152
Yamblikos
Yeni platoçuluğun suriya məktəbinin yaradıcısı Yamblikos (250-330)
olmuĢdur. O IV əsrdə yaĢamıĢdır. Onun əsli Suriyanın Xalkida Ģəhərindən
idi. Yamblikos Romada təhsil almıĢ, sonra isə Suriyanın Apameya Ģəhərində
fəlsəfədən dərs verirdi. O bir sıra kitabların müəllifi idi.
Yamblikos Plotinusun davamçısı olaraq, onun Vahid, Əql, Ruh üçlüyü
haqqında monistik təlimini bir qədər fərqli Ģəkildə təsəvvür edirdi. Məsələn
o, Vahidi ikiyə bölmüĢdür. Birinci Vahid Plotinusda olduğu kimi hər bir
varlıqdan daha ücadır. Ġkincisi isə özündən sonra gələn hər Ģeyin
baĢlanğıcıdır. Burada Yamblikos, Vahidlə Əql və Vahidlə çoxluq arasında
keçid mərhələsini ortalığa çıxarmıĢdı.
Bunu Yamblikos Əql anlayıĢına da aid edirdi. Yəni Əql də ikiyə
bölünür. Birincisi hər bir var olan Ģeyin paradiqmasıdır (ilk obrazıdır).
Ġkincisi isə ideyaların toplusudur. Hər Ģeyin paradiqması olan birinci Əqlin
tərkibi vahid deyil, ata (varlıq) - potensiya (varlığın mümkünlüyü) - əqlin
özü
(varlığın
həqiqiliyi kimi, onun mümkünlüyünün düĢünülməsi)
üçlüyündən ibarətdir. Bu üçlüyün hər bir üzvü, ayrıca varlıqlardır və onlar
tanrılardır. Bu cür bölgünü Yamblikos ikinci Əqlə, sonra Ruha və onun
hissələrinə aid edir. Beləliklə dünyanın üstündə duran Vahidə, Əqlə və Ruha
aid tanrılar panteonu
283
yaradılır. Onların ardınca dünyanın içində olan
tanrılar gəlir. Onlar isə öz növbəsində 12 səmavi (göy) tanrıya bölünür. Bu
tanrılar da 36, onlar isə 360 tanrıya bölünür.
Bu bölgü çox güman ki, hansısa daha qədim dini inanclar, magiya və
astroloqiya əsasında aparılıb. Yamblikosa görə, insan və heyvan ruhlarının
təbiəti fərqlənir. Ġnsan ruhu əqllə dərk edilən təbiətlə əlaqəlidir. Bu keyfiyyət
heyvanlara aid edilə bilməz.
Yamblikos, Porfirios kimi, teurgiya ilə məĢğul olurdu
284
. Onun
tanrılara ibadət edən zamanı, yer üzərində qalxması, iĢığ saçması haqqında
əfsanələr gəzirdi.
Göründüyü kimi, Yamblikos, tənəzzülə uğrayan, Xristianlıqla artıq
rəqabət aparmaq iqtidarında olmayan politeizmin dirçəldilməsi üçün, əlindən
gələni edirdi. Bu yolda o, qədim yunan-roma fəlsəfəsini daha da
mifləĢdirirdi.
283
Panteon (yunanca ―pantheion‖ – bütün tanrıların məbədi deməkdir) – çoxtanrılı
dinlərdə xalq tərəfindən ibadən edilən bütün tanrılar. Qədim Yunanıstanda ―bütün
tanrılara‖ məbədlər tikilirdi.
284
Teurgiya (yunanca ―Theurgie‖) – tanrıların rəğbətini qazanmaq üçün, onların
iradəsinə təsir etmək sənəti, qabiliyyəti. Magiyanın bir növüdür.
153
Yamblikosun bir çox ardıcılları vardır. Onlardan ən məĢhuru
imperator Yulianus (Julianus) olmuĢdur. Onun taxta qalxması zamanı
Xristianlıq artıq Romada aparıcı ideologiyaya çevrilmiĢdi. Yulianus isə, öz
qısa hakimiyyəti dövründə (361-363), bütpərəstliyə Xristianlıqla bərabər
dövlət dini statusu vermək istəyirdi. Lakin onun Ġrana qarĢı müharibədə
həlak olmasından sonra, Xristianlıq yenidən dövlət dininə çevrildi və bu
proses artıq geriyə dönməz oldu. Bütpərəstlik artıq öz məhvinə doğru
gedirdi.
Proklus
Yeni platoçuluğun Afina məktəbinin ən məĢhur nümayəndəsi Proklus
idi (410-485). O bir çox kitab müəllifi olmuĢdu və bu kitablrın bir çoxu
bizim zamanımıza qədər gəlib çatmıĢdır. Bunların arasında Platonun
«Timaeus» (Timeus), «Parmenides», «Alcibiades» (Alkibiades), «Cratylus»
(Kratilus) əsərlərinə edilən Ģərhlər, ―ġərlərin mahiyyəti haqqında‖ kimi
kitablar vardır.
Digər neoplatoçular kimi, Proklus da dünyanı Vahidin (tanrının)
emanasiyası kimi təsəvvür edirdi. O, emanasiyanı triadik (üç mərhələli)
inkiĢafda görürdü. Lakin bu inkiĢaf əslində tənəzzül idi, çünki o, əks
istiqamətdə gedirdi: kamildən naqisə, iĢıqdan zülmətə. Triadik hərəkətin
birinci mərhələsi Vahiddə yerləĢmədir. Yəni törənən Ģeyin törədəndə
olmasıdır (mone). Ġkinci mərhələ onun çıxmasıdır (proodos). Üçüncü
mərhələ isə törənənin törədiciyə qayıtmasıdır (epistrofe).
Ümumiyyətlə üçlük ideyasını (triadanı) Proklus varlığın bütün
aspektlərinə aid edir. Varlıq Vahid, Əql və Ruh üçlüyündən ibarətdir. Vahidi
Proklus ilahiləĢdirir. O hər Ģeyin əvvəlidir, hər Ģeydən ucadır. O dərk
edilməz və sözlə ifadə edilməzdir.
Vahiddən emanasiya (axma) nəticəsində çoxluq yaranır. Bu
―hennada‖ adlanan vahidlərdir. Onlar tanrılar kimi təsəvvür edilir və ideal
aləmdə olan ilk çoxluğun mərhələsini təĢkil edir. Lakin Vahid və ondan
törənən ―hennadalar‖ varlığın üstündə durur. Proklusun ikinci üçlüyü olan
Əql də üçə bölünür. Əvvəlcə o özü-özündə mövcuddur. Bu düĢünülən əqldir
(noetoy). Sonra əql özü-özündən çıxıb, özü-özünü düĢünür. Bu düĢünən
əqldir (noeroy). Nəhayət, əqlin özü-özünə, noeroyun noetoya qayıdıĢı baĢ
verir və sintez alınır. Bu mərhələdə daha sonra yeni üçlüklər yaranır. Onlar
üçlüklərdən ibarət halqaları təĢkil edir. Bu halqalar hebdomada (yeddiliklər)
adlanır. Əqlin bu üçlüyü (triadası) yunan tanrıları Kronos, Zevs və Reya ilə
eyniləĢir. Hebdomadada olan üçlüklərin hər bir üzvü də bir tanrı ilə eyniləĢir.
Noetoy və noeroy da onlara tabe olan tanrılaĢmıĢ üçlüklərə bölünür.
Dostları ilə paylaş: |