140
yaĢamıĢdır. Orada o, bir sıra ta-
nınmıĢ filosofların tələbəsi olmuĢ-
dur və, təxminən e.ə. 300 ildə, öz
fəlsəfi məktəbini yaratmıĢdı. O və
onun tə ləbələri ―stoa‖ adlanan
binaların birinə bitiĢik olan sütu-nlu
qalereyada yığılırdılar. Buna görə
bu məktəbin ardıcıllarını ―stoiklər‖
adlandırırdılar.
Guman edilir ki, məhz Zenon, ilk dəfə olaraq, ―təbiət qanunlarına
uyğun həyat sürmək, yaxĢı, məziyyətli, gövmərd həyat sürmək deməkdir‖
fikrini irəli sürmüĢdü. Bununla o, stoisizm fəlsəfəsini etik problemlərin
həllinə yönəltmiĢdi.
Xristianlıq problemi kontekstində stoiklərin etik təlimi böyük maraq
doğurur. Onların fikrincə, insan təbiətə uyğun həyat sürməlidir və bununla
xeyrə və səadətə çatmalıdır. Ġnsanı xoĢbəxtliyə gətirən yeganə yol - xeyr və
cömərdlikdir. Stoiklərə görə dörd əsas xeyr vardır. Bunlar – ağıl, ədalət,
cəsarət və mülayimlikdir. Ağılın əksi ağılsızlıqdır, mülayimliyin – azğınlıq,
ədalətin – ədalətsizlik, cəsarətin – qorxaqlıq. Xeyrə əks olan Ģeylər – Ģərdir.
BaĢqa Ģeylər isə, etinasızlıq doğuran Ģeylərdir. Yalnız xeyri və Ģəri insan
könüllü olaraq seçir. BaĢqa Ģeylərin üzərində isə, onun heç bir hökmü
yoxdur və insan onlara təsir edə bilməz. Lakin o Ģeylərin üzərində yüksələ
bilər. Deməli insan öz taleyi qarĢısında acizdir və onunla barıĢmalıdır. O baĢ
verən hadisələrin qarĢısını almaq iqtidarında deyil, onlara yalnız öz
münasibətini bildirə bilər. Taleyin qanunlarına uyğun olaraq, insan, baĢ
verən hadisələrə qarĢı yalnız öz daxili aləminə və mənəviyyatına arxalana
bilər.
Stoiklərin etikasının idealı insanın sükut (ataraksiya) və dözüm
(anateya) hallarıdır. Stoik – müdrik əqlin təcəssümüdür. O səbrli və
təmkinlidir. Onun xoĢbəxtliyi, heç bir xoĢbəxtliyin arzusunda olmamasıdır.
Lusius Anneus Seneka
Sonrakı dövrlərdə stoisizmin etik təlimi Roma imperiyasında inkiĢaf
etmiĢdir. O dövrün ən böyük mütəfəkkirləridən biri Anney Lusius Seneka
(Lucius Annaeus Seneca) (e.ə. 4- b.e. 65) olmuĢdur. O Ġspaniyanın Korduba
(Kordova) Ģəhərində anadan olmuĢdur, kiçik yaĢlarında ailəsi ilə birlikdə
Romaya köçmüĢdür. Orada o, stoya məktəbinin filosofları ilə tanıĢ olmuĢ və
onlardan dərslər almıĢdır. Daha sonra o, Roma imperiyasında ən yüksək
dövlət vəzifələrini tutmuĢdur. Sonda imperator Nero (Claudius Caesar Nero)
141
(37-68), Senekanı özünə qarĢı sui-qəsd etməsində ittiham edib, onu intihar
etməyə məcbur etmiĢdi.
Senekanın dövründə bütün Roma imperiyasını və xüsusi ilə imperator
sarayını istibdad, haqsızlıq və əxlaqsızlıq dalğası bürümüĢdü. Bu cür
mühitdə yaĢayan Seneka da, tam mənada təmiz və vicdanla dolu həyat
surməmiĢdi. Onun fəlsəfi fikirləri ilə yaĢadığı həyat arasında böyük uçurum
var idi. Məsələn, yoxsulluğu, kasıblığı təbliğ edən Seneka, müxtəlif (hətta
qeyri-qanuni) yollarla var-dövlət əldə etmiĢdi və həddən artıq varlanmıĢdı.
Ancaq həyatının sonunda təqiblərə məruz qalmıĢ mütəfəkkir, «mənim üçün
fəlsəfə kifayət edər…» deyərək, imperator Neroya bütün var-dövlətinin
alınması haqqında müraciət etmiĢdi.
Həyat tərzi ilə fəlsəfəsinin ziddiyət təĢkil etməsini izah edən Seneka
deyirdi ki, bütün filosofların – Platonun, Epikurun, Zenonun və baĢqalarının
da fikirləri heç də onların əməllərini əsk etdirmirdi. Onlar xeyrli həyatın nə
olduğunu izah edirdilər, özlərinin yaĢadıqları həyat tərzini yox
273
. Senekanın
fikrincə var-dövlət evdə yığıla bilər, mənəviyyata daxil edilməməlidir.
Senekanın fəlsəfəsi əsasən əxlaqi fəlsəfədir. Onun görüĢlərinin
mərkəzi – yüksək əxlaqa malik olan insan Ģəxsiyyətidir. Lakin, bu Ģəxsiy-
yətin yaĢadığı cəmiyyətlə və dövlətlə sıx
bağlılığı vardır. Ġnsanın əqli, baĢqaları ilə
ünsiyyət bağlaması qabiliyyəti, onu bütün
təbiət üzərində yüksəltmiĢdir. Cəmiyyət isə,
təbiət tərəfindən təsis edilmiĢ bir tə-sisatdır.
Ayrı-ayrı adamlar, vahidlik təĢkil
edən cəmiyyətin fərdləridir. Beləliklə insanın vətəni bütün dünyadır.
Cəmiyyətin məkanı isə dünya sərhədləri daxilindədir. Ġnsanların ilkin
vəzifəsi – bir-birinə ziyan verməməsidir. Hər bir insan baĢqa insanlara qayğı
göstərməlidir, onları öz yaxınları kimi sevməlidir, onlara qarĢı rəhmli
olmalıdır. Hətta qullara qarĢı da rəhmli və ədalətli olmaq lazımdır.
Öz zamanəsində olan qüsurların tənqid edilməsi, insanların əxlaqi
cəhətdən tərbiyə edilməsi, onların iradələrinin möhkəmlənməsi ideyaları
Senekanın əxlaqi təlimində əsas yer tutur. Xeyrə can atan insan, dünyanı
dəyiĢə bilməsə də, yüksək fərdi mətanətə və mərdliyə malik ola bilər; bu
keyfiyyətlərin köməyi ilə, taleyin bütün sınaqlarından çıxıb, özünü təbiət
qanunlarının axarına ata bilər
274
. Belə olan təqdirdə ədalətsizliyin, Ģərin
kökləri Ģeylərdə deyil, ruhlardadır. Hətta insan baĢqa adamın tam mənada
273
Сенека А. Л. О счастливой жизни. СПб, 1913.
274
Ad Lucilium Epistulae morales 107, 7.
142
qulu ola bilməz. Ağa yalnız qulun bədəninin sahibi ola bilər, onun ruhunun
yox. Ruhun sahibi isə qulun özüdür.
Senekanın əxlaqi təliminin bu cür müddəaları gələcəkdə daha da
inkiĢaf etdirilib, xristian fəlsəfəsi və ilahiyyatında öz əksini tapmıĢdır.
Ümumiyyətlə xristian Kilsə xadimləri və mütəfəkkirləri Senekanın əxlaqi
təlimini çox yüksək qiymətləndirmiĢdirlər. Məsələn Tertullianus Senekanı
Xristianlığa çox yaxın olan bir Ģəxs adlandırmıĢdı. Laktantius deyirdi ki, heç
bir xristian Tanrı haqqında Senekadan daha doğru danıĢa bilməz. Daha sonra
Senekanın güya xristian olmasını subuta yetirmək üçün bəzi xristian
xadimləri onun apostol Pavlusla məktubaĢmasının olması haqqında Ģayələr
yaymıĢdılar və hətta dəlil kimi saxtalaĢdırılmıĢ məktublar yazmıĢdılar. Bu
məktublar haqqında Avqustinus Avrelius da söhbət açmıĢdı, lakin onların
doğru və ya saxta olmasından yazmamıĢdı. Orta əsrlərin Kilsə
yığıncaqlarında da Senekanın əxlaqi fikirləri tez-tez xatırlanırdı.
Senekanın əxlaqi fikirləri ilə, onun tale haqqında təlimi əlaqədədir. O
hesab edirdi ki, təbiətdə zərurət hökm sürür. Bütün baĢ verən hadisələr bu
zərurətə tabedir. Bu zərurət həm də təbiətin qanunudur. Zərurətdən (taledən)
qaçıb gizlənmək mümkün deyil. O belə bir təbii qanundur ki, ona istəklər və
ya dualar təsir etmir. Nə olmalıdır, o da olacaq. Bu cür fikirlər fatalizm
adlanır.
Fatalizm Senekanı panteizmə gətirir. Onun fəlsəfəsində Tanrı ilə
təbiət eyniləĢir. Tanrı hər Ģeyi bir məqsədə yönəldən qüvvədir. Tale kor-
koranə fəaliyyət göstərmir. O həm əqlə, həmdə Ģüura malikdir. O hər Ģeyi
əhatə edir və onun zərrəcikləri hər bir insanda vardır. Beləliklə, Senekanın
fəlsəfəsində tale ilahiləĢir və hər Ģeyə hökmranlıq edir. Onu heç nə dəyiĢə
bilməz. Buna görə hər bir həyati çətinliyə və bədbəxtliyə qarĢı mətin olmaq
lazımdır. Burada Seneka təbiətə də tabe olmaqdan söhbət açır. Ġnsan yalnız
təbiətə tabe olaraq xeyrə çata bilər. Əxlaqlı insan təbiət qanunlarına və taleyə
tabe olmalıdır.
Qeyd edildiyi kimi, Senekanın əxlaqi fikirləri sonralar Xristianlıq
tərəfindən qəbul edilib, inkiĢaf etdirilmiĢdir. Məsələn, o hesab edirdi ki,
insan təbiətində əvvəllər çirkab, pozqunluq, günah kimi qüsurlar olmamıĢdır.
Qüsurlar onun təbiətinə sonralar yerimiĢdi. Nəticədə insanın bədəni ruhun
zindanına çevrilmiĢdi. Sonra isə, ruh azad olur və göylərdə məmnunluq və
sakitlik Ģəraitində həyatını davam etdirir.
Xristianlıqda da insan təbiəti əvvəllər qüsurlardan azad olub, sonra isə
Adəm və Həvvanın günahı nəticəsində pozulmuĢdur. Lakin Senekanın
təlimindən fərqli olaraq, ruhun bədəndən azad olması və göylərdə
Dostları ilə paylaş: |