146
Ġkinci təbəqəni emosional insanlar təĢkil edir. Onlarda emosiyalar
(affektlər) və ehtiraslar, baĢqa hissləri üstələyir və onların mühitindən
qəhramanlar və igidlər çıxır. Bu adamlar dövlətin keĢiyində durub əsgərlik
xidmətlərini çəkməlidirlər.
Üçüncü təbəqəni isə, dünyaya bağlı olan, ruhları Ģəhvətə meyl edən
adamlar təĢkil edir. Onlar fiziki əməklə məĢğul olmalı və dövlətin rifahını
təmin etməlidirlər.
Yeni platoçuluq
Yeni platoçuluq antik dünyanın sonuncu fəlsəfəsi və mistik məktəbi
olmuĢdu. Onun yaranması və inkiĢafı bizim eramızın III əsrinə təsadüf edilir.
Bu dövr, eyni zamanda, xristian ilahiyyatının yaranması dövrü idi. Bu iki
dünyagörüĢü bir-biri ilə ideoloji mübarizə aparırdılar.
Yeni platoçuluğun yaranması və inkiĢafı, Roma imperiyasını bürümüĢ
siyasi-iqtisadi və mənəvi böhran dövrünə təsadüf edilir. Ġmperiya öz
süqutuna doğru irəlilədikcə cəmiyyətdə gələcəyə inamsızlıq, mənəvi boĢluq,
istibdada qarĢı etiraz hissləri dərinləĢirdi.
Bu Ģəraitdə müxtəlif dini-fəlsəfi və mistik təlimlərin cəmiyyətdə
yayılması labüd idi. Bütün imperiya boyu mövhumatlar, falçılıq və
cadugərliyin müxtəlif formaları sürətlə yayılırdı. Bununla yanaĢı, yalan,
Ģarlatanlıq, fırıldaqçılıq da yayılmıĢdı. Digər tərəfdən, Roma tərəfindən istila
olunmuĢ ölkələrin və xalqların müxtəlif mistik və dini təlimləri də sürətlə
yayılırdı. Burada misir tanrısı Osiris və Frigiya tanrısı Attis kimi ölən və
dirilən tanrıların, Mitra adlı Ģərə qarĢı mübarizə aparan Ġran mənĢəli tanrının
kultları yayılmıĢdı.
Qədim yunan və roma dini inancları dərin böhran içində idilər.
Onların cəmiyyətə təsiri tədricən zəifləyirdi. Bəzi inanclar ġərqdə yayılmıĢ
inanclarla qarıĢıq Ģəkildə təzahür edirdi. Bu Orfeus (Orpheus) və Hermes
adlı tanrıların ardıcıllarında öz əksini tapmıĢdı.
Ənənəvi dini görüĢlərin böhranı, rəsmi dövlət baĢçılarının kultunu da
yaratmıĢdı. Ġmperatorların, Senatın Ģərəfinə məbədlər, heykəllər qoyulurdu.
Bundan əlavə romalılar müxtəlif ―kiçik‖ tanrılara və ruhlara inanırdı.
Yeni platoçuluq fəlsəfəsi bu cür mürəkkəb sosial-siyasi böhran
Ģəraitində meydana gəlmiĢdi. Ġdealist və mistik təlim olduğuna görə o
tədricən materialistsayağı təlimləri ortadan çıxarırdı. O Ģəraitdə bu proses
qaçılmaz idi. Lakin, eyni zamanda, yeni platoçuluq qədim yunan və roma
fəlsəfəsinin müddəalarını özündə əks etdirmiĢdi, onların qoruyucusuna
çevrilmiĢdi. Xristianlıqdan fərqli olaraq, yeni platoçuluq daha da çox hakim
147
dairələrin, ziyalıların arasında yayılmıĢdı. Xristianlığa qarĢı çıxıĢ edən
Romanın hakim dairələri çox vaxt məhz yeni platoçuluq ideyalarına
arxalanıb, onları Xristianlığa alternativ bir dünyagörüĢü kimi qələmə
verirdilər. Məsələn, bu cür addımı imperator Yulianus (361-363) atmıĢdı. O,
Xristianlığın hakim dinə çevrilməsinə baxmayaraq, köhnə inancları bərpa
etməyə, onların Xristianlıqla bərabər imperiyada yayılmasına cəhdlər
etmiĢdi. Lakin, onun ölümündən sonra, Xristianlıq yenidən öz mövqeyini
möhkəmləndirmiĢ və antik dünyanın sonuncu dünyagörüĢü təlimi olan yeni
platoçuluğu ortadan çıxarmıĢdı. Bundan sonra antik dövr sona çatmıĢ və orta
əsrlər dövrünə qədəm qoyulmuĢdu; Aralıq dənizi hövzəsi ətrafında olan
ərazilərdə xristian dininin və fəlsəfəsinin hökmranlıq dövrü baĢlanmıĢdı.
Sonuncu yeni platoçuların məktəbi Afinada yerləĢirdi. VI əsrdə imperator
Yustinianos onun bağlanması haqqında əmr vermiĢdi.
Yeni platoçuluğun üç tarixi məktəbi olmuĢdur. Birincisi, İsgəndəriyyə-
Roma məktəbidir. Onun ən görkəmli nümayəndəsi Ammonius Sakkas
olmuĢdu. Plotinus da bu məktəbə aid idi (III əsr). Ġkinci məktəb Suriya
məktəbi idi. Onun ən məĢhur təmsilçisi Yamblikos olmuĢdu(IV əsr). Üçüncü
məktəb isə, Afina məktəbi idi. Onun tanınmıĢ nümayəndəsi Proklus olmuĢdu
(V əsr).
Ammonius Sakkas
Yeni platoçuluğun yaradıcısı Ġsgəndəriyyəli Ammonius Sakkas (175-
242) hesab olunur (b.e.ə. 175-242 illər). O xristian ailəsində tərbiyə almıĢdı.
Lakin sonra o, Xristianlığın əleyhinə çıxıĢ edib, yeni platoçuluğun əsasını
qoymuĢdu. Lakin ondan heç bir yazılı ədəbiyyatın qalmadığından, onun
fəlsəfi fikirlərini bərpa etmək çox çətindir. Məlumdur ki, onun bədən və ruh
haqqında dualist fikirləri var idi. Ammoniusun fikrincə, bədəndə cisimsiz
ruh vardır. Və bu ruh bədənin təbiətindən fərqlidir, maddə deyildir. O
yuxuda və ya düĢünən zaman (ayıq olan vaxtı) insanın bədənindən
müvəqqəti ayrıla bilər. Ammoniusun bir sıra tanınmıĢ tələbələri olmuĢdu.
Onların arasında Plotinus və Origenus olmuĢdular.
Plotinus
Yeni platoçuluğun nəzəri əsasları isə Plotinus (ikinci Plato) (204–270)
tərəfindən yaradılmıĢdır. Deyildiyi kimi, o, Ammonius Sakkasın tələbəsi
olmuĢdu. Plotinus Misirdə anadan olmuĢdu və cavanlığını o zamanın mədəni
mərkəzi olan Ġsgəndəriyyədə keçirmiĢdi. Burada o, A. Sakkasdan dərs
almıĢdı. Təxminən 40 yaĢında Plotinus Romaya köçdü. O vaxtlar Roma
imperiyasını dərin siyasi-ictimai böhran bürümüĢdü. Fars və hind
148
dünyagörüĢü ilə yaxından tanıĢ olmaq istəyən Plotinus, imperator III
Qordianusun (Gordianus) Ġrana qarĢı hərbi yürüĢündə iĢtirak etmiĢdi. Lakin,
o yürüĢ roma ordusunun məğlubiyyəti ilə baĢa çatmıĢdı. Plotinus isə yalnız
təsadüf nəticəsində sağ qalmıĢdı.
Romaya qayıdandan sonra, Plotinus, 244-cü ildən sonra, orada məktəb
yaratmıĢdır və 25 ilə yaxın müddət ərzində ona baĢçılıq etmiĢdi. Bu
məktəbdə müxtəlif ictimai təbəqələrin və millətlərin nümayəndələri təhsil
alırdılar.
Əvvəlcə Plotinus öz təlimini yalnız Ģifahi tədris edirdi. YaĢa dolandan
sonra o, öz fikirlərini yazmağa baĢlamıĢdır. Plotinusun tələbəsi Porfirios isə
onun əsərlərini yığmıĢ, redaktə etmiĢ və altı fəsilə bölmüĢdür. Bu fəsillər isə,
öz növbəsində, doqquz hissədən ibarətdir. Buna görə də əsər «Ennadalar»
(Enneadis) adlanır
276
.
Plotinus
bütün
varlığı vahid Ģəkildə görürdü, yəni onun
dünyagörüĢünün əsasını monizm təĢkil edirdi. Plotinusun Vahidi - tanrıdır.
Məsələyə bu cür yanaĢılırsa, onda dünyada olan çoxluq və müxtəlifliyi izah
etmək lazımdır. Yəni, əgər bütün varlıq Vahidin törəməsidirsə və onunla
vəhdət təĢkil edirsə, onda bu Vahid qalan varlıqlarla eyniləĢməli,
bərabərləĢməli, qarıĢmalı, yoxsa öz fərdiliyini saxlamalıdır?
Bu suala cavab verən Plotinus, Vahidi fərdiləĢdirir və hər Ģeydən
ayırıb, onların üstündə qoyur. Lakin, bu halda Vahid dərk olunmaz,
duyulmaz, görünməz olur. Onun hətta mövcud olması sual altına qoyulur.
Bu da Plotinusun fikrincə təbiidir, çünki Vahidin mövcud olması iddiası, onu
müəyyən çərçivəyə salmaq, zaman və məkanda təsəvvür edilməsi deməkdir.
Beləliklə Vahiddən hər Ģey törənir, lakin o özü hansısa forma, sərhəd
anlayıĢlarına sığmır, hər cür mövcudiyyətdən və təfəkkürdən daha üstündür,
276
―Enneada‖ - doqquz deməkdir. Əslində Enneada - qədim Misir əsatirlərində
Heliopolis Ģəhərinin ilk doqquz tanrısı deməkdir (Atum, ġu, Tefnut, Heb, Nut,
Osiris, Ġsis, Set, Neftis). Bu Enneadanın tanrıları Misirin ilk çarları hesab olunurlar.
BaĢqa Ģəhərlərin öz tanrı doqquzluqları var idi.
Plotinusun ―Enneadaların‖ mətni:
Ġngilis dilində: Plotinus. The Enneads. Translated by Stephen Mackenna and John
Dillon. London: Penguin, 1991.
http://classics.mit.edu/Plotinus/enneads.html
Rusca: Эннеады. перевод с греческого языка под редакцией профессора Г. В.
Малеванского и др. (часть переводов с английского перевода Маккена)
http://www.philosophy.ru/library/plotin/01/0.html
Dostları ilə paylaş: |