165
Xətlan atı (zo.) – KeçmiĢdə Mavərənnəhrdə Səmərqənd yaxın-
lığında Xətlan(Xətlanlı, Xətdan) adlı bir vilayət olmuĢdur (Ġ-414).
Görünür, keçmiĢdə Xətlanda yetiĢdirilən cins atları məĢhur imiĢ.
Səkil Xətlan atını minib ucal fələyə,
Al qurğuĢun qalanı, qələbə çal fələyə (SX-146).
Xəvərnəq (top.) – Yəmən hökmdarı Nemanın Ģahzadə Bəh-
ram üçün rumlu memar Sam oğlu Simnara tikdirdiyi sarayın adı.
Bəhramın hünəri saçınca Ģəfəq
Döndü bir bəzəkli bağa Xavərnəq (YG-62).
Xəvərnəq Allahı (məc. teon.) – Xəvərnəq sarayını tikən və
Neman tərəfindən onun qülləsindən atdırılan Simnara xalq tə-
rəfindən verilən ad.
Bu yüksək binadan Nemanın adı
Göydəki ay kimi qalxıb parladı.
Cadugər çağırdı adını torpaq,
Xəvərnəq allahı saydı onu xalq (YG-62).
Xəzər (et. top.) – Xəzər dənizinin Ģimal-qərbində və Volqa
çayının hər iki sahilində yerləĢən türk dövlətinin adı.
Xəzər yoxsulları, Rum varlıları
Lütfsüz görməmiĢ bu hökmdarı (Xġ-43).
Burada söhbət Qızıl Arslandan gedir. Birinci misradakı Xə-
zər və Rum neytral toponimləri yoxsul və varlı sözləri ilə anto-
nim məna kəsb etmiĢdir.
MəĢhur tarixçi-türkoloq L.N.Qumilev ”Otkrıtie Xazarii” ki-
tabında (Moskva. “Nauka”. 1986) göstərir ki, Xəzər dövləti
Ģərqdən Xarəzmlə, daha doğrusu ManqıĢlaq və Çetyurdla həm-
sərhəd idi. Bütün Uralın cənub hissəsi onların dövlətinə tabe
idi(səh.9). IV əsrin ortalarından baĢlayaraq qərbə irəlilədikcə
Xəzər dövləti daha fəallaĢdı.
S.A.Pletnevanın “Xazari” adlı kitabında (M. ”Nauka”, 1986)
VIII-IX əsrlərə aid bir xəritədə Xəzər dövlətinin ərazisi daha
geniĢdir. Qafqaz sıra dağları və Qara dənizdən Ģimala doğru,
Volqa çayından müasir PolĢaya qədər bütün ərazi Xəzərlərə tabe
idi(səh.47). X əsrdə Xəzər dövlətinin xaqanı (Onlar bəzən bəy,
bek, Ģad da adlanırdılar) olan Ġosif Xəzər dövlətinin tarixi haq-
166
qında daha geniĢ məlumat verir. Onun fikrincə, xəzərlərin ulu
babası Yafəs(Yafət) peyğəmbərin(Yafəs isə Nuh peyğəmbərin
oğlu Toqarm olmuĢdur. (Qədim Yəhudi mənbələrində bütün
türk xalqları Toqarm adlanırlar). Toqarmın isə on oğlu olmuĢdur.
Aqiyor (Abiyor və ya Uyur), Tur-e (Turis), Abar (Abaz), Uqin
(Uquz), Biz-l, T-r-na, Xəzər, Znur(Yanur), Savir və s.(səh. 7).
Ġosif özünə qədər xaqan olan 13 hökmdarın adını çəkir. Bu-
lan, onun oğlu Obadiya, onun oğlu Yezenukki, onun oğlu Ma-
nassiya, onun qardaĢı Obadin, onun oğlu Xanukka,onun oğlu
Ġsaak, onun oğlu Zavulon, onun oğlu Manassiya, onun oğlu Nis-
si, onun oğlu Manaxem, onun oğlu Veniamin, onun oğlu La-
ron(səh.8). Qədim türk ad sisteminin tədqiq edilməsində bu
nümunələrin böyük əhəmiyyəti vardır. Ġosif qeyd edir ki, əgər
mən rusları bir saat nəzarətsiz buraxsam, onlar Bağdada qədər
bütün ölkələri yerlə-yeksan edərlər (səh. 10).
Xəzər dövlətinin ən böyük Ģəhərləri bunlar idi: Səmən-
dər(Ölkənin paytaxtı olan bu Ģəhər bəzən Tarku da adlanır), Ber-
sil, Biləncər, Ġtil, Xamlic, Bayda(VIII əsrdə xanın qalası yer-
ləĢən bu Ģəhər həm də SaraĢen adlanır), Sabqar Xtlq, Lkn, Sur,
Masmada və s. (səh. 29).
Kiyev-Rus dövlətinin knyazı Svyatoslav(Onun qadını Xəzər
xaqanının qızı olmuĢ və “Xatun” adlanmıĢdır) 6473(965)-ci ildə
Xəzər dövlətini iĢğal etdi. Bolqar, Xazaran, Util, Səməndər və
digər Ģəhər və kəndlər yerlə-yeksan olundu. Ġtil Ģəhərinin adına
ancaq XII əsr mənbələrində Saksun adı ilə təsadüf olu-
nur(“Xazari”. səh. 71-72).
Xəzər dağı (top.) – Xəzər dənizinin qərbində yerləĢən ya
Qafqaz dağlarına, ya da həmin dənizin cənubunda yerləĢən Elb-
rus dağına iĢarədir.
Xəzər dağından Çin suyuna qədər
Türklərlə doludur bütün bu yerlər (Ġ-324).
Xəzər dənizi (top.) – Qafqazla Orta Asiya arasında yerləĢir.
KeçmiĢdə dənizin qərb sahillərində yaĢayan “Qas” və ya “Xas”
tayfasının adını daĢıyır. Ədəbiyyatda dənizin 60-dan çox adı
məlumdur. Bu adlar sırasına Kaspi, Avesta, Alban, Bakı, Kirkan,
167
Qərb, ġimal, Xvalın, Təbəristan, Salyan, ġirvan, Dərbənd, Gilan,
Türkmən, HəĢtərxan, Teymsan və s. daxildir. ”Xəzər” və
“Kaspi” eyni mənanı ifadə edən tayfa adıdır (19- 258).
Xəzər dənizinə durdum baxım mən,
Damlalar çiləyim suya qədəhdən (Ġ-228).
Nümunə Ġskəndərin dilindən söylənmiĢdir.
Xəzərli (et.) – Xəzər dənizinin Ģimal-qərbində və Volqa
çayının hər iki sahilində yerləĢən türk qəbilələrindən biri olmuĢ-
dur. ”Xəzərli” isə Xəzər dövlətinin ərazisində yaĢayanlardır.
Buxaralı, gilək, kürd və xəzərli
Bir parça çörəyi tutmuĢ dörd əlli (Ġ-44).
Xəzinə (ap.) – ġair “Ġqbalnamə” əsərini xəzinəyə bənzədir.
Belə xəzinəni bəxt verir ancaq,
Xəzinən dünyanı nurlandıracaq (Ġ-425).
Xəzran (top. et.) – Xəzər dövlətinin ən böyük Ģəhərlərindən
birinin adı. Lakin bu Ģəhər adı kiçik hərflə yazılmıĢ-
dır. ”Xəzran”ı Xəzər dövlətinin ərazisində yaĢayan xalqın adı ki-
mi də baĢa düĢmək olar. Bəlkə də, tərcüməçilər bunu nəzərə al-
mıĢlar. Əslində bütün etnonimlər də böyük hərflə yazılmalıdır.
Onda çöl xalqının axınlarından
Rahatlıq içində dincələr xəzran (Ġ-238).
Xırxız (top.) – Bax: Xərxiz.
Ġskəndər gözündən qovub yuxunu,
Ġstədi Xırxıza çəksin qoĢunu (Ġ-568).
Bizə elə gəlir ki,”Xərxiz” adının bu cür yazılıĢı daha düz-
gündür.
Xızır (ag.) – “Mahanın hekayəsi”ndə obraz adı. Mahanı
qorxunc səhradan, müxtəlif Ģəkillərə düĢən cin və əjdahaların
əlindən xilas edən yaĢıl paltarlı Xızır olur.
Mahan – Kimsən? – dedi. – Niyyətin nədir?
Qiymətli gövhərsən, Ģöhrətin nədir?
– Xilaskarın Xızram -dedi, -mən sənin
GəlmiĢəm tutmağa əlindən sənin (YG-232).