Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə48/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   44   45   46   47   48   49   50   51   ...   138

144 

QaçıĢına çatmazdı GünəĢin də sürəti (SX-93). 



GünəĢin taxtı (məc. ktem.) – ġair Dara ilə Ġskəndəri müqa-

yisə  edərkən  Ġran  taxt-tacını  metaforik  Ģəkildə  GünəĢin  taxtına 

bənzədir. 

GünəĢin taxtını çevirə bilməz 

CəmĢidin yerini o verə bilməz (Ġ-126). 



GünəĢin  yavəri  (məc.  kos.)  –  Metaforik  Ģəkildə  GünəĢ 

CəmĢidə, Ay isə onun yavərinə bənzədilir. 

Sarayında CəmĢidin vardı yaxın yavəri, 

Ay-GünəĢin yavəri, o da Ģahın yavəri (SX-141). 



Gürcü (et.) – Gürcü xalqının ümumi adı. 

Hindli qılıncına kim durdu qarĢı 



Gürcü saçı kimi kəsildi baĢı (Xġ-149). 

 

 



- Ğ - 

Ğəzneyn (top.) – Bax: Qəznə.  

Çin, Xorəzm, Ğəzneyn, Ğur mahallarından (Ġ-117). 



Ğur (top.) – Bax: Qur. 

Çin, Xorəzm, Ğəzneyn, Ğur mahallarından (Ġ- 117). 



 

 

- H - 

Habil  (ag.)  –  Dini  əfsanələrə  əsasən  Adəm  (bax)  peyğəm-

bərin oğludur.  Guya qısqanclıq üzündən öz qardaĢı  Qabil (bax) 

tərəfindən  öldürülmüĢdür.  Bununla  da  guya  dünyada  ilk  insan 

qanı tökülmüĢdür. 

Dəryatək cənubda bir tayfa yaĢar, 

Qabildən törəyib qalmıĢdır onlar (Ġ-505). 

Habil, Qabil (qoĢa məc. ag.) – ġair Habil və Qabil dedikdə, 

Cənub və ġimal qütblərini nəzərdə tutmuĢdur. 

Keç sonra Habildən Qabilə sarı (Ġ-505). 

Hacı (an.) – “Hacı və sufi hekayəti”ndə obraz adı. 

Kəbə eĢqi qəlbində aĢıb-daĢan hacının, 

Zəvvar kimi hamıyla halallaĢan hacının (SX-121). 



145 

“Hacı”  Məkkədə(Kəbədə)  “Qara  daĢ”(“Həcəri-mübarək”  və 

ya “Həcərül Əsvad”) saxlanan məbədi ziyarət edən mömin mü-

səlmanlara  verilən  fəxri  dini  addır.  Ziyarətə  isə  ancaq  “zilhic-

cə”(“Həcc ayı”) ayında gedirlər. 

Hacib (an.) – Ərəb sözüdür və  iki mənası  vardır: 1) qapıçı; 

2) orta əsrlərdə ġərq hökmdarlarının baĢ vəziri. Burada “hacib” 

dedikdə  Nüsrətəddin  Əbubəkrin  (bax)  vəziri  ġəmsəddin  Məm-

məd(bax) nəzərdə tutulur. 

Sonra Hacib gəlib dedi: - Yubanma! 

Ey bilik anası, tez gəl, dayanma (Xġ-369). 



Haqq (teon.) – Allahın epitetlərindən biri. 

Tanrının mükafatı həmdəm oldu, öyündü, 



Haqq rəhimli, qılıqlı, o da ki ərköyündü (SX-33). 

Harun  (an.)  –  Harun-ər-RəĢid(763-809)  –  Abbasilər  xəlifə-

lərindən  olub,  786-809-cu  illərdə  hakimiyyət  sürmüĢdür.  Onun 

vaxtında sənətkarlıq, əkinçilik, ticarət və mədəniyyət xeyli inki-

Ģaf  edir,  xəlifəlik  qüvvətlənir.  O,  Qərbi  Avropa  və  Çin  ilə  əla-

qələri  geniĢləndirir.  Buna  görə  də  həmin  ölkələrdə  Harun-ər 

RəĢid çox məĢhur olmuĢdur. 

“Min bir gecə” nağıllarında Harun-ər-RəĢid ədalətli və rəhm-

li  bir  hökmdar-xəlifə  kimi  təsvir  olunur.  Lakin  əslində  o,  çox 

qəddar və zalım  ġərq hökmdarlarından  biri  olmuĢ,  ġimal-Qərbi 

Ġranda, Xorasanda, Misirdə onun əleyhinə baĢ vermiĢ üsyanları 

böyük vəhĢiliklə yatırmıĢdır. 

Harun-ər-RəĢid  antroponimik  birləĢməsində  Harun  -  əsl  ad, 

RəĢid  isə  fəxri  addır  və  ağıl-kamal  həddinə  çatmıĢ;  igid,  qorx-

maz; düzgün, sağlam, doğru kimi mənaları vardır. “Ər” isə ərəb 

dilində bitiĢdirici ünsürdür. Nizami “Harun-ər-RəĢid ilə dəlləyin 

hekayəti”ndə onun bədii obrazını yaratmıĢdır. 

Tapdı Harun dövründə növrağını xilafət, 

Uca tutdu Abbasın bayrağını xilafət (SX-147). 

ġair  bu  addan  məcazi  ad  kimi  də  istifadə  etmiĢ  və  açılan 

səhəri Harunun üzünə bənzətmiĢdir. 



Harun üzlü səhər bağlayanda bel 

Zəng kimi səsləndi xoruz, durdu el (YG-246). 




146 

Harun  adı  burada  həm  də  keĢikçi  mənasında  iĢlənmiĢdir. 

Qədimdə  Ģahların  keĢikçiləri  kəmərlərinə  zınqrov(cəlacil)  bağ-

layarlarmıĢ. KeĢikçilər gəzdikcə zınqrovlar səslənib keĢikçilərin 

oyaq  olduqlarını  bildirərmiĢ.  Xoruzun  banı  həmin  zınqrovların 

səsinə bənzədilmiĢdir. 



Harut  (mif.)  –  Dini  əsatirdə  Marut adlı  mələyin  yoldaĢı;  sehr 

məlaikəsi. ġair Zöhrəyə və Harut sehrini açan sehrkara bənzədilir.  

Memardır – sözləriylə heykəl yonan sənətkar

ġair – adı dillərə uçub qonan sənətkar 

Məncə, Zöhrə özüdür, Harut sehri açandır (SX-50). 

Nizami  Gəncə  Ģəhərini  eyni  zamanda  həm  Haruta,  həm  də 

Babil Ģəhərinə bənzədir. 

Gəncə - Harut sehrli Babil deyil, bəs nədir? 

Ürəyim ulduzlara nur saçan bir Zöhrədir (SX-52). 

ġair  burada  məĢhur  dini  əsatirə  iĢarə  etmiĢdir.  Bu  əsatirə 

görə  adları  Harut  və  Marut(bax)  olan  iki  mələk  günaha  batmıĢ 

bəĢər  cinsinə  nifrət  edərlərmiĢ.  Ġnsanları  yoxlamaq  üçün  onlar 

insan  surətində  yerə  enib  Babilistanda(indiki  Ġraqın  ərazisində) 

fəaliyyətə baĢlamıĢlar. Lakin bir müddət keçəndən sonra, onların 

hər  ikisi  Zöhrə  adlı  bir  gözələ  vurulub  öz  ehtiraslarının  təsiri 

altında  çox  günahlı  iĢlər  görürlər.  Onları  cəzalandırmaq  üçün 

Allahın  əmrilə  hər  ikisini  Babildə  dərin  bir  quyuya  atırlar  və 

qiyamətə  qədər  onlar  orada  qalacaqlar.  Harut  və  Marut  böyük 

cadugər  və  sehrbaz  olduqları  üçün  istəyənlərə  cadu  və  sehr 

öyrədirlər. Zöhrə isə göyə aparılıb ulduza çevrilir. Ġndi o(Venera 

planeti), musiqi, Ģeir və Ģənlik hamisidir. 

ġair öz sənətini sehrkar Harutla müqayisə edir. 

Heyrətamiz sənətim – ölməzliyə bir buta, 

Sehrimlə, möcüzəmlə nicat yoxdur Haruta (SX-52). 

Yəni  Ģeirlərimdə  o  qədər  əfsun  qüdrəti  vardır  ki,  Harutun 

sehr  kitabçasının  üstündən  qələm  çəkirlər.  Onun  sehrləri  zəif 

olduğu üçün silib atırlar. 

Nizami  Azər  Humayunun(bax)  bacarıq  və  qabiliyyətindən 

söz açanda onu Haruta bənzədir(mifonimin mifonimə bənzədil-

məsi). 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə