120
Fəğfur (an.) – Hərfən “Tanrı oğlu” deməkdir. Çin hüdudla-
rında yaĢayan türk Ģahzadələrinin və Çin imperatorlarının titulu.
“Ərəb və fars sözləri lüğəti”ndə isə “fəğfur” fars sözü hesab
edilir və “çini, farfor; Çin imperatorlarının titulu, boqdıxan”
kimi izah olunur.
Əgər “fəğfur” sözü rus dilinə “farfor” kimi keçmiĢsə, gör bu
söz hansı dəyiĢikliyə məruz qalmıĢdır. Bizə elə gəlir ki, “fəğfur”
türk sözüdür və iki kökdən ibarətdir: fəğ və fur. “Fəğfur” hərfən
“Tanrı oğlu” və “boqdıxan” kimi izah olunursa, demək, bu sözün
birinci komponenti olan “fəğ” – Tanrı və ya Bağ, Boq deməkdir.
Tanrı və Bağ türk dillərində, Boq isə ruslarda Allah deməkdir.
Son vaxtlarda “boq” sözünün türk dillərində olan “bay”,
“bəy”, “bek”, “bik” sözlərindən düzəlməsi haqqında geniĢ təd-
qiqatlar aparılmaqdadır. “Bəy” isə böyük, baĢçı, rəhbər, idarə
edən və s. kimi mənalar bildirir. Demək, “Bağ” sözündən düzə-
lən “Boq” ilə “Tanrı” sinonim teonimlərdir. “Fəğ” isə “Boq”
(daha doğrusu, “Bağ”) adının Çin, sonra isə ərəb və fars dillə-
rində fonetik cəhətcə dəyiĢdirilmiĢ formasıdır. B – p – f və y – ğ
– q səslərinin bir dildən baĢqa(hətta türk dillərində də) dilə ke-
çərkən dəyiĢilməsi təbii haldır.
Türk dillərində “sarı” sözü rəng bildirməkdən əlavə, sar
(Ģahinlər sinfinə mənsub olub, quruda və suda yaĢayan quĢdur.
Qədim türklərdə totem olmuĢdur), sar (qağayı), qızıl, GünəĢ,
parlaq, parıltı, parıldamaq, parlamaq və s. mənalarını da bildirir.
Bizə elə gəlir ki, parlaq, parıltı, parlamaq və s. kimi sözlərin
əsasında “par” sözü durur. Rus dilində buxar mənasında olan bu
söz öz formasını qoruyub saxlamıĢdır. Əgər “parlamaq” felini
sözaçımı baxımından izah etsək, “par” Azərbaycan dilində əv-
vəlki mənasına uyğun mənasız səs toplusunu andırır. Hazırda
dilimizdə parlamaq, parıldamaq felləri, parlaq, parıltı, par-par
(parıldamaq) sözləri varsa və onlar iĢıqlı, iĢıq saçmaq, iĢıltı və s.
mənalarını ifadə edirsə, demək, vaxtilə dilimizdə müstəqil mə-
naya malik “par” sözü də olmuĢdur. Və o, Ģüa mənasında iĢlən-
miĢdir. ġüa isə ərəb sözüdür, GünəĢdən və iĢıq mənbəyindən
gələn iĢıq tellərindən hər biri kimi izah olunur.
121
Nücum elmində və ġərq poeziyasında “sarı” eyni zamanda
yeddi planetdən (bax: Yeddi qardaĢ) biri olan GünəĢin adıdır.
“Yeddi qardaĢ”ın digər planetlərinin hərəsi bir rəngin(qırmızı,
qara, ağ və s.) rəmzi məna daĢısalar da, sarı rəngdədirlər və
onları da GünəĢ iĢıqlandırır və sarı edir.
Demək, “par”(parlaq, parıltı, parlamaq) sözü sarı rəng yox,
onun bir hissəsini, yəni Ģüasını əhatə edir.
“Par” sözünün fonetik dəyiĢikliyə uğramıĢ forması olan
“fur”, ərəb və fars dillərində olan “fər” və ya “fərr” lüğətlərdə
elə “parlaqlıq, iĢıq, nur, aydınlıq – gözün iĢığı, bəzək, zinət
(Dünyanın bəzəyi isə GünəĢdir) və s. kimi izah olunur. Eyni
zamanda “fər”(və ya fərr) ərəb və fars sözləri kimi göstərilir.
Məlumdur ki, “fər”in ərəb dilində budaq, qol-budaq, Ģöbə, əsas
olmayan və s. kimi mənaları da vardır. Bunların hamısı Ģüa mə-
nasında olan “par” sözü ilə uyğun gəlir. Rus dilindəki “par” (bu-
xar) sözü də “əsas olmayan” kimi izah olunmuĢdur.
Fars dilində pəri, qanad mənasında olan pər(əsas olmayan,
Ģüa kimi əsasdan ayrılan mənasındadır), kəpənək mənasında
olan pərvanə, gözəllər yurdu mənasında olan Fərxar, Allah mə-
nasında olan pərvərdigar, Firidun(fər və od sözlərindən düzəlmiĢ
və odun Ģüası deməkdir), Fərhad(fər və od sözlərindən düzəlmiĢ
və odun Ģüası deməkdir), yunan dilindəki fara və baĢqa sözlər-
dəki pər və fər də par sözündən düzəlmiĢ, bu və ya digər cəhətcə
“parıltı” sözü ilə əlaqədardır.
Fars dilində “für”ü “fər”in cəmi(budaqlar, Ģöbələr) hesab edirlər.
ĠĢıq, nur, ziya, Ģölə mənalarını bildirən “füruğ” sözünü də ərəb sözü
kimi aydınlaĢdırmıĢlar. Bizə elə gəlir ki, tərkibində pər, fər, fir və s.
ərəb və fars sözlərinin hamısı türk dillərinə mənsub olan “par”dan
əmələ gəlmiĢdir. Lakin bunlar bir-biri ilə o qədər qaynayıb-qarıĢ-
mıĢdır ki, onların mənĢəyinin izahı ziddiyyətli görünə bilər.
ZərdüĢtilərin dini təliminə görə, Ģahın baĢının ətrafında
Ahuramazdanın (atəĢpərəstlərin allahı) haləsi olmalı idi və hə-
min haləyə fərr deyərdilər. “Halə” ərəb sözüdür və Ayın ətra-
fında görünən parlaq dairə deməkdir. Əgər “fər” Ay və GünəĢ
122
Ģüasını andıran halə(dairə) Ģəklində olurdusa, demək, Ģahın tacı
da GünəĢ və ya Ay formasında olmalı idi.
Beləliklə, “Fəğfur” adı “Tanrı oğlu” mənasında olan “GünəĢ
parıltısı” (Ģüası) deməkdir. GünəĢ – Tanrı, parıltı – Ģüa isə onun
oğludur.
Yəqin ki, qədim Misir hökmdarlarının adı olan Firon (Faraon,
Firovn) adındakı “fir”(far) sözü “fur”la bağlıdır, “on” hissəciyi
isə cəmlik bildirən ünsürdür, Firon – Furlar(bax) deməkdir. Bax:
ZərdüĢt, Qeycər.
“Xəmsə”də Çin dedikdə, Çin hüdudlarında yaĢayan türklər,
Fəğfur (Ģifahi xalq ədəbiyyatında isə Fəxfur, Pəxpur və s.), Çin
xaqanı dedikdə isə onların hökmdarları nəzərdə tutulur.
Verdiyi peymana edib xəyanət,
Fəğfur göstərmədi əhdə sədaqət (YG-275).
“Xəmsə”nin “Ġzahlar”ında və digər mənbələrdə “fəğfur” gah
qədim türk Ģahzadələrinin, gah da Çin imperatorlarına verilən titul
kumi izah olunsa da, bu, xalis türk mənĢəli sözdür, Çin, ərəb, fars
və digər dillərə də fonetik dəyiĢikliyə uğrayaraq keçmiĢdir.
Fəğfur (məc. an.) – Fəğfur Atabəy Məhəmmədin quluna
bənzədilir.
O elə bir Ģahdır, onun hər zaman
Qapısını öpür Fəğfurla Xaqan (Xġ-35).
Fəlatus (top.) – Bir Ģəhərin və ya yaĢayıĢ yerinin adıdır ki,
oranın xalqı bacarıqsızlıq və acizliklə məĢhur imiĢ.
Əflatun, Fəlatus xalqıtək nadan
O yerdə əskikdi bir aciz rusdan (Ġ-328).
Fələkəddin Əhməd (an.) – Marağa hakimi Körpə Arslan
Ģahın kiçik oğlu. Atasının ölümündən sonra cəmi bir ay (IV-
1208) Marağa və Ruyindiz qalasına hökmranlıq edib.
Bu antroponimik birləĢmədə birinci komponent dini fəxri ad
(“fələk” - ərəbcə göy, asiman; qədim münəccimlərin etiqadına
görə, hər bir səyyarəyə məxsus olan göy təbəqəsi deməkdir. “Fə-
ləkəddin” isə “dinin səması” mənasında iĢlənir), ikinci kompo-
nenti isə əsl addır. Görünür ki, Körpə Arslanın ikinci oğlu, dini
fəxri adı Fələkəddin olan Əhməd astrologiya ilə məĢğul olurmuĢ.
Dostları ilə paylaş: |