180
Xalq da baĢ əyərdi o gəncə müdam,
Ona ad vermiĢdi bəxt – Ġbn-Səlam (LM-117).
Ġbrahim (ag.) – Klassik ədəbiyyatda Ġbrahimxəlil də adlanan
bu Ģəxs, dini əfsanələrə görə, yəhudi peyğəmbərlərdən sayılır.
Bütpərəstlik əleyhinə təbliğat apardığı və bütxanalardakı bütləri
sındırdığı üçün Babil hökmdarı I Nəmrud Ġbrahimi oda atdırmıĢ-
dısa da, od onu yandırmamıĢ və əksinə, od qalağı çiçəkli bir ba-
ğa dönmüĢdür.
Ġbrahimin sehriylə od dönüb gülüstana... (SX-65).
Ġbrahimin dinini doğru yol bildi,
AtəĢ tüstüsünü dillərdən sildi (Ġ-174).
Sonuncu beytdə Makedoniyalı Ġskəndərin Ġbrahim dinini qə-
bul etməsinə iĢarə olunur. AĢağıdakı misrada isə Ģair özünü
Ġbrahim peyğəmbərə bənzədir.
Bütü Ġbrahimtək oxĢa, əzizlə,
Ancaq bütxanəni ondan təmizlə (Xġ-25).
Beytdə Ġbrahimin bütlərə sitayiĢ edənləri ağılsız adlandırıb,
bütləri sındırmasına iĢarə olunur. Eyni zamanda Ģair “bütxanə”
dedikdə Ģeiriyyəti, “büt” dedikdə isə pis Ģairlərin əsərlərini nə-
zərdə tutmuĢdur.
Ġbrahim bağı (mif.) – Bax: Ġbrahim.
Ġsanın bəzmidir, Ġbrahim bağı (YG-127).
Ġbrahim, Ġsmayıl (qoĢa məc. ag.) – Ġbrahim ata, Ġsmayil isə
onun oğludur. Dini əfsanələrdə onlarla bağlı hadisələrə görə bu
adlar yanaĢı iĢlədilmiĢdir.
Saçı, odlu çöhrəsi – Ġbrahim möcüzəsi,
Xəncər kirpiklərində Ġsmayıl göz süzəsi (SX-65).
“Ġbrahim möcüzəsi” dedikdə Ģair Ġbrahimin atıldığı ocağın
yerində əmələ gələn bağa iĢarə olunur. Beytdə isə bu adların yeri o
qədər möhkəmdir ki, onların yerini dəyiĢmək və ya baĢqa adlarla
əvəz etmək qeyri-mümkündür. Əgər belə olsa, ifadə olunan fikir
tamamilə yalan olar. Çünki dini rəvayətlərə görə, guya Ġbrahim
Allah yolunda öz oğlu Ġsmayılı qurban kəsməli imiĢ. Ata xəncərlə
oğlunun baĢını kəsmək istəyəndə xəncər kəsmir. Ġbrahim xəncəri
daĢa vurub yoxlayanda daĢ parçalanır. Guya bu zaman Allah tərə-
181
findən göndərilən qoç Ġsmayılın əvəzinə kəsilir. Ġnsanlar da o vaxt-
dan bu günü Qurban bayramı adı ilə hər il qeyd edirlər. Bu bayram
çox vaxt “Ġsmayıl qurbanı” da adlanır.
Ġbrahim, Məhəmməd (müq. ag.) – ġair bu peyğəmbərləri
müqayisə edərək üstünlüyü Məhəmməd peyğəmbərə vermiĢdir.
Ġbrahim kəcavədə xəcalətdən sıxıldı,
Yarı yolda üç dəfə kəcavədən yıxıldı (SX-39).
Ġbrahim peyğəmbərlik topunu öz çövkanı ilə götürmək istədi,
lakin onun vücudunun beĢiyi atdan iki-üç dəfə dyĢdü. Beytin
məzmunu Məhəmməd peyğəmbərin hədislərinin birindən götü-
rülmüĢdür. Həmin hədisdə Ġbrahim peyğəmbərin həyatda üç dəfə
yalan danıĢmasından söhbət gedir. Ġbrahimin iki-üç dəfə atdan
yıxılması həmin yalanlara iĢarədir. Həmin yalanlar bunlardır:
1. Guya Ġbrahim bütxanaya girib, oradakı bütlərin hamısını sındırıb,
baltanı böyük bütün çiyninə qoymuĢdur. Bütpərəstlər bunu bilib
Ġbrahimə hücum edib soruĢduqda Ġbrahim: - Bunu böyük büt et-
miĢdir, - demiĢdir; 2. Ġbrahim ulduzlara diqqətlə baxıb inandığı
məzhəbdən peĢman olaraq demiĢdir: “Mən azmıĢam” və ya “Bun-
lar mənim allahımdır”; 3. Ġbrahim Babilistanda aclıq olduğu üçün
öz arvadı Sara ılə Misrə qaçmıĢdır. Misrin hökmdarı Saranı görcək
ona gözü düĢmüĢdür. Ġbrahimdən bu arvadın kim olduğunu so-
ruĢduqda, - Mənim bacımdır, - demiĢdir. Buna görə də hökmdar
Saranı almıĢdır. Lakin nədənsə vüsalına nail ola bilməmiĢdir.
ġair göstərmək istəyir ki, Məhəmməd peyğəmbər isə heç
vaxt yalan danıĢmamıĢdır.
Ġbrahim möcüzəsi (id.) – Bax : Ġbrahim.
Saçı, odlu çöhrəsi – Ġbrahim möcüzəsi (SX-65).
Burada I Nəmrudun Ġbrahimi tonqala atdırdığı vaxt tonqalın
yerində Cənnət kimi bir bağın əmələ gəlməsinə iĢarə olunur.
Ġki dürr (məc. ap.) – ġair “iki dürr” dedikdə “Ġqbalnamə”
poeması ilə oğlu Məhəmmədi nəzərdə tutmuĢdur.
Dəryamdan iki dürr olubdur əyan
Onlardır üzümü mənim ağardan (Ġ-610).
Ġki xəzinə (məc ap.) – Burada “iki xəzinə” dedikdə Sultan
Mahmudun xəzinəsi ilə Firdovsinin “ġahnamə” əsəri nəzərdə
182
tutulur. Nizami “Ġqbalnamə” əsərini ithaf etdiyi Mosul atabəyi
Ġzzəddin Məsuda deyir ki, “ġahnamə” Ģairinin varisi mənəm,
Mahmud xəzinəsinin varisi sən. Məndən böyük əsər yazmaq,
səndən böyük səxavət göstərmək.
Ġki xəzinənin varisi, hökmən,
Səxavətdə sənsən, söz deməkdə mən (Ġ-428).
Ġki qərn sahibi (an.) – Makedoniyalı Ġskəndərin ləqəbi. ġair
müxtəlif rəvayətləri xatırlayır və bu ləqəbin verilmə səbəbini
izah etməyə çalıĢır. Bax: Zülqərneyn.
Gözəl söz nəqqaĢı məharət ilə
Ġskəndər adını nəqĢ etmiĢ belə:
Ġki qərn sahibi qoymuĢ namını,
Çünki ġərqdən, Qərbdən almıĢ namını (Ġ-435).
Ərəb dilində “qərn” sözü ġərq və Qərb mənasında da iĢlənir.
Ġskəndər Zülqərneynə “Ġki qərn sahibi” ləqəbini ona görə ver-
miĢlər ki, o, ġərqi də, Qərbi də fəth etmiĢdi. Lakin “Qərn” sözü
saç mənasında da iĢlənir.
Deyirlər ki, qoĢa hörüyü varmıĢ,
Onu kürəyinə daim atarmıĢ (Ġ-435).
Guya Ġskəndər saçını baĢının dalında dəstədə hörüb burur-
muĢ, buna görə ona Zülqərneyn – iki hörüklü deyirmiĢlər.
Deyirlər görübmüĢ bir belə röya,
Gündən iki qərni alıbmıĢ guya (Ġ-435).
Ġskəndər yuxuda görübmüĢ ki, ġərqi və Qərbi GünəĢin əlin-
dən almıĢ, iki qərn sahibi olmuĢ, buna görə də Zülqərneyn adını
almıĢdır.
BaĢqa rəvayətdə deyirlər yenə:
Ġskəndər yaĢamıĢ iki qərinə (Ġ-435).
“Qərinə” sözü həm əsr, həm də əsrin üçdə biri mənasında
iĢlənir. Ġskəndərin yeni eradan qabaq 356-cı ilin payızında do-
ğulduğu və 13 iyun 323-cü ildə, yəni otuz üç yaĢında öldüyü
məlumdur. Demək, bu rəvayət uydurmadır.
Ġkicə çörək (məc. ap.) – ġair Ay və GünəĢi metaforik Ģəkil-
də iki çörəyə bənzətmiĢdir.
Dostları ilə paylaş: |