Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə69/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   65   66   67   68   69   70   71   72   ...   138

207 

klassik ədəbiyyatda qüdrətli hökmdar rəmzidirlər. Elə buna görə 

də  Məhin  Banu  Xosrovu  Keyxosrova,  özünü  və  nəslini  isə  Əf-

rasiyaba bənzədir. 

O, Keyxosrov, bizsə Əfrasiyabıq (Xġ-119). 

Keyxosrov xəzinəsi (məc. top.) – Burada “xəzinə” sözü məca-

zi mənada iĢlənmiĢdir və Keyxosrovun Ģahlıqdan əl çəkib, çöllərə 

düĢməsi  və  qarlı,  boranlı  bir  gündə  dağda  yox  olmasına  iĢarə 

edilmiĢdir. Bəhram Gurun gur dalınca girdiyi, yox olduğu mağara 

Keyxosrovun girdiyi və yox olduğu mağaraya bənzədilmiĢdir. 

Sürdü öz atını bir baĢ oraya, 



Keyxosrov xəznəsi bir mağaraya (YG-300). 

Keyxosrov,  Xosrov  (qoĢa  an.) – Keyxosrov həqiqi, Xosrov 

isə  məcazi  mənada  iĢlənmiĢdir.  Çünki  Xosrov  dedikdə  Ģair  Ġs-

kəndəri nəzərdə tutmuĢdur. 

Keyxosrov taxtından Xosrov dönüncə 

Ordunun içinə getdi ilk öncə (Ġ-253). 

Burada Keyxosrov və Xosrov adları eyni zamanda epiforik 

adlardır. 



Keyxosrov,  Ġskəndər  (qoĢa  xat.  an.)  –  ġair  Ġskəndərin 

Keyxosrovun  məqbərəsinə  getməsini  təsvir  edərkən  bu  təsvirə 

öz dövründən baxmıĢ və həm də Ġskəndəri xatırlamıĢdır. 

Keyxosrov qurduğu məclislər hanı? 

Taxtında oturan Ġskəndər hanı? (Ġ-247). 

Nizami  Ġskəndərin  Keyxosrovun  məqbərəsinə  getməsini 

təsvir  edərkən  “ġərəfnamə”  əsərini  ithaf  etdiyi  Atabəy  Nüsrə-

təddin Əbubəkri eyni vaxtda Keyxosrova və Ġskəndərə bənzədir. 

Bu yeddi kiĢvərdə Keyxosrov sənsən, 



Ġskəndər mülkünə fərman verənsən (Ġ-247). 

Keyxosrov,  Keyqubad  (məc.  ana.  an.)  –  ġair  eyni  vaxtda 

Atabəy  Nüsrətəddin  Əbubəkri  Keyxosrov  və  Keyqubada  bən-

zədir. 

Adı Keyxosrovla olmuĢ bərabər, 



Nəsəbi ucadır Keyqubad qədər (Ġ-50). 

ġair sərirlinin dili ilə Ġskəndəri də Keyxosrov və Keyqubada 

bənzədir. 



208 

Ġncə bir dil açdı baĢqa bir nəfər: 



“Keyxosrov, Keyqubad nə vaxta qədər, 

Qolun ki bu taxtla gücləndi artıq, 

Edərsən Keyxosrov və Keyqubadlıq (Ġ-245). 

Keyxosrov,  Keyqubad  (xat.  ana.  an.)  –  Qoca  pəhləvan  Fə-

ribərz  Ġskəndərin  suallarına  cavab  verərkən  Keyxosrov  və  Key-

qubadın qoca vaxtlarında Ģahlıqdan imtina etmələrini xatırladır. 

Alət olmaq üçün istəklərinə 

Gənc bir Ģah qoyarlar onun yerinə. 

Onunçun Keyxosrov, həm də Keyqubad 

ġahlığı etmədi qocalıqda yad (Ġ-165). 

Keyxosrov taxtı (ktem.) – ġairin təsvirinə görə, Sərir (bax) 

qalasında saxlanılan və Keyxosrova məxsus olan taxt. 



Keyxosrov taxtına əyləĢdirsinlər, 

Töksünlər baĢına inci və gövhər (Ġ-243). 

ġair  Ġskəndərin  Ģahlığını  metaforik  Ģəkildə  Keyxosrovun 

Ģahlığı ilə müqayisə edir və üstünlüyü Ġskəndərə verir. 

Rəyi bir güzgüdür çinlilər üçün, 

Odur Keyxosrovun taxtında üstün (Ġ-55). 



Keykavus,  Mahmud,  “ġahnamə” (məc. on.) – ġair Atabəy 

Nüsrətəddini Keykavusa bənzədir və Sultan Mahmud Qəznəvi ilə 

müqayisə edir. “Ġqbalnamə” əsərini isə “ġahnamə”yə bənzədir. 

Bir qədəh mey verir sənə Nizami

Gərək nuĢ edəsən Keykavus kimi. 

Bu tusi qədəhlə Mahmuda bildir 



“ġahnamə”nin qədri , qiyməti nədir! (Ġ-428). 

Bir  qədəh  mey  dedikdə  “Ġqbalnamə”  nəzərdə  tutulur.  ġair 

əsərini  ithaf  etdiyi  Ġzzəddin  Məsuda  deyir  ki,  gərək  bu  qə-

dəhdəki meyi nuĢ edib, ona qiymət verəsən. BaĢqa sözlə, bu tusi 

qədəhlə, yəni Firdovsi Tusinin “ġahnamə”si qiymətində olan bu 

əsərə  layiqli  qiymət  verməklə,  Sultan  Mahmuda  bildirəsən  ki, 

Ģairin qədrini necə bilərlər. 

Keykavus taxtı (xat. ktem.) – “ġahnamə”də Keykavusla əla-

qədar olan bir hadisəyə iĢarə olunur. Guya din və pərilərin vəs-

vəsəsi nəticəsində Keykavus göylərə qalxmaq ehtirasına mübtəla 



209 

olur. Onun əmri  ilə  xüsusi  kəcavə  düzəldib, hər  küncünə  bir ac 

Ģahin bağlayırlar. Onların baĢının üstündə uzun nizələrin ucunda 

ət asırlar. ġahinlər əti qapmaq niyyətilə qanad çalaraq kəcavəni 

göyə qaldırırlar və bir müddət sonra qüvvətdən düĢərək kəcavəni 

uzaq meĢələrdən birinin üstünə atirlar. 

QəĢəng ayaqları hilal vururdu

BaĢında Keykavus taxtı qururdu (YG-26). 

ġair burada Məhəmməd peyğəmbəri səmaya qaldıran Buraqa 

iĢarə edir. Guya onun baĢı üstündə Keykavus taxtı(Keykavusun 

göylərə qalxdığı kəcavə) dayanmıĢdır. 

Keyqubad  (məc.  an.)  –  Kəyan(bax)  sülaləsinin  birinci  Ģahı 

və  bu  sülalənin  banisi  sayılır.  Rəvayətə  görə,  41  il  hakimiyyət 

sürmüĢdür. Rüstəm(bax) onun xidmətində olmuĢ və turanlılarla 

apardığı  müharibələrdə  böyük  qələbələr  əldə  etmiĢdir.  ġair 

özünü Keyqubada bənzədir. 

Bir gün nəĢəliydim, aləm Ģad kimi, 

Dəmlər içindəydim Keyqubad kimi (LM-45). 

ġair  səma  cisimlərinin  insan  taleyi  ilə  heç  bir  əlaqəsi 

olmamasını təsvir edəndə Keyqubadı xatırladır. 

Əgər eyləsəydi ulduz ömrü Ģad, 

Onda hər münəccim olub Keyqubad, 

Səadət içində dövran sürərdi (YG-21). 



Keyqubad,  CəmĢid  taxtı  (qoĢa məc. on.) –  ġair Qızıl Ars-

lanı Keyqubada, onun oturduğu  taxtı isə CəmĢidin taxtına(bax) 

bənzədir. 

GünəĢtək parlayıb Ģah öz vaxtında, 

Oturdu Keyqubad CəmĢid taxtına (Xġ-367). 

Keyqubad,  Keyxosrov  (ana.  məc.  an.)  –  ġair  eyni  vaxtda 

ġirvanĢah  Axsitanı  və  Bəhram  Guru  Keyqubad  və  Keyxosrova 

bənzətmiĢdir. 

Kölgən bir günəĢdir, sən alov kimi, 



Keyqubad rütbəli, Keyxosrov kimi (LM-51). 

Nə zaman Keyqubad taclı, cəsur Ģah 



Keyxosrovluq tacı qaldırdı nagah (YG-132). 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə