Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə45/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   41   42   43   44   45   46   47   48   ...   138

135 

Gecə  Ģahı  (məc.  ap.)  –  ġair  metaforik  Ģəkildə  Ayı  Gecə 

Ģahına, qaranlıq göy qübbəsini isə çadıra bənzətmiĢdir. 



Gecə Ģahı çadır qurana qədər 

Mahan kölgəsindən duydu yüz xətər (YG-212). 



Gənc  (ap.  an.)  –  “Leyli  və  Məcnun”  poemasındakı  “Heka-

yət”də obraz adı. 



Gənc dedi: “Əvvəlcə çəkinib səndən 

Tikələr atmıĢdım o itlərə mən (LM-182). 



Gəncə  (top)  –  Azərbaycanın  ən  qədim  Ģəhərlərindən  biri. 

XII-XIII  əsrlərdə  Azərbaycanın  ticarət,  peĢəkarlıq  və  mədəniy-

yət mərkəzi olmuĢdur. Dünya ədəbiyyatında “Xəmsə” ustadı ki-

mi  tanınan  dahi  Nizami  Gəncəvi  məhz  burada  anadan  olmuĢ, 

yaĢamıĢ və ölməz əsərlərini yaratmıĢdır. 

Gəncə - Harut sehirli Babil deyil, bəs nədir? (SX-52). 

ġair  Gəncəni  böyük  əfsanəvi-tarixi  keçmiĢə  malik  olan  Ba-

bilə bənzədir. 

Tarixi mənbələrdə Qanzdak (Gəncək) adlanan bu Ģəhər eyni 

adlı  tayfa  adından  yaranmıĢdır.  Elə  buna  görə  də  Gəncə  adlı 

toponimlərə  daha  çox  təsadüf  olunur.  Vaxtilə  Qarabağda  da 

Gəncə  adlı  oykonim  olmuĢdur.  KeçmiĢ  Ġrəvan  quberniyasının 

Sürməli uyezdində AĢağı Gənzək və Yuxarı Gənzək adlı iki oba 

var  idi.  Hazırda  Ordubad  və  Ġsmayıllı  rayonlarında  Gəncə  adlı 

çay  və  kəndlər  mövcuddur.  Cənubi  Azərbaycanda  da  eyni  adlı 

oykonimə  təsadüf  olunur.  Yuxarı  Qafqazda,  Dağıstanda  və 

Qazağıstanda da Gəncə adlı çay, göl və aul mövcuddur. XX əsrə 

qədər Gürcüstanda da Gəncə adlı oykonimlər var idi. 

Gəncə  Ģəhərinin  yaranma  tarixi  haqqında  müxtəlif  fikirlər 

söylənmiĢdir.  Onu  Sasani  hökmdarı  I  Qubadın  adı  ilə  bağla-

yanlar da, bünövrəsinin  YII  əsrdə qoyulduğunu  söyləyənlər də, 

Makedoniyalı Ġskəndərin vaxtında salındığını deyənlər də vardır, 

lakin  bu,  həqiqətdir  ki,  Strabon  Gəncənin  eradan  əvvəl  I  yüzil-

likdə mövcud olduğunu söyləmiĢdir(“Elm və həyat”, № 8, 1986. 

səh. 17-18). 

S.Rüstəmxanlı  ZərdüĢtün  vətəni  haqqında  bəhs  edərkən  ya-

zır: “Urmiyənin azərbaycanlıların qədim beĢiklərindən olduğunu 




136 

göstərən  yüzlərlə  misallardan  biri  də  ZərdüĢtün  vətəni  sayılan 

ġiz Ģəhərinin adı ilə bağlıdır. Ərəb alimi Yaqut Həməvi bu sözü 

Gis  –  Ges  kimi  yazır  və  göstərir  ki,  Marağa  əhlinə  və  ətrafda 

yaĢayanlara  gəzək  deyilir.  Bu  sözün  Gənzək  –  Qanza  –  Gəncə 

ilə, eləcə də Gəzərilər – Gəzərlər – Xəzərlər ilə bağlılığı da həqi-

qətə çox yaxındır” (Azərbaycan”, № 8, 1986. səh. 154). 

Gəncə,  Gəncə  (təkrar  top.)  –  ġair  bu  adı  təkrar  etməklə 

doğma Ģəhərinə olan məhəbbətini ifadə etmiĢdir. 

ġairliyim saxlayıb dustaq kimi Gəncədə, 

Mənəm indi dünyanın söz hakimi Gəncədə (SX-153). 

Nizami birinci misrada özünü dustağa, ikinci misrada isə ha-

kimə bənzətmiĢdir. 



Gəncə,  Rum (müq. top.) – ġair zəlzələdən sonra bərpa olu-

nan Gəncə Ģəhərini Rum ilə müqayisə edir. 

Az zaman içində bu viran ölkə 

Keçdi abadlıqda Rumu da, bəlkə (Ġ-427). 

Gənci-badavərd”  (id.)  –  Hərfi  mənası  “Yellə  gələn 

xəzinə” deməkdir. Burada təsnif adı kimi iĢlədilmiĢdir. 

Taxt önündə ġapur dayanmıĢdı tək, 

“Gənci-badavərd”in xəznədarıtək (Xġ-128). 

Rəvayətə  görə,  Rum  qeysəri  Xosrov  Pərvizin  qorxusundan 

xəzinəsinin ən qiymətli sərvətini gəmilərə yükləyib HəbəĢistana 

göndərmək  istəmiĢ,  lakin  təsadüfən  dənizdə  güclü  fırtına  qop-

muĢ  və  gəmilər  öz  istiqamətini  dəyiĢib  Xosrovun  hərbi  qərar-

gahına  yol  almıĢdır.  Xosrov  həmin  sərvəti  öz  xəzinəsinə  daxil 

etmiĢdir.  Barbəd  bu  münasibətlə  “Gənci-badavərd”  –  “Külək 

gətirən xəzinə” adlı bir hava bəstələmiĢdir. 



“Gənci-gav”  (id.)  –  Orta  əsrlərdə  Azərbaycanda  musiqi  ilə 

oxunan havalardandır. Lüğəti mənası “Öküz xəzinəsi” deməkdir. 



“Gənci-gav” baĢladı, coĢdu üfüqlər, 

Yer öküzün verdi, nisar etdi zər (Xġ-167). 

Ġkinci  misrada  “öküz”  və  “zər”  sözləri  də  “Gənci-gav”  ilə 

bağlıdır. Beytin mənası : “Gənci-gav” havasını Ģövqlə oxumağa 

baĢlarkən dünya cuĢa gəldi. 

“Gənci-süxtə” (id.) – Orta əsr ġərq musiqi havalarından biri. 



137 

O, “Gənci-süxtə”ni oxuyan zaman 

Min xəzinə yandı onun ahından (Xġ-167). 

GəĢtasib  (an.)  –  Dini  rəvayətlərə  görə,  atəĢpərəstlik  dininin 

banisi  ZərdüĢtün  zamanında(e.ə.  YII-YI  əsrlərdə)  Ġran  Ģahı  ol-

muĢdur.  ZərdüĢtün  möcüzələrini(odda  yanmamaq,  odu  əldə 

saxlamaq)  görmüĢ  və  sonra  oğlu  Ġsfəndiyarla  birlikdə  bu  dini 

qəbul etmiĢlər. 

O, oğlu Ġsfəndiyarın oğluna Bəhmən adını verir. Çünki Bəh-

mən zərdüĢtilikdə hirs və qəzəbi söndürən mələyin adı idi. 

GəĢtasib zəndini oxuyan sənsən, 

Kimdir səndən qeyri Kəyan nəslindən? (YG-87). 

GəĢtasib  “Zəndi”  dedikdə,  Ģair  Bəhram  Gurun  Kəyanilər 

taxt-tacının əsil varisi olduğuna iĢarə edir. 



Gilan (top.) – Cənubi Azərbaycanda bir vilayətin adıdır. Xə-

zər  dənizinin  cənub-qərb  sahili  boyunca  uzanır.  Ən  məĢhur 

Ģəhəri  RəĢtdir.  Bu  əyalətdə  orta  əsrlərdə  eyni  adlı  bir  Ģəhər  də 

olmuĢdur. Lakin Ģəhərin nə vaxt dağıldığı məlum deyildir. Onun 

xarabalığı xalq arasında Xaraba Gilan adı ilə də tanınır. 

Gilanda bir qadın söyləyirdi həm... (Xġ-232). 

Keçərsə körpüdən bu gilan atım, 

Ġnanma Gilana bir də qayıdım (Ġ-35). 

O zaman gözəlliyi ilə məĢhur olan Gilan atı nəzərdə tutulur. 

Yəni ömrümün Gilan atı həyat körpüsündən keçəndən sonra bir 

də dünyaya qayıtmayacağam. 



Gilək  (et.)  –  Gilanlılar  həm  də  tarixi  mənbələrdə  “giləklər” 

də  adlanır.  Hal-hazırda  iki  milyondan  çox  olan  bu  xalq  Ġran 

ərazisində, Xəzər dənizinin cənub sahillərində yaĢayırlar. 

Buxaralı, gilək, kürd və xəzərli 

Bir parça çörəyi tutmuĢ dörd əlli (Ġ-44). 

Gilə,  Gilan  (ana.  top.)  –  Fonetik  cəhətcə  ilk  hissələri  eyni 

olan bu toponimlərin birincisi hərəkətin baĢlanğıcını, ikincisi isə 

istiqamətini və sonunu bildirir. 

Üzümə sabah bir pərdə çəkirkən 



Gilədən Gilana tələsərəm mən (Ġ-282). 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə