CəlaləDDİn suyutiNİn təSNİFİNDƏn həDİSLƏr axirzaman mehdiSİNİN



Yüklə 499,13 Kb.
Pdf görüntüsü
səhifə3/21
tarix01.02.2018
ölçüsü499,13 Kb.
#23313
1   2   3   4   5   6   7   8   9   ...   21

Qüreyşin və Əhli-beytimdən bir adamdır. O insanların ixtilaf və ictimai 

sarsıntılar içində olduqları bir sırada çıxar. O, daha əvvəl zülm və münaqişə ilə 

dolu olan dünyanı ədalət və insaf ilə doldurur. Ondan yer və göy əhli razıdır. O 

malı insanlar arasında bərabər paylayır. Məhəmməd ümmətinin qəlblərini 

zənginliklə doldurur və ədaləti onları əhatə edir. O qədər ki; bir münadiyə 

"Kimin ehtiyacı varsa mənə gəlsin" deyə səslənməsi əmr edildikdə, bir adamdan 

başqa heç kəs gəlməz. O kimsə istəyini deyər. O da "xəzinədara get sənə 

versin" deyər. O da "Mehdinin göndərdiyini" söyləyərək xəzinədardan gücü 

çatdığı qədər mal alar, lakin daha sonra peşman olaraq, "Mən hər kəsdən daha 

möhtacam ki, kimsə getmədi mən getdim" deyərək, aldığı malı geri qaytarmaq 

istəyər, o zaman xəninədar belə deyər: "Biz verdiyimizi geri almarıq ". Bu dövr 

altı, yeddi, səkkiz və ya doqquz il davam edər. Bundan sonrakı həyatda isə xeyir 

yoxdur. (Hz. İsa (ə.s)-ın qırx illik dövrü istisna olmaqla)  

 

• Qar üzərində sürünərək də olsa Mehdiyə qatılmaq  əmri  



2.6 --- İbn Əbu Şeybə və Nəim ibn Hammad Fiten adlı əsərdə, İbn Macə və Əbu 

Nəim isə ibn Məsuddan təxric etdilər. O dedi ki: Biz bir ara Peyğəmbər (s.ə.v)-in 

yanındaykən Haşim oğullarından bir qrup gənc gəldi. Peyğəmbər (s.ə.v) onları 

gördükdə gözləri doldu və rəngi dəyişdi. Dedim ki, "nə oldu ki, sevmədiyin bir 

şeyi üzünüzdə görürük". Buyurdu ki: “Biz elə bir Əhli-beytik ki, Allah bizlərə 

dünyanı deyil axirəti verdi. Şübhəsiz ki, Məndən sonra Əhli-beytim bəla və 

möhnətlərlə qarşılaşacaqlar. Şərq tərəfindən qara bayraqlı bir qövm gələnə 

qədər. Bunlar haqqı istəyərlər, amma verilməz. Vuruşarlar, müzəffər olarlar, 

istədikləri verilir.  

Lakin o Haqq, Əhli-beytimdən birinə verilməyincə qəbul etməzlər. O (Mehdi) 

ərzə sahib olar və özündən əvvəl təzyiq və zülmlə dolu olan ərzi ədalətlə 

doldurar. Sizdən Ona kim çatsa, qar üzərində sürünərək belə olsa gəlsin, Ona 

qatılsın. Çünki O, Mehdidir. 

 

 



 


3- HZ. MEHDİ ZAMANINDAKI BOLLUQ 

• Zamanın inkitaa məruz qaldığı, gələcək olan hz. Mehdinin lütfü 

1.31 --- Nəim və Əbu Nəim, Əbu Səiddən təxric etdi, O dedi Rəsulullah (s.ə.v) 

buyurdu: Zamanın inkitaa məruz qaldığı (sistemlərin dəyişdiyi) bir dövrdə, 

Mehdi deyilən bir adam gələcək və lütfü bol və gözəl olacaq. 

1.34 --- İbn Əbu Şeybə, Əbu Səiddən təxric etdi, O dedi, Rəsulullah (s.ə.v) 

buyurdu: Fitnələrin zühur etdiyi və zamanın boğaz, Əhli-beytimdən bir adam 

çıxacaq, onun atası bol olacaq. 

1.26 --- Əbu Yala və ibn Asakir Əbu Səiddən təxric etdilər, o dedi Rəsulullah 

(s.ə.v) buyurdu: Axırzamanda fitnələrin zühuru zamanı, zamanın arası kəsildiyi, 

bir əmir olar ki, insanlara ilk lütfü ondan sədəqə qəbul edənlərin olmaması 

qayğısı ilə, ona üz tutan kəsin qucağına daşıya biləcəyi qədər bol mal 

verməsidir. Bu mal insanların rahatlığa qovuşması üçündür. 

• Hz. Mehdinin malı saymadan paylaması  

1.27 --- Əhməd və Müslim Əbu Səiddən təxric etdi və Cabir də Rəsulullah 

(s.ə.v)-dan rəvayət etdi, buyurdu ki: Axırzamanda bir xəlifə olacaq, malı sayıb 

hesab etmədən bölüşdürəcək.  

1.22 --- Bəzzar Cabirdən təxric etdi, dedi ki, Rəsulullah (s.ə.v) belə buyurdu: 

Ümmətim arasında bir xəlifə olacaq, malı paylayaraq və saymadan verəcək.  

1.23 --- Əhməd Əbu Səiddən təxric etdi, O dedi ki, Rəsulullah (s.ə.v)-in belə 

buyurduğunu eşitdim: Əmirlərinizdən bir əmir olacaq ki, malı paylayacaq, 

saymayacaq. Biri Ondan mal istədiyində "AL" deyər, ətəyini açar və o da 

doldurar. 

• Hz. Mehdinin işçilərə intizamlı, tənbəllərə mərhəmətli olduğu  

1.35 --- Nəim Tavusdan təxric etdi, buyurdu ki: Mehdi gəldiyi zaman malı çox 

verir. İşçilərlə intizamlı davranar, tənbəllərə mərhəmət edər.  

 

• Hz. Mehdi zamanında ümmətin nemətlənəcəyi  




1.29 --- Əbu Nəim və Hakim, Əbu Səiddən təxric etdilər, Rəsulullah (s.ə.v.) belə 

buyurdu: Ümmətim arasında Mehdi çıxacaq, Allah Onu nemətləndirəcək, 

heyvanlar bol-bol yeyib-içəcək, ərş bitkisini çıxaracaq, mal "Səhər" üzrə 

(səviyyə üzrə) veriləcək.  

 

• Hz. Mehdi zamanında istəyənə istədiyi qədər mal veriləcəyi  



1.26 --- Darəqutni İfrad adlı, Tabarani isə Evsad adlı əsərlərində Əbu 

Hureyrədən təxric etdilər, Peyğəmbər (s.ə.v)-dən: Ümmətim arasına Mehdi 

gələcəkdir. Ömrü qısa olsa yeddi, yoxsa səkkiz, yoksa doqquz il. O zaman 

ümmətim yaxşısı, pisi, hamısı misli görünməyən nemətlərlə nemətlənər. Allah 

onlara bol yağış göndərər. Ərş nəbatatdan bir şey gizlətməz. Mal alçaq olar. Bir 

adam qalxıb belə deyər: "Ey Mehdi mənə ver", o da "AL" deyər.  

1.25 --- İbn Macə Əbu Səiddən təxric etdi, Peyğəmbər (s.ə.v) belə buyurdu: 

Ümmətim arasında Mehdi çıxacaq, əgər qısa olarsa yeddi, yoxsa doqquz. O 

zaman ümmətim, əsla bənzəri görülməmiş şəkildə, bolluq içində nemətə 

qovuşacaq. Yer üzü yeyiləcək şeylərini verəcək, onlardan heç bir şey 

gizlətməyəcəkdir. O gün mal alçaq olar. Bir adam qalxar və "Ey Mehdi mənə ver, 

mənə ver" deyər. O da, onun daşıya biləcəyi qədər paltarına doldurar.  

1.24 --- Tirmizi, Əbu Səid-ül Hudridən gözəl deyərək təxric etdi, Peyğəmbər 

(s.ə.v) belə buyurdu: Ümmətim arasında Mehdi çıxacaq beş, yeddi və ya doqquz 

il yaşayacaq. (Ravi bu sayda şübhə etdi). Biri ona gəlir "Ya Mehdi mənə ver, 

mənə ver" deyər. O da, onun daşıya biləcəyi qədər paltarına doldurur.  

1.21 --- İbn Əbi Şeybə Matardan təxric etdi ki: Bir gün Matarın yanında Ömər 

ibn Əbdüləzizdən bəhs edildikdə o belə cavab verdi: Bizə çatdığına görə, Mehdi 

elə bir şey edəcək ki, Ömər ibn Əbdüləziz onu etməmişdir. Bunun nə olduğu 

soruşulduğunda Matar belə cavab verdi: Biri Mehdiyə gəlib ondan bir şey istəyər 

və özünə: "Xəzinəyə gir istədiyin qədər al" deyilir, o adam girər və çıxar. Ancaq 

insanları tox gözlü gorur peşman olaraq Mehdiyə dönər və "Mənə verdiyini 

geriyə al" deyər. O isə imtina edər və belə cavab verir: "Biz verərik və almarıq." 

• Hz. Mehdinin malı Allah yolunda bölüşdürəcəyi  




Yüklə 499,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə