Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə40/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   36   37   38   39   40   41   42   43   ...   138

120 

Fəğfur (an.) –  Hərfən “Tanrı oğlu” deməkdir. Çin hüdudla-

rında yaĢayan türk Ģahzadələrinin və Çin imperatorlarının titulu. 

“Ərəb  və  fars  sözləri  lüğəti”ndə  isə  “fəğfur”  fars  sözü  hesab 

edilir  və  “çini,  farfor;  Çin  imperatorlarının  titulu,  boqdıxan” 

kimi izah olunur. 

Əgər “fəğfur” sözü rus dilinə “farfor” kimi keçmiĢsə, gör bu 

söz hansı dəyiĢikliyə məruz qalmıĢdır. Bizə elə gəlir ki, “fəğfur” 

türk sözüdür və iki kökdən ibarətdir: fəğ və fur. “Fəğfur” hərfən 

“Tanrı oğlu” və “boqdıxan” kimi izah olunursa, demək, bu sözün 

birinci komponenti olan “fəğ” – Tanrı və ya Bağ, Boq deməkdir. 

Tanrı və Bağ türk dillərində, Boq isə ruslarda Allah deməkdir. 

Son  vaxtlarda  “boq”  sözünün  türk  dillərində  olan  “bay”, 

“bəy”,  “bek”,  “bik”  sözlərindən  düzəlməsi  haqqında  geniĢ  təd-

qiqatlar  aparılmaqdadır.  “Bəy”  isə  böyük,  baĢçı,  rəhbər,  idarə 

edən və s. kimi mənalar bildirir. Demək, “Bağ” sözündən düzə-

lən  “Boq”  ilə  “Tanrı”  sinonim  teonimlərdir.  “Fəğ”  isə  “Boq” 

(daha  doğrusu,  “Bağ”)  adının  Çin,  sonra  isə  ərəb  və  fars  dillə-

rində fonetik cəhətcə dəyiĢdirilmiĢ formasıdır. B – p – f və y – ğ 

– q səslərinin bir dildən baĢqa(hətta türk dillərində də) dilə ke-

çərkən dəyiĢilməsi təbii haldır. 

Türk  dillərində  “sarı”  sözü  rəng  bildirməkdən  əlavə,  sar 

(Ģahinlər sinfinə mənsub olub,  quruda və suda  yaĢayan quĢdur. 

Qədim  türklərdə  totem  olmuĢdur),  sar  (qağayı),  qızıl,  GünəĢ, 

parlaq, parıltı, parıldamaq, parlamaq və s. mənalarını da bildirir. 

Bizə  elə  gəlir  ki,  parlaq,  parıltı,  parlamaq  və  s.  kimi  sözlərin 

əsasında “par” sözü durur. Rus dilində buxar mənasında olan bu 

söz  öz  formasını  qoruyub  saxlamıĢdır.  Əgər  “parlamaq”  felini 

sözaçımı  baxımından  izah  etsək,  “par”  Azərbaycan  dilində  əv-

vəlki  mənasına  uyğun  mənasız  səs  toplusunu  andırır.  Hazırda 

dilimizdə  parlamaq,  parıldamaq  felləri,  parlaq,  parıltı,  par-par 

(parıldamaq) sözləri varsa və onlar iĢıqlı, iĢıq saçmaq, iĢıltı və s. 

mənalarını  ifadə  edirsə,  demək,  vaxtilə  dilimizdə  müstəqil  mə-

naya malik “par” sözü də olmuĢdur. Və o, Ģüa mənasında iĢlən-

miĢdir.  ġüa  isə  ərəb  sözüdür,  GünəĢdən  və  iĢıq  mənbəyindən 

gələn iĢıq tellərindən hər biri kimi izah olunur. 



121 

Nücum  elmində  və  ġərq  poeziyasında  “sarı”  eyni  zamanda 

yeddi  planetdən  (bax:  Yeddi  qardaĢ)  biri  olan  GünəĢin  adıdır. 

“Yeddi  qardaĢ”ın  digər  planetlərinin  hərəsi  bir  rəngin(qırmızı, 

qara,  ağ  və  s.)  rəmzi  məna  daĢısalar  da,  sarı  rəngdədirlər  və 

onları da GünəĢ iĢıqlandırır və sarı edir. 

Demək,  “par”(parlaq,  parıltı,  parlamaq)  sözü  sarı  rəng  yox, 

onun bir hissəsini, yəni Ģüasını əhatə edir. 

“Par”  sözünün  fonetik  dəyiĢikliyə  uğramıĢ  forması  olan 

“fur”,  ərəb  və  fars  dillərində  olan  “fər”  və  ya  “fərr”  lüğətlərdə 

elə  “parlaqlıq,  iĢıq,  nur,  aydınlıq  –  gözün  iĢığı,  bəzək,  zinət 

(Dünyanın  bəzəyi  isə  GünəĢdir)  və  s.  kimi  izah  olunur.  Eyni 

zamanda  “fər”(və  ya  fərr)  ərəb  və  fars  sözləri  kimi  göstərilir. 

Məlumdur ki,  “fər”in  ərəb dilində  budaq, qol-budaq, Ģöbə,  əsas 

olmayan və s. kimi mənaları da vardır. Bunların hamısı Ģüa mə-

nasında olan “par” sözü ilə uyğun gəlir. Rus dilindəki “par” (bu-

xar) sözü də “əsas olmayan” kimi izah olunmuĢdur.  

Fars  dilində  pəri,  qanad  mənasında  olan  pər(əsas  olmayan, 

Ģüa  kimi  əsasdan  ayrılan  mənasındadır),  kəpənək  mənasında 

olan pərvanə, gözəllər  yurdu mənasında olan Fərxar, Allah mə-

nasında olan pərvərdigar, Firidun(fər və od sözlərindən düzəlmiĢ 

və odun Ģüası deməkdir), Fərhad(fər və od sözlərindən düzəlmiĢ 

və  odun  Ģüası  deməkdir),  yunan  dilindəki  fara  və  baĢqa  sözlər-

dəki pər və fər də par sözündən düzəlmiĢ, bu və ya digər cəhətcə 

“parıltı” sözü ilə əlaqədardır. 

Fars dilində “für”ü “fər”in cəmi(budaqlar, Ģöbələr) hesab edirlər. 

ĠĢıq, nur, ziya, Ģölə mənalarını bildirən “füruğ” sözünü də ərəb sözü 

kimi aydınlaĢdırmıĢlar. Bizə elə gəlir ki, tərkibində pər, fər, fir və s. 

ərəb və fars sözlərinin hamısı türk dillərinə mənsub olan “par”dan 

əmələ  gəlmiĢdir.  Lakin  bunlar  bir-biri  ilə  o  qədər  qaynayıb-qarıĢ-

mıĢdır ki, onların mənĢəyinin izahı ziddiyyətli görünə bilər. 

ZərdüĢtilərin  dini  təliminə  görə,  Ģahın  baĢının  ətrafında 

Ahuramazdanın  (atəĢpərəstlərin  allahı)  haləsi  olmalı  idi  və  hə-

min  haləyə  fərr  deyərdilər.  “Halə”  ərəb  sözüdür  və  Ayın  ətra-

fında  görünən  parlaq  dairə  deməkdir.  Əgər  “fər”  Ay  və  GünəĢ 



122 

Ģüasını andıran halə(dairə) Ģəklində olurdusa, demək, Ģahın tacı 

da GünəĢ və ya Ay formasında olmalı idi. 

Beləliklə, “Fəğfur” adı “Tanrı oğlu” mənasında olan “GünəĢ 

parıltısı” (Ģüası) deməkdir. GünəĢ – Tanrı, parıltı – Ģüa isə onun 

oğludur. 

Yəqin ki, qədim Misir hökmdarlarının adı olan Firon (Faraon, 

Firovn)  adındakı  “fir”(far)  sözü  “fur”la  bağlıdır,  “on”  hissəciyi 

isə cəmlik bildirən ünsürdür, Firon – Furlar(bax) deməkdir. Bax: 

ZərdüĢt, Qeycər. 

“Xəmsə”də  Çin  dedikdə,  Çin  hüdudlarında  yaĢayan  türklər, 

Fəğfur (Ģifahi xalq ədəbiyyatında isə  Fəxfur, Pəxpur və s.), Çin 

xaqanı dedikdə isə onların hökmdarları nəzərdə tutulur. 

Verdiyi peymana edib xəyanət



Fəğfur göstərmədi əhdə sədaqət (YG-275). 

“Xəmsə”nin “Ġzahlar”ında və  digər mənbələrdə  “fəğfur”  gah 

qədim türk Ģahzadələrinin, gah da Çin imperatorlarına verilən titul 

kumi izah olunsa da, bu, xalis türk mənĢəli sözdür, Çin, ərəb, fars 

və digər dillərə də fonetik dəyiĢikliyə uğrayaraq keçmiĢdir. 

Fəğfur  (məc.  an.)  –  Fəğfur  Atabəy  Məhəmmədin  quluna 

bənzədilir. 

O elə bir Ģahdır, onun hər zaman 

Qapısını öpür Fəğfurla Xaqan (Xġ-35). 



Fəlatus  (top.)  –  Bir  Ģəhərin  və  ya  yaĢayıĢ  yerinin  adıdır  ki, 

oranın xalqı bacarıqsızlıq və acizliklə məĢhur imiĢ. 

Əflatun, Fəlatus xalqıtək nadan 

O yerdə əskikdi bir aciz rusdan (Ġ-328). 



Fələkəddin  Əhməd  (an.)  –  Marağa  hakimi  Körpə  Arslan 

Ģahın  kiçik  oğlu.  Atasının  ölümündən  sonra  cəmi  bir  ay  (IV-

1208) Marağa və Ruyindiz qalasına hökmranlıq edib. 

Bu antroponimik birləĢmədə birinci komponent dini fəxri ad 

(“fələk”  -  ərəbcə  göy,  asiman;  qədim  münəccimlərin  etiqadına 

görə, hər bir səyyarəyə məxsus olan göy təbəqəsi deməkdir. “Fə-

ləkəddin”  isə  “dinin  səması”  mənasında  iĢlənir),  ikinci  kompo-

nenti isə əsl addır. Görünür ki, Körpə Arslanın ikinci oğlu, dini 

fəxri adı Fələkəddin olan Əhməd astrologiya ilə məĢğul olurmuĢ. 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə