CəlaləDDİn suyutiNİn təSNİFİNDƏn həDİSLƏr axirzaman mehdiSİNİN



Yüklə 499,13 Kb.
Pdf görüntüsü
səhifə4/21
tarix01.02.2018
ölçüsü499,13 Kb.
#23313
1   2   3   4   5   6   7   8   9   ...   21

1.36 --- Nəim ibn Hammad, hz. Ömər ibn Həttabdan təxric etdi ki: Hz. Ömər 

bir gün xəzinədara girdi və dedi ki; "mal və silahdan olan xəzinədə olan  

xəzinələri buraxım yoxsa Allah yolunda dağıdımmı?" Hz. Əli ibn Əbi Talib (r.ə) 

dedi ki: "Ey Əmirəlmöminin, sən onun müşayiətçisi deyilsən, sən öz işinə bax, 

onun sahibi Axırzamanda gələcək bizdən bir gəncdir və malı Allah yolunda o 

paylayacaq".  

 

• Hz. Mehdinin zamanında yaşamağı arzu etmək 



1.39 --- Həmçinin, (Nəim) Lehiadən təxric etdi. Dedi ki: Mehdinin zamanında, 

kiçiklər kaş ki, mən böyük olsaydım, böyüklər də kaş ki mən kiçik olsaydım 

deyə arzu edərlər.  

1.38 --- Nəim Tavusdən təxric etdi, dedi ki: Mən Mehdiyə çatana qədər 

ölməmək istədim. Çünki onun dövründə yaxşı insanların yaxşılığı artar, pislərə 

qarşı yaxşılıq edilər. 

 

 

 



 

 

 



 

 

 



 

 

 




II HİSSƏ 

 

HZ. MEHDİNİN SOYU VƏ XÜSUSİYYƏTLƏRİ 



 

 

1- HZ. MEHDININ SOYU  



 

• Hz. Mehdinin adının "Məhəmməd" olduğu  

3.8 --- Həmçinin, (N. ibn Hammad) hz. Əlidən təxric etdi. Buyurdu ki: Mehdinin 

adı Məhəmməddir.  

3.9 --- Həmçinin, (N.ibn Hammad) Əbu Səidül Hudridən təxric etdi. Peyğəmbər 

(s.ə.v) buyurdu: Mehdinin adı mənim addımdır.  

2.4 --- Tirmizi ibn Məsuddan səhih deyərək təxric etdi. Peyğəmbər (s.ə.v) 

buyurdu ki: Əhli-beytimdən bir adam idarəni ələ alır. Onun adı adıma uyğundur. 

• Mehdinin Peyğəmbərimiz (s.ə.v)-in soyundan və hz. Fatimə (r.ə) övladından 

olduğu  


2.2 --- Əbu Davud, ibn Macə, Tabarani və Hakim, Ümmü Sələmədən təxric 

etdilər. O dedi, mən Rəsulullahın (s.ə.v)-dən eşitdim, belə buyururdu: Mehdi 

Mənim soyumdandır və Fatimənin övladındandır.  

2.23 --- Həmçinin, (N.ibn Hammad) hz. Əlidən təxric etdi, buyurdu ki: Mehdi 

bizdən Fatimə övladından bir rəsuldur.  

2.22 --- Həmçinin, (N.ibn Hammad) Zühridən təxric etdi, buyurdu ki: Mehdi, 

Fatimə övladındandır. (Dövründə) onunkundan  başqa xilafət yoxdur.  



2.20 --- Nəim ibn Hammad, Katadeyə təxric etdi ki: Mən Səid ibn Müyessebə 

"Mehdi haqdır" dedim. O da "bəli" dedi. "O kimdəndir?" -dedim. "Fatimənin 

övladındandır" dedi. 

 

• Hz. Fatimə (r.ə.)-ə verilən müjdə  



2.18 --- İbn Asakir hz. Hüseyndən təxric etdi. Peyğəmbər (s.ə.v) buyurdu: 

Müjdələr olsun sənə, ya Fatimə. Mehdi səndəndir.  

2.17 --- Əbu Nəim hz. Hüseyndən təxric etdi. Peyğəmbər (s.ə.v) hz. Fatiməyə 

belə buyurdu: Mehdi, sənin övladındandır.  

