında qırx il qalar”.”  

(Hz. İsa (ə.s.)-ın qırx illik dövrünə "Xeyirlər dövrü" deyilir.) 

 

• Hz. İsa (ə.s.) dövründə həyat və Yəcüc-Məcücün çıxışı 



H. 15--- Hakim, Müstədrəkində, ibn Məsuddan, o da Peyğəmbər (s.ə.v)-dən 

rəvayət etdi. Buyurdu: Dəccalın miniyinin qanadları (qulaqları) arasındakı məsafə 

qırx arşındır. Hədisə görə belə davam etdi. İsa İbni Məryəm enər və onu öldürər. 

Ondan sonra qırx il bol nemət içində yaşayarsınız. İnsanlar nə xəstə olar, nə də 




ölər.  Adam  qoyunlarına  və  heyvanlarına  "gedin  otlayın"  deyər,  onlar  iki  tarla 

arasından heç bir başaq yemədən keçib otlarlar. İlanlar və əqrəblər də kimsəyə 

zərər verməzlər, yırtıcı quş və heyvanlar kimsəyə bir zərər verməzlər. Bir ovuc 

buğda  torpağa  atıldığında  cüt  sürmədən  yeddi  yüz  ovuc  olaraq  biçilər.  Və  bu 

vəziyyət Yəcüc və  Məcüc  səddinin  açılmasına  qədər  davam  edər.  Daha  sonra 

Yəcüc və  Məcüc  dalğalar  halında  gələrək  hər  yeri  fəsada  döndərərlər.  Və 

nəhayət, Allah onların qulaqlarına girən bir həşəratı müsəllət edər və onlar ölü 

halında sabahlayarlar. Ancaq leşləri çox pis qoxu verər və insanlar ondan çox 

acı çəkərlər və Allahdan kömək istəyərlər. Belə olduqda Allah bir külək göndərər 

və  çətinliklərini  qaldırar  və  onların  leşləri  də  dənizə  atılar.  İnsanlar  da  günəş 

qərbdən doğulana qədər az bir zaman qalarlar.  

H. 14--- İmam Əhməd Zühdündə əbu Hureyrədən təxric etdi. O dedi ki: “İsa 

ibn Məryəm yer üzündə qırx il qalar və əgər Bathaya "bal olaraq ax" desə o da 

axar.” 


 

• Hz. İsa (ə.s.)-dan sonra Mukaat adında bir xəlifəyə beyət ediləcəyi 

H. 16---  Əbu  Şeyx  Kitab-ül  Fiten  Əbu  Hureyredən  təxric  etdi,  dedi  ki, 

Rəsulullah  (s.ə.v.)  buyurdu:  “İsa  ibn  Məryəm  enər,  Dəccalı    öldürər  və  qırx  il 

Allahın  kitabı  və  Mənim  sünnəmlə  hökm  edər,  vəfat  edər.  Sonra  İsa  (ə.s.)-ın 

əmri ilə yerinə Təmim oğullarından Mukaat adında bir xəlifəyə beyət edilər. O 

da  öldükdən  sonra  üç  il  keçmədən,  Quran  insanların  sinələrindən  və 

səhifələrdən qaldırılar.” 

 

• Günəşin qərbdən doğuşunun qiyamətdən 120 il əvvəl olacağı 



H. 21--- Abd. ibn Hümeyd Yezid ibn Harundan, o da İsmayıl ibn Xaliddən, o 

da  əbu  Heysəmədən,  o  da  Abdullah  ibn  Ömərdən  rəvayət etdilər,  o  dedi ki: 

“İnsanlar günəşin qərbdən doğulmasından sonra yüz iyirmi il qalarlar.” (N. ibn 

Hammad da Fitenində bu hədisi nəql edir) 

H. 20--- İbn Əbi Şeybə Vekiidən, o da İsmayıldan o da əbu Heysəmədən, o 

da Abdullah ibn Ömərdən rəvayət etdilər, o dedi ki; “İnsanlar günəşin qərbdən 

doğulmasından sonra yüz iyirmi il dünyada qalarlar.” 

 

• Qiyamətdən əvvəlki son yüz il içində Allaha ibadətin olmayacağı 



H. 21--- Hakim Tarixində, əbu  Səid ibn Həmid Abdullahdan (Ravi silsiləsi 

ilə),  o  da  Abdullah  ibn  Bəridədən,  o  da  atasından  rəvayət etdilər,  Rəsulullah 

(s.ə.v)  buyurdu:  “Qiyamət  yer  üzündə  Allaha  ibadət  edilməyən  bir  yüz  il 

keçmədikcə qopmaz.“ 

 

• Möminlərdən son qrupunun canı alındıqdan sonra insanların yüz il daha 



dünyada qalacağı 

H. 22--- Nəim ibn 

Hammad Kaabdan təxric etdi. Dedi ki: İsa ibn Məryəm 

(ə.s.) və möminlər, Yəcüc- Məcücdən sonra illərlə qalarlar. Sonra gurultulu toz-

tüstü kimi bir şey görərlər və birdən bir külək ki, Allah onu möminlərin canını 

almaq üçün göndərmişdir. Məhz onlar möminlərdən canı alınacaq son qrupdur. 




Yüklə 499,13 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə