138
Giv (məc. an.) – Qədim Ġran eposu və Firdovsinin “ġah-
namə”sinin qəhrəmanlarından biridir. Bəhram Gurun bəzi əmir-
ləri özlərini Givə bənzədirlər.
Biri “Rüstəm mənəm” söyləyib durur,
Qalxıb bir baĢqası Givdən dəm vurur (YG-120).
Gövhərmülk (an.) – “Xosrov və ġirin” poemasında obraz
adı. Gövhər (farsca inci, cavahir, daĢ-qaĢ deməkdir) və mülk
(ərəbcə səltənət, dövlət, hökumət, ölkə, mülkiyyət və s. kimi
mənaları vardır) sözlərindən düzəlmiĢdir.
Gövhərmülk söylədi: “Bir neçə zaman... (Xġ-130).
Göy (məc. ap.) – ġair Atabəy Nüsrətəddini göyə bənzədir.
Göylər ülviyyətdən düĢməz heç zaman,
Sən də göylər kimi uca olasan (Ġ-429).
Göy qızları (məc. kos.) – NəĢ qızları(Bax: BənatünnəĢ) ad-
lanan ulduzlar toplusudur. Ulduzlar qızlara bənzədilmiĢdir.
Rəhimini sardı o dörd qarının,
Qurtardı heyzindən göy qızlarının (Xġ-357).
Birinci misradakı dörd qarı dörd ünsürə - su, od,torpaq,
küləyə iĢarədir.
Beytin mənası: Peyğəmbər dörd ünsürdən üz döndərib, NəĢ
qızlarını da keçdi.
Göyərçin, ġahin (məc. ap. zo.) – ġair metaforik Ģəkildə ġi-
rini və onun rəfiqələrini göyərçinə, Xosrovu isə Ģahinə bənzədir.
Göyərçin hədsizdi, Ģahin bir nəfər (Xġ-133).
Göy öküzü (məc. kos.) – Sur bürcü metaforik Ģəkildə göy
öküzünə bənzədilmiĢdir. “Göy öküzü” ifadəsi əsasən dini
rəvayətlərə görə, Yer kürəsini arxasında saxlayan əfsanəvi öküzə
qarĢı iĢlədilir. Göy öküzü eyni zamanda Pərvin bürcü də adlanır.
Torpağın öküzündən dür qapdı göy öküzü... (SX-30).
“Sur” ərəbcə öküz, buğa deməkdir. Astrologiya elmində
Öküz bürcünün adıdır. On iki bürcün ikincisidir.
Göylərin Harunu (məc. kos.) – ġair metaforik Ģəkildə Zühəl
ulduzunu Musa peyğəmbərin qardaĢı Haruna(bax) bənzətmiĢdir.
Göylərin Harunu keĢik çəkərək,
Belinə asmıĢdı saysız qızıl zəng (Ġ-79).
139
Göy Harunu və ya hindusu – gecə qarovulçusu hesab edilən
Zühəl ulduzudur ki, yeddinci fələkdə olur. Dinlər tarixinə görə,
yəhudilərin peyğəmbəri Musa, qardaĢı Haruna qarovulçuluq və-
zifəsi tapĢırmıĢdı. Qarovulçu mənasında iĢlənən Harun sözü
buradan alınmıĢdır.
Gurxan (an.) – ġərqi Türküstanda yaĢamıĢ türklərin xaqa-
nının ləqəbi olmuĢdur. Bəhram Gur onlarla apardığı vuruĢma-
larda qalib gəldiyi üçün Gurxan ləqəbini də özünə götürmüĢdü.
Gurxan hey çapırdı, guru qovurdu,
Çapan Bəhram idi, qaçan da gurdu (YG-71).
Nizami “Gurxan” adının Ģairanə etimologiyasını izah edərək
demək istəyir ki, Bəhram Gur Gurxan yox, gurların xanı idi.
Qədim türk ad sistemi ilə əlaqədar olaraq belə bir maraqlı
ənənə də var idi: Ġki rəqib(aĢıq, pəhləvan, hökmdar, döyüĢçü və
s.) deyiĢmə, güləĢmə və ya vuruĢ zamanı qalib gələrdisə, qalib
Ģəxs rəqibini tamamilə məhv etmək üçün onun adını da qəbul
edərdi. Bəhram Gur da, Ģairin təsvirinə görə, məhz bu yolla
getmiĢ və qalib gəldiyi hökmdarin ləqəbini (həmin hökmdarin
Ģöhrətləndiyi fəxri adını) da özünə götürmüĢdü.
Gülgün (zo.) – ġirinin atının adı. Farsca gül rəngli, qızılgül
rəngində olan, al deməkdir. ġirin ġəbdizi Xosrova bağıĢladıqdan
sonra məhz bu atı minərdi.
Gülgünü verərəm ona gedirkən,
ġəbdizlə bir döldür dediyim köhlən.
Büdürək olsa da, ġəbdizə ancaq
YeriĢdə, qaçıĢda Gülgün çatacaq (Xġ-107).
Gün (məc. kos.) – “GünəĢ” adının qısaldılmıĢ forması.
Məhəmməd peyğəmbər Günə bənzədilir.
Gövhəriylə dürr səpir, inci səpir Gün düzə (SX-33).
Burada gövhər – təbiət, cövhər – zat deməkdir. GünəĢ plane-
ti düzə - Yer planetinə, Məhəmməd peyğəmbərin GünəĢdən iĢıq-
lı təbiətinin cövhəri isə GünəĢə ləl – nur verir.
Gün və Ay Məhəmməd peyğəmbərin tacına bənzədilir.
Hökmranlıq fərmanı gələn gündən adına,
Göylər tac düzəltdirib Aydan, Gündən adına (SX-101).
140
GünəĢ (kos.) – GünəĢ planeti. Qədim türk xalqları GünəĢi
Allah sanmıĢ və ona inanmıĢlar. Mirzə Bala “Azərbaycan tari-
xində türk Albaniya” adlı əsərində V.Bartolddan sitat gətirərək
yazır: “Çin qaynaqlarından ən əski türklərin və sonralar moğul-
ların doğan GünəĢə tapındıqları aydın Ģəkildə anlaĢılır. Çadır qa-
pılarının ġərqə doğru olması da eyni səbəblərdən doğur” (“Azər-
baycan”, № 10,1989. səh.119).
Ə.Əliyev “Tarixin dərin qatlarına doğru” adlı məqaləsində
yazır: “...Bu məlumat Herodotun “Tarix”ində belədir: “(Mas-
saketlər) tarım yapmazlar, ət ilə Aras nəhrində bol bulunan balıq
yerlər, süd içərlər. Tanrıları tək tanrı GünəĢdir və ona at qurban
edərlər. Bunun anlamı, tanrıların ən hızlısı (sürətlisi – Ə.Ə.) olan
GünəĢə ən hızlı heyvanı təqdim etməkdir” (“Azərbaycan”, № 10,
1989. səh. 130).
Gecə yuyub gözünü haçan danar GünəĢi,
Səhər gözə gur iĢıq saçan sanar GünəĢi (SX-130).
GünəĢ (məc. kos.) – GünəĢ metaforik Ģəkildə insana bən-
zədilir.
GünəĢ ağ qəba geydi, ay isə qara cübbə,
Yarandı mavi göydə dümağ, qapqara cübbə (SX-22).
Gündüzün ağ və gecənin qara ipəyindən GünəĢə qəba və
Aya cübbə tikdi, yəni Allah gecə və gündüzü yaratdı.
Gözəllik rəmzi olan Yusif GünəĢə bənzədilir.
GünəĢ camallı Yusif dol içində oturdu (SX-39).
Metaforik Ģəkildə göstərilir ki, GünəĢ və Ayı da hərəkətə
gətirən Məhəmməd peyğəmbərdir.
Gündüzün al günəĢi, gecənin nurlu ayı
Peyk olmasa yolunda, dolanmaz ki, havayı (SX-36).
GünəĢ və Ay Məhəmməd peyğəmbərin minəcəyi ata bən-
zədilir.
Ay, GünəĢ köhlən olub, alsın səni belinə,
Durma ərəb mülkündə, yetiĢ əcəm elinə (SX-37).
Nizami özünü GünəĢə bənzədir.
SığıĢmazsan qaranlıq, dar zindana, Nizami!
GünəĢ kimi iĢıq saç bu cahana, Nizami! (SX-100).
Dostları ilə paylaş: |