 

• Cənnətin əfəndisi olan yeddi adam  



2.3 --- Hakim, ibn Macə və Əbu Nəim, hz. Ənəsdən təxric etdilər. Mən 

Rəsulullah (s.ə.v)-dən eşitdim. Belə buyurdu: Biz Əbdülmütəllibin övladından 

yeddi adam, cənnətin əfəndiləriyik. Mən, 

Həzmə


, Əli, Cəfər, Həsən, Hüseyn və 

Mehdi.  


 

• Hz. Mehdinin bir gecədə yetkinləşdiriləcəyi 

2.1 --- Əhməd ibn Əbi Şeybə, ibn Macə və Nəim ibn Hammad Fitən adlı kitabda 

hz. Əlidən təxric etdilər, Rəsulullah (s.ə.v) buyurdu: Mehdi, bizdən Əhli-

beytdəndir. Allah onu bir gecədə islah edər. (yetkinləşdirər).  

2.28 --- İbi Mundi, “İsfahan tarixi” adlı əsərində ibn Abbasdan təxric etdi ki: 

Mehdi Əhli-beytdəndir.  

 

• Hz. Mehdinin gəlişi ilə insanların fitnədən xilas olacağı  



2.8 --- Nəim ibn Hammad və əbu Nəim, Mekhul tariqi ilə hz. Əlidən təxric 

etdilər. Dedi ki: Dedim, "Ya Rəsulullah (s.ə.v), Mehdi bizdən Ali-

Məhəmməddənmi, yoxsa bizim qeyrimizdəndir? ". Buyurdu ki: “Xeyr, əksinə 



bizdəndir. Allah bu dini necə bizimlə başlamışsa onunla sona çatdıracaq. Və 

onlar bizimlə necə şirkdən qurtulmuşlarsa, onunla da fitnədən xilas olacaqlar. 

Allah bizimlə insanların necə şirk-ədavətindən qurtararaq, onların ürəklərinə 

ülfət və məhəbbət yerşləşdirmiş və din qardaşı edibsə, Mehdi ilə fitnə 

ədavətindən qurtaracaq və qardaş edəcək.  

2.7 --- Tabarani Evsaddən Amr ibn Əli tariqi ilə hz. Əli ibn Əbi Talibdən təxric 

etdi: Hz. Əli Peyğəmbər (s.ə.v)-ə "Ya Rəsulullah, Mehdi bizdən yoxsa bizim 

qeyrimizdəndir? "-deyə soruşdu. Buyurdu ki: “Əksinə bizdəndir. Cənabı-Haqq 

İslamı necə bizimlə başlatmışsa onunla sona çatdıracaq. Necə, bizimlə onlar 

aralarındakı şirk və ədavətdən xilas olmuş və ürəklərinə ülfət və məhəbbət 

yerləşmişsə, (onun gəlişi ilə) yenə elə olacaq.”  

 

• Hz. Mehdinin hz. Abbas (r.ə) övladından olduğu  



2.24 --- Nəim ibn Həmmad Kabdan təxric etdi. Buyurdu ki: “Mehdi hz. Abbas 

övladındandır”. 

2.25 --- Darəqutni İfrad da ibn Asakir Tarixindən hz. Osman ibn Affandan 

təxric etdilər. O dedi ki, Peyğəmbər (s.ə.v)-dən belə eşitdim. Buyururdu ki: 

“Mehdi əmim Abbasın övladındandır”.  

(Bu hədisi-şəriflər, hz. Mehdinin ana cəhətindən soyunun hz. Abbas (r.ə) dayana 

biləcəyini  göstərir.) 

 

2- Hz. Mehdinin xüsusiyyətləri  



• Hz. Mehdinin adı, ləqəbi və əxlaqı  

2.9 --- Əbu Nəim Huzeyfədən təxric etdi, Rəsulullah (s.ə.v) buyurdu: Əgər 

dünyadan bir gün belə qalsa, Allah adı mənim adıma, əxlaqı mənim əxlaqıma 

tabe olan və ləqəbi də Əbu Abdullah olan bir rəsulu göndərəcək.  

2.11 --- Tabarani Kəbirində və Əbu Nəim ibn Məsuddan təxric etdilər. O dedi, 

Rəsulullah (s.ə.v) buyurdu: “Əhli-beytimdən adı mənim adım, əxlaqı mənim 




Yüklə 499,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə