Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə56/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   52   53   54   55   56   57   58   59   ...   138

168 

ġair “Ġskəndərnamə” əsərində də onun obrazını yaratmıĢdır. 

Ġskəndər Dirilik suyu dalınca Zülmətə gedəndə Xızırı da özü ilə 

aparmıĢdı. 



Xızır iz salmıĢdı sanki bu yola

Yainki gedirdi Ģahla qol-qola (Ġ-376). 

Söylədi o zaman böyük Ġskəndər, 

Ona rəhbər olsun Xızır peyğəmbər (Ġ-381). 



Xızır  (xat.  ag.)  –  YaĢıl  geyimli  əsrarəngiz  bir  qeyri-rəsmi 

peyğəmbərdir. O, Zülmətdə yerləĢən Dirilik suyunu tapıb, ondan 

içmiĢ  və  gözəgörünməz  Ģəkildə  əbədi  yaĢayır.  Xızır  biyaban-

larda azmıĢları, tufana qərq olmuĢları ölümdən xilas edir. 

Xızır,  eyni  zamanda  Ģairlərin  məsləhətçisi,  köməkçisi  və 

ilham mənbəyidir. 

Xızır – türkdilli sözdür; ”xız”( “xıd” ) və “ır” tərkibindən ya-

ranmıĢdır. Xız // xuz bir çox türk dillərində çoxmənalıdır. Onun 

“qızmaq”, “hərarət”, “atəĢ”, “qız(ğınlıq)”, “coĢ(ğunluq)” və eləcə 

də  “qüvvət–qut”(Azərbaycan  dilində  iĢlənən  “Ürəyində  qut  ol-

sun” ifadəsindəki “qut”la müqayisə et) mənası vardır... Bir sözlə 

“xız”  istiliklə,  odla  əlaqədar  sözdür.  Azərbaycanda  “xız”  sözün-

dən yaranmıĢ Xız+ı yer adı vardır. Xız+ı qüvvə güc yeri mənasını 

verir.  Bizcə,  ”Xəzər”  sözü  də  “xız”la  əlaqədardır  və 

“xəz”//“xız”+ər güclü, coĢqun, qüvvətli ər mənasındadır(47-106). 

Qəlbindən dərya açdı buludların zöhrəsi, 



Xızırın çeĢməsilə güldü çəmən çöhrəsi (SX-23). 

Xızır peyğəmbərin Dirilik çeĢməsinə yetiĢməsinə iĢarədir. 



Xızır (məc. ag.) – ġair Xızırı Məhəmməd peyğəmbərlə mü-

qayisə edir. 

Gedərgəlməz səfərə atını çapdı Xızır, 

Ətəyini isladıb çeĢməni tapdı Xızır (SX-39). 

ġair burada baĢa çatdırılmayan səfəri nəzərdə tutub. 

Xızır  zülmətdə  tapdığı  dirilik  suyuna  aludə  olub  öz  ətəyini 

yaĢ etdi. Ətəyini yaĢ etmək – islatmaq ifadəsinin məcazi mənası 

“günahkar”dır  deməkdir.  Yəni  əbədi  həyat  naminə  Xızır  pey-

ğəmbərlik  topunun  arxasınca  getməyib  dirilik  suyunun  dalınca 

qaçdı və beləliklə, Allahın qarĢısında günahkar oldu. 




169 

ġair özünü Xızır peyğəmbərlə müqayisə edir. 



     Xızır – sənət çeĢməmdə sındırar kuzəsini (SX-45). 

Yəni:  Xızır  peyğəmbər  dirilik  suyu  içib  əbədiyyət  qazansa 

da, mənim sənət çeĢməmdən içə bilməz. AĢağıda isə Ģair özünü 

Xızıra bənzədir. 

Bütün örtülmüĢlər bizə sehirdir

Xızır adını çəkdin, Xızır hazırdır. 

           ġeiri oxunanda bu Nizaminin 

Özü də hər sözdə görünər yəqin (Xġ-362). 

ġair  Rus  Ģahzadəsinə(bax)  tilsimləri  açmağın  yolunu  öyrə-

dən qocanı Xızıra bənzədir. 

Səadət üzündən igid, qəhrəman 

Aldı bu Xızırdan xeylicə ürfan (YG-200). 

“Xəmsə”nin  bir  çox  yerində  Xızır  adı  “Xızr”  kimi  yazıl-

mıĢdır. Məsələn, Ģair metaforik  Ģəkildə Körpə Arslan Ģahı(bax) 

Xızır peyğəmbərə bənzədərkən yazır: 

Bu Xızrın payidar olsun Ģöhrəti, 

Onun abi-həyat tapsın xisləti (YG-38). 

Beytin mənası: Qoy Körpə Arslan Xızır kimi həmiĢə yaĢasın və 

onun zövcəsi dirilik suyu kimi onun əbədiyyət mənbəyi olsun! 

ġair  “Yeddi  gözəl”  poemasını  dirilik  suyuna,  Körpə  Arslan 

Ģahı(bax) isə Xızır peyğəmbərə bənzədir. 

ġeirimdən həyatın suyunu iç, al, 

Sən də Xızr kimi daim diri qal (YG-311). 

ġair  Ġskəndəri  Xızra,  Çin(Türk)  xaqanının  onun  Ģərəfinə 

təĢkil etdiyi məclisi isə dirilik suyuna bənzədir. 

Ġskəndər çatınca süfrə suyuna, 

Elə bil çatdı Xızr həyat suyuna (Ġ-304). 



Xızır, Ġlyas (qoĢa ag.) – Guya Ġlyas da(bax) Xızırla birlikdə 

Dırılık suyu içmiĢ, əbədiyyətə qovuĢmuĢdur. Klassik ədəbiyyat-

da, o cümlədən “Xəmsə”də çox vaxt onların adları yanaĢı çəkilir. 

Xızr, Ġlyas kam aldı həyat suyundan 

Ancaq vermədilər özgəyə niĢan (Ġ-384). 

Bəlinas  ölüm  ayağında  Xızr  və  Ġlyas  kimi  əbədi  yaĢayaca-

ğından xəbər verir. 




170 

Səhralar, dənizlər qarĢımı almaz, 

Çöldə Xızr olaram, dənizdə Ġlyas (Ġ-605). 

Xızır,  Ġskəndər  (qoĢa  məc.  ag.)  –  ġair  eyni  zamanda 

Məcnunu Xızıra və Ġskəndərə bənzədir. 

GünəĢ çeĢməsindən Xızr kimi iç, 

Ġskəndər kimi də üfüqləri keç (LM-217). 

ġair  eyni  vaxtda  Atabəy  Nüsrətəddin  Əbubəkri  də  Xızır  və 

Ġskəndərə bənzədir. 

Dünyanın Xızrısan, Ġskəndərisən, 

Həm mülkün, həm həyat suyun var, əhsən. 

Fəth etdin Ġskəndər kimi dünyanı, 



Xızrtək doğrultdun yoldan azanı (Ġ-50). 

Xızır, Məhəmməd (müq. ag.) – Burada Xızır və Məhəmməd 

müqayisə olunur və üstünlük Məhəmməd peyğəmbərə verilir. 



Xızra abi- həyat oldusa qismət

Həyat çeĢməsindən içdi Məhəmməd (Ġ-414). 

Əgər Xızr Zülmata gedib Dirilik suyuna çatdısa, Məhəmməd 

peyğəmbər merac gecəsi daha yüksək məqama çatdı (Ġ-653). 



Xızır, Musa (qoĢa məc. ag.) – Əbədiyyət yolunun yolçuları 

Xızıra və Musaya(bax) bənzədilir. 

Əbədiyyət yoluna kim yolçusa cahanda, 

Odur Xızrın yoldaĢı, odur Musa cahanda (SX-138). 

Qəza və qədərin fəlakətli  yoluna  yalnız möhkəm iradəli, sa-

bitqədəm  adamlar  dözə  bilərlər.  Çətin,  təhlükəli  yollarda  fəla-

kətə düçar olmuĢ insanları xilas etmək üçün Xızır kimi çalıĢqan 

bir  adama  Musa  peyğəmbər  kimi  mətin  və  möhkəm  bir  insan 

yoldaĢlıq edə bilər (SX-190). 

Xızır, Musa, Ġsa (qrup məc. ag.) – ġair eyni vaxtda Xızır və 

Musanı  Məhəmməd  peyğəmbərin  qasidinə,  Ġsa  peyğəmbəri  isə 

onun mehtərinə bənzədir. 

Yanında qasiddi Xızr ilə Musa, 

Atının önündə gedirdi Ġsa (Ġ-26). 

Xızır,  Nuh  (qoĢa ag.) – ġair həm  Xızırı,  həm  də Nuhu na-

mərdlərə  qarĢı  mübarizədə  köməyə  çağırmaq  məqsədi  ilə  cə-




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə