Aydın Mədətoğlu (Qasımlı) TÜRKÇÜLƏR (Tarixi – siyasi-ideoloji oçerklər)


Qəhrəman milləti gördü ya, bir az silkindi



Yüklə 2,55 Mb.
səhifə55/67
tarix30.12.2023
ölçüsü2,55 Mb.
#165082
1   ...   51   52   53   54   55   56   57   58   ...   67
A Mədətoğlu-Turkculər

Qəhrəman milləti gördü ya, bir az silkindi
Leş yeyən qarğaların səsləri birdən dindi.

Və ya



Zülmü alqışlayamam, zalımı əsla sevəməm,
Gələnin keyfi üçün keçmişə qalxıb söyəməm,
Biri əcdadıma saldırdımı, hətta boğaram.

Mehmet Akif səmimi bir müsəlman, sarsılmaz bir iman və hərəkat adamı idi. Onun qədər heç bir şair millət və vətən sevgisini İslamiyyətlə bu qədər gözəl birləşdirə bilməmiş, Türkün ən böhranlı dövürlərində vətən uğrunda şəhidliyi, qəhrəmanlığı millətə onun qədər sevdirə bilən olmamışdır.


İslam dinini Mehmet Akif bir qəhrəmanlıq dini, bir vətən sevgisi, mücadilə eşqi və hüququ qoruyan bir inanc sistemi olaraq qəbul etmiş, ilk yaradıcılıq dövrlərində “İslam birliyi”nin ən atəşin təbliğatçılarından olmuşdur.
Mehmet Akifə görə, bir çox mütəfəkkirlər belə İslam dinini tam anlamamış, yanlış fikirlər söyləmiş müsəlmanların geri qalmalarının səbəbini İslam dinində görmüşlər .Mütəfəkkir göstərmişdi ki: “Əgər İslam aləmi texnika və texnologiyada geridirsə, bunun səbəbini dində deyil,
İslamiyyət adına yanlış və xətalı davranışlarda aramaq lazımdır” .


Mütəfəkkirlərimiz dini də heç anlamamış,
Ruhi-İslami tələqqiləri qayət yanlış.
Bilmiyorlar ki, ülumun əzəli dayəsidir
Bəşərin bir gün olub yüksəldəcək payəsidir.
...Şəhamət dini, qeyrət dini ancaq Müsəlmanlıqdır,
Həqiqi Müsəlmanlıq ən böyük qəhrəmanlıqdır.

Mehmet Akifin, demek olar ki, bütün şeirləri dini və milli xarakterlidir. O, Türk toplumunu təlim-tərbiyə məktəbi olan camilərdə mövcud ətalətdən qurtulmağa, iman, əxlaq və milli hiss- sahibi olmağa səsləmişdir. Onun fikrincə, millətlər dinə estetik baxımdan yanaşmalıdırlar. Ona görə də dahi şair şeirlərində daha çox dini həyəcanları tərənnüm etmişdir. O, “Xüsusi təşkilat” görəvlisi olaraq Qərb və Ərəb dünyasına gedərkən də Türk milli bütünlüyünü əsas götürmüş, milliyətçilik yerinə dinin şəkilləndirdiyi ictimai-mədəni həyatı da milli sayaraq o sahədəki “xəstəlikləri” tədavü etməyə çalışmış, şeirlərində əruz vəznini işlətsə də, bədii təfəkkür üsullarında milli şeir örnəkləri yaratmışdır. (Seçmələr bizimdir –A.M. Bax: Sadık Kemal Tural, İkinci Məşrutiyet döneminde Türk edbiyyatı, Türk dünyası, III cilt, ikinci baskı, Ankara. 1992. Səh.493).


Sonralar Mehmet Akif Ərsoyun 1933-cü ildə nəşr etdirdiyi “Kölgələr” adlı şeir kitabında onun dinə münasibəti pessimist xarakter daşımışdır. Tədqiqatçıların fikrincə,bunun səbəbi Cümhuriyyətin ilk illərində İslami dəyərlərə münasibətin başqa şəkil alması idi. Ona görə də mütəfəkkirin qəlbinə hakim kəsilən İslami hissləri yaşatmaq üçün o, vətənini tərk edərək Misirə getmiş, orada Türk dili və ədəbiyyatı müəllimi işləmiş, lakin ağır xəstələndiyindən ölümünün yaxınlaşdığını hiss edib vətəninə qayıtmış, 1936-cı ildə İstanulda vəfat etmişdir. Ölümünə rəsmi dairələr tərəfindən heç bir reaksiya verilməsə də, vətənsevər Türk milli gəncləri İstiqlal şairinin tabutunu Türkiyə Cümhuriyyətinin Ay Yıldızlı Al Bayrağına bükərək sadə bir törənlə dəfn etmişlər. (Seçmələr bizimdir – A.M. Bax: Şerif Aktaş, Cümhuriyet devri Türk edebiyatı, Türk dünyası, III cilt, II baskı, Ankara. 1992. Səh.507; Prof. Dr. Ercüment Konukman, Topluluqtan Millete, İstanbul. 1989.səh 121-128; Elman Quliyev, göstərilən əsəri, səh.76).
Türk tarixinin milli birlik və bərabərlik örnəklərindən ən canlısı, şübhəsiz ki, milli mücadilə ilə bağlıdır. Milli mücadilə ruhu qılıncla qələmin birləşdiyi, maddi gücün mənəvi güclərlə bütövləşdirildiyi anlarda başarılı olur. Bu ruh Türklərə qarşı vuruşan bir çox ordunun qarşısında Türkün mənəvi gücü ilə düşmən ordularını yendiyi, tarixin istiqamətini dəyişən “Çanakkala Savaşı”nda özünü göstərdi. Bu münasibətlə Mehmet Akif özünün məşhur “Çanakkala şəhidlərinə” dastanını yazmışdı. Bu şeirində şair yenilməz Türk əskərinin şəhidliyində ölümsüzlüyünü tərənnüm etmişdi:



Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə