Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə53/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   49   50   51   52   53   54   55   56   ...   138

159 

rilmiĢdir. ”Müqbil” isə ərəbcə bəxtiyar, xoĢbəxt mənasında olan 

xüsusi addır. 

Təsadüfi  deyildir  ki,  Ģair  Sokratın  Ġskəndərə  söylədiyi  hik-

mətləri təsvir edərkən Xacə Müqbili də xatırlayır. 

Qəlbiqara kəsin dili düz deyil

Olmaz hər zəncidən bir Xacə Müqbil (Ġ-482). 

Hüseyn Cavid “Xəyyam” pyesində buna Xacə Nizam deyir. 

O, məĢhur “Siyasətnamə” kitabının müəllifidir. Bu, bir çox dil-

lərə,  o  cümlədən  Azərbaycan  dilinə  Rəhim  Sultanov  tərəfindən 

tərcümə edilmiĢdir. 

Xacə Nizami (xat. an. ) – Bax: Xacə Müqbil. 

“Xacə  Nizami”  antroponimik  birləĢməsi  “xacə”  fəxri  adın-

dan və “Nizami” adından(“Nizamümülk” adının ixtisar edilməsi 

nəticəsində)  yaranmıĢdır.  ”Nizamimülk”  ərəb  sözüdür,  nizam 

(nizamlı,  müntəzəm;  qanun  və  nizama  aid,  dövlət  və  hökumət 

qaydalarına uyğun deməkdir) və mülk(səltənət, dövlət, ölkə de-

məkdir) sözlərindən yaranmıĢdır. 

Məlik Ģahın vardı, eĢidib hamı, 

Dinpərvər vəziri Xacə Nizami (YG-40). 

Xacə  Ömər (an.) – Nizami Gəncəvinin dayısının adıdır. Bu 

antroponimik  birləĢmədə  “Xacə”  fəxri  ad,”Ömər”  isə  onun  əsl 

adıdır. 

Xacə Ömər dayım ölüb gedəndə 

DüĢdüm müsibətə, bəlaya mən də (LM-68). 



Xaqan (an.). – “Yeddi gözəl” poemasında obraz adı. Qədim 

türklərdə ən yüksək titul olmuĢdur. Onun kaqan, kaan kimi  ya-

zılmıĢ  formalarına  da  təsadüf  olunur.  ”Xaqan”  dedikdə  “Çin-

(bax) xaqanı”(ġərqi Türküstan xaqanı) nəzərdə tutulur. 



Xaqanı eylədi bir qasid agah 

Ki, təxtü-tacından əl üzmüĢ padĢah (YG-115). 

ġair Çin xaqanının ordusunun türklərdən olması haqqında yazır: 

türk ordusunun artdı dəhĢəti, 

Qılıncdan küt oldu, ayaqdan iti (YG-118). 

Xaqan (an.) – “Ġskəndərnamə” əsərində obraz adı. 

 



160 

Xaqana dedilər: bezdi çöl, orman 

Zirehli atların polad nalından (Ġ-273). 



Xaqan (məc. an.) – Xaqan Atabəy Məhəmmədin quluna 

bənzədilir. 

O elə bir Ģahdır, onun hər zaman 

Qapısını öpür Fəqfurla Xaqan (Xġ-35). 



Xar  (top.) – ġərqi Türküstanda olan qədim Ģəhərlərdən biri. 

ġairin təsvirinə görə, bu Ģəhər öz zənginliyi ilə məĢhur olmuĢ və 

baĢqa  ölkələr  onunla  müqayisə  olunur.  Yəqin  ki,  ”Xara”  adlı 

ipək parça növü də bu Ģəhərin adı ilə bağlıdır. 

   Hər diyar zənginliyində Xara tay ola bilməz (SX-54). 

Bəlkə də,”Xar” toponimi Xərxiz (bax) və ya Xırxız (bax) 

toponiminin  birinci komponentini təĢkil edən sözdür. 

Xarabat  (top.)  –  XII  əsrdə  Gəncədə  bir  məhəllənin  adı  ol-

muĢdur.  Həyat  zövqündən  pay  almaq  istəyən  sənətkarlar,  rəq-

qasə, xanəndə və Ģairlər bu məhəlləyə toplaĢar, müĢavirələr ke-

çirər,  elm  və  musiqi  mövzularında  mübahisələr  edərdilər-

(M.Gəncəvi. Rübailər. ġərhlər). “Xarabat” sözü məcazi mənada 

meyxana, iĢrət yeri kimi də iĢlədilir. 

TalanmıĢam yolunda,mənim olub Kəbə də, 

Xarabata köçəli qənim olub Kəbə də... 

Xarabatı döndərib xarabaya əməlim (SX-107). 

Xarabatın yolundan varmı məgər yaxĢı yol? 

Xarabata üz qoyam, hamı deyər: ”YaxĢı yol”(SX-115). 

Xarəzm (top.) – Xəzərin Ģərqində Aral gölü ilə Amu-Dərya 

arasında  yerləĢən  geniĢ  bir  ərazini  əhatə  edən  bir  ölkədir.  Aral 

gölü  bu  ölkəyə  aid  olduğuna  görə  bəzən  coğrafiyaĢünaslar  tə-

rəfindən Xarəzm dənizi adlandırılmıĢdı. 

1048-1049-cu  ildə  Səlcuq  hökmdarlarından  Qütbəddin  Mə-

həmməd  tərəfindən  müstəqil  dövlət  elan  olunmuĢ,  XarəzmĢahlar 

Çingizin istilasına qədər hökmranlıq etmiĢdir. Hazırda bu ölkənin 

Ģimal-Ģərq hissəsi Xivə, qərb-Ģimal hissəsi Üst Yurd, cənubu isə 

Qaraqum  adlanır.  Qədim  tarixə  malik  olan  bu  yerin  adı  yunan 

tarixçisi Herodotun əsərində və “Avesta”da da çəkilmiĢdir. 




161 

“Yeddi  gözəl”  poemasında  təsvir  olunan  gözəllərdən  biri 

olan Nazpəri Xarəzm Ģahının qızıdır. 

Xarəzm Ģahzadəsi gözəl Nazpəri... (YG-74). 

AĢağıdakı misrada isə söhbət Atabəy Əbu Cəfər Eldəgizdən 

gedir. 

ġəbxunu Xarəzmdə, Səmərqənddədir (Xġ-38). 



Xatun (an.) – Zənnimizcə, “qadın” sözünün farslaĢdırılmıĢ for-

masıdır.  Orta  əsrlərdə  xaqan,  xan(ümumiyyətlə,  hökmdar)  arvad-

larına verilən titul kimi iĢlənmiĢdir. Bu titul ərəblərdə də, farslarda 

da, hətta Kiyev-Rus dövlətində də eyni mənada iĢlənmiĢdir. 

Bir qatar dəvəylə o RəĢa, Xatun 

Kəcavə etmiĢdi bətnini Hutun (LM-185). 

“Leyli və Məcnun” poemasının filoloji tərcüməsində “RəĢa 

xatunu” kimi tərcümə olunmuĢdur. 

Xavər ölkəsi (top.) – Ġskəndərin pəhləvanı Niyalın vətəni. 

Xavər ölkəsindən Niyal pəhləvan (Ġ-324). 

“Xavər” fars sözüdür və Ģərq, günçıxan, gündoğan deməkdir. 

“Xəmsə”də  GünəĢin  doğduğu  yer  Çin  təsvir  olunduğunu  və 

həmiĢə GünəĢin Çin xaqanına, Çin Ģahına bənzədildiyini nəzərə 

alaraq Xavər ölkəsinin Çin ölkəsi olması qənaətinə gəlmək olar. 

Xeyir (an.) – “Xeyir ilə ġər hekayəsi”ndə obraz adı. Obrazın 

adı  ilə  həmin  obrazın  xarakter  xüsusiyyətləri  bir-birinə  tam 

uyğun gəlir. 

Sənin adın nədir? Dedi: “Xeyirdir! 

Səadət bəxĢ etmiĢ mənə ülkərim. 

Uyğundur adıma sözüm, iĢlərim. 

ġah onun adını bilib yaxĢı fal... 

“Adın bu əməlin naxĢıdır” – dedi (YG-298). 



Xeyir,  ġər  (ant.  an.)  –  “Xeyir  ilə  ġər  hekayəsi”ndə  obraz 

adları  .  Hər  iki  ad  özü  haqqında  məlumat  verən  “danıĢan”  ad-

lardır və obrazı düzgün xarakterizə edir. Xeyir – müsbət, ġər isə 

mənfi çalara malikdir. 

Gəncin biri Xeyir, birisi ġərdi, 

Onlar adlarıtək iĢlər görərdi (YG-235). 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə