CəlaləDDİn suyutiNİn təSNİFİNDƏn həDİSLƏr axirzaman mehdiSİNİN



Yüklə 499,13 Kb.
Pdf görüntüsü
səhifə5/21
tarix01.02.2018
ölçüsü499,13 Kb.
#23313
1   2   3   4   5   6   7   8   9   ...   21

əxlaqının olan bir övladım çıxacaq və daha əvvəl zülmlə dolu olan dünyanı, O 

ədalətlə dolduracaq”.  

 

• Hz. Mehdinin əməlində eyib və zülm olmayacağı  



! .18 --- Nəim Kaabdan təxric etdi, buyurdu ki: “Mən Mehdini Peyğəmbərlərin 

Suhufunda belə taparam. Mehdinin əməlində nə zülm, nə də eyib yoxdur.”  

 

• Hz. Mehdinin incə burunlu və açıq alınlı olduğu  



3.1 --- Əbu Davud, Nəim ibn Hammad və Hakim əbu Səiddən təxric etdilər. 

Rəsulullah (s.ə.v) buyurdu: “Mehdi məndəndir. İncə burunlu və açıq alınlıdır. 

Zülmlə dolu olan dünyanı ədalətlə dolduracaq və yeddi il məlik olacaq”.  

3.2 --- Əbu Səid Peyğəmbər (s.ə.v)-dən təxric edildi: “Mehdi bizdəndir, alnı 

açıq və incə burunludur.” 

 

• Hz. Mehdinin qaşları, gözləri və üzünün parlaqlığı  



3.5 --- Həmçinin, (N. ibn Hammad) Məhəmməd ibn. Cüberyrdən təxric etdi: 

Buyurdu ki: “Mehdinin qaşları incə, üzü parlaq və gözlərinin qarası böyük 

olacaq. Hicazdan gəlib Şamdan minbərə oturduğunda 18 (40) yaşında olacaq”.  

 

• Sağ yanağında qara bir xalın olduğu və yaşı  



2.15 --- Əbu Nəim əbu Ümamədən təxric etdi, O dedi, Rəsulullah (s.ə.v) 

buyurdu: Sizinlə insanlar arasında dörd sülh razılaşması olacaq, dördüncü sülh, 

Herakl əhlindən bir adam vasitəsilə olar və bu yeddi il davam edər. Bir adam "ya 

Rəsulullah (s.ə.v), o gün insanların imamı kimdir?"- dedi. Buyurdu ki: 

“Övladımdan qırx yaşındakı "Mehdi" dir. Üzü parlayan ulduz kimi, yanağında 

qara bir xal vardır, əynində 

kutvani

 iki əba tapılar. Rəftarı İsrail oğullarına 



bənzəyər. Xəzinələri çıxarar və şirk diyarlarını fəth edər.  


• Dişlərinin aralı olduğu  

1.30 --- Əbu Nəim Abdurrahman ibn Avfdən təxric etdi, Rəsulullah (s.ə.v) 

buyurdu: “And içirəm ki, Allah mənim soyumdan bir adam göndərəcək. Onun 

dişləri aralı və alnı genişdir. Yer üzünü ədalətlə dolduracaq və malı bol şəkildə 

paylayacaq.  

 

• Dilində ağırlıq olacağı  



3.4 --- Həmçinin, (N. ibn Hammad) əbu Tufeyldən təxric etdi: “Rəsulullah 

(s.ə.v) Mehdini təsvir etdi, dilində ağırlıq olacağını və sözün tələffüzünün ona 

çətin gəldiyində sağ əlini sol dizinə vuracağını dedi, adı adım, atasının adı 

atamın adıdır”-deyə buyurdu.  

 

• Ayaqlarının aralı olduğu  



3.10 --- Əbdül Qafir Farisi Mecma-il Qaraib kitabında və ibni Cevzi Fil Qaribil 

hədisi və ibn Əsirin Nihayədən təxric etdilər, hz. Əli hədisi haqqında dedilər ki: 

Hz. Mehdi hz. Həsənin nəslindəndir. Ayaqdları aralıdır.  

 

• Rəftarının İsrail oğullarınınkına bənzəyəcəyi  



3.3 --- Nəim ibn Hammad Abdullah ibn Harisi təxric etdi, buyurdu ki: Mehdi 

sanki İsrail oğullarından  bir rəsuldur. (Rəftarı onlara bənzəyər, yəni heybətli və 

cəsarətli)  

 

• Hz. Mehdinin Allahdan çox qorxan biri olduğu  



3.11 --- Nəim ibn Hammad, Kabdan təxric etdi. Buyurdu ki: “Mehdi, kərkəs 

quşunun qanadının titrəməsi kimi Allahdan çox qorxan bir kəsdir”.  

 

• Hz. Mehdinin digər xüsusiyyətləri  




3.6 --- Həmçinin, (N. ibn Hammad) hz. Əli ibn Əbu Talibdən təxric etdi. O dedi 

ki, Mehdinin doğum yeri Mədinədir, Peyğəmbər (s.ə.v)-in Əhli-beytindəndir. Adı 

Peyğəmbər (s.ə.v.)-in adıdır. Hicrət edəcəyi yer Beytül-Makdis (Qüds)-dür. 

Saqqalı sıxdır, gözləri sürməli olacaq. Dişləri parlaqdır, üzündə bir xal vardır. 

Çiynində Peyğəmbər (s.ə.v)-in əlaməti vardır. Peyğəmbər (s.ə.v)-in bayrağı ilə 

çıxacaq. O bayraq dördbucaqlı olub dikişsizdir və rəngi də qaradır. Onda bir 

hicr (halə) vardır. O Rəsulullah (s.ə.v)-in vəfatından bəri açılmamışdır, Mehdi 

çıxdıqda açılacaq. Allah üç min mələyi Mehdiyə kömək üçün göndərəcək və 

mələklər ona qarşı müxalifətdə olanların üzünə və arxasına vuracaq.  

O, yaşı otuz ilə qırx arasında (qırx yaşında) olduğu halda göndəriləcək.  

 

• Böyüklərin və kiçiklərin arzuladıqları  



1.40 --- Həmçinin, (N. ibn Hammad) Sabahdan təxric etdi, O dedi ki, Mehdi 

insanlar arasında otuz doqquz il gözləyər. (Qırx da çıxar). Kiçiklər böyük, 

böyüklər də kiçik olmaq arzusunda olar.  

2.27 --- Nəim ibn Hammad ibn Abbasdan təxric etdi ki, Mehdi Bizim Əhli-

beytdən bir gəncdir. Yaşlılarımız ona çata bilməyəcək, gənclər isə onu ümid 

edəcəklər. Allah istədiyini edəcək.  

 

• Yer və göy əhlinin ondan razı olacağı  



2.16

 

--- Ravyani Müsnəd adlı əsərində və əbu Nəim Huzeyfədən təxric etdi, 



Rəsulullah (s.ə.v) buyurdu: Mehdi mənim övladımdan bir rəsuldur. Rəngi 

ərəbi, cismi israili cismidir. Sağ yanağında parlayan ulduz kimi bir xal var. 

Əvvəlcə zülmlə dolu olan yer üzünü ədalətlə dolduracaq. Onun xilafəti 

dövründə yer və göy əhli, havadakı quşlar belə ondan razı olacaq. 

 

 

 




III HİSSƏ 

HZ. MEHDİNİN ZÜHURUNDAN ƏVVƏLKİ ƏLAMƏTLƏR 

 

 

1-GÖRÜLƏCƏK FİTNƏLƏR 



 

• Ahlas (Dəvəçulu) fitnəsi 

4.3---  Nəim  ibn 

Hammad  Əbu  Səid-ül  Hudridən  təxric  etdi.  O  dedi, 

Rəsulullah (s.ə.v) buyurdu: Məndən sonra fitnələr görüləcək. O fitnələrdən biri 

də "Ahlas" (Dəvəçulu) fitnəsidir. Orada hərb və hicrətlər olar. Sonra ondan daha 

şiddətli bir fitnə olar, kəsildi deyilərkən, sonra daha da davam edər və fitnənin 

girmədiyi  heç  bir  ev  və  toxunmadığı  heç  bir  müsəlman  qalmaz.  Bu  hal 

soyumdan bir adam çıxana qədər davam edər. 

• Davam edən fitnələr 

1.1--- Tabarani Evsadda Talha ibn Ubeydullahdan, o da, Peyğəmbər (s.ə.v)-

dən rəvayət etdi ki: Hələ bir tərəfdə sönmədən, digər tərəfdə alovlanan fitnələr 

görüləcək və  səmadan  bir  münadinin,  "Əmriniz  bu  kəsdir"  şəklindəki  nidasına 

qədər belə davam edəcək.  

1.6---  Nəim  ibn 

Hammad,  Səid  ibn  Müseyyəbdən  təxric  etdi.  Buyurdu  ki: 

Başlanğıcı  uşaq  oyuncağı  kimi  sadə  olan,  lakin,  bir  tərəfdə  sükunət  tapsa  da, 

digər  tərəfdə  genişləyərək  davam  edən  və  ancaq  səmadan  bir  münadinin  üç 

dəfə  "Oyanın,  bu  əmir  sizin  həqiqi  əmirinizdir"  deyənə  qədər  sona  çatmayan 

fitnələr görünər. 

1.9---  Nəim  ibn 

Hammad,  İshaq  ibn  Yəhyadan,  O  da  anasından  (ki,  O 

keçmiş üləmadan idi) rəvayət etdilər ki: Zübeyr öldürüldüyündə mən anama bu 

fitnənin  bizim  həlak  edəcəyini  söylədiyim  zaman,  O:  "xeyr,  ey  oğlum"  dedi. 

Bundan  sonra  elə  bir  fitnə  var  ki,  insanlar  onda  həlak  olar.  İşlər  səmadan  bir 

münadinin "Filankəsə uyun" deməsinə qədər düzəlməz. 

4.2---  Tabarani  Avf  ibn  Malikdən  təxric  etdi,  Peyğəmbər  (s.ə.v)  buyurdu: 

Tozlu,  tüstülü,  qaranlıq  bir  fitnə  görünəcək,  bunu  digərləri  izləyəcək.  Əhli-

beytimdən özünə Mehdi deyilən bir şəxs çıxana qədər. Əgər ona çatarsan, ona 

tabe ol və hidayətə çatanlardan ol. 

 

• Qılıncla qarşıdurmaya çevrilən fitnələr 



4.1--- İbn Əbi Şeybə, Əbi Celddən təxric etdi, O dedi ki: Bir fitnə görülər, 

bunu  digər  fitnələr  təqib edər  və  birincilər  sonuncuların  qılıncla  qarşıdurmaya 

dönüşünü  qamçılayar  və  bundan  sonra  bütün  haramların  halal  sayılacağı  bir 

fitnə  gələr.  Sonra  da  xilafət,  yer  üzünün  ən  xeyirlisi  olan  Mehdiyə  evində 

oturarkən üz tutacaqlar.  

 



Yüklə 499,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə