Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə61/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   57   58   59   60   61   62   63   64   ...   138

183 

ġahadır hər zaman göyün xidməti



Ġkicə çörəkdir onun ücrəti (YG-307). 

Göy  Körpə  Arslan  Ģaha  xidmət  etmək  üçün  ayağı  üstə 

durubdur və öz xidmətinə görə də iki girdə çörək (Ay və GünəĢ) 

sahibi olubdur. Ücrət – zəhmət haqqı deməkdir. 



Ġkinci məzlum (ap. an.) – “Yeddi Gözəl” poemasında obraz 

adı.  Rastü-RövĢən  tərəfindən  haqsız  olaraq  zindana  salınmıĢ 

məhbuslardan biri.  

Ġkinci dayandı, əl üstündə əl

ġaha dua etdi hər Ģeydən əvvəl (YG-286). 

Ġqbalnamə”  (id.)  –  Nizami  Gəncəvinin  “Ġskəndərnamə” 

əsərinin ikinci kitabının adıdır. Bu, Ģairin sonuncu kitabıdır. 

Çoxları istədi “Ġqbalnamə”ni, 

Tək ona həsr etdim mən bu naməni (Ġ-424). 

Burada “namə” sözü “Ġqbalnamə”yə, “ona” sözü isə bu əsə-

rin ithaf olunduğu Ġzzəddin Məsuda(bax) iĢarədir. 



Ġqlidis  (məc.  an.)  –  Eramızdan  əvvəl  IY  əsrdə  yaĢamıĢ  yu-

nan  alimidir.  Riyaziyyatçıların  baĢçısı  sayılır.  Ġskəndər  Zül-

qərneyn onun Ģagirdlırindən olmuĢdur. Onun riyaziyyata, həndə-

səyə  dair  bir  çox  əsərləri  ərəb  və  Avropa  dillərinə  tərcümə  və 

Ģərh edilmiĢdir. 

Rəsmində Ġqlidis qüdrəti vardır (Xġ-62). 

Burada Ģair ġapuru Ġqlidisə bənzətmiĢdir. 

Ġlahi (teon.) – “Allah” (Tanrı) adının sinonimidir və ərəbcə 

“Allaha aid”, “Allaha dair” deməkdir. 



Ġlahi! Məni sən canana yetir! 

Oduna yandığım o Ģəmi gətir! (LM-248). 



Ġlyas  (an.)  –  Dünya  ədəbiyyatında  “Xəmsə”  ustadı  kimi 

tanınan XII əsr Azərbaycan Ģairi Nizami Gəncəvinin əsl adı. 

Baxsan Nizaminin cizgisinə sən

Min bir ad sayını orda görərsən. 



Ġlyasın “əlf”ini “lam”ından kəssən, 

Yenə doxsan doqquz tamı görərsən (LM-62). 

Yəni:  Ġlyas  adının  “əlif”  hərflərini  atsan  və  onun  “l”  hər-

findən də “əlif”, yəni bir rəqəmini çıxsan, iyirmi doqquz rəqəmi 




184 

alınar. Xüsusi say sistemi olan əbcəd hesabına görə, “l” hərfi 30-

dur,  birini  çıxanda  29  qalar,  “y”  hərfi  10  və  “e”  hərfi  60-dır. 

Cəmi 29+10+60=99. 

Birinci  beytdə  “min  bir  ad”  ifadəsi  isə  Allahın  “min  bir  adı 

var” dini ehkamına iĢarədir. 



Ġlyas  (ag.)  –  “Ġskəndərnamə”  əsərində  epizodik  obraz  adı. 

Bax: Xızır. 

Bu yolda Ġlyasa Xızır yoldaĢdı, 

ÇeĢməyə gedərkən dostlar yanaĢdı (Ġ-383). 

Ġlyas,  dini  rəvayətlərə  görə,  peyğəmbərlərdən  biridir.  Yə-

hudilərə  bütpərəstlikdən  əl  çəkməyi  təbliğ  etmiĢ,  bunun  üçün 

təqib olunaraq qaçıb mağaralarda yaĢamıĢ, möcüzələr göstərmiĢ, 

sonra  isə  “qeyb  olmuĢdur”.  BaĢqa  bir  rəvayətə  görə,  Ġlyas  da 

Xızır  ilə  Zülmətə  getmiĢ,  Dirilik  suyundan  içmiĢdir.  Guya  indi  

də Xızır quruda, Ġlyas isə suda yaĢayır. 

Xıdır və ya Xızır həmiĢə Ġlyasla xatırlanmıĢmı? Əlbəttə, yox. 

Vaxtilə  Xıdır  –  Xızır  göy-göyərti,  yaĢıllıq  məbudu,  Ġlyas  isə  su 

məbudu  olmuĢdur.  Ġlyas  haqqında  bir  çox  türk  dilli  xalqlar 

arasında  bəzi  əfsanələr  vardır.  Bu  əfsanələr  müəyyən  dərəcədə 

onu türkdilli xalqların əski əsatiri təfəkkürləri ilə bağlayır. Türk 

əfsanəsində deyilir: “Ġlyas qəbiləsinin yolunu təkrar azdığını gö-

rür və Ģəhərdən çıxır. Allaha dua edir. Allah “Filan Ģəhərə get, 

filan gündə nə görürsən, qorxma, onun üstünə min” – deyə əmr 

edir. Ġlyas əmr olunan yerə gedir. AtəĢdən bir at görür. Ona mi-

nir  və  gözdən  qeyb  olur.  Allah  onu  mələklər  məqamına  yük-

səldir.  Qiyamətə  qədər  ömür  verərək,  dənizlər  üstündə  ağa,  ha-

kim  edir”.  Bu  parçadan  görünür  ki,  islam  dini  Ġlyas  əsatirinə 

təsir  edərək  həm  Ġlyasın,  həm  də  türkdilli  xalqin  əsatirinin  do-

nunu dəyiĢmiĢdir (47 – 58-59). 



Ġnhiraq (top.) – Qaya adı. 

Gözəl Ġnhiraqın ətəyində tək, 

Qart daĢdan tikilmiĢ bir kilsə vardır. 

Ġnhiraq adlanan daĢ qayadan sən 

Ayaqlara düĢmüĢ bir baĢ görərsən (Xġ-69). 



Ġnsan (an.) – ġair “insan” dedikdə özünü nəzərdə tutur. 


185 

Qapını döydüm, dedi: “Gələn kimdir bu zaman?!” 

Dedim: “GörüĢə gəlib pak niyyətli bir Ġnsan”. 

Könül mülkünün Ģahı – məhəbbət adlı pəri 

Söyləyərək dedi ki: “Nizami, gəl içəri” (SX-56). 

AĢağıdakı beytdə isə “insan” dedikdə, ümumiyyətlə insanlar 

nəzərdə tutulur. 

Gördü ki, tərbiyəsiz, təlimsiz bir naĢıyam, 

Təlim-ədəb verdi kiĠnsan adı daĢıyam (SX-57). 

ġairin təsvir etdiyi Ġnsan mələklərdən də, fələklərdən də üs-

tün  tutulur.  Eyni  zamanda  Ģairin  “mən”i  bütün  insanları  təmsil 

edir. 


Ġntiyaxis (an. və id.) – Ġskəndərdən sonra Ġranda hakimiyyət 

sürmüĢ sultanlar nəslindən birinin adıdır. Bu söz eyni zamanda 

həmin  hökmdarların  adına  yazılmıĢ  bir  kitabdır  ki,  Nizami  bu-

rada “yadigar qalıb” dedikdə, onu nəzərdə tutmuĢdur. 

O gövhər kanını yox edib ruzgar, 

Bircə “Ġntiyaxis” qalıb yadigar (Ġ-430). 



Ġradəli Bəhram (an. birləĢmə) – Bax: Bəhram Çubin. 

Ġradəli Bəhram aldı bir xəbər 

Ki, olmuĢ Xosrova qul çox ölkələr (Xġ-114). 



Ġraq (top.) – Ġranla Ərəbistan və Bəsrə körfəzi arasında ge-

niĢ bir ölkədir. Qədimdə bu ad Babilistana və ya Mesopotamiya-

ya məxsus olmuĢ, sonralar Ġranın bir hissəsinə də bu ad verildi-

yindən bunları qarıĢdırmamaq üçün birincisi Ġraqi- Ərəb, ikincisi 

isə Ġraqi-Əcəm adlandırılmıĢdır. 

GümüĢ küp, ya qızıl bir teĢt istəsən, 



Ġraq torpağından uzaq getmə sən (Ġ-44). 

Əgər sənətin gümüĢ küpünü, Ģeirin qızıl teĢtini istəyirsənsə, 

bunu Ġraqda axtar.  

Ġraq xəznəsi (məc. top.) – “Ġraq xəzinəsi” dedikdə Ģair Ġraq 

Atabəylər  dövləti  və  Ġraq-Ərəb  xilafətinin  xəzinələri  nəzərdə 

tutulur. 

Boğazımı gör necə düyünləyibdi Gəncə

Yoxsa, Ġraq xəznəsi mənim olardı, məncə. 

 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə