Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə54/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   50   51   52   53   54   55   56   57   ...   138

162 

Belə  adlar  poetik  onomastikada  “danıĢan”(yəni  adlandırma 

xüsusiyyətlərindən  baĢqa,  Ģəxsin  özü  haqqında  əlavə  məlumat 

verən)  adlar  hesab  edilir.  Doğrudan  da,  əsərdə  Xeyir  və  ġər 

ancaq  adlarına  uyğun  hərəkət  edirlər.  Obrazların  bu  cür  adlan-

dırılması isə qədim türk ad sistemi ilə əlaqədardır. 

ġairin  ilk  əsəri  olan  “Sirlər  xəzinəsi”  əsərində  də  Xeyir  və 

ġərlə əlaqədar olan fikirlərə rast gəlirik. 

Xeyirlə Ģər izləyir hər bəĢəri əzəldən, 

Xeyir xeyri tapandır, Ģər də Ģəri əzəldən (SX-103). 



Xəlifə  lüqməsi  (fit.)  –  Dadlı  və  rahat  həzm  olunan  xirniyə 

bənzər meyvə adı (YG-343). 



“Xəlifə lüqməsi” xəlvətə saldı, 

Canan dodağından üç öpüĢ aldı (YG-219). 



Xəlifəyi-Ģam  (məc.  kos.)  –  ġair  Ay  planetini  metaforik 

Ģəkildə Xəlifə Ģamına, səmanı isə onun paltarına bənzədir. 

YaĢıl geydiyiçin xəlifəyi-Ģam 

Geyinsin söylədi qırmızı, Bəhram (YG-27). 



Xəlil (xat. ag.) – Bax: Ġbrahim. “Xəlil” ərəbcə dost, yaxın yol-

daĢ, sevgili deməkdir. “Xəlilullah” Ġbrahim peyğəmbərin epitetidir. 

Dini ədəbiyyatda onun adı həm də “Ġbrahimxəlil” və sadəcə olaraq 

“Xəlil”  kimi  də  xatırlanır.  Dini  rəvayətə  görə,  Ġbrahimxəlil  pey-

ğəmbər öz atasının dinini, yəni bütpərəstliyi atmıĢ, bütxanəyə gedib 

bütləri  qırmıĢdır.  Burada  Xəlil  –  Ġbrahimxəlil  peyğəmbərə  iĢarə 

olmaqdan  əlavə,  eyni  zamanda,  dost  mənasını  verir.  Ġbrahimxəlil 

əvvəl bütpərəst ikən biganə idi, Allahı tanımırdı, sonra Allahı tanıdı, 

bütləri qırdı, biganəlikdən çıxıb dost oldu. 

Gah Xəlil alırsan bütxanələrdən, 

Gah dost yaradırsan biganələrdən (Ġ-17). 

Xəlil,  Məsih  (qoĢa  məc.  ag.)  –  Xəlil  –  Ġbrahim(bax)  pey-

ğəmbər, Məsih(bax) isə Ġsa peyğəmbərdir. ġair eyni vaxtda Mə-

həmməd peyğəmbəri Xəlil və Məsihlə müqayisə edir. 

Xəlil – qoĢununun bir əskəridir

Məsih karvanının bir rəhbəridir (Xġ-30). 



163 

Burada  Ġbrahimxəlil  Məhəmməd  peyğəmbərin  qoĢununun 

əskərinə,  Məsih  isə  onun  karvanının  rəhbərinə(sarvana)  bənzə-

dilir. 


Xəllux  (top.)  –  Türküstanda  vaxtı  ilə  qənirsiz  gözəllərilə 

məĢhur bir Ģəhər olmuĢdur. 

Onu oxuyanda ürək Ģadlansın, 

MüĢk səpildiyi yer Xəllux adlansın (Xġ-21). 

Yəni  “Xosrov  və  ġirin”  əsərini  oxuyanda  qoy  ürəklər  Ģad-

lansin. MüĢk  kimi  qoxuyan həmin  əsərin oxunduğu  yer isə qə-

nirsiz gözəlləri ilə Ģöhrətlənən Xəllux adlansın. 

Xəllux  bütləri  (məc. ap.) –  Xəllux gözəlləri deməkdir. ġair 

ġirini Xəllux bütlərinin GünəĢinə bənzədir. 



Xəllux bütlərinin bütləri dildar 

Yeri öpüb dedi: - Sən ey hökmdar! (Xġ-265). 



Xəllux  əhli,  HəbəĢ  (qoĢa  məc.  et.)  –  ġair  Türkütazı(bax) 

Xəllux əhlinə, Türkünazı(bax) isə həbəĢə(HəbəĢistanda yaĢayan-

lara)  bənzədir.  ġərq  ədəbiyyatında  həbəĢ  qaranlıq  və  çirkinlik 

rəmzi olubdur(YG-338). 

Nazını çəkərəm, naz çəkmək peĢəm, 

Sən Xəllux əhlisən, mənsə HəbəĢəm (YG-159). 



Xərçəng  (kos.)  –  Xərçəng  bürcü.  Bu  bürcü  Sərətan  da  ad-

landırırlar. Bu bürcdə yerləĢən 13 ulduzun ümumi görünüĢü taca 

bənzəyir. 

Bu səfərdə göylərdən töhfə aldı, bac aldı, 

Cövzadan kəmər aldı, Xərçəngdənsə tac aldı (SX-30). 

Burada  söhbət  Məhəmməd  peyğəmbərdən  gedir.  AĢağıdakı 

beytdə  isə  Ģair  Xərçəng  bürcünün  adını  onun  apelyativ  mənası 

ilə qarĢılaĢdırır. 

Qayçı dırnağını uzadıb Xərçəng, 

VəhĢi dırnağını tuturdu, gerçək (LM-184). 



Xərxiz (top.) – Orta Asiyada əla növlü müĢk istehsal olunan bir 

Ģəhərdir. Burada əla mallar da toxunur ki, həmin mallara da “Xər-

xiz” deyirlər. “Xərxiz” indiki “qırğız” sözünün arxaik formasıdır. 

Xərxiz ilə Çaçdan, böyük KaĢğardan 

Çağırdı hesabsız igid pəhləvan (Ġ-274). 




164 

Xəstə Fərhad (an.) – Antroponimik birləĢmənin birinci kom-

ponenti Fərhadın(bax) ləqəbi, ikinci komponenti isə əsl addır. 

Gecə sübhə kimi edirdi fəryad

Gündüz daĢ çapırdı zavallı Fərhad... 



“Xəstə Fərhad”adı gəzdi dünyanı, 

Dillərdə dolaĢdı onun dastanı (Xġ-203). 



Xəta (məc. top.) – Çində vilayət adıdır. Bəzən bu ad altında 

Çinin  özü  də  nəzərdə  tutulur.  Rus  dilində  Çin  adının  “Kitay” 

kimi  səslənməsi  də  məhz  bununla  əlaqədardır.  Kitay  adı  “Xə-

ta”nın fonetik cəhətcə dəyiĢdirilmiĢ formasıdır. 

Onun gətirdiyi qul yox, pəridir, 

Xətanın, Xəlluxun gözəlləridir (YG-166). 

ġair  Çindən  gələn  sövdəgərin  satdığı  kənizləri  öz  gözəlləri 

ilə məĢhur olan Xəta və Xəllux gözəllərinə bənzədir. 

Xəta  türkləri  (et.)  –  Xəta  ölkəsində  yaĢayan  türk  xalqları 

nəzərdə tutulur. 

Dünyanın Ģahına verdilər xəbər, 

Çin, Xəta türkləri hərbə gəldilər (Ġ-276). 



Xətayi (növ.) – Vaxtilə Xətay(Kitay, Çin) zərxara geyimləri 

ən  gözəl  və  qiymətli  geyimlər  sayılırdı.  Demək,  Ģair  “Xətayi” 

dedikdə  Körpə  Arslan  Ģahın(bax)  Çin  zərxaralarından  olan  pal-

tarlarına iĢarə edir. 

Göy sənin qapında bir quldur, əhsən, 

Xətayi geyinib, xəta örtənsən  (YG-319). 

ġair xətapuĢ(xətaları, nöqsanları ört-basdır edən) və Xətayi-

puĢ(qiymətli Kitay libasları geyən) sözlərinin omonimiyasından 

mahiranə istifadə edib gözəl cinas düzəltmiĢdir (YG-353). 



Xətib  (məc.  an.)  –  Ərəb  sözüdür,  məsciddə  xütbə  oxuyan 

deməkdir. Hökmdarların katiblərinə də Xətib deyilir. 

AtəĢpərəst önündə xaça dönmək yaraĢmaz, 

Xətib kimi qılıncla öyünməkdən kar aĢmaz (SX-132). 

Xətib  kimi  qılıncla  atəĢpərəstlərin  önündə  belini  səlib  kimi 

büküb təslim olma. Öz iti dilinə güvənib xətiblik rütbəsini istə-

mə(SX-189). 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə