CəlaləDDİn suyutiNİn təSNİFİNDƏn həDİSLƏr axirzaman mehdiSİNİN



Yüklə 499,13 Kb.
Pdf görüntüsü
səhifə6/21
tarix01.02.2018
ölçüsü499,13 Kb.
#23313
1   2   3   4   5   6   7   8   9   ...   21

• Fitnələrin ən şərlisi 

4.7--- Dani Hakim ibn Uyeynədən təxric etdi, O dedi ki: “Mən Məhəmməd 

ibn Əliyə dedim ki, "Eşitdiyimizə görə sizdən bir adam çıxacaq, bu ümmət 

arasında ədalətli olacaq" O, cavabında: "Biz də insanların ümid etdiyinə ümid 

etməkdəyik və ümid edirik ki, dünyadan bir gün qalsa belə, Allah Təala o günü 

uzadar, bu ümmətin ümid etdiyi olsun"”. Ancaq ondan əvvəl fitnələr görünəcək. 

Bu fitnələrin içində ən şərlisi, bir adamın mömin olaraq axşama çatması, amma 

səhər kafir olaraq qalxması və mömin olaraq səhərləməsi lakin, kafir olaraq 

axşama çatmasıdır. 

 

• Hz. Mehdinin insanlar üçün ən sevimli bir insan olması  



4.8--- Dani Sələmə ibn Züferdən təxric etdi, dedi ki: “Bir gün Huzeyfənin 

yanında Mehdinin çıxdığı deyildi. O dedi ki: Siz, əgər aranızda hz. Məhəmməd 

(s.ə.v)-in səhabələri olduğu halda o çıxarsa rahatlıq tapdınız. Şübhəsiz ki, o, 

insanların qarşılaşdıqları şərlərə görə, Qaibin (Mehdinin) özlərinə insanların ən 

sevgilisi olmadıqca çıxmayacaq. 

 

 



 

• Kufə məscidinin divarının yıxılması 

4.9--- Əbu Abdullah Hüseyn ibn Əli (r.ə)-dən buyurdu ki: “Kufə məscidinin 

Abdullah ibn Məsudun evinin tərəfindəki divarı yıxıldığında, o zaman o qövmün 

mülkünü itirməsidir və o mülkün yox olması əsnasında da Mehdi zühur edər. 

 

• Açıq şəkildə Allah Təalanı inkar edən kəslərin olacağı 



4.6---  Keza  (N.  ibn  Hammad),  Əbu  Hureyrədən  təxric  etdi,  Dedi  ki:  “Açıq 

şəkildə Allah Təala inkar edilmədikcə Mehdiyə beyət edilməz”. 

 

• Misirdə Qüreyşdən çıxacaq bir adam hadisəsi  



H. 30--- Deyləmi, Əbu Əli Mərdanidən (ravi silsiləsi ilə) o da Əbu Zərdən, o 

da  Rəsulullah  (s.ə.v)-dən  rəvayət etdilər.  Buyurdu  ki:  “Misirdə  Qüreyşdən  bir 

adam  çıxar,  yastı  burunludur.  Məğlub  olar  və  mülkünü  yox  edər  və  Romaya 

qaçar.  Onları  götürüb  İskəndəriyyəyə  gətirər  və  müsəlmanlarla  döyüşər  və  ilk 

qanlı hərb bu olar. 

H. 31--- İbn Asakir Tarixində, Əbu Zərə əsaslanan ravi silsiləsi ilə rəvayət 

etdilər. Rəsulullah (s.ə.v) buyurdu: Misirdə Əməvi soyunda burnu yastı biri çıxar. 

Məğlub  olar  və  ya  mülkünü  yox  edər,  Romaya  qaçar.  Onları  İskəndəriyyəyə 

gətirər və Əhli-İslam ilə döyüşərlər. Bu qanlı hərbin ilki olar. 

(Bu,  Allahu  aləm  1879-cu ildə  Misirdə  baş  verən  Məmməd  Tofiq  Paşa  ilə 

əlaqədar hadisələrdir) 

 

 




2-FƏRAT ÇAYINDA QIZILDAN BİR DAĞIN ORTAYA ÇIXMASI 

 

• Dörd müxtəlif fitnə, qızıl mədən fitnəsi 



4.31---  Nəim  ibn 

Hammad  Fitənində  səhih  bir  sənədlə  Müslimdən  nəqllə 

hz. Əli (r.ə.)-dən təxric etdi. Buyurdu ki: Fitnələr dörddür. Bolluq fitnəsi, darlıq 

fitnəsi,  qəza  fitnəsi  və  qızıl  mədəninin  zikri.  Sonra  da  Peyğəmbər  (s.ə.v)-in 

soyundan biri çıxar və Allah onun əliylə insanların işini islah edər. 

 

• Fəratın altından bir dağ ortaya çıxarması 



4.24---  Əbu  Hureyrə  (r.ə.)-dən  rəvayət edildi,  Rusulullah  (s.ə.v.)  buyurdu: 

4-cü fitnə on səkkiz gün (və ya il) davam edər. Sonra açılar. O zaman Fərat çayı 

altından  bir  dağı  ortaya  çıxarmış  olar.  Ümmət  ora  yığışar.  Belə  olduqda  hər 

doqquzdan yeddisi öldürülər. 

 

• Fəratın ortaya çıxaracağı altından kimsənin bir şey götürməməsi əmri 



4.28--- Fərat altından bir xəzinəni harada isə ortaya çıxaracaq. Kim onda 

hazır  olsa  ondan  bir  şey  götürməsin.  (Bu  hədisə  Buxari  və  Müslimdə  təxric 

etmişlər.) 

4.29--- Əbu Davud, Əbu Hureyrədən təxric etdi. Buyurdu: Fərat qızıldan və 

gümüşdən bir dağı ortaya çıxaracaq. Bunun üzərində hər doqquzundan yeddisi 

öldürülər. Siz ona çatdığınızda ona yaxınlaşmayın. 

(Bu  hədisi  Nəim  ibn  Hammada  Əbu  Hureyrədən  nəqllə  Fitən  adlı  kitabda 

yazır.) 


 

• Fəratın qızılları mübarizəsində hər yüzdən doxsan doqquzun öldürüləcəyi 

4.25--- Nəim ibn 

Hammad Fitən adlı Kitabında təxric etdi ki: Fərat demək 

olar ki, qızıldan bir dağı ortaya çıxaracaq, insanlar bunu eşitdiklərində oraya 

gələrlər və oradakı bir kimsə: "Vallah, insanlar buraxılsa bunun hamısını 

götürüb apara bilərlər" deyər. Bunun üzərində bir bir-biriylə döyüşərlər. Bu 

döyüşdə hər yüz adamdan doxsan doqquzu ölər. 

(Bu hədisi Əhməd ibn 

Hənbəldə təxric etmişdir. ) 

4.30--- Fərat altından bir dağı ortaya çıxarar. Onun üzərində insanlar 

vuruşarlar. Hər yüzdən doxsan doqquzunun öldürülər. Qiyamət ancaq gündüz 

qopacaq. 

(İbn Asakir, Əbu Hureyredən təxric etmişdir.) 

4.27--- Tabarani, Übeydən təxric etdi. Dedi ki: Üzərində insanların hər 

yüzdən doxsan doqquzunun öldürüləcəyi qızıldan bir dağı Fərat ortaya 

çıxarmadıqca qiyamət qopmaz. Onlardan hər birisi "Kaş ki, mən götürmüş 

olsaydım" deyəcək. 

 (Müslim də bu hədisi Əbu Hureyrədən təxric etmişdir.) 

4.26--- Müslim Ubeydən təxric etdi. Dedi ki: Fərat qızıldan bir dağı ortaya 

çıxarmadıqca qiyamət qopmayacaq. O zaman insanlar onun üzərində 

döyüşəcək və hər on nəfərdən doqquzu öləcək. 

(Bu hədisi ibn Macədə Əbu 

Hureyrədən rəvayət etmişdir.) 




3-HZ. MEHDİNİN ZÜHUR ZAMANINI VERƏN ƏLAMƏTLƏR  

ZÜHUR İLİNİ VERƏN ƏLAMƏTLƏR 

 

• Yeddi il davam edəcək 4 sülhdən sonra hz. Mehdinin zühur edəcəyi 



2.15--- Əbu Nəim Əbu Umamədən təxric etdi, Resulllah (s.ə.v) buyurdu: 

“Sizinlə insanlar (Bir nüsxədə romalılar deyilir) arasında dörd sülh olacaq, 

dördüncü sülh, Herakl əhlindən bir adam vasitəsilə olar və bu yeddi il davam 

edər. Bir adam, "Ya Rəsulullah (s.ə.v), o gün insanların imamı kimdir?" dedi. 

Buyurdu ki: Övladımdan qırx yaşında Mehdidir. Üzü parlayan ulduz kimidir, 

yanağında qara bir xal vardır, üzərində iki əba olar. Rəftarı İsrail oğulları dövlət 

liderlərinə bənzəyər xəzinələri çıxarar və şirk diyarlarını fəth edər. 

(Rəftarı İsrail 

oğulları dövlət liderlərinə bənzəməsi, onlar kimi heybətli və igid mənasını verir.)  

 

• Kometanın görünməsinin zühur əlaməti olduğu 



4.19--- Nəim Kaabdan təxric etdi. Dedi ki: “Mehdinin çıxışından əvvəl, 

şərqdən parlaq quyruqlu bir ulduz doğulacaq.” 

 

• Qara bayraqlı ordunun çıxışı ilə Mehdinin zühuru arasında 72 ay olduğu 



7.17--- Nəim ibn Hammad Məhəmməd ibn Hənəfidən təxric etdi, O belə 

dedi: “Abbas oğullarına aid qara bayraqlı bir başqa ordu çıxar. Sonra 

Xorasandan yenə qara bayraqlı bir başqa ordu çıxar. Onların sarıqları qara, 

paltarları ağ olar. Və başlarında Şueyb ibn Saleh Temimi olar. Süfyaninin 

ordusunu məğlub edərək Beytül-Makdisə enər. Mehdinin səltənətini 

hazırlayarlar. Şamdan üç adam da ona kömək edər. Bu ordunun çıxışı ilə 

Mehdiyə səltənətin təslimi arasında yetmiş iki ay vardır. 

 

 



AYLARA GÖRƏ ƏLAMƏTLƏR 

• Hz. Mehdinin gəlişindən əvvəlki aylarda zühur edəcək əlamətlər 

6.13--- Dani Şəhər ibn Havşebdən təxric etdi. Dedi ki, Rəsulullah (s.ə.v) 

buyurdu: Ramazanda bir səda, Şəvvalda bir səs, Zilqəddədə qəbilələr arasında 

döyüş olar. Hacılar talana uğrayar. Minada ölülərin çox olacağı bir döyüş olar, 

belə ki, orada daşları qan gölü içində buraxacaq qədər qan axar. İnsanlar 

nəhayət Mehdiyə üz tutarlar və Rükn ilə Mövqe arasında, özü istəmədiyi halda, 

ona beyət edərlər. "Əgər qəbul etməzsənsə boyununu vurarıq" deyərlər. Yer və 

göy əhli ondan razı olar. 

 

Zühurundan əvvəl ramazan ayındakı əlamətlər 



 


Yüklə 499,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